Qaqaş25.06.2008 12:03

                      Həyyatda səhv addım



Hardan gəldi bu sevgi ömrünə.Heç aglına da gəlməzdi ki belə sevə bilər.Həmişə oğlanlara meydan oxuyan,heç vaxt onların sevgisinə inanmayan bu qız necə oldu ki bir nəfərin qarşısında belə aciz,əsir-yesir oldu?İlk baxışdan sevdi onu,aşiq oldu.O elə fərqli,elə yaxşı idi ki-təkrarolunmaz!
Əvvəlcə səssiz sevdi onu,hiss etdirmədən.Ancaq təklikdə,daxilində:gözlərini yumurdu və onu qarşısında görürdü:təbəssümü,ciddiliyi,mehribanlığı ilə.
O fikir vermirdi,görmürdü.Yox,Onunla danışırdı,nəsə tapşırırdı,nəyisə müzakirə edirdi.Amma fikir vermirdi.O agıllı,savadlı,qəşəng qız idi.İşinin də öhdəsindən yaxşı gəlirdi.Buna görə oğlan onu qiymətləndirirdi.Onunla hər şey haqda danışırdı,onunla hər şey barədə danışa bilərdi:hətta həyatından gəlib keçən,indi də olan qızlar barədə.Sevmədiyi,amma əyləndiyi qızlar barədə.


Qız gənc idi,təcrübəli deyildi.Bu hissləri birinci dəfə idi ki keçirirdi.Ona görə də istəsə də oglandan gizlədə bilmirdi.Oğlan da bir gün bunu hiss etdi və başqa cür münasibət göstərməyə başladı:daha mehriban,daha diqqətli,daha səmimi.
Qız bu hissləri sevinclə qəbul etdi və çox xoşbəxt idi.Gözləri işıq saçırdı.Amma oğlan bu sevgiyə hazır deyildi.Işi,dostları,əyləncələri gözünün önünə gəldi.Qızı azadlığının,sərbəstliyinin yolunda bir maneə gördü.Lazım idimi ona bu sevgi?Oğlan qorxdu:
- Bilirsən,mən bilirəm ki,sən məni sevirsən!(Məhz belə dedi.O həmişə belə idi.Həmişə birinci özünü düşünürdü.Həmişə qizlar onu sevməliydi,qızlar ona yalvarmalı idi ki,sev məni)Sən çox yaxşı qızsan,amma mən səni xoşbəxt edə bilmərəm.Bizimki alınmaz.
-...............................
Bu andan etibarən onun gəncliyi elə bil qurtardı.O yetkinləşdi bir anın içində.Oğlan özü də bu dəyişikliyə mat qalmışd.Onun qarşısında balaca qızcığaz əvəzinə məğrur,inadkaq qadın dayanmışdı.Qız fikirləşdi ki,deməli o mənsiz daha xoşbəxtdir.Qoy olsun.And içdi ki onu unudacaq,başqasını sevəcək və xoşbəxt olacaq.Onun acığına xoşbəxt olacaq.
Qız bir oglanla tanış oldu.Başladı görüşməyə.Oglan inana bilmədi,inanmadı ki o başqasını sevə bilər,onu unuda bilər.Qızı geri qaytarmaq,sevgisini yenidən qazanmaq istədi,amma qız başa düşmürdü niyə?Onu sevmirdisə niyə bu vəziyyətlə barışmaq istəmir:eqoistlikdi bu,ya nəydi?
-Sən onu sevmirsən,onunla xoşbəxt olmayacaqsan.
-Sevəcəm,xoşbəxt olacam!Mütləq xoşbəxt olacam!
Qız özünü güclü bilirdi.Öz həyatını düzgün bildiyi formada qura biləcək qədər güclü.
Qız işdən çıxdı,ailə qurdu .Həyatında hər şey yaxşı və düzgün idi.
Axırıncı dəfə onlar qızın oğlu olanda görüşdülər:oğlan onu görməyə gəldi:
-Həmişə istəmişəm mənim də oğlum olsun.Ona mənim sevdiyim adı qoyarsan.
Qız oğluna başqa ad verdi.Sonra da ailəsi ilə başqa şəhərə köçüb getdi.Oğlanı bir də heç vaxt görmədi,bilmədi O xoşbəxt oldumu,axtardığl ideal qızı tapdımı?Qiz bununla heç maraqlanmadı da.Onlar bir də heç vaxt görüşmədilər.
İllər keçdi.Bəlkə də bir ömür keçdi.Uşaqlar böyüdü.Gecələrin birində qız yuxuda Onu gördü.
Onlar üzbəüz dayanmışdılar.Oğlan qıza baxırdı,o vaxtlar həmişə xəyallarında arzu etdiyi baxışlarla..O qızı qucaqladı,onu öpmək istədi..Qız da bunu istəyirdi,amma hətta yuxuda da bilirdi ki,olmaz.Onun əri var,artıq gecdir.Oğlan dedi:
-Biz gör neylədik,axı niyə biz belə etdik?-və qız ağladı.Ayıldı,amma oğlanın xəyalı qarşısında idi.Bir anlıq bütün həyatı gözlərinin önündən keçdi.
-İlahi,mən neyləmişəm?!Dogrudanmı mən səhv etmişəm?!
İdeal saydıgı ömrü ona çox mənasız gəldi.Sanki o başqasının həyatını yaşamışdı.Sanki hara gedəcəyini bilmədiyi halda qatara minmiş,bir də yolun sonunda başa düşmüşdü ki səhv minib.Amma adi qatarda hər şey çox asandı.Sən qarşıdakı dayanacaqda düşüb başqa bir qatara minib geri dönə bilərsən.Ömür qatarında sənə bu şans verilmir.Sənin geriyə yolun olmur.Vay o gündən ki səhv qatara minəsən.
İnsan bütün ömrü boyu səhvlər etmir ki.Həyatında bir səhv addım atır.Və həmin səhv addım bütün ömrünü yanlışlıqlarla doldurur.
Necə fikirləşirsiniz,qız düz edibmi?Siz necə,həyatınızın səhv addımınıl atmısınızmı?Fərqi yoxdur bu sevgidədir,dost seçimindədir,sənət seçimindədir-ciddi qərar qəbul edilməli hər bir sahədə.


Sevgi Dünyası Şərhlər(2)     Baxış sayı:240
Qaqaş25.06.2008 12:03

                              İslam yeniliyə qarşıdırmı?

Bildiyimiz kimi, xristian Qərb elm və texnologiya sahəsində sürətlə irəliləməyə başlayandan bəri İslam dini bu mövzuda hücuma məruz qalmış və «İslam dini yeniliyə qarşıdır», «İslam dini yeniliklərə cavab vermir» kimi ittihamlarla üzləşmişdir. Bu absurd ittihamın bir qorxulu tərəfi də onun bəzi müsəlman dairələrində də tez-tez səslənməsi və bu zaman ''bidət'' kəliməsindən də sui-istifadə olunmasıdır. Bəziləri ''bidət'' sözünün həqiqi mənasını ya anlamayaraq, ya da anlamaq istəməyərək İslamda hər yeniliyin, bəşəriyyətin inkişafına xidmət edən hər ixtiranın «bidət» adlandırıldığını irəli sürmüşlər. Elə isə gəlin əvvəlcə «yenilik» deyərkən nəyin başa düşüldüyünə qısaca toxunaq. İslami baxımdan insanlığın xeyri, rahatlığı, səadəti üçün təqdim olunan, insanları sıxıntıdan qurtarmaq, onları xoşbəxt etmək üçün icad olunan hər şey yenilikdir, gözəldir. İnsanları üzən, onların xeyrinə olmayan, üstəlik əxlaq və tərbiyəsini pozan şeylər yeni də olsa pisdir, iyrəncdir. İslam yeniliyin bu formasına qarşıdır və hər halda sırf yeni olduğu üçün bu cür şeyləri bağrına basmaq məcburiyyətində də deyil. Qısaca desək, İslama görə bir şey köhnə də olsa gözəl və faydalıdırsa məqbul, yeni də olsa faydasız və pisdirsə qeyri-məqbuldur.


O ki qaldı ittihamlara, nəzərdən qaçırmamalıyıq ki, bu ittihamların yaranmasında böyük, mən deyərdim, bəlkə də ən böyük rolu bizim İslamdan xəbərsiz «müsəlmanlarımız» oynayıb. O müsəlmanlar ki, peyğəmbərimiz «Elmi kitaba keçirdin» dediyi halda uzun müddət mətbəələrə qarşı çıxmışlar. O müsəlmanlar ki, Osmanlı sultanı III Səlim ordunu soyuqdan qorumaq üçün «kaput» adlı isti paltarla təchiz edərkən, kafir ixtirası deyə buna qarşı çıxmışlar. O müsəlmanlar ki uzun müddət, heç kimin aya çıxmadığını, bunun mümkün olmadığını iddia etmiş, həm də bu iddialarını öz natamam dini baxışları ilə əsaslandırmağa çalışmışlar.

Qurani-Kərim bütün bəşəriyyətə sonsuz səadəti verəcək təməl əsasları müəyyənləşdirmişdir. Quranın bir çox yerində «düşünmürsünüzmü?», «ağlınızı işlətmirsinizmi?», «ağıl sahibləri üçün ibrətlər vardır» kimi ifadələrlə ağlımızı işlətməyimizi istəməsi də bu əsaslardandır. Bundan başqa, bizləri çalışmağa, araşdırmağa, kainatın sirlərini açmağa dəvət edən ayələr də az deyildir. Lakin bu ayələr bizə ünvanlandığı halda biz müsəlmanlar tənbəlliklə günümüzü keçirir, başqa dinin sahibləri isə sanki onlara ünvanlanmış kimi ayələrin məzmunu çərçivəsində dayanmadan işləyib rahat və xoşbəxt yaşamaq üçün əllərindən gələni edirlər. Halbuki, elmə ən çox dəvət edən din İslamdır. Bu dinin elmlə əlaqələri o qədər sıxdır ki, hər bir müsəlman, elm adamı olmasa belə, öz ibadətlərini şüurlu şəkildə yerinə yetirə bilməsi üçün artıq bir çox şeyləri bilməlidir. Namaz qılarkən Kəbənin səmtini, namazların vaxtını; oruc tutarkən ayın vəziyyətini; həccə gedərkən coğrafi məkanları öyrənmək məcburiyyətində qalan müsəlmanlar bu şəkildə bilavasitə elmə təşviq edilmişlərdir.

Gördüyümüz kimi, bir müsəlmanın şüurlu bir şəkildə ibadət etməsi ancaq elmlə mümkün olmuşdur. Elmlə bu qədər iç-içə olan bir dinin mənsublarının bu sahədə başqalarına möhtac bir vəziyyətə düşməsi həqiqətən də çox təəccüblüdür. Həqiqət odur ki, bizlər Quranın nurundan uzaqlaşan gündən rahatlıq və səadət görmürük. Üzümüzü çevirib Quran nuru ilə nurlanan şərəfli dövrlərə nəzər yetirsək, barmağımızı dişləyər, yəqin ki, o dövrdəki müsəlmanların elm və mədəniyyətin zirvəsində olmasının sirrini anlamış olarıq. Mən burada bəşəriyyətə öz dəyərli töhfələrini vermiş böyük İslam alimlərinin mühüm kəşflərini, bugünkü Avropanın elm və mədəniyyət baxımından müsəlmanlardan alaraq mənimsədikləri şeylər haqqında olan minlərlə faktı yenidən qeyd etmək istəmirəm. Amma bu günlərdə eşitdiyim və məni çox düşündürən bir şeyi qeyd etmək istəyirəm. Almaniyanın dünyaca məşhur dəmir-polad sənayesi mərkəzi olan Solingen şəhərinin adı orta əsrlərdə müsəlmanların arasında olaraq onlardan möhkəm polad düzəltməyin formulasını öyrənmiş və sonra da öz ölkəsinə qayıdaraq öyrəndiklərini orada tətbiq etmiş bir şəxsin adından götürülmüşdür. Yüzlərlə faktın içindən bu anda yadıma düşən bu faktın özü də göstərir ki, vaxtilə dünyaya meydan oxuyan bir İslam mədəniyyəti, bir İslam sivilizasiyası olmuşdur və bugünkü Avropa dayanmadan bu mədəniyyətdən bəhrələnmişdir. Müsəlmanlar dindən uzaqlaşdığı və tənbəlləşərək yuxuya getdiyi məqamda dayanmadan çalışan Avropa onları elmdən uzaqlaşdıran dinlərini də bir kənara qoyaraq bu dəfə dünyaya meydan oxuyan sivilizasiya yarada bildi. Elə isə bu gün növbə bizimdir. Bu gün artıq yuxudan oyanmalı, bu statusu geri qaytarmaq üçün birbaşa sivil yolla mübarizə aparmalı və elmi onlardan öyrənərək, daha da inkişaf etdirməliyik. Çünki peyğəmbərimiz «Elm müsəlmanın itmiş mirasıdır, harada görsə götürsün» demişdir. Yəni bizim bu gün özümüz ixtira etmədiyimiz şeylərə «kafir malı» deyərək qarşı gəlməyə haqqımız yoxdur. Necə ki, peyğəmbərimiz də o dövrdə bir səhabənin qeyri-müsəlman bir ölkədən çıraq gətirərək məscidə asmasına etiraz etməmiş, əksinə «Sən bizim məscidimizi nurlandırdın, Allah da axirət günündə səni nurlandırdın» deyə dua etmişdir. Və yaxud başqa bir faktı qeyd edək. Hz. Peyğəmbər Bədr müharibəsində Qureyşli kafirlərdən götürdükləri əsirlərin hər birinə on müsəlmana oxuma-yazma öyrətmə müqabilində azadlıq təklif etmiş, «kafirdən elm öyrənməzlər» deməmişdir.

Bu gün bir çox ölkələr enerci mənbəyi kimi Günəşdən istifadə yollarının üzərində baş sındırırlar. Halbuki, «O, gecəni və gündüzü, Günəşi və Ayı sizə (sizin mənafeyinizə) tabe etdi…» (Nahl 12) ayələrinin ilkin olaraq bizə ünvanlandığını nəzərə alsaq, bu işi ilk olaraq biz başlamalıydıq, bu ayələrdən xəbərsiz insanlar yox. Elə isə boş durmamalıyıq. Elm Çində də olsa dalınca getməli, onu itmiş mirasımız kimi əldə etməli və beşikdən qəbrə qədər elmdən uzaq durmamalıyıq. Lakin onu unutmamalıyıq ki, elm ancaq Allah rizası üçün öyrənilməlidir. Bilməliyik ki, əgər məramımız başqa olsa uğursuzluq elə yolun əvvəlindən bizi gözləyir və belə bir elm yalnız və yalnız bədbəxtlik gətirər.


İslamŞərhlər(1)     Baxış sayı:91
Qaqaş25.06.2008 12:03

              Dünyanın hər 5 sakinindən biri müsəlmandır

2007-ci ilin ortalarında dünya əhalisinin ümumi sayı təqribən 6 milyard 625 milyon nəfər olmuşdur. Xatırladırıq ki, 1950-ci ildə insanların sayı bundan 2,5 dəfə az idi. Bəşəriyyətin illik artımı 1,2 % təşkil edir. Bu o deməkdir ki, Yer kürəsində hər iki saniyədə orta hesabla 5 körpə doğulur. Hər həftə ərzində 1 miylon 500 min nəfərdən artıq qadın ana olur. Demoqrafik proqnozlara əsasən, Yer kürəsində 2025-ci ildə 7 milyard 965 milyon, 2050-ci ildə isə 9 milyard 294 milyon nəfər insan yaşayacaq.

Dünya əhalisinin böyük əksəriyyəti 3 dinin ardıcıllarından ibarətdir. Bu dinlər – xristianlıq, islam və hinduizmdir.

Dünya dinləri arasında, ardıcıllarının sayına görə birinci yeri xristianlıq tutur. Dünya əhalisinin 33 faizini xristianlar təşkil edir, yəni hər üç insandan biri xristiandır. Son məlumatlara görə, hazırda xristianların sayı 2,1 milyard nəfəri ötüb.



Xristianların yarısından çoxu katoliklərdən ibarətdir. Onlar əsasən, Almaniyanı çıxmaq şərti ilə Mərkəzi və Qərbi Avropada, eləcə də, Mərkəzi və Cənubi Amerika ölkələrində üstünluk təşkil edirlər. Katolik kilsəsinin ali rəhbəri Roma papası, dini paytaxtı isə Vatikandır.

Xristianların təqribən 10 faizi ortodoksal pravoslav kilsəsinin ardıcılı sayılır. Onlar Balkan yarımadasında və qismən də Şərqi Avropa ölkələrində daha genşi təmsil olunurlar. Pravoslav dünyası 15 regional kilsəyə bölünür ki, bunların 14-ü bütün pravoslavlar tərəfindən qanuni sayılır. Ən böyük pravoslav kilsələrinə Konstantinopol, Yerusəlim, İsgəndəriyyə, Antioxiya, Rus, Yunan və Polşa kilsələri aiddir. Pravoslavlıqda katolik dünyasındakı kimi vahid rəhbərliyə mütləq tabeçilik təbliğ olunmasa da, Konstantinopol patriarxlığı daha fəal liderlik mövqeyinə malikdir.

Xristianlığın daha bir qolu olan protestantlıq XVI-XVII əsrlərdə Avropada Roma papasının özbaşınalığına qarşı etiraz dalğası kimi yaranmışdır. Qısa müddət ərzində sürətlə inkişaf edən protestantlığın daxilində durmadan yeni cərəyanlar yaranır. Hal-hazırda bu təriqətin adventizm, baptizm, əllincilər kimi tarixən daha cavan qolları yükçək fəallıq nümayiş etdirirlər. Protestant missionerlər dünyanın əksər ölkələrində geniş təbliğat şəbəkəsi qurmuşlar. Dünyada protestantların sayı təqribən 800 milyon nəfərə yaxındır. Onların yayılma arealı əsasən Şimali Avropa, Avstraliya və qismən Şimali Amerikadır.

Protestantlığın ən iri qollarından olan anqlikan kilsəsi təqribən 80 milyon nəfəri əhatə edir, regional xarakter daşıyır, əsasən Böyük Britaniya ərazisində yayılmışdır. Bu kilsənin dini rəhbəri Kenterberi arxiyepiskopudur.

Hesabatlara görə, hər il təqribən 19 milyon nəfər insan xristianlığı qəbul edir, 16,5 milyon nəfər isə bu dini tərk edib başqa dinlərə keçir.

Dünya dinləri arasında ikinci yer İslama məxsusdur. Bəşəriyyətin təqribən 20 faizi, yəni hər 5 insandan biri müsəlmandır. İslam dini son 100 il ərzində görünməmiş sürətlə inkişaf edərək, ardıcıllarının sayını artırmaqdadır. Əgər 1900-cü ildə dünyada cəmi 200 milyon nəfər müsəlman yaşayırdısa, 1980-ci ildə onların sayı artıq 723 milyonu ötmüşdü. Hal-hazırda isə müsəlmanların sayı 1 milyard 300 min nəfərdən çoxdur. Onların əksər hissəsi Asiya qitəsində və Afrikanın şimalında məskunlaşmışlar. Belə ki, dünya müsəlmanlarının 70 faizi Asiyada, 26,7 faizi Afrikada yaşayır. Qərbi Avropa dölətlərində yaşayan əhalinin təqribən 4,3 faizi, Şərqi Avropa əhalisinin isə 10,6 faizi müsəlmandır. Bu o deməkdir ki, ümumilikdə Avropa ölkələrində 50 milyon nəfərdən artıq müsəlman yaşayır. Fransada əhalinin 9,72 faizi, Rusiyada 14,75 faizi, Almaniyada 4 faizi, Yunanıstanda 6,9 faizi, Belçika və Hollandiyada 6 faizdən çoxu, Böyük Britaniyada 3 faizə qədəri müsəlmanlardan ibarətdir. Müsəlmanların əksəriyyətini sünnilər təşkil edir, qalan 10 faiz əsasən, İran, İraq, Azərbaycan, Livan və Bəhreyndə məskunlaşmış şiələrdən ibarətdir.

Sahəsinə görə ən böyük müsəlman ölkəsi Sudandır. Bundan sonra Əlcəzair və Səudiyyə Ərəbistanı gəlir. Hindistan və Qazaxıstan kimi iri ölkələrdə xeyli müsəlman yaşasa da, onlar ölkə əhalisinin yarısından da azını təşkil edirlər.

Əhalisinin sayına görə birinci yerdə duran müsəlman ölkəsi isə İndoneziya sayılır. Burada 200 milyon nəfərdən artıq müsəlman yaşayır. İkinci yerdə duran Pakistanda müsəlmanların sayı 160 milyona yaxındır. Banqladeş isə 135 milyon müsəlmanın vətənidir.

Dünya əhalisinin 14 faizə qədərini hinduistlər təşkil edirlər. Bu din Hindistan və ona yaxın ərazilərdə daha geniş yayılıb.

Əsasən Çin, Monqolustan və Cənub-Şərqi Asiya dövlətlərində məskunlaşmış buddistlərin say çəkisi təqribən 6 faiz təşkil edir.

Dünya əhalisinin 0,2 faizə qədəri yəhudi dininin ardıcıllarından ibarətdir.

Çin və Afrika ərazisində yayılmış xırda lokal dinlərə xeyli insan inanır.

Nəhayət, insanların təqribən 15 faizi özünü heç bir dini təlimin ardıcılı hesab etmir. Əlbəttə, bu insanların hamısını ateist adlandırmaq olmaz. Onların çoxu özünəməxsus inanc sahibidir. Yalnız dünya əhalisinin 2,5 faizi – yəni təqribən 165 milyon insan qatı ateist əqidəsindədir.

Sonda bunu qeyd edək ki, dünya dinləri arasında ən intensiv artım məhz İslamda müşahidə edilir. Belə ki, hər il dünyanın müsəlman əhalisi təqribən 25 milyon nəfər artır. Müqayisə üçün deyək ki, bu rəqəm xristian dünyasında 20,7 milyona, hinduizmdə 13,8 milyona bərabərdir.


BölməsizŞərhlər(0)     Baxış sayı:151
Qaqaş25.06.2008 12:03

                   Mehr – İslamın qadına verdiyi haqq
 

İslamın insana, xüsusilə də qadına nə qədər böyük önəm verdiyi hər kəsə bəlli olan bir həqiqətdir. Bu gün biz, İslamın ailə həyatı qurmağa hazırlaşan qadına verdiyi haqqdan – mehrdən danışacağıq.

Kişinin evlənərkən qadına verdiyi və ya verməyi vəd etdiyi pul, qızıl, gümüş, hər hansı bir mal və ya mənfəətə mehr deyilir. İslam xristianlıqda olduğu kimi qadının kişiyə vermək üçün pul yığmasını (drahoma) deyil, əksinə kişilərin qadınlara rəğbətinin bir simvolu olsun deyə hədiyyə qəbilindən bir məbləğin ona verilməsini əmr etmişdir. Bu, İslamda qadına olan bir ehtiramın nəticəsidir. Qurani Kərimin Nisa surəsinin 4-cü ayəsində belə buyurulur: «Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!».


Mehr evlənmək istəyən kişi tərəfindən evlənəcəyi qadına verilməlidir. Bunu qadının əlindən nə vəlisi (atası, anası və s.), nə də evlilikdən neçə il keçsə belə öz həyat yoldaşı ala bilməz. Yalnız, ayədən də göründüyü kimi, əgər qadın özü istəyərsə, mehri ailə işlərinə xərcləyə və ya həyat yoldaşına verə bilər.

Mehrin miqdarı qadın tərəfindən müəyyənləşdirilir. Amma burada zəmanənin iqtisadi tələbləri və tərəflərin maddi vəziyyəti də mühüm rol oynayır. Belə ki, Məhəmməd peyğəmbərin dövründə bir ovuc xurma, bir cüt ayaqqabı, hətta Qurandan bir neçə ayə öyrətmək şəklində mehrlər verilmişdir. Lakin günümüzün tələbləri fərqlidir. Məsələn, Küveyt, BƏM kimi dövlətlərdə iqtisadi vəziyyət yaxşı olduğu üçün, mehrin səviyyəsinin də yüksək olduğunu görürük. Daha kasıb ölkələrdə isə, qadınlar tərəfindən mehr kimi aşağı məbləğlər tələb olunur. İslamın ilk illərində də, mehrin miqdarı müxtəlif olmuşdur. Hz. Ömərin dövründə fəthlər çoxaldıqca müsəlmanların maddi rifahı yaxşılaşır, nəticədə də qadınlar mehrin miqdarını artırmağa başlayırdılar. Hz. Ömər buna ən çox 400 dirhəm sərhəd qoymaq istəyəndə bir qüreyşli qadın ayağa qalxaraq etiraz etmiş və Quranın Nisa surəsinin 20-ci ayəsini oxumuşdu: «Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın. Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə geri alacaqsınız?!»

Hz. Aişədən rəvayət olunduğuna görə Hz. Peyğəmbərin xanımlarına verdiyi mehrin miqdarı təxminən beş yüz dirhəm olmuşdur. Hz. Əli isə Hz. Fatimə ilə evlənərkən mehr üçün heç bir şey tapmamış, Peyğəmbərin məsləhəti ilə öz zirehini mehr olaraq Hz. Fatiməyə vermişdir. Bütün bunlar mehrin nə qədər vacib bir şey olduğunu göstərir. Məhəmməd peyğəmbər mehrsiz heç bir evliliyə yol verməmiş və buyurmuşdur ki, mehr verməmək niyyəti ilə evlənən kəs, Qiyamət günü oğrular arasında həşr olunacaqdır (Riyazu'n-nasihin).

Mehr olaraq satışı və istifadəsi qadağan olunmayan hər bir şey verilə bilər. Daşınan və daşınmayan əmlak, zinət əşyası, heyvan, hətta daşınan və daşınmayan əmlakdan istifadə haqqını buraya aid etmək olar. Ancaq, İslamın qadağan etdiyi şeylər, məsələn, donuz, alkoqollu içkilər mehr ola bilməz.

Mehrin ödənəcəyi vaxt tərəflər arasında razılaşdırılmalıdır. Miqdarı müəyyənləşdirilmiş mehr nigah mərasimində ödənə biləcəyi kimi, daha sonra da ödənə bilər. Nigah zamanı əvvəlcədən ödənilən mehrə mehr-i muaccəl deyilir. Bəzən də mehrin hamısının əvvəlcədən deyil, evliliyin sona çatması, beş ildən, on ildən sonra və ya ərin ölməsi halında ödənməsi də qərarlaşdırıla bilər. Bu şəkildə ödənən mehrə mehr-i müəccəl deyilir və bu cür razılaşdıqdan sonra qadın, vəd olunmuş vaxt gəlməmişdən əvvəl mehri istəyə bilməz. Əgər mehrin miqdarı əvvəlcədən müəyyənləşibsə, buna mehr-i müsəmma, müəyyənləşməyibsə mehr-i misl deyilir. Mehr-i misl qadına, tay-tuşlarının mehrinə baxaraq verilir.

Mehr bütünlüklə qadına məxsusdur və qadın ondan istədiyi şəkildə istifadə etmək hüququna malikdir. Cəmiyyətimizdə tez-tez rast gəldiyimiz başlıq pulu, süd pulu və s. adlarla qızın valideynlərinə çatan pulun mehrlə heç bir əlaqəsi yoxdur. Ərəblərdə də cahiliyyət dövründə mehri qızın vəliləri alır və adına da «nihlə» deyilirdi. Başqa bir cahiliyyət adətinə görə iki vəli bir-birinin himayəsində olan qadını mehrsiz-filansız, bir mal kimi dəyişdirirdilər. İslam bu cür evliliklərin hamısını qadağan etdi. Evliliyi iki insanın bir-birini istəyərək və seçərək birləşməsinə çevirdi. Mehri də qadının vəlisi üçün deyil, qadının özü üçün bir haqq kimi müəyyənləşdirdi. Mehri qadının adından vəlisi ala bilsə də, ona sahib ola bilməz.

Nəticə olaraq qeyd etmək lazımdır ki, mehr evlilik həyatı boyunca qadın üçün bir sığorta kimidir. Qadının gözlənilmədən ərini itirməsi və ya boşandıqları halda, öz həyatını yenidən qura bilmək üçün mehr ona əməlli-başlı kömək ola bilər. Elə mehrin əmr olunmasının ən böyük hikməti də bundadır.

İslamŞərhlər(0)     Baxış sayı:130
Qaqaş25.06.2008 12:03

                          Vaxtımızın qədrini bilək

Saat əqrəbinin hər bir hərəkəti ömrümüzdən daha bir saniyəni itirdiyimizi xəbər verir. Saniyələr dəqiqəyə, dəqiqələr saata, saatlar günə çevrilir. Günlər aylara, aylar illərə dönür. Bax, beləcə, saat əqrəbi köhlən at kimi ömrümüzü tərkinə alıb aparır. Bir bayatıda deyildiyi kimi,

Gündə bir kərpic düşür
Ömrümün sarayından.

Çox zaman cüzi miqdarda pulumuzu itirəndə kədərdən, narahatçılıqdan özümüzə yer tapa bilmirik. Amma qızıldan, gümüşdən daha dəyərli olan vaxtımızın bihudə və birdəfəlik ötüb keçməsinin fərqinə varmırıq…

İslam müqəddəslərinin hədislərində buyurulur ki, vaxt – möminin itkisidir. Mömin olan şəxs həmişə zamanın qədrini bilməli, vaxtını lazımınca dəyərləndirməlidir. Çünki hər bir hərəkətin uğur və bərəkət qazanması öz vaxtında görülməsindən asılıdır. Öz vaxtında və yerində görülməyən işin qiyməti olmaz. Atalar sözündə deyildiyi kimi, su eyni yerdən bircə dəfə axar. Buna görə də Allah tərəfindən verilmiş imkan çərçivəsində fürsəti qənimət bilməli, hər bir hərəkəti etməzdən əvvəl ölçüb-biçməli, yanlış addımlardan çəkinməliyik. İkinci dəfə eyni fürsəti əldə edə biləcəyimizə zəmanət yoxdur.

İslam peyğəmbəri Həzrəti Muhəmməd Peyğəmbər (s.ə.s.) öz sadiq səhabəsi Əbu Zərrə nəsihətində buyururdu:


«Ey Əbu Zərr, beş nemətin qədrini itirməzdən əvvəl bil: qocalmazdan əvvəl cavanlığın, xəstələnməzdən əvvəl sağlamlığın, kasıblıqdan əvvəl varlılığın, məşğulluqdan əvvəl bekarlığın və ölməzdən əvvəl diriliyin qədrini.

Ey Əbu Zərr! Bu günün işini sabaha qoyma! Sən bu günün əlindəsən, sabah isə hələ sənə məxsus deyil. Əgər sabaha sağ çıxsan, bu günkü kimi yenə vəzifələrin olacaq və həmin vəzifələri yerinə yetirməli olacaqsan. Əgər sabaha sağ çıxmasan, bu gün elə et ki, «Niyə filan əməli dünən etmədim?» - deyə peşmançılıq çəkməyəsən.

Ey Əbu Zərr! Çoxları gecə düşənə kimi yaşamağa fürsət tapmayıblar. Və çoxları sabahın intizarında olub, amma səhərə çıxmayıblar».

Unutmamalıyıq ki, ömür bizə bircə dəfə verilir. Bu ömür sonrakı axirət həyatı üçün bir sınaq meydanıdır. Etdiyimiz əməllərə, vaxtımızı həsr etdiyimiz işlərə görə Ulu Yaradanın qarşısında cavab verəcəyik. Və o zaman ömrümüzün hər bir saniyəsinə, hər bir dəqiqəsinə görə bizdən hesab çəkiləcək. O zaman nəinki pislik etdiyimiz adamlar bizdən şikayət edəcəklər, hətta günah işlərə məcbur etdiyimiz bədən üzvlərimiz də bizim əleyhimizə şəhadət verəcək. Məsələn, əllərimiz söyləyəcək ki, onlarla filan günah işi görmüşük; dilimiz şahidlik edəcək ki, filan vaxt onu yalan danışmağa məcbur etmişik; ayağımız xəbər verəcək ki, filan günah iş dalınca getmişik və s. və i.a.

Hədislərdə buyurulub ki, Allah-Təala gözəldir və gözəlliyi sevir. O, insanı Yer üzündə özünə xəlifə (canişin) olaraq yaradıb. İnsan bədəninin hər bir əzası, ruhunun hər bir mərtəbəsi yalnız və yalnız xeyir əməllərə, savab niyyətlərə hesablanıb. Dilimiz Allahı zikr etmək, Allahın bəyəndiyi söhbətləri danışmaq, qulaqlarımız Allaha xoş gələn sözləri eşitmək, gözümüz Allahın razı qaldığı mənzərələri seyr etmək üçün yaradılıb. Bunları günah əməllərə sərf etmək ən azı insafsızlıq, daha doğru desək, insanın öz-özünə zülm etməsi deməkdir. Allahın əmanət verdiyi bu nemətlərdən öz təyinatına uyğun istifadə etməyənlər barəsində Qurani-kərim belə buyurur: «Həqiqətən, insan ziyan içindədir» (Əsr, 2).

Həzrəti Əli (ə) şeirlərinin birində insan həyatının nə qədər qısa olduğunu və bu həyatın xeyir əməllərə sərf edilməsinin vacibliyini belə vurğulayır:

«Əgər insan 60 il yaşayırsa, bu müddətin yarısını yatmaqla keçirir və savab iş görə bilmir.
Qalan yarı hissəsinin yarısında da azyaşlı və təcrübəsiz olduğu üçün, sağı soldan, yəni yaxşını pisdən seçə bilmir.
O biri yarısının üçdə birini var-dövlət toplamağa, çörək pulu qazanmağa və ailəsinə sərf edir.
Yerdə qalan hissə də xəstəlik, qocalıq və ölüm qorxusu ilə keçir.
Həyat dediyim bu qayda ilə keçir,
Deməli, ömrünün uzunluğu ilə öyünən adam həqiqətən nadandır…»

İslam tarixinə nəzər salsaq, həm müqəddəs İslam Peyğəmbərinin, həm imamların, həm də böyük övliya və alimlərin öz vaxtlarına nə qədər məsuliyyətlə yanaşmalarının şahidi olarıq. Bir çox müsəlman alimləri gündəlik saatlarını bölüşdürərkən, elmi fəaliyyətə hər vasitə ilə daha çox yer ayırmağa çalışırdılar. Bu gün Təbəri, İbn Kəsir, İbn Əsakir, Xətib Bağdadi, Əllamə Məclisi, Şeyx Bəhai kimi məşhur din alimlərinin elmi irsini araşdırarkən, haqlı olaraq heyrətlənirik. Bu alimlərin yazdığı əsərlərin həcmi o qədər böyükdür ki, insan bu qədər kitabın bir nəfər tərəfindən təkbaşına yazıldığına şübhə edir. Aşağıda təsvir edilən hadisə müsəlman alimlərinin vaxtdan səmərəli şəkildə istifadə etməyə nə qədər önəm verdiklərini sübuta yetirir:

İslam tarixində ən məşhur alimlərdən və ən məhsuldar müəlliflərdən sayılan Əllamə Hilli yaşadığı Nəcəf şəhərini müvəqqəti tərk edib, Kərbəla ziyarətinə gedir. Onun Nəcəfdəki dərsləri bir müddət dayanır. Ziyarəti başa vurub, geri dönəndən sonra alimin oğlu onun arxasında namaz qılmaqdan imtina edir. Əllamə Hilli bunun səbəbi ilə maraqlananda oğlu cavab verir: «Dinimizdə elmlə məşğul olmaq vacib, ziyarətə getmək isə müstəhəbdir. Sən müstəhəb əməl xatirinə vacibi tərk etdin. Bu, sənin ədalətli olmadığını göstərir. Ədaləti olmayan imam-camaatın arxasında namaz qılmaq düzgün deyil». Alim bu sözləri eşidəndə yanındakı bir əlyazmanı götürüb oğluna göstərir və deyir: «Oğlum, mən ziyarət zamanı da elm və bilikdən ayrı düşməmişəm. Bu kitabı ziyarət vaxtı yazmışam».

Həzrəti Əli (ə) hər bir insana müraciətlə buyurub: «Gecə və gündüz səndən ötrü dövr edir. Onlar sənin ömrünü yeyir, sən də çalış, onlardan bəhrə götür. Vaxtdan bəhrə götürməyin yeganə yolu isə onu Allahın istədiyi əməllərə sərf etmək və Allahın bəyəndiyi kimi yaşamaqdır. Xeyir əməli sabaha saxlama. Çünki sabah belə bir fürsəti təkrar əldə edə biləcəyinə zəmanət yoxdur. Pislik etməyə tələsmə. Çünki sabah həmin səhvi düzəltməyə vaxt tapa bilib-bilməyəcəyini yalnız Allah bilir».

Həzrəti Əli başqa bir nəsihətində isə belə buyurur: «Ey insanlar! Dünya – keçid yeri, axirət – qalan yerdir. Keçid yerindən əbədiyyət məkanına azuqə aparın. Sizin sirrlərinizi bilən Allahın yanında sirr pərdələrini yırtmayın. Bədəniniz dünyanı tərk etməzdən qabaq, ürəyinizi dünyadan kənara çevirin. Siz dünyada sınağa çəkilirsiniz, əslində başqa bir aləm üçün yaradılmısınız. İnsan öləndə adamlar deyirlər: «Özündən sonra nə qoydu?». Mələklər isə soruşurlar: «Özündən əvvəl nə göndərdi?». Allah ata-babalarınızı bağışlasın! Ölməmişdən qabaq var-dövlətinizin bir hissəsini möhtac insanlara verin; xeyir-bərəkətiniz bundadır. Malınızı bu dünyada qoyub getməyin; bu, sizin ziyanınızadır».

İslamŞərhlər(0)     Baxış sayı:132
Qaqaş25.06.2008 12:03

                                     Gozel sevgi sekilleri

alt

alt

 


alt 

alt
alt

alt


alt

alt



alt alt
Sevgi Dünyası Şərhlər(0)     Baxış sayı:1358
Qaqaş25.06.2008 12:03

                            Şərqi Avropanın ən varlıları

Şərqi Avropanın ən varlıları

ABŞ-ın "The Forbes" jurnalı Şərqi Avropanın 15 ən varlı iş adamının yeni reytinq siyahısını açıqlayıb.
Rusiya adətən Şərqi Avropaya daxil edilsə də, budəfəki siyahıda rusiyalı milyarderlərin adları yoxdur. Əks təqdirdə siyahı bütünlüklə rusiyalılardan ibarət olardı.
Reytinqdəki 15 ən varlı Şərqi Avropa biznesmenin toplam varidatı $51,5 milyarddır. Onların 7 nəfəri ukraynalı, 5-i isə polyakdır.


Fəqət Şərqi Avropanın ən varlı adamı $9,3 milyardlıq sərvətə malik çex Petr Kellnerdir.
İkinci yeri Ukraynadakı "System Capital Management"in sahibi, $7,3 milyarda malik Rinat Əhməmtov tutub. Ötən ildən bəri onun sərvəti iki dəfə artıb.
Üçüncü pillədə də ukraynalı iş adamı, "İnterpipe" konserninin sahibi və $5 milyardın yiyəsi Viktor Pinçuk bərqərar olub.

Qaqaş25.06.2008 12:03

                          Dünyanın 1000 ən böyük bankı

Dünyanın 1000 ən böyük bankı

Nüfuzlu "The Banker" jurnalı ənənəvi "Dünyanın 100 ən böyük bankı" (Top 1000 World Banks) reytinqini açıqlayıb. Siyahının ən maraqlı yönü iri bankların sıralamasında Rusiyanın 35 bankının yer almasıdır. Ötən ilin nəticələrinə görə onların hamısı mövqelərini möhkəmləndirib, ikisi isə ilk 100 bank arasında bərqərar olub.
Rusiyanın "Sberbank"ı $11,134 milyardlıq kapital ilə Mərkəzi və Şərqi Avropanın ən böyük bankı hesab olunub.


Ümumiyyətlə isə, Mərkəzi və Şərqi Avropanın 100 ən böyük bankı reytinqində ikinci yeri Rusiyanın VTB-si ($6,203 milyard) tutub. İlk onluqda sonrakı yerlərdə "Qazprombank" ($4,671), "National Savings and Commersial Bank" (Macarıstan) ($2,233), "PKO Bank Polski" (Polşa) ($2,112), "Bank Uralsib" (Rusiya), "Beynəlxalq Sənaye Bankı" (Rusiya), "Alfa Bank" (Rusiya), "Moskva" (Rusiya) və "Nova Ljublanjska Banka" (Sloveniya) tutublar.
Dünyanın 1000 ən böyük bankının reytinqinə kapitalını 19,5% artıraraq $105 milyarda çatdırmış HSBC bankı (Böyük Britaniya) bankı başçılıq edir. ABŞ-ın bank nəhəngi "Citigroup" kapitalını 1,8% itirərək $89,2 milyarda malik olsa da, ikinci yerini qoruyub. Britaniyanın "Royal Bank of Scotland"ı (RBS) isə kapitalını 1,5 dəfə artırıb $88,9 milyarda çatdırmaqla üçüncü yerə yüksəlib.
Reytinqin ötənilki lideri "Bank of America" isə vəsaitlərinin 8,4%-i itirib kapitalını $83,4 milyarda salandan sonra siyahıda 5-ci pilləyə yuvarlanıb.

Qaqaş25.06.2008 12:03

Gürcüstan hava sərhədlərini pozan Rusiya təyyarələrini vuracaq

Gürcüstan hava sərhədlərini pozan Rusiya təyyarələrini vuracaq

Gürcüstan Rusiya hərbi təyyarələrinin yenidən ölkənin hava sərhədlərini pozacağı təqdirdə hava hücumundan müdafiə sistemlərindən istifadə edəcəyini və təyyarələri vuracağını bildirib. Bunu Gürcüstan parlamentinin üzvləri, həmçinin müxalifət nümayəndələri bəyan ediblər. Deputat Georgi Tortladze həmkarlarını Gürcüstan hökuməti qarşısında bu təşəbbüslə çıxış etməyə çağırıb. Lakin məsələ ilə hələ rəsmi müraciətin edilməsinə dair qərar qəbul olunmayıb. Bəzi ekspertlərin rəyinə görə, Gürcüstan Rusiya təyyarələrinə qarşı istifadə etməyə tələb olunan müdafiə sistemlərinə malik deyil.


Gürcüstan Xarici İşlər Nazirliyi isə iyulun 11-də BMT-nin Təhlükəsizlik Şurasında gürcü-abxaz, gürcü-osetin konflikt zonalarında vəziyyətin kəskinləşməsi ilə bağlı məsələnin müzakirə edilməsi üçün təcili iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Qaqaş25.06.2008 12:03

                      Dünya internetsiz qala bilər

Dünya internetsiz qala bilər

Dünyada fəaliyyət göstərən internet sistemi təhlükə ilə qarşılaşıb. Mütəxəssislər dalbadal qurulan video saytlarına görə, sistemin 2012-ci ildə dayanacağını bildiriblər.
İnternetdən istifadə ilk dəfə 1991-ci ildə İsveçrədəki "Cern araşdırma mərkəzi"ndə www-nin (World wide web) inkişafı ilə həyata keçirilib. Hazırda dünyada 1.4 milyard internet istifadəçisi var. Dünyada 100 milyon internet saytı, təxminən 2 milyard isə internet səhifəsi var. Video paylaşma saytları isə internetin sürətini əhəmiyyətli ölçüdə azaldır. Dünyada hər ay təxminən 8 milyard gigabaytlıq video yüklənməsi həyata keçirilir. Bu rəqəm 2012-ci ildə 44 milyard gigabayta çatacaq. "Nemertes" araşdırma mərkəzinin hazırladığı hesabata görə, internetdə olan video formatının həcmi bu ilin axırında 30 faizə çatacaq. 2012-ci ildə isə bu rəqəm 50 faizdən çox olacaq.


Araşdırmaya görə, internetlə her ay yüklənən video miqdarı 8 milyard gigabayta çatıb. Bu isə, 2 milyard DVD-nin həcminə bərabərdir. Ancaq mütəxəssislər 2012-ci ildə aylıq video yüklənməsinin 44 milyard gigabayta çatacağını və bunun nəticəsində internetin çökmə təhlükəsinə məruz qalacağını bildirib.
Qaqaş25.06.2008 12:03

 EMİN AĞALAROV AZƏRBAYCANLA BAĞLI PLANLARINDAN DANIŞDI

EMİN AĞALAROV AZƏRBAYCANLA BAĞLI PLANLARINDAN DANIŞDI

“Mən Nardaranda 70 evdən ibarət kiçik bir qəsəbə salıram”

Rusiyalı milyonçu Araz Ağalarovun oğlu, ölkə başçısı İlham Əliyevin kürəkəni Emin Ağalarov Day.az saytına müsahibə verib. Bir neçə diskin müəllifi, eyni zamanda iş adamı olan Emin Ağalarov bu müsahibəsində həm yaradıcılığından, həm də gələcək biznes planlarından danışıb.
Öncə məşhur azərbaycanlı sənətçi Müslüm Maqomayevlə birgə hazırladıqları “My Wey” kompoziyasından danışan Emin Ağalarov onu son əsrin üç böyük sənətkarından biri kimi qiymətləndirib: “Onunla şəxsən tanış olduğuma görə Allahıma borcluyam. O, nəhəng sənətkardır. Müslüm Maqomayevlə söhbət zamanı insan sanki enerji alır. Əgər həvəs göstərsə, onunla yeni mahnılar yazdıracağıq”.


Emin Ağalarov onu da bildirib ki, çağdaş Azərbaycan estrada ulduzları arasında Ədalət Şükürovla tanışlığı var. Bundan sonra Emin biznes planlarından danışaraq qeyd edib ki, artıq Nardaran qəsəbəsində orijinal layihə həyata keçirməyə başlayıb: “Mən Nardaranda uçub-dağılmış bir pansionatı almışam. Bu ərazidə kiçik bir qəsəbə salacağam. 70 evdən ibarət qəsəbə istirahət kompleksi olacaq”.
Emin Ağalarovun dediyinə görə, burada qiymətlər o qədər də baha olmayacaq.
Daha sonra Emin Ağalarov istirahətindən söz açıb. Bildirib ki, Moskvada yaşasa da yayda hər həftənin şənbə və bazar günlərini Nardaranda keçirir: “Boş vaxtlarımı isə Leyla xanıma həsr edirəm. Adətən valideynlərimin əhatəsində oluruq”.
Müxbirin “Deyilənə görə, siz qarşı tərəfi də öz valideynləriniz hesab edirsiniz” sualına isə Emin konkret cavab verib: “Təbii”.

Qaqaş25.06.2008 12:03

                                 YARIZARAFAT, YARICİDDİ

YARIZARAFAT, YARICİDDİ

Buş niyə Gürcüstana özü gəlir, Azərbaycana xalasıoğlunu göndərir
  
Yola salmaq üzrə olduğumuz həftə ABŞ prezidenti Corc Buşun xalasıoğlu Con Uolker Azərbaycana gəldi. Cənab Uolkerin səfərinin məqsədi Azərbaycanın məhkəmə sistemi ilə tanışlıq olub. Hər halda rəsmi açıqlamada belə deyilirdi. Maraqlıdır: niyə qonşu Gürcüstana Corc Buş özü səfər etdiyi halda, bizə xalasıoğlunu göndərir? Burada hansısa ayrı-seçkilik, ikili standart ola bilərmi? Bu yarızarafat, yarıciddi suallarla ölkə siyasilərinə müraciət etdik.


ALP-nin sədr əvəzi Əvəz Temirxan deyir ki, bu, hansısa ayrı-seçkiliyin yox, Azərbaycan hakimiyyətinin apardığı antidemokratik siyasətin nəticəsidir: "Corc Buşun Qafqaz ölkələrindən ancaq Gürcüstana gəlməsi orada demokratik dövlətçiliyin bərqərar olmasına dəstək əlaməti idi. Heç də təsadüfi deyil ki, bu günlərdə ABŞ-ın üçüncü şəxsi Kondaliza Rays da region ölkələrindən ancaq Gürcüstana səfər etdi. Doğrudur, Şaakaşvili hakimiyyəti də tam demokratik deyil, amma İlham Əliyev hakimiyyəti ilə müqayisə olunmaz dərəcədə demokratikdir. Buşun xalasıoğlunun Azərbaycana gəlməsi göstərir ki, ABŞ Gürcüstanla dövlətlərarası münasibət saxlayır, Azərbaycanla isə ailələrarası… Axı bizdə qohumbazlıq, tayfabazlıq çiçəklənmə dövrünü yaşayır, ona görə də Buşun Azərbaycana xalasıoğlunu göndərməsi hakimiyyətin mahiyyətinə uyğundur".
Politoloq, Müsavat Divanının üzvü Hikmət Hacızadə isə Uolkerin səfərini ABŞ-ın Azərbaycana ayrı-seçkili münasibətinin təzahürü sayır: "Corc Buş gərək baldızını göndərərdi də… Bu, düzgün deyil axı. Xalasıoğlunu göndərib, bu da açıq-aşkar kişi-qadın bərabərliyini pozmaqdır. Hə, mən ayrı-seçkilik deyəndə gender məsələsini nəzərdə tuturam, Azərbaycanla Gürcüstan arasında ayrı-seçkilik salmasını yox".
Müsavat Partiyasının başqan müavini Qabil Hüseynli deyir ki, Buşun xalasıoğlu rəsmi şəxs deyil, ona görə də bu səfər rəsmi xarakter daşımır: "Daha çox işgüzar xarakter daşıyan və biznes maraqları güdən bir səfərdi. Ona görə bu görüşü üst səviyyəyə qaldırıb, siz deyən nəticəyə gəlməyə ehtiyac duymuram".
Qabil bəyin nəzərinə C.Uolker Azərbaycanda rəsmi səfərdə olduğunu və məhkəmə sistemi ilə yaxından maraqlandığını çatdıranda cavabı belə oldu: "Bizim məhkəmələrlə bağlı Qərbin müəyyən tənqidi mülahizələri var. Xüsusən məhkəmə sisteminin kifayət qədər müstəqil olmaması, sifarişli qərarlar çıxarılması ilə bağlı. Görünür, bu mənada Uolkerin maraq obyekti məhkəmələrin necə işlədiyini müşahidə etmək olub. Amma mən güman etmirəm ki, onun statusu Azərbaycanın siyasi sisteminin bu qolu haqqında hər hansı bir beynəlxalq quruma hesabat yazmağa imkan versin".
ADP sədrinin birinci müavini Həsrət Rüstəmov deyir ki, Gürcüstana Buşun, Azərbaycana isə onun xalasıoğlunun gəlməsi açıq-aşkar ayrı-seçkilikdir və bunun da səbəbi bizim müsəlman olmağımızdır: "Elə bir neçə gün əvvəl Kondaliza Rays Tiflisdə olanda Gürcüstanın NATO-ya üzv olmasını təklif edib. Belə bir münasibət Azərbaycanla bağlı müşahidə olunmur. Halbuki Bakı Vaşınqtona həm strateji, həm də enerji maraqları baxımından Tiflisdən daha çox gərəkdir. Amma Azərbaycanın müsəlman ölkəsi olması Ağ Evi gürcülərə bizdən daha diqqətlə yanaşmağa məcbur edir. Başqa bir səbəb də ola bilər - bu da qonşumuzun demokratik dəyişikliklər baxımından Azərbaycandan xeyli irəli getməsidir".

Qaqaş25.06.2008 12:03
                Soros» Fondunun qaranlıq işləri«Soros» Fondunun qaranlıq işləri

Fond yüksək rütbəli hakimiyyət rəsmisinin nəzarətindədir, layihələr isə hakimiyyətə yaxın hüquq müdafiəçiləri arasında pay-püş edilir

Sahib Məmmədov bir il ərzində Açıq Cəmiyyət İnstitutundan 100 min dollar qrantı necə alıb?

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus  «Soros» Fondunun Azərbaycan nümayəndəliyini kəskin tənqid etdikdən sonra cəmiyyətdə yenidən bu fond haqqında diskusiyalar gücləndi. Xatırladaq ki, bir neçə ildir QHT sektorunda «Soros» Fondunun Azərbaycan nümayəndəliyinin hakimiyyətin nəzarətinə keçməsi haqda fikirlər səslənməkdədir. Ötən gün redaksiyamıza Kəmalə Ramazanova adlı oxucumuzdan məktub daxil olub. Kəmalə xanım uzun müddətidir fondun fəlaiyyəti ilə bağlı montorinq apardığını, ortaya çox ciddi pozuntu halları çıxardığını qeyd edir. Onların bəzilərini işıqlandırırıq.


Layihələrin qiymətləndirilməsi prosesi şəffaf keçirilmir

 Layihələr qimətləndirilərkən əsasən şəxsi münasibətlərə və qohumluq prinsiplərinə üstünlük verilir. Məsələn, fondun eksperti İradə Cavadovanın qızı Ləman anasının təmsil olunduğu qrupdan layihə qazanıb. Xüsusən, bu xoşagəlməz nümunələr vətəndaş cəmiyyəti və insan hüquqları proqramında baş verir. Həmin proqramın koordinatoru Fuad Süleymanov və ekspert qrupunun 3 üzvü (Samir İsayev, Sahib Məmmədov və İradə Cavadova) bu prosesi komanda şəklində  həyata keçirirlər;

Məmur qohumları «Sorus» fondunda rəhbərdir

Vətənaş cəmiyyətinin koordinatoru, baş nazirinin müavini Yaqub Eyyubovun  bacısı oğlu olan proqram koordinatoru Fuad Süleymanov hüquq proqramına rəhbərlik etməsinə baxmayraq ictimai təşkilatlarla bağlı qanunvercilikdən məlumatsızdır; 
 
Sahib Məmmədov üçün 100 min dollar qrant

ACİYF  daxili qaydalarına görə hər hansı proqramın eksperti iki il ərzində Fondun dəstəyi ilə yalnız bir layihə icra edə bilər. Lakin vətəndaş cəmiyyətinin eksperti Sahib Məmmədov 1 il ərizində 5 layihə icra etmişdir; Bu layihələrin ümumi məbləğı 100 min dollar edib.

Qadın proqramları monopoliyadadır

Qadın proqramının qrantlarının 80%-dən artıq hissəsi 6 ildən artıqdır ki, iki qadın təşkilatına verilir, buna baxmayaraq bu təşkilatları cəmiyyətdə qadın təşkilatları belə tanımır;
Qadın proqramının ekspertləri heç biri gender üzrə mütəxəsis deyillər, cəmiyyətdə tanınmırlar. Bu proqramda dəstəklənən layihələrin heç biri qadınlarla bağlı dünyada baş verən təşəbbüsləri əhatə etmir;

• 2008-ci ildə ACİYF yeni siyasətinə uyğun olaraq, tərəfdaşlar seçilərkən qeyri-normal seçimlər əsasında formalaşır və  yaxınlıq münasibətinə uyğun seçilir;

• 130 -dən artıq QHT-ni özündə biləşdirən Mədən Sənayesində Şəffaflığın Artılması” Koalisyana $84.000 - qrant ayrılması nəzərdə tutulursa, həmin koalisiyanın üzvü olan digər iki təşkilat ( Neftçilərin Hüquqlarının Müdafiəsi təşkilatı və Əmək Hüquqlarının Müdafiəsi Liqası) eyni sahəyə görə yuxarıdakı məbləğə yaxın qrant alır.

• Ayrı-ayrı təşkilatlara 15 regionada müxtəlf istiqamətlərdə tədbirlər keçirlməsi üçün $10.000 dollar nəzərdə tutuldugu halda, həmin fondun ekspertinə ( Sahib Məmmədova) bir rayonda monitorinq üçün $26.000 dollar nəzərdə tutulur;

• Müsabiqə elanı qeyri-pəşəkar tərtib edilir, müsabiqənin məqsədi ilə şərhi arasında ziddiyyətlər olur, müsabiqənin konsultasiya zamanı ekspertlərin rəyi yer almır və koordinator sualları cavablandırmağa çətinlik çəkir;

• Fondun proqramları demək olar ki, tərəfdaşlıq adı altında özəlləşdirilib, hər hansı bir gənc təşkilatın (təklif etdiyi aktual problemlər və təkliflərinfən) layihəsinin qrant almaq ehtimalı çox zəifdir;


Qaqaş25.06.2008 12:03

                  Hitlerin başını qopardana cəza verilmədi

Hitlerin başını qopardana cəza verilmədi

Almaniyanın paytaxtı Berlində açılan Madam Tüsso Bal Mumu Muzeyində yer alan Hitlerin heykəlinin başını qopardan almana kasıb olduğu üçün cəza verilməyəcək

Muzeyin açılışında Frank L. adlı ziyarətçi iki güvənlik xidmətçisini aşaraq Hitlerin bal mumundan olan başını qopardı. 200 min avro dəyərindəki bal mumundan olan heykəl, düzəliş üçün muzeydən çıxarıldı. "Focus" jurnalına danışan Berlin Ədalət Nazirliyi sözçüsü Katrin-Elena Şönberq, "985 avrodan da az az miqdarda qazancı olan bu insandan bir şey almaq mümkün deyil" dedi.


Olaydan sonra nəzarət altına alınan keçmiş polis məmuru Frank L., daha sonra sərbəst buraxıldı. Ancaq mülkə bilrəkdən zərər verdiyi üçün haqqında sorğu-sual aparıldı. Bu arada, muzey heykəlin bərpa edilməsindən sonra Hitlerin heykəlini təkrar yerinə qoyacaqlarını açıqladı.
Digər yandan, Almaniyada aparılan bir araşdırma, xalqın Frank L.-ni dəstəklədiyini göstərdi. Xalqın 62 faizi keçmiş polis məmurunu dəstəklədiyi halda, 35 faiz buna qarşı çıxdı.

Qaqaş25.06.2008 12:03

                   İran hansı hədəfləri vuracağını açıqladı

İran hansı hədəfləri vuracağını açıqladı

İranın torpaqlarının hücuma məruz qalacağı təqdirdə, kimləri hədəf alacağını açıqladı

Yarı rəsmi fars xəbər agentliyinin xəbərinə görə, İranın dini lideri Əli Hmaneyin sözçüsü Müctəba Zolnur, "Əgər Amerika və ya İsrail atəş açar və ya raket hücumu edərsə, İran silahlı qüvvələri İsrailin qəlbini və bölgədəki amerika ordusunu, bu hücumun tək bir qumu yerə düşmədən hədəfləyəcəkdir" dedi.


Zolnur, Hamaneyin İnqilab Mühafizəçiləri dəstəsindəki təmsilçi yardımçısı xidmətində fəaliyyət göstərir.
Qaqaş25.06.2008 12:03

                  HEYDƏR ƏLİYEVİN ÜRƏK HƏKİMİ ÖLDÜ

HEYDƏR ƏLİYEVİN ÜRƏK HƏKİMİ ÖLDÜ

Turqut Özal, Kennedi, Conson, Nikson, İran Şahı, İordaniya kralı, Vindzor qrafı və Boris Yeltsin də onun xəstələri olub
 
İlk dəfə ürəkdə şuntlama əməliyyatını tətbiq edən amerikalı cərrah Maykl Debeyki dünən Hyuston xəstəxanasında 99 yaşında vəfat edib. "Qaynar.info"-nun məlumatına görə, Debeykinin ürəyində əməliyyat apardığı pasientlər arasında Azərbaycanın sabiq prezidenti Heydər Əliyev də olub. Bununla belə, Debeykinin xəstələri arasında Türkiyənin 8-ci dövlət başçısı Turqut Özal,  ABŞ prezidentləri Kennedi, Conson və Nikson, İran Şahı, İordaniya kralı Hüseyn, Vindzor qrafı və Rusiyanın mərhum prezidenti Boris Yeltsin  də olub.


Doktor Debeyki şuntlama əməliyyatını ilk dəfə tətbiq edən cərrah olmaqla yanaşı bir çox aparatlar, o cümlədən, ürək nasosunu 1932-ci ildə tibb məktəbində oxuyarkən ixtira etmişdi. Cənab Debeykinin ürək cərrahiyə sahəsində nailiyyətləri bununla bitmir. O, daha sonra ürək köçürmə əməliyyatını gözləyən xəstələrə süni ürək yerləşdirilməsini ilk dəfə tətbiq etmişdi. 1992-ci ilədək o, 50 mindən çox əməliyyat həyata keçirdi.
1996-cı ildə onun Moskvaya uçaraq Rusiya Prezidenti Boris Yeltsini müayinə etməsi və onun ürək əməliyyatında konsultant kimi iştirakı dünya mediasının xəbər başlıqlarında idi.
Doktor Maykl Debeyki yüzlərlə ürək cərrahı üçün təlim keçib, indi onlar dünyanın müxtəlif ölkələrində doktordan öyrəndiklərini təcrübədən keçirirlər.

Qaqaş25.06.2008 12:03

             Ərəblərə irqçi mesajlar göndərən diplomat

Ərəblərə irqçi mesajlar göndərən diplomat

Təqaüdçü bir amerikalı diplomat ərəblərə göndərdiyi irqçi və təhdidkar mesajları səbəbindən 1 il həbs, 10 min dollar da maddi cəzaya məruz qaldı

Diplomat Patrik Sirinq, Vaşinqtonda yerləşən Ərəb Amerika İnstitutuna elektron məktub və səsli mesajlarla təcavüz etməkdə günahlandırıldı.
Ədalət Nazirliyindən verilən açıqlamada, diplomatın iddiaları qəbul etməsindən sonra Vaşinqtondakı federal məhkəmə tərəfindən cəzalandırıldığı bildirildi.


Sirinqin günahlandırılmasına səbəb olan ünsürlər daşıyan mesajlar arasında, "Ən yaxşı ərəb ölü ərəbdir" və insitutun rəhbəri Ceyms Zoqbiyə göndərdiyi "Sən və pis Hizbullah qardaşların həm bu dünyada, həm də o biri tərəfdə cəhənnəm alovları içində yanacaqsınız" ifadələri yer aldı.
Daha öncə Orta Şərqdə fəaliyyət göstərən diplomat keçən il təqaüdə çıxmamışdan qabaq  Xarici İşlər Nazirliyinin bir departamentində işləmişdi.


Qaqaş25.06.2008 12:03
Bu gün Azərbaycan Konstitusiya Məhkəməsinin 10 yaşı tamam olur
Konstitusiya Məhkəməsinin 1998-ci ildə təyin olunmuş ilk heyətinin 10 illik hakimlik dövrü də bu gün başa çatır

Azərbaycanın ilk Konstitusiya məhkəmə nəzarəti orqanı - Konstitusiya Məhkəməsi - 1998-ci il, iyulun 14-də yaranıb.

1995-ci ilin noyuabr ayında yeni Konstitusiyanın qəbulu ilə əlaqədar bu məsələ tam həll edilib, Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında, Milli Məclis tərəfindən 14 iyul 1998 - ci ildə seçilmiş 7 nəfər hakimdən ibarət tərkibdə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb


Qanuna görə də Azərbaycan KM 9 hakimdən olmalıdır , ona görə də daha iki hakim sonradan bu quruma daxil edilib. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Konstitusiyasının aliliyi, ədalət, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur. Konstitusiya Məhkəməsi digər məhkəmə hakimiyyəti orqanları kimi, qanunverici və icra hakimiyyətləri ilə qarşılıqlı fəaliyyət göstərir, lakin öz səlahiyyətləri çərçivəsində müstəqildir. Bununla bərabər, onun hüquqi statusu bir sıra xüsusiyyətlərlə fərqlənir. Azərbaycanın Konstitusiyası və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi haqqında" qanun məhkəmənin statusunu, onun səlahiyyətləri və fəaliyyət qaydalarını müəyyən edir.

Bu gün Konstitusiya Məhkəməsinin doqquz hakimindən altısının, 1998-ci ildə təyin olunmuş ilk heyətinin on illik hakimlik dövrü başa çatır. Milli Məclis «Konstitusiya Məhkəməsi haqqında» Qanuna əlavə və dəyişiklikləri qəbul edib. Həmin dəyişikliyə görə, Konstitusiya Məhkəməsinin hakimləri səlahiyyət müddəti bitdikdən sonra da, yeni hakim təyin olunanadək, vəzifələrinin icrasına davam edəcək.

Qaqaş25.06.2008 12:03
ARZULAR REALLAŞDI. Honda avtomobil mərkəzi istifadəyə verildi
Bəli, Azərbaycanlı sürücülər daha çox Almaniya istehsalı olan avtomobillərə üstünlük verirlər. Bu hamıya məlumdur və əsaslı səbəbləri var. Vətəndaşlarımızın fikirlərinə görə bu avtomobillər daha dözümlüdür (bu həqiqətən də belədir) və ehtiyat hissələri rahat tapılır. Amma dünyada keyfiyyəti ilə seçilən çox sayda digər avtomobil markaları var. Onlardan biri də məhz Honda markasıdır. Çox sevindirici ki, gec də olsa Honda rəsmi olaraq Azərbaycana gəldi. Burda ingilislərin bir atalar sözü yadıma düşür – “Heç olmamaqdansa gec olması yaxşıdır (Better late than never).
Avtomobil jurnalisti kimi hər hansı bir brendin rəsmi olaraq Azərbaycanda fəaliyyətə başlaması məni hədsiz sevindirir. Bu “boz diler”lərə qarşı münasibətimlə bağlı deyil. Rəsmi diler hər şeydən öncə zəmanətdir. Heç olmasa avtomobili kimdən aldığını bilirsən. Mən hələ servis və orijinal ehtiyat hissələrinin təmin olunmasını demirəm...

Səfiri narahat edən Azərbaycandakı Honda avtomobillərinin sayının azlığı məsələsi də məhz bu amillərlə bağlıdır: zəmanətli satış, keyfiyyətli servis və ehtiyat hissələrinin təminatı. Yeni Honda avtomobil mərkəzinin açılması bu məqamları geridə qoyur və müştərilərinə yüksək səviyyəli xidmət vəd edir. Honda həvəskarlarını narahat edən servis və ehtiyat hissələrinin təminatı məsələsinə gəlincə təmsilçi bu problemi kökündən həll edib. Servisdə eyni anda 35 avtomobilə texniki xidmət göstərmək mümkündür. Yerli bazar üçün bu rekord göstəricidir. Bütün bunlar onu deməyə əsas verir ki, Honda markasını Azərbaycanda təmsil edən “YenimotoR” şirkəti ilk öncə insanların fikirləri dəyişməyi qarşısına məqsəd qoyub və ilk addımda bunu uşurlu saymaq olar. Nəticə etibarilə bir avtomobil həvəskarı kimi mən çox rahatlıqla yeni Honda avtomobili ala bilərəm.

İndi isə bir qədər açılış mərasimi haqqında sizə məlumat verim. Belə möhtəşəm brendin möhtəşəm də təqdimatı olmalı idi və oldu. Qapıda qonaqları nindza geyimli şəxslər qarşılayırdı. Mən bunu Yapon fəlsəfəsinin təcəssümü kimi qarşıladım və qeyri-adiliyi qeyri-adi yanaşma ilə əlaqələndirdim.

Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki ilə yanaşı, Honda-nın Yaxın Şərq və Afrika ölkələri üzrə satış meneceri Masaxiro Matsuşito, ölkəmizdə fəaliyyət göstərən rəsmi dilerlərin nümayəndələri, jurnalistlər və çox sayda qonaq iştirak edirdi. “YenimotoR” şirkətinin direktoru Elçin Əsədov ilk olaraq Honda markasının tarixi ilə qonaqları tanış etdi və Azərbaycanda bu markanı təmsil etməkdən qürur hissi duyduğunu bildirdi:
“Ölkənin ümumi iqtisadi inkişafı bizi sevindirir. Bu inkişaf bizim işimizə öz müsbət təsirini göstərir. Biz müştərilərimizə daha səviyyəli xidmət göstərə bilirik. Çox sevinirəm və qürur hissi duyuram ki, Honda markasını Azərbaycanda biz təmsil edirik. Bu mərkəzin inşa olunmasında çox insanın əməyi keçib. Mən onların hamısına minnətdarlığımı bildirirəm. Bir müddət bundan öncə gördüyünüz bu yerlər bataqlıq idi. Amma Türkiyənin “İstanbul Çarşı” və “Bakırcı Otomotiv” şirkətlərinin sayəsində belə möhtəşəm bina ərsəyə gəlib”.

Honda avtomobil mərkəzi özündə möhtəşəm satış salonunu, 35 avtomobilə xidmət göstərmək gücündə olan servis mərkəzini və ehtiyat hissələrin satışını birləşdirir. Şirkət rəsmilərin məlumatına əsasən mərkəz 6 ay ərzində tikilib istifadəyə verilib. Honda mərkəz artıq satışlara başlayıb və tədbirdə ilk dörd müştəriyə yeni avtomobillərin açarları təqdim olundu. İlk müştərilərdən biri Nicat Zeynallının fikirlərini öyrəndik:“Neçə vaxt idi ki, Honda Accord avtomobili almaq istəyirdim. Bu avtomobilin görünüşü, mühərriki və manevr qabiliyyəti məni valeh etmişdi. Yeni mərkəz açılan kimi gəlib avtomobili aldım. Bu gün isə açarları təqdim etdilər. Çox sevinirəm ki, Honda rəsmi olaraq Azərbaycanda təmsil olunur”.

Tədbirin aparıcısı İlqar qonaqları hər bir modellə yaxından tanış etdi. Şirkətin nümayəndələri isə maraqlananların suallarının cavablandırdılar.

Gecənin ümumi atmosferində Yapon fəlsəfəsi heç də əskik olmurdu. Fasilələrdə nindzaların və Yapon milli geyimli xanımların rəqsi qonaqların zövqünü oxşadı. Tədbirin sonunda isə qonaqlar Yapon mətbəxinin nemətlərindən daddılar və bir daha əmin oldular ki, milli Azərbaycan mətbəxini heç bir mətbəx əvəz edə bilməz. Yaponiya istehsalı olan avtomobillərin keyfiyyəti reallıq olduğu kimi, Azərbaycan mətbəxinin də əvəzolunmazlığı bir reallıqdır.

Biz isə öz növbəmizdə Honda-ya qonaqpərvər Azərbaycana xoş gəlmisən deyirik. Yerli avtomobil həvəskarları keyfiyyətin nə olduğunu yaxşı bilirlər. Odur ki, arzuların gücü - Honda Azərbaycanda uğur qazanacaq.


 
  
  
  

Avtomobil DünyasıŞərhlər(0)     Baxış sayı:248
Qaqaş25.06.2008 12:03
Amerikalı mini-Hummer düzəltdi
Amerikanı bürümüş yanacaq böhranı avtomobil həvəskarlarını iri ofrouderlərdən imtina etməyə və daha kompakt avtomobillər seçməyə vadar edir.
Bu baxımdan 45 yaşlı amerikalı mexanik Endi Sandersin ağlına orijinal bir fikir gəlib. O öz əlləri ilə mini-Hummer düzəldib. Bu avtomobilin ölçüləri onun “böyük qardaşından” xeyli balacadır.
Avtomobil Suzuki Wagon R modelinin bazasında düzəldilib. Endinin sözlərinə görə, o, bu modeli görən kimi dərhal anlayıb ki, bu, əsl kiçildilmiş Hummer-dir.

Orijinal görkəmi olan avtomobilin dam örtüyü Vauxhall Agila-dan, kapotu isə Peugeot 206-dan götürülüb. Bundan başqa, mexanik optikanı Land Rover Discovery modelindən, cihazlar panelini isə Volkswagen Golf-dan götürüb. Bir sözlə, bu, əsl konstruktor işidir!
İndi Endi Sanders yeni ixtirasından zövq alır: o həm orijinal, həm də qənaətcildir. Hummer-in kiçildilmiş surəti 100 kilometr məsafəyə cəmi 4,7 litr benzin işlədir.

Avtomobil DünyasıŞərhlər(0)     Baxış sayı:85
Qaqaş25.06.2008 12:03
Xanım sürücülər və onların əvəzolunmaz oyuncaqları
Çox vaxt kişilər qadınların avtomobilə olan münasibətini bəyənmirlər. Xanımların avtomobillərinə yetərincə dəyər verməmələri, onu yalnız minik vasitəsi, dörd təkər üstündə hərəkət edən metal yığını kimi görmələri tez-tez eşidilən fikirlər arasındadır. Lakin diqqət yetirsək görərik ki, bəzən xanımlar da maşınlarına diqqət yetirir, onun «nazı» ilə oynayırlar. Ancaq bunu qadınsayağı edirlər. Maşınlarının texniki tərəfləri ilə maraqlanmasalar da, ona öz evləri kimi qayğı göstərirlər. Çünki evdə də texniki işlər – təmirlə bağlı problemlərlə kişilər məşğul olurlar. Qadınlar isə evlərini təmiz saxlayır, bəzəyir, gözəl görünməsinə çalışırlar. Eləcə də avtomobil. Bir xanım üçün çox vaxt avtomobilinin necə işləməsindən daha vacib məqam onun necə görünməsidir.

Xanımlar hansı oyuncaqlara üstünlük verirlər?

Bu oyuncaqlar maşın sahibəsinin zövqünə görə dəyişik ola bilərlər. Daha çox üstünlük verilənlər :

Yumşaq oyuncaqlarəgər bir avtomobildə bu aksessuarı görsəniz bilin ki, onun sahibəsi qadındır. Bunlar daha çox müxtəlif heyvanların, cizgi film qəhrəmanlarının kiçildilmiş forması olur. Bəzən bu oyuncaqların gözlərinin önündə olması ilə kifayətlənməyən xanımlar bir neçəsini də arxa oturacaqlara qoyurlar. Onların ölçüsü nisbətən iri olur. Nəticədə arxa oturacaq qonaq otağınızdakı divandan fərqlənmir.

Ürək, mələk, meyvə və s. fiqurlu breloklar –  satıcıların dediyinə görə bunlar ən çox alınan oyuncaqlar arasındadır. Xanımlar belə breloklardan nəinki maşınlarda, həmçinin açarlarda, telefonlarda istifadə edirlər. Bəziləri isə brelokları sadəcə çantalarında gəzdirmək üçün alırlar. Çox vaxt belə breloklar xanımların talismanına çevrilir. Sürücü xanımlar bu oyuncaqları öz maşınlarından asmaqla özlərini yolda baş verəcək hər bir pis hadisədən qoruyacaqlarına inanırlar.

Göz muncuqları – qorunmaqdan söz düşmüşkən. Hər bir maşına lazım olan aksessuar göz muncuqları. Heç bir xanım bunsuz keçinə bilməz. Təzə aldıqları maşına və özlərinin sürücülük qabiliyyətinə göz dəyməməsi üçün xanımlar müxtəlif ölçülü göz muncuqlarını yaddan çıxarmırlar. Bəzən bizim xanımlar avtomobilləri üçün dua da yazdırıb onu maşının qaranlıq bir bucağında gizlədirlər.

Kiçik gəlinciklər – xanımların dəyişilməz atributu olan gəlincikləri də bəzən avtomobildən asılmış vəziyyətdə görmək olur. Onlar daha çox kiçik ölçülü olurlar. Lakin bu oyuncaqlar çox geniş yayılmayıb.

Bunlar daha çox xanımların üstünlük verdiyi oyuncaqlardır. Lakin necə deyərlər «qadın böyük qüvvədir». Bəzən kişilərin avtomobillərində də sadə breloklardan əlavə yuxarıda adı çəkilən aksessuarlara da rast gəlinir. Burda kişilərin öz seçimi ilə yanaşı, qadınların da təsiri öz rolunu oynayır. Evin xanımı avtomobili öz istədiyi kimi bəzəyə bilər və ya sevgilin sənə yeni maşının üçün brelok hədiyyə edə bilər. Səhəri gün xanım öz hədiyyəsini avtomobildə görməyəndə nələrin baş verdiyini yəqin ki, danışmağa ehtiyac yoxdur.

Niyə?

Qadınların oyuncaqlara daha çox üstünlük verməsinin bəzi səbəbləri var. Təbii ki, xanımın xarakterindən asılı olaraq səbəblər də dəyişir. Onlardan bəzilərinə diqqət yetirək:

Çox vaxt xanımlar maşınlarını diqqət mərkəzində saxlamağa, onu hamının görməsinə, rəfiqələrin yeni avtomobili tərifləməsinə, hətta bəzən qısqanmasına çalışırlar. Bunun üçün maşını vurğulayan, önə çıxaran məqamlar lazımdır. Təbii ki, ilk vurğu modelin, rəngin üzərində edilir. Daha sonra xanımlar istər-istəməz iri, nəzərə çarpan oyuncaqlardan istifadə etməli olurlar. Psixoloqlar bunu qadının özünü təstiqləmək, başqalarından fərqlənmək istəyi ilə izah edirlər. Hətta bəzən xanımlar avtomobili də sırf bu məqsədlə  alırlar.

Xanımların oyuncaqlara üstünlük verməsinin daha bir səbəbi özü üçün komfortlu, etibarlı məkan yaratmaq istəyidir. Xanımlar yumşaq, bər-bəzəkli oyuncaqlardan istifadə etməklə özlərinə bir növ ev, otaq atmosferi hazırlayırlar. Bu da onlara özlərini güvəndə hiss etməyə kömək olur. Çünki qadın özünü nə qədər güclü göstərməyə çalışsa da, onun qorunmağa ehtiyacı var. Bunun üçün xanımlar yumşaq oyuncaqlarla komfort yaratmağa, talisman və göz muncuqları ilə özlərini bəd hadisələrdən qorumağa çalışırlar.

Bəzən xanımlar sadəcə belə oyuncaqları xoşları gəldiyi üçün, öz zövqlərini oxşasın deyə avtomobillərinə yerləşdirirlər.  Bu daha çox şıltaq, gənc qızlara aiddir. Onlar çox vaxt maşını ən  xoşlarına gələn oyuncaqları ilə bəzəyirlər. Gənc xanımların dediyinə görə belə oyuncaqlar onların əhvalının yaxşı olmasına, maşın sürən zaman özlərini gümrah hiss etmələrinə kömək edir. Həm də oyuncaqlar «ağır metal»dan olan əşyanı yüngülləşdirməyə, daha rəngarəng, şən görünməsinə xidmət edir.

Bu barədə onlardan bir neçəsinin fikirləri ilə tanış olaq.

Həsənova Məlahət :

“Fikrimcə qadınlar daha incə zövqlüdürlər. Buna görə ətraflarında zərif, yumşaq əşyaların olmasından xoşları gəlir. Bu zaman biz özümüzü daha rahat hiss edirik. Mənim daha çox yumşaq, iri oyuncaqlardan xoşum gəlir. Elə avtomobildə də onlara üstünlük verirəm. Ətrafımda pozitiv əşyaların olması mənə də yaxşı təsir göstərir”.

Məmmədova Ülviyyə :

“Mən sadəcə olaraq, oyuncaqları xoşlayıram və onların maşınımı bəzəməsindən də xoşum gəlir. Oyuncaqlar mənə yüksək əhval-ruhiyyə verirlər. Həm də belə əlavələr avtomobilləri daha rəngarəng, daha nəzərəçarpan edir”.

Kazımova Əminə :

“Kişilər və qadınlar öz sevgilərini fərqli formalarda göstərirlər. Bu hər şeydə belədir, eləcə də maşınlarda. Məncə qadınların daha çox oyuncaqlara üstünlük verməsi, bundan irəli gəlir. Kişilər avtomobillərini təmir edərək, ona vaxtında qulluq edərək öz “sevgi”lərini göstərirlər. Qadınlar isə çox vaxt avtomaşının texniki problemlərindən baş çıxarmırlar. Ona görə avtomobillərini bəzəməklə ona qayğı göstərirlər”.
 
Lakin avtomobilə belə əlavələrin olunmasının yaxşı cəhətləri ilə yanaşı, təhlükə doğuran tərəfləri də var. Çünki onlar hər dəqiqə diqqətin yayılmasına, sürücünün fikrinin yoldan ayrılmasına səbəb ola bilərlər. Ona görə xanımlar avtomobillərindəki oyuncaqların miqdarına, iriliyinə, yerinə diqqət yetirməlidir. Çünki oyuncaqların göz önündə yerləşdirilməsi, həddindən artıq iri olması, sayının hətta bəzən 5-6-ya çatması arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bunun üçün oyuncaq seçəndə də onu yerləşdirəndə də zövqlə və ehtiyatla hərəkət etməlidirlər. Yoxsa,  kişilərin onların sürücülük qabiliyyəti ilə bağlı dedikləri fikirlər dəyişilməz qalacaq.

AVTO & QADINŞərhlər(0)     Baxış sayı:81
Qaqaş25.06.2008 12:03

             Dünyanın ən bahalı evinin sahibi

Dünyanın ən bahalı evinin sahibi

İngilis futbol klubu Çelsinin sahibi rus iş adamı Roman Abramoviç, dünyanın ən bahalı evini aldı

QayNar : İngilis mediyası, bu yaxınlarda 25 yaşlı model Dariya Zukova ilə evlənəcək 41 yaşlı milyarder iş adamının, Fransanın Rivieyra şəhərindəki La Leopolda villası üçün 500 milyon dollar ödədiyini yazdı.


Belçika Kralı Leopoldun öz məşuqəsinə hədiyyə olaraq inşa etdirdiyi villanın daha öncəki sahibləri arasında Bill Qeyts və "Fiat"ın rəhbəri Cianni Aqnelli də yer alır.
Qaqaş25.06.2008 12:03

                         İran dünyanı aldadıb?

İran dünyanı aldadıb?

İranın Fars Körfəzində keçirdiyi "Böyük Peyğəmbər-3" təlimləri çərçivəsində "Şəhab-3" ballistik raketlərini sınaqdan keçirməsi ABŞ-da şübhə doğurub.
Dövlət Departamenti mənsublarının dediklərinə görə, raketlərin buraxılışı faktının özü belə, şübhəlidir.
"Bizdə İranın ballisti raketlərin əlavə sınaqlarına dəlalət edə biləcək heç bir fakt yoxdur. Araşdırmalar aparırıq", - Dövlət Departamentinin nümayəndəsi Şok Makkormak deyib.
Onun sözlərinə görə, İranın raket sınaqları ilə bağıl yaydıqları videogörüntülər və fotoşəkillərin ekspertizası aparılır.


Jurnalistlər isə əmindirlər ki, həmin şəkillər çox aşağı səviyyəli saxtakarlıqdır.
Şəkillərdə 4 ballistik raketin buraxılışı əks olunub. Lakin birinci raketlə üçüncü raketin buraxılışı bir-birinin tam təkrarıdır.
Bəzi ekspertlər isə hesab edirlər ki, yeni raket sınaqları ümumiyyətlə, olmayıb: şəkildəki raketlər isə ötənilki sınaqlar zamanı çəkilib.

Qaqaş25.06.2008 12:03

     Rusiyada gürcü-azərbaycanlı davası düşdü

Rusiyada gürcü-azərbaycanlı davası düşdü

Dünən Yekaterinburqun Vağzalyanı adlanan ərazisindəki meyvə-tərəvəz bazasında azərbaycanlılarla gürcülər arasında toqquşma baş verib.
Bazanın kafesində öz ad gününü qeyd edən iki Gürcüstan vətəndaşı ilə azərbaycanlı arasında mübahisə düşüb. İnsident soydaşımızın ağır bədən xəsarəti alması ilə nəticələnib. Yaralı xəstəxanaya aparılıb və ona ilkin tibbi yardım göstərilib. Hadisədən xəbər tutan bazada çalışan azərbaycanlılar bazanın rəhbərliyindən hadisə ilə bağlı izahat tələb ediblər. Rəhbərlik faktı araşdıracağına söz versə də, vədinə əməl etməyib.


Nəticədə bu gün 200-dək azərbaycanlı bazanın ərazisinə toplaşıb və rəhbərliklə görüş tələb ediblər. Bazanın rəhbərliyi azərbaycanlıları ərazidən çıxarmaq üçün hüquq-mühafizə orqanlarından kömək istəyib. Əraziyə gələn milislər soydaşlarımızı oradan uzaqlaşdırıblar. Yekaterinburq daxili işlər orqanları faktı araşdırır, Gürcüstan vətəndaşları tərəfindən soydaşımıza xəsarət yetirilməsi faktı üzrə “Bilərəkdən ağır bədən xəsarəti yetirmə” maddəsi ilə cinayət işi başlanıb.
Qaqaş25.06.2008 12:03

    Zəlzələni 10 saat əvvəl xəbər verən qurğu

Zəlzələni 10 saat əvvəl xəbər verən qurğu

Alimlər dünyanın seysmik cəhətdən ən aktiv ərazilərindən biri, Şimali Amerika tektonik təbəqəsinin qurtaracağında, Kaliforniya boyunca səkkiz yüz mil ərazini əhatə edən San Andreas çatı zonasında qazma işləri aparıblar və təbiətin gücünü daha yaxşı anlamaq üçün aparat quraşdırıblar. Artıq nəticələr var. "Qaynar.info"-nun məlumatına görə, alimlər zəlzələdən 10 saat əvvəl onun baş verəcəyini xəbər verəcək sistemi aşkar etdiklərini fikirləşirlər
Vaşinqtonun Karnegi İnstitutundan Seysmoloq Pol Silver deyir ki, kiçik titrəyişlərdən əvvəl yer qatında dəyişiklik hiss ediblər. O inanır ki, bu yenilik alimlər üçün zəlzələnin əvvəlcədən proqnozlaşdırmasında bir addım irəli inkişaf ola bilər.


"Təbii olaraq, daşlarda dəyişiklik olmur. Təəccüblüsü odur ki, bu 3 bal gücündə zəlzələdən əvvəl biz böyük dəyişiklik gördük. Bu təzyiqin dəyişməsinə uyğun gəlir və bu üç bal gücündə zəlzələ öncəsi titrəyişə bənzyir. Əgər bu doğrudursa, bizim üçün sevindrici haldır və onu inkişaf etdirməliyik."
Seysmologiya və zəlzələnin əvvəlcədən proqrnozlaşdırılması üçün bu nə dərəcədə əhəmiyyətlidir?
"Mən deyərdim ki, biz bu nəticədən çox ruhlandıq, ancaq onu inkişaf etdirmək və təsdiqləmək lazımdır. Faktiki olaraq, biz həmin əraziyə sentyabrdan başlyaraq uzun müddət üçün qayıdacağıq. Biz bunu bir daha yenidən görmək istəyirik. Elə olarsa, bu çox sevindirici xəbər olacaq. Bu mərhələ üçün isə hələlik deyə bilərəm ki, biz bundan çox ruhlanmışıq."

Qaqaş25.06.2008 12:03

                              Öz bədənini yeyir!

Öz bədənini yeyir! <font color=#ff0000>(Fotolar)</font>

Əllərini yeməsin deyə həkim onun dişlərini çıxardı

QayNar: Almaniyada yaşayan 14 yaşlı Hanna ağrı hissiyatı olmadığı üçün bədənini yeyir. Hanna ilk dəfə kiçik yaşlarında olanda  dilini çeynəyərək yarısını yeyib.
"Qaynar.info"-nun məlumatına görə, dəfələrlə sümükləri qırılan Hannanı onun özündən  qorumağa çalışan anası bəzən nə edəcəyini bilmir. Yeniyetmə çağında olan Hannanın aclıq hissiyatı da olmadığı üçün yemək yeməyi də unudur. Kənardan bir nəfərin ona yemək yeməyi xatırlatmağı  lazım gəlir.


Nadir rast gəlinən bir xəstəliyə tutulan Hanna barmaqlarını yediyi üçün dişləri həkim tərəfindən çıxarılıb. Hannanın tutulduğu xəstəlik dünyada sadəcə 100 insanda mövcuddur. Bu durum xəstəliyin müalicə edilməsini daha da çətinləşdirir. Bu xəstəlik tibbi ədəbiyyatda "Nevropatiya tipli İV" xəstəliyi kimi tanınır.


BölməsizŞərhlər(0)     Baxış sayı:79
Qaqaş25.06.2008 12:03

                              Popun kralı qocaldı

Popun kralı qocaldı

Mayk Ceksonun inanılmaz görüntüləri heyranlarını üzdü

QayNar : Canlı əfsanə ABŞ-lı meqastar Maykl Ceksonun son görüntüləri pərəstişkarlarını şoka saldı. Önümüzdəki ay 50 yaşına qədəm qoyacaq olan pop müğənnisi Cekson, əlil arabası ilə bir ticarət mərkəzindən çıxarkən kameralara tuş gəldi. Dünya miqyasında milyonlarla heyranı olan, albomları milyonlarla satılan sənətçinin tibbi maskalı və ziddiyətli halı hər kəsin beynində sual işarəsi yaratdı.


addi vəziyyəti son dərəcə pis olduğu bildirilən Ceksonun psixi sağlamlığından ehtiyat edilir.
Qaqaş25.06.2008 12:03

                 Obama Almaniyanı "böldü"

Obama Almaniyanı

Berlində xalqa xitab etmək istəyən ABŞ prezidentliyinə namizəd hökumətdə kriz yaratdı...

QayNar : ABŞ-ın ilk qaradərili prezidenti olma yolunda irəliləyən Barak Obama, Almaniyada koalision hökumətinin ikiyə ayrılmasına səbəb oldu. 24 avqustdakı ziyarətində Berlindəki Brandenburq Qapısında çıxış etmək istəyən Demokratlar Partiyasının prezidentliyə namizədi, Almaniyanın baş naziri Angela Merkel və Xarici İşlər Naziri Frank-Ualter Ştaynmayer arasında dilemmaya səbəb oldu.


Merkel, Obamanın tarixi qapını seçim vasitəsi olaraq istifadə etməsinə tərəddüdlə baxdığı halda, Ştaynmayer bunun ABŞ-Almaniya əlaqələrinin gücünü göstərəcəyini düşünür. Xristiyan Birlik Demokratlar Partiyasının lideri Merkellə, koalisiya ortağı Sosial Demokratlar Partiyasından olan Ştaynmayerin bu fikir ayrılığı, "Obama, Almaniya hökumətinin çökməsinə səbəb olacaq" iddialarına yol açdı.
Qaqaş25.06.2008 12:03

               Yeni böhran: İnternet tıxacı

Yeni böhran: İnternet tıxacı

Son illər internetdə müşahidə olunan basırıq şəbəkənin qlobal yüklənməsinə səbəb olur

QayNar: Siz internetə daxil olarkən səhifə gec açılır?
Və yaxud elektron poçtunuzu yoxlayarkən, ya da hansısa saytlara daxil olarkən  hiss edirsinizmi ki, daxil olduğunuz resurs bəzən sizi bezdirib 3-4 dəqiqə gözləməyə vadar edəcək dərəcədə gec yüklənir?
Bir çoxları bunu lokal şəbəkədə baş verən nasazlıqlarla əlaqələndirə bilər. Lakin  məsələ burasındadır ki, bu sindrom artıq dünya miqyasında yaranır.
Bu eynilə 1998-ci ildə mövcud olan sadə saytların gec açılmasına bənzəyir, halbuki indi yeni nəsil elektronikanın köməyilə şəbəkə 12 dəfə güclü olmalı idi


Əgər siz internetə daxil olarkən yuxarıda sadalanan hallar baş verərsə, deməli sizinlə eyni anda (onlayn zaman kəsiyi) yüz minlərlə insan şəbəkəyə daxil olur. Bunların bir hissəsi film seyr edir, bir hissəsi video və audio faylları yükləyir, bəziləri ünsiyyət qurur və vizual əlaqə yaradır, yerdə qalanı canlı şəkildə TV və radio proqramları izləyir və s. Hələ biz internet vasitəsilə telefon zənglərini, müştəri xidmətlərini, peyk və mobil rabitəni demirik.
Bütün bunlar onu göstərir ki, “Betnəlxalq hörümçək toru”nun artıq böhranlı anı yetişib (Pekin Olimpiya oyunlarına biletlərin satışını təşkil edən saytın çökməsini xatırlayın, o zaman həmin sayta eyni anda bir milyondan çox istifadəçi daxil olmuşdu) və istənilən an fəaliyyətində ciddi problemlər yaşana bilər.
Hazırkı vəziyyət ən çox böyük korporasiyaları və nəhəng şirkətləri, eləcə də bank sistemini qorxuya salıb. Onlar başa düşürlər ki, bu böhranın baş verməsi dünya üçün əsl fəlakətə çevrilə bilər.
Qeyd edək ki, ilkin olaraq ABŞ və İngiltərə artıq internet mühitinin modernləşdirilməsi üçün hazırlıqlara start veriblər. Amma bu layihənin tam gerçəkləşdirilməsi üçün hədsiz investisiya gərəkdir. Müstəqil şirkətlər və iş adamları isə bu yükü öz üzərlərinə götürməkdən qorxurlar. Hər halda çıxış yolu tapılmasa standart peyklər və birölçülü ötürücü şəbəkə kanalları çox davam gətirməyəcək. Statistika göstərir ki, hər il milyonlarla yeni kompüter satışa buraxılır. Kuba və Türkmənistan kimi ölkələr də daxil olmaqla artıq bütün dünya üzrə inkişaf etməkdə olan ölkələr də televiziya sisteminden daha çox internet xidmətlərinə müraciət edirlər və onların sayı durmadan artır.

Qaqaş25.06.2008 12:03

“AZƏRBAYCANDA HEYRAN OLMAĞA HEÇ NƏ YOXDUR”

“AZƏRBAYCANDA HEYRAN OLMAĞA HEÇ NƏ YOXDUR”

Hikmət Hacızadə: “Rays, yaxud Buş bura nəyə gəlsin, neft daşlarına baxmağa?”

ABŞ-ın dövlət katibi Kondoliza Rays ikinci dəfə Gürcüstana səfər edib. Əlbəttə, onun səfəri ümumi regiondakı vəziyyətlə yerində tanış olmaq və təmsil etdiyi dövlətin bölgədəki mövqelərini möhkəmləndirmək məqsədi daşıyır. Səfərin konkret məqsədləri toxunduğumuz məsələyə aid olmadığından bu barədə geniş danışmırıq. Bu yazıda diqqəti ABŞ-ın rəhbər şəxslərinin Cənubi Qafqaz ölkələri içərisində məhz Gürcüstana gəlmələrinə yönəldəcəyik. Qeyd edək ki, iki il əvvəl ABŞ prezidenti Corc Buş da bölgəyə səfəri çərçivəsində yalnız Gürcüstanda olmuşdu.
Maraqlıdır ki, hakimiyyət Azərbaycanın regionun lideri olduğunu iddia etdiyi halda ABŞ rəhbərləri İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizə səfər etməyiblər. Baxmayaraq ki, Qərbin Azərbaycanda böyük maraqları, xeyli sayda çalışan şirkətləri var, amma onlar bu ölkəyə gəlmirlər. Bu nəyin göstəricisidir?


Politoloq, Müsavat Məclisinin üzvü Hikmət Hacızadənin fikrincə, bu, Azərbaycanın regionun lideri olmadığını göstərir: “Ölkə rəhbərliyi özünü tərifləmək üçün Azərbaycanı bölgənin lideri adlandıra bilər. Amma reallıq başqa cürdür axı. Əgər Allah bizə neft veribsə və hakimiyyət bunu yerin altından çıxarıb satırsa, burada heyranedici, Qərb təmsilçilərini ölkəyə çəkib gətirən bir şey yoxdur. Gürcüstanda isə təqdirəlayiq çoxlu hadisələr baş verib ki, ABŞ rəhbərləri ona baxmağa gəlirlər. Məsələn, Gürcüstan ciddi siyasi və iqtisadi islahatlar aparır, demokratiya yolunda addımlayır, NATO-ya, Avropaya inteqrasiya edir. Bu dövlət tarix boyu Şərqi bürümüş korrupsiya və rüşvətxorluqla mübarizə aparır. Gürcüstan çalışır ki, bu ölkədə yaşayan başqa millətlərlə, məsələn, azərbaycanlılarla isti münasibətlər yaratsınlar. Bunun üçün müxtəlif variantlar üzərində düşünürlər. Elə bu yaxınlarda orada Azərbaycan dili haqqında bu qərar qəbul etdilər. İnkişaf budur, neft çıxarıb satmaq yox. Dünyada inkişaf deyəndə sadaladığım məsələlər nəzərdə tutulur. Gürcüstanda bunlar baş verdiyinə görə ABŞ rəhbərlərini ora cəlb edir. Azərbaycan isə demokratik ölkə olmadığına, burada təqdirəlayiq, heyranedici hadisə baş vermədiyinə görə gəlmirlər, buna ehtiyac görmürlər. Rays, yaxud Corc Buş Azərbaycana nəyə gəlsin ki? ”Yaxt Klub"da diskoteka oynamağa? Neft daşlarına baxmağa? Hansı demokratik nailiyyət var ki, onlar buna heyran qalmaq üçün Azərbaycana gəlsinlər? Neft də yerin altındadır, ona baxmağa ehtiyac yoxdur. bp şirkəti onu çıxarıb Avropaya göndərir. Belə şeylər üçün ABŞ rəhbərləri Azərbaycana gəlməzlər".
Qaqaş25.06.2008 12:03
       Moskvada fələstinli diplomat döyülüb
Fələstin səfirliyinin işçisinin evinə naməlum şəxslər hücum edib

Rusiyanın paytaxtı Moskvada Fələstin səfirliyinin birinci katibinə hücum olub. «İnterfaks»ın məlumatına görə, naməlum şəxslər diplomatın evinə girərək ona xəsarət yetiriblər, daha sonra isə hadisə yerindən qaçıblar. Zərərçəkən dərhal xəstəxanaya aparılıb.


Hələlik naməlum şəxslərin axtarışları heç bir nəticə verməyib. Faktla əlaqədar cinayət işi açılıb.
Qaqaş25.06.2008 12:03
"Azərbaycan Ordusunun maddi texniki təminatı və fiziki hazırlığı yüksək səviyyədədir"
Cəbhə xəttinə baş çəkən diplomatlar Azərbaycan Ordusunun güclü olduğu qənaətinə gəliblər

Azərbaycanın xarici ölkələrdəki diplomatik missiya və konsulluqlarının rəhbərləri cəbhə bölgəsinə səfəri başa çatıb. Səfər çərçivəsində, Füzuli rayonundakı Müdafiə Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə məxsus hərbi hissələrə baş çəkən diplomatlar Azərbaycan Ordusunun güclü olduğu, maddi texniki təminatının və fiziki hazırlığının yüksək səviyyədə olduğu qənaətinə gəliblər.


Qeyd edək ki, rayona gələn diplomatlar əvvəl Horadiz qəsəbəsində Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra  Zobucuq adlanan ərazidə məcburi köçkünlər üçün salınan qəsəbəyə baş çəkən nümayəndə heyəti buradakı 5 orta məktəbin  hər birinə  kamera, televizor və proyektor bağışlayıb. Diplomatlar Azərbaycan İran sərhədində, Araz çayı üzərində tikilən su anbarına da  baş çəkiblər.  Nümayəndə heyətinin növbəti dayanacağı isə Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsi olub. Burada əsgər və zabitlərlə söhbət edən və onlarla birlikdə nahar edən diplomatlar milli ordumuzun cəbhə xəttindəki mövqelərinə də gediblər.

Azərbaycanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri  Tamerlan Qarayev ANS TV-nin Qarabağ bürosuna bildirib ki, nümayəndə heyəti milli ordunun yüksək əhval ruhiyyəsinin şahidi olublar. “Hərbi hissələrin təşkili yüksək səviyyədədir. Biz sovet ordusunda qulluq etmişik, kazarmaları görmüşük, bura onlarla müqayisə olunmaz dərəcədə yüksək səviyyədədir”.   
Azərbaycanın İsanbuldakı baş konsulu  Səyyad Aran: “Azərbaycan Ordusu kifayət qədər qüdrətli və mətindir. Azərbaycan əsgəri maddi texniki baxımdan inkişaf edir və ali baş komandanın əmri  ilə torpaqlarımızı azad edə bilər”.   

Cəbhə xəttindəki vəziyyətlə maraqlanan diplomatlar, ön xətdə yerləşən səngərdən işğal altındakı ərazilərə baxıblar. Onlar bu cür səfərlərin Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını vurğulayıblar.
Qeyd edək ki, Azəraycanın xaricdəki səfir, konsul və beynəlxalq təşkilatlardakı təmsilçilərindən ibarət nümayəndə heyəti 35 nəfər olub. Nümayəndə heyətini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov müşayiət edib


Qaqaş25.06.2008 12:03
Ana oğluna narkotik maddə apararkən saxlanılıb
Cəvahir Ağayevanın üzərindən hərəsi bir qramdan yuxarı olan 30 büküm heroin aşkarlanıb

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən oğluna narkotik maddə ötürmək istəyən ana həbs edilib. Penitensiar Xidmətdən ANS PRESS-ə verilən məlumata görə, bu gün təcridxananın əməliyyat aparatı tərəfindən əldə olunmuş məlumatlar əsasında 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 1978-cı il təvəllüdlü, Azərbaycan Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanılması), 206.3.2–ci (qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qurban Ağayevlə qısa müddətli görüşə gələn valideynləri məhkuma külli miqdarda narkotik vasitə ötürməyə cəhd göstərib.


Məhkumun anası, Astara rayon sakini, 1954-cü il təvəllüdlü Cəvahir Ağayevanın üzərində baxış keçirilərkən 30 büküm hərəsi 1 qramdan yuxarı olan narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Fakt üzrə aşkar olunmuş narkotik vasitə və saxlanılmış şəxs istintaq aidiyyatı üzrə Nizami rayon Polis İdarəsinə təhvil verilib.

Qaqaş25.06.2008 12:03
Bakının “5 Qazan” restoranında 12 nəfər qidadan zəhərlənib
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan xəstələrin durumu orta ağır olaraq qiymətləndirilir

Paytaxtın "Beş mərtəbə" kimi tanınan ərazisindəki “5 qazan” restoranında kütləvi zəhərlənmə faktı qeydə alınıb. Qida zəhərlənməsi diaqnozu ilə 12 nəfər xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, zəhərlənənlərdən ikisi azyaşlı uşaqdır.


Onlar 3 saylı klinik uşaq xəstəxanasına, digər 10 nəfər isə Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Xəstələrin yaxınlarından aldığımız məlumata görə, onların hamısı toyuq dönərindən zəhərləniblər və xəstəxanaya yerləşdirilərkən vəziyyətləri ağır olub.

Klinikanın yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda xəstələrin vəziyyəti orta ağırdır. İaşə obyektində isə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları araşdırma aparır. Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin sözlərinə görə, laborator müayinə üçün toyuq ətindən nümunələr götürülüb: "Zəhərlənmənin nədən baş verməsini demək çətindir. Şübhəli məhsul xəstələrin qəbul etdikləri toyuq dönəridir. Müayinə üçün nümunələr götürmüşük. Ancaq laborator mayinədən sonra fikir söyləmək olar. Burada müəyyən qədər ərzaqların hazırlanmasında, texniki emalında gigiyena qaydalarını pozma halları aşkar olunub. Ən əsası obyekt sahibinin məlumatsızlığı ucbatından toyuq dönəri qadağan olduğu halda burada satılır”.


Qaqaş25.06.2008 12:03
Bakıda qardaş və bacısını zorlayan erməni hərbi xidmət çəkmək istəyir
Edqard Sarkisyan məhkəmədən onun bu niyyətinə diqqət yetirməyi xahiş edib

Bu gün Ağır Cinaytələr Dair üzrə Məhəkəmədə hakim Əlisoltan Osmanovun sədrliyi ilə azyaşlı bacısı və qardaşına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən milliyətcə erməni olan Edqard Sarkisyanın cinayət işi üzrə məhəkəmənin hazırlıq iclası keçirilib.


ANS PRESS-in məlumatına görə, o bu ilin fevral ayında 7 yaşlı bacısı Əliyeva Səbinəni döyüb və ona qarşı seksul xarakterli hərəkətlər edib. 10 yaşlı qardaşı Əliyev Akifi (adlar şərtidir) isə zorlayıb. O bu ilin fevralın 23-də anası Elmira Qurbanovanın ərizəsi əsasında həbs olunub.
Xatırladaq ki, Edqard Sarkisyan Nəsimi rayon Məhkəməsinin hökmü ilə cinayət məcəlləsinin 177 (oğurluq) maddəsi ilə təqsirləndirilərək həbsdə olub. İndi isə ona qarşı 132 (döymə) və 150.3.3 (seksual xarakterli zorakılıq hərəkətləri) maddələr ilə ittiham irəli sürülüb.
Hakimlər müşavairəyə gedən zaman Edqard Sarkisyan erməni olduğu üçün hərbi xidmətə getmədiyini və hərbi xidmət çəkmək istədiyini deyib. Məhkəmə prosesi iyulun 14-nə təyin olunub. Məhkəmə istintaqı qapalı məhkəmə iclasında aparılacaq.

Qaqaş25.06.2008 12:03

Madonna Aleks Rodriqesin ailəsini dağıdıb

Madonna Aleks Rodriqesin ailəsini dağıdıb

Məşhur Hollivud müğənnisi Madonnanın beysbolçu Aleks Rodriqeslə görüşməsi sonuncunun ailəsinin dağılmasına səbəb olub. Son günlərin ən gündəmdə olan qalmaqallı məsələsi Aleksin həyat yoldaşının boşanma ərizəsi ilə məhkəməyə müraciət etməsidir. Sintiya Rodriqes bu hərəkətdən təngə gələrək iki qızının atası olan Alekslə boşanmağa qərar verib. Sintiyanın vəkili Erl Lilli isə mətbuata açıqlama verərək, boşanmanın həqiqətən də bu səbəbdən olduğunu deyib: “Madonna ilə Rodriqes arasında olan münasibətdən xəbəriniz var.


Məhz onların bu isti münasibəti də boşanmaya səbəb oldu. Boşanma haqqında sənədlərdə göstərilən Aleks Rodriqesin xəyanət əhvalatlarının heç biri izah olunmayacaq”. Vəkilin dediyinə görə, sənədlərin əsas məqsədi ədaləti bərpa etmək və qadına onun həyatında olan çətin mərhələni keçməyə kömək etməkdir. Sintiyanın fikrincə isə, Aleks Madonna ilə görüşəndən sonra çox dəyişilib. Bu görüşlərdən sonra Aleks çox soyuq ata və həyata yoldaşına çevrilib. Madonna isə hazırda Nyu-Yorkda qanuni həyat yoldaşı Qay Riçi ilə həyat sürür və bu münasibətlər hələlik onun ailəsinə təsirini göstərməyib
Qaqaş25.06.2008 12:03

AZƏRBAYCANLILARIN ANTALYA MACƏRALARI

AZƏRBAYCANLILARIN ANTALYA MACƏRALARI

Sərxoşluq edir, dava salır, qalmaqal törədirlər...

- Azərbaycanlı turistlərdən ümumən razıyıq. Amma bəy, vallah, onların arasında elələri var ki, buraya sanki istirahətə yox - baş ağrıtmağa, dava salmağa, qalmaqal yaratmağa, özlərini göstərməyə gəlirlər. Nə yazıqlar ki, belə adamların sayı ilbəil artır.
... Türkiyənin Antalya bölgəsindəki Bələk kurortunda yerləşən "Gloria Verde Resort & Cpa" beşulduzlu hotelinin meneceri soydaşlarımızdan gileylənərək başını yelləyir.


Onun dediyinə görə, Antalya hava limanından cəmi 38 km aralıda yerləşən bu hoteldə istirahət edənlərin əksəriyyəti ruslar, almanlar, ingilislər, serblər və fransızlardır.
Son dörd ildə "Gloria"ya gələnlərin arasında Azərbaycan vətəndaşları da sürətlə artıb. Belə ki, 2003-cü ildə bu hoteldə cəmi 4 azərbaycanlı dincəlmişdisə, ötən ay onların sayı 120-ni keçib.
Di gəl, kəmiyyət artımı keyfiyyət yüksəlişi ilə nəticələnməyib.
Məsələn, hotelin "Elegance All İnclusive" restoranında ötən həftə dava salanlar məhz soydaşlarımız olub. Onlar yeməklərin keyfiyyətindən və xidmət səviyyəsindən şikayətlənərək masanı çeviriblər, sonra da ofisinatlara bağıraraq oranı tərk edərkən müştərilərdən biri ilə süpürləşiblər.
"Azərbaycanlılar sərxoşdular, ayaq üstə güclə dururdular. Onları sakitləşdirmək üçün çox çalışsaq da, mümkün olmadı. Üstəlik iş yoldaşlarımdan birini də möhkəm söydülər", - restoranın ofisiantlarından biri deyir və adının çəkilməməsini, əks təqdirdə işdən qovulacağını deyir.
"Gloria" rəhbərliyi təbii ki, bu insidenti dandı və hotelin imicinə ziyan gətirməmək üçün heç nə baş vermədiyini söylədi.
Fəqət, Almaniya vətəndaşları Karl və Mariya Şopferlərin dediklərinə görə, orta yaşlı iki azərbaycanlı kişi hotelə qədəm basdıqları gündən başağrısına dönüblər: "Onların qaldıqları nömrələr daimi problemdir. Gah qulluqçuları təhqir edirlər, gah içib aşa-aşa hotelə gəlirlər, gah da çimərlikdə istirahət edən qadınlara sataşırlar".
"İC Hotel Santai"də də üç azərbaycanlı dalaşqanlıq, qalmaqalçılıq və dözülməz davranışları ilə buradakıları zinhara gətiriblər.
Hotelin "Canton Chinese" restoranında içib "Sushi-bar"a enən bu zəngin soydaşlarımız bir dəfə ofisiantdan yapon mahnısı oxumasını tələb ediblər. Di gəl, Antalyada yaşayan bu türk gənc yapon dilini bilmədiyindən canını qurtarmağa çalışsa da, "səni pulla alarıq" kəlmələriylə başlanan aşağılamalara məruz qalıb. "İc Hotel" yetkililəri də bədnam "reputasiya mühafizəsi prinsipi"ndən belə olayın "əsla baş vermədiyi"ni söyləyərək "mənşəyi naməlum iddialara görə təəssüf hissi" keçirdiklərini vurğuladılar.
Antalyanın Aksu bölgəsində yerləşən beşulduzlu "Venezia Palace" isə turistlər ötən ayın əvvəllərində burada "lövbər salıb" 10 gün qalan azərbaycanlı qadınları çətin ki, unudalar.
Onlardan birinin müğənni, o birinin isə məmur xanımı olduğu deyilir.
"Hotelə gələn günü sakitdilər. Çox zəngin, elitar, az qala zadəgan təsiri bağışlayırdılar. Lakin az sonra sanki məcralarından çıxıb ağıllarını itirdilər. Onları az qala hər gün sərxoş görürdük. Özü də elə biabırçı hərəkətlər edirdilər ki, həmin qadınların yerinə biz utanırdıq", - "Venezia"nın xidmət personalında çalışanlar söyləyirlər.
Onların sözlərinə görə, həmin xanımlar hotelin nəzdindəki gözəllik mərkəzində endormologiya, pressoterapiya, xüsusi "bodi LGP" seansı, Şiatsu və refleks masaжları, habelə ayaqların limfatik drenaжı və s. xidmətlərdən sürəkli istifadə edərək masaжistlər, kosmetoloq və bərbərlərə toplam olaraq 5 min avroya yaxın pul ödəmələrinə rəğmən, hoteli tərk edərkən iki qayçını özləri ilə aparıblar.
Antalyanın Kadriyye qəsəbəsindəki "Club Hotel Bellis"də iki soydaşımız oranı tərk etməzdən bir gün əvvəl oğurluq edib,
Kəmərdəki "Turkiz" hotelindəki orta yaşlı azərbaycanlı turist isə bərbad davranışına görə dəfələrlə nəzakətli xəbərdarlıq alıb.
Kəmər şəhərinin özündə isə gecələr Liman, Bazar və Kavaklı küçələrini dolaşaraq, əlindəki pivə şüşəsini qaldırıb "Banzay!" bağıran 45 yaşlı azərbaycanlı barədə burada hələ çox danışacaqlar. Polis bu şəxsi saxlayanadək o iki dükanın vitrini sındırıb, 4 turistə sataşıb - bir sözlə, kəmərlilərin xatirəsində uzunmüddətli "yer alıb".
Antalyadakı məşhur "Yivli Minarə"nin qarşısında "Mən Nəsimiyəm!" bağıran sərxoş azərbaycanlı, Qədim Roma dönəmindən qalmış "Adrian Darvazası"na dırmaşmaq istəyən və polisin gəlməsinə rəğmən, "Çəkilin, bunu etməliyəm, mənə tapşırılıb!" qışqıran içkili soydaşımız - bu adamlar yerli camaatda azərbaycanlı turistlərlə bağlı həddən ziyadə mənfi rəy yaratmış "qəhrəman"lardır.
Bu, azərbaycanlı turistləri qonaq qismində qəbul edən tərəfin dedikləridir. Soydaşlarımız isə ittihamlarla razılaşmır, Türkiyədəki kurortlarında yerləşən hotellərin tam əksəriyyətinin dünya standartlarına cavab vermədiklərini deyirlər.
"Antalyada "Paradise Resort" hotelində xanımım və iki oğlumla iki həftə qaldıq. İki nömrədən hər birinin sutkalıq qiyməti 320 avro idi. Buna rəğmən, şam yeməklərindən birində oğlum dəcəllik edərək yıxılanda plastik kətili sındırmışdı. O kətilin qiyməti ən uzağı 10 avro olardı. Pulunu da dərhal ödəməyə hazır idim. Amma hotelin meeceri elə haray-həşir qaldırdı, elə çığırıb-bağırdı ki, sanki oğlum 13-cü əsrdən qalan, milyonlarla qiyməti olan əntiq taxtı qırmışdı. Sonra da ağızlarına gələni dedilər bizə. Və bir adam da yada salmadı ki, axı biz ailəliklə bu hotelə sutkada ən azı 700 avro xeyir veririk. Belə qaraçılıq olan yerə bir daha ayaq basmaram", - iş adamı Vaqif Ağayev deyir.
Onunla həmfikir olan soydaşlarımız da az deyil. Məsələn, Südabə Quliyeva Belekdəki "Siere Golf Hotel Palace & Village"dən, Qorxmaz Bilalov isə "Limak Arcadia"dakı xidmət və servis səviyyəsindən, personalın davranışından şikayətləndilər.

Qaqaş25.06.2008 12:03

Beynəlxalq təşkilatın saytında Dağlıq Qarabağ müstəqil dövlət kimi göstərilib

Beynəlxalq təşkilatın saytında Dağlıq Qarabağ müstəqil dövlət kimi göstərilib

Bölgələrin davamlı inkişafı üzrə Avropa Fondu (FEDRE) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsini müstəqil dövlət hesab edir. Təşkilatın saytında www.fedre.org Ermənistanın Sünik vilayəti haqqında dərc olunan məlumatda bildirilir ki, “bu bölgə İranla və Dağlıq Qarabağ Respublikası ilə həmsərhəddir”.


Qeyd edək ki, FEDRE bölgələr arasında informasiya mübadiləsini və iqtisadiyyat, ətraf mühitin qorunması, sosial inkişaf sahələrində tərəfdaşlığı təmin edən beynəlxalq təşkilatdır. Qurum 1996-cı ildə Avropa Birliyi, Avropa Şurası və BMT-nin dəstəyi ilə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Bölgələr Palatası tərəfindən yaradılıb. FEDRE-nin saytı bir necə dildə fəaliyyət göstərir.
Qaqaş25.06.2008 12:03

PKK-dan AZƏRBAYCANA QARŞI TƏXRİBAT

Moskvada hazırlanan "ensiklopediyada" Şah İsmayıldan tutmuş, Ramiz Rövşənə qədər bir çox tanınmış şəxsiyyətlər kürd kimi təqdim olunub

QayNar: PKK terror təşkilatının MDB üzrə koordinatoru, əslən azərbaycanlı olan  Həjar Əsgərov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Sovet Kürdlərinin Ensiklopediyası" adlı kitabı nəşrə hazırlayır. Kitabın internetdə yayılan ilkin versiyasından bəlli olur ki, o, tamamilə Azərbaycan dövlətinin və xalqının maraqlarına ziddir.


H.Əsgərov buna qədər də uyğun mövzuda bir neçə kitab buraxıb. "MDB ölkələrində kürd diasporası" adlı kitabı artıq rus və türk dillərində nəşr etdirən PKK-çı, indi də həmin kitabın kürd və ingilis versiyaları üzərində işləyir.
PKK-çı H.Əsgərov internetdə yaydığı müraciətdə bildirir ki, indiyə qədər nəşr etdiyi kitablara dayanaraq, "Sovet Kürdlərinin Ensiklopediyası" daha böyük bir kitab üzərində işləyir: "500-dən artıq mövzunu əhatə edən kitabın demək olar ki, yarısı hazırdır. Amma başa düşürəm ki, bu, bir adamın işi deyil.". H.Əsgərov internet saytında kürdlərə ünvanladığı müraciətdə materialların toplanmasında hər kəsdən kömək  istədiyini bildirir.
Kitabın internetdə yerləşdirilən ilkin versiyasından göründüyü kimi, Abbasqulu ağa Bakıxanov, Şah İsmayıl Xətai, Babək Xürrəmdin, Xurşidbanu Natəvan, Ramiz Rovşən, Aşıq Alı, Əli Vəliyev, Fətəli xan Xoyski və digər məşhur turkəsilli yazıçılarımız, şairlərimiz, tarixçilərimiz, sərkərdələrimiz, dövlət adamlarımız kürd kimi qələmə verilib. Eyni zamanda kitabda Azərbaycan türklərinin öz tarixi əraziləri kürd şəhərləri, kəndləri kimi göstərilib. Özü də tamamilə utopiya məhsulu olan kitab müxtəlif dillərə tərcümə olunaraq yayılmaqdadır.
Siyahıya buraya link etməklə də baxa bilərsiniz:

Qaqaş25.06.2008 12:03
Türkiyə və Ermənistan xalqlarını futbola olan sevgiləri yaxınlaşdıra bilər”
Ermənistan prezidenti Serj Sarkisyanın “Wall Street Journal” qəzetində “Biz Türkiyə ilə danışıqlara hazırıq” adlı məqaləsi dərc olunub

Son günlər Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiyini tez-tez bəyan edən Ermənistan prezidenti Serj Sarkisyanın nüfuzlu “Wall Street Journal” qəzetində “Biz Türkiyə ilə danışıqlara hazırıq” sərlövhəli məqaləsi dərc olunub.
Sentyabrın 6-da keçiriləcək Ermənistan-Türkiyə futbol oyununa Türkiyə prezidentinin dəvətindən başqa heç bir ciddi təklif ehtiva etməyən məqalədə Serj Sarkisyan yenə də erməniyə xas olan şakərindən əl çəkmir.


Şikayətlənir ki, Dağlıq Qarabağ münaqişəsi zamanı Türkiyə Azərbaycanla etnik həmrəylik nümayiş etdirərək Ermənistan ilə sərhədini bağlayıb. Ermənistanın dövlət başçısı iddia edir ki, bu sərhəd təkcə ermənilər və türklər deyil, habelə Qərblə Şərq arasında ticarət, nəqliyyat və enerji dəhlizləri üçün də bağlı qalmaqdadır. Sonra, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars strateji layihələrindən həsrətlə bəhs edən müəllif dolayısı ilə etiraf edir ki, Azərbaycan və Türkiyə Qərb-Şərq dəhlizini uğurla həyata keçirirlər. Serj Sarkisyanın ermənilərin dünya miqyaslı layihələrdən kənarda qalmasının Avropa ölkələrinə də baha başa gələcəyi barədə iddia ilə də çıxış edib.
Ən başlıcası, “Ermənistanın Türkiyə ilə münasibətlərinin dondurulmasına son qoymaq vaxtı gəlib” - deyə iddia edən Serj Sarkisyanın məqaləsində heç bir konstruktiv təklif yoxdur. Rəsmi Ankara ilə sərhədləri açmaq və münasibətləri normallaşdırmaq istədiyini qeyd edən erməni lideri, Türkiyəyə qarşı ərazi iddialarını konstitusiyadan çıxarmaq, bütün dünyada qondarma “erməni soyqırımı” təbliğatına son qoymaq, Azərbaycanla münaqişəni nizama salmaq üçün işğalçı siyasətdən əl çəkmək istiqamətində heç bir addım atmayaraq, bu qədər böyük problemlərin həllini Türkiyə Prezidenti Abdullah Güllə birlikdə futbol matçını izləməkdə görür. Serj Sarkisyan yazır: “Çin və ABŞ xalqları dövlətlərarası əlaqələrin normallaşmasına qədər stolüstü tennis oynayaraq yaxınlaşdıqları kimi, Türkiyə və Ermənistan xalqları da futbola olan sevgiləri ilə bunu edə bilərlər”.

Qaqaş25.06.2008 12:03
İnsan alverində təqsirləndirilən “Azəristar” mahnı müsabiqəsinin iştirakçısının məhkəməsi başlayır
Rüstəm Əlişanov mahnı oxumaq yox, qadınları "xaricə göndərmək"dən pul çıxarmaqda ittiham edilir


İnsan alverində təqsirləndirilən “Azəristar” mahnı müsabiqəsinin iştirakçısı Rüstəm Əlişanovun məhkəməsi başlayır. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən ANS PRESS-ə verilən məlumata görə, R. Əlixanov bir qrup şəxslə cinayət əlaqəsinə girərək qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyub.


Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində bir qrup şəxslə cinayət əlaqəsinə girərək qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyan Təranə Muradova, Aygün İsayeva və R. Əlişanov tutulub. Azərbaycan Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyunun 15-də hakim Fikrət Qəribovun sədrliyi ilə keçiriləcək.
E. Alışanovun vəkili Ulduzə Əhmədova ANS PRESS-ə bildirib ki, cinayət işi üzrə müdafiə etdiyi şəxsin heç bir günahı yoxdur. O, Türkiyədə keçirilən “Alaturka” musiqi yarışmasında iştirak etmək üçün Türkiyəyə gedib-gəlirmiş. R. Alışanov onun evində kirayə yaşayan Elnarə (ad şərtidir) adlı qadının şikayəti əsasında həbs olunub.

Qaqaş25.06.2008 12:03

        Qırmızı avtomobillər daha çox səs çıxarır

Sən demə, avtomobilin rəngi onun çıxardığı səsin gücünə, daha doğrusu, onun səsinin gücünün insan tərəfindən qavrayışına təsir göstərir. ABŞ-da həyata keçirilmiş eksperiment göstərdi ki, adətən insanlar belə hesab edir ki, qırmızı rəngə boyanmış avtomobillərin mühərriki işləyərkən, siqnalı basılarkən və digər hallarda başqa rəngli avtomaşınlardan daha çox səs çıxarırlar.

Eksperimentin nəticələrinə əsasən, hətta bütün avtomobillər tamamilə eyni ucalıqda səs çıxardıqları zaman, qırmızı rəngli avtomobil əksər hallarda digər rəngli avtomobillər arasında seçilib


Avtomobil DünyasıŞərhlər(0)     Baxış sayı:81
Qaqaş25.06.2008 12:03
           Brabus VAZ 2109-un tüninq edəcək

“The Good Life” dərgisi analoqu olmayan hadisə haqda məlumat verib. Yəqin ki, bu, Rusiya istehsallı avtomobillərin pərəstişkarları üçün sevindirici xəbər olacaq. Məsələ ondadır ki, bütün dünyada məşhur olan Brabus tüninq atelyesinin ustalarının emalatxanasından tezliklə superkara çevrilmiş VAZ 2109 çıxacaq.

Əlbəttə, almanlar ağıllarını itirməyiblər və tüninq olunmuş “09”-u konveyer üsulu ilə istehsal etmək niyyətində deyillər, Almaniyada bu avtomobilə xüsusi tələbat yoxdur. Sadəcə olaraq, Reyn sahillərində VAZ avtomobillərini sevən avtomobil həvəskarı tapılıb və o, özünün “09” avtomobilinin tüninqini Brabus şirkətinin ustalarına həvalə edib.

Rusiya avtomobillərinin həvəskarının adı Matias Dorenberqdir. O, Almaniyada ən iri pivə restoranları şəbəkələrindən biri olan Dorenberqhaus-un sahibidir.

“09”-un kapotunun altında 6,3 litr həcmli V12 AMG mühərrikinin quraşdırılması planlaşdırılır. Avtomobilin arxa oturacağı çıxarılacaq, ona yeni asqı quraşdırılacaq və şassisi dəyişdiriləcək. Nəticədə kifayət qədər “əzələli” superkar alınacaq.

Avtomobil DünyasıŞərhlər(0)     Baxış sayı:162
Qaqaş25.06.2008 12:03

TÜRKİYƏ: ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna silahlı basqın

<font color=#ff0000>TÜRKİYƏ: </font>ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna silahlı basqın

3 polis həlak olub, 3 terrorçu öldürülüb

Bu gün ABŞ-ın Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğuna silahlı hücum olub. Belə ki, səhər saatlarında konsulluq binasına ağ rəngli avtomobil yaxınlaşıb. Avtomobildəki şəxslər konsulluğun qarşısındakı polis məntəqəsinə odlu silahdan atəş açıblar.
Binanı mühafizə edən polislər cavab atəşi açdıqdan sonra atışma başlayıb.


Şahidlər atışmanın 7-8 dəqiqə davam etdiyini bildiriblər. Sonra avtomobil sürətlə hadisə yerindən uzaqlaşıb. Hadisə zamanı 3 polis əməkdaşı həlak olub, 3 terrorçu isə öldürülüb. Olaydan sonra İstanbul polisi həyəcan siqnalı ilə ayağa qaldırılıb. Şəhərin polis rəisi Cəlaləddin Cərrah və vali Müəmmər Gülər hadisə yerinə gediblər. Konsulluğun qarşısına təcili yardım maşınları da gətirilib. Ətraf küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb, polis binanı mühasirəyə alıb.
Qaqaş25.06.2008 12:03

             Sahil bağından 26-ların cəsədi Hövsana köçürülür

Sahil bağından 26-ların cəsədi Hövsana köçürülür

Parkın yerindəisə ikimərtəbəli yeraltı avtodayanacaq tikiləcək

«Sahil bağındakı 26-ların cəsədi Hövsana köçürüləcək». Bunu «Azadlıq» radiosuna Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov deyib.
İcra başçısı bildirib ki, 26-ların cəsədi adət-ənənəyə uyğun olaraq Hövsan qəbiristanlığında dəfn olunacaq.
O bildirib ki, sözügedən parkın özünü də yeniləşdirəcəklər. Belə ki, parkın mərkəzində yeraltı ikimərtəbəli avtodayanacaq tikiləcək


Sahib Ələkbərov: «26-ların monumentinin gələcəyi haqda isə hələlik qərar verilməyib».
Hazırda Sahil bağında təmir işləri aparılır.
İcra başçısı deyir ki, orada başqa obyektlərin inşası barədə layihələr olub:
«Amma bu layihələr rədd edilib. Park bağ kimi qalacaq».
Sahil bağı 1922-ci ildə salınıb

Qaqaş25.06.2008 12:03
                Microsoft" "Yahoo!"dan əl çəkmir

"Microsoft" korporasiyası İnternetin ikinci ən böyük axtarış servisi olan "Yahoo!"nu satın almaq fikrindən vaz keçmək niyyətində deyil. Amerikalı milyarder və "Yahoo!"nun iri səhmdarı Karl İkanın məktubunda bildirilir ki, ötən həftə "Microsoft"un icraçı direktoru Stiv Balmerlə dəfələrlə, uzun-uzadı əlaqə saxlayıb.
"İnternetdə axtarış sektorunu, habelə "Microsoft"la "Yahoo!" arasında əməkdaşlıq perspektivlərini müzakirə etdik. Balmer dedi ki, "Yahoo!"nu satın almaq üçün danışıqlar masası arxasına qayıda biləcəyini istisna etmir.


Bir şərtlə ki, "Yahoo!"nun direktorlar şurasının heyəti bütünlüklə dəyişsin", - K.İkan yazıb.
Bu ilin əvvəlində "Microsoft" korporasiyası "Yahoo!"ya $43 milyard təklif etmişdi. Lakin axtarış servisinin baş direktoru Cerri Yanq və rəhbərlik təklif edilən məbləği yetərli saymamış, "Microsoft"un məbləği $5 milyard artırmasına rəğmən satılmayacaqlarını bildirmişdilər.
"Yahoo!"nun səhmlərinin 4,98%-nə malik olan Karl İkan başda olmaqla bir qrup investor axtarış servisinin rəhbərliyini səhmdarların maraqlarına riayət etməməkdə suçlayaraq ən yaxın toplantılardan birində direktorlar şurasının heyətini dəyişəcəklərini vəd etmişdilər.
Bundan başqa, Karl İkan "Yahoo!"nun indiki baş direktoru Cerri Yanqı postundan kənarlaşdırmaq üçün əlindən gələni edəcəyini bildirib.

Qaqaş25.06.2008 12:03

              Azərbaycanlı milyonçunun qızıl "Porsche"si

Azərbaycanlı milyonçunun qızıl

Maşınını başdan-ayağa qızılla örtən soydaşımız ərəb şeyxlərini geridə qoydu

Rusiyadakı milyonçu və milyarderlərin varidatları ilə öyünmələri, əyləncələri üçün pullarını yer kimi sovurmaları dillərə dastandır. Lakin Moskvadkı azərbaycanlı milyonçu indiyədək bədxərcliyi ilə ad çıxarmış rus nuvorişləri kölgədə qoyub.
Moskva küçələrində hərdənbir görünən "Porsche" markalı avtomobil məhz bu soydaşımıza məxsusdur. Milyarderlərin sayına görə ABŞ və Britaniyanı belə keçmiş Rusiyada indi dəyəri minimum $200 min olan "Porsche" ilə kimisə təəccübləndirmək artıq mümkün olmasa da, bu avtomobili görənlər təəccüblərindən az qala yerlərində donub qalırlar.


Səbəb isə "Porsche"nin başdan-ayağa qızılla örtülməsidir.
"Həmin maşın əvvəllər Rusiyanın ən varlı adamlarından biri olan Vladimir Potaninin yaxın qohumu Aleksandr Fedoseyevə məxsusdu. Avtomobil "Porsche" zavodunda xüsusi sifarişlə hazırlanandan sonra Polşadakı tüninq və dizayn atelyelərindən birində yenidən bəzədilib. Bu zaman avtomobili qızıl lövhələrlə örtüblər. Yeni "bəzəmə"yə 776 əyarlı 18,7 kq qızıl sərf olunub", - "Rokfeller" bildirib.
Fars Körfəzindəki ərəb şeyxlərinin belə, bu cür israfçılıq və varidatı qabartmaya yol vermədiyini vurğulayan Moskva Şəhər Daxili İşlər İdarəsinin əməkdaşlarının dediklərinə görə, qızıl "Porsche"ni A.Fedoseyevdən azərbaycanlı iş adamı alıb. Lakin onlar bu şəxsin adını açıqlamadılar.
"Bizimlə söhbətində dedi ki, bahalı off-rouderlər, lüks "Mercedes"lər, "Жaguar" və "Roll Royce"lər, idman stilli "Ferrari"lər artıq adi, rutin maşınlara dönməkdədir. Buna görə də maşınını qızılla örtüb ki, hamıdan fərqlənsin. Onun avtomobilin içində döşəmədəki kiçik xalçalar da qızıl saplarla toxunub", - mayor Vitali Qubentsov bildirdi.
Moskvadakı "AutoDesign" atelyesinin direktor müavini Marat Vaşoyev isə deyir ki, azərbaycanlı milyonçuya məxsus "Porsche"nin boyası tamamilə silinib, bundan sonra maşın başdan-başa qızıl lövhələrlə örtülüb.
"Həmin avtomobilin satış qiyməti ən azı $200 min, tüninq və boyanın dəyişdirilməsi $30 min, qızıl lövhələrlə örtülmə üçün ustaların əlhaqqı isə $150 mindir. Yəni qızılın dəyəri olmadan belə, bu "Porsche"nin qiyməti minimum $380-$400 mindir. Qızılla örtüləndən sonra isə onun dəyərini konkret söyləmək çətin olsa da, düşünürəm ki, ən azı $3,5-4 milyon edər", - M.Vaşoyev söylədi.
Dövlət nömrə nişanı "V 991 CC 177 RUS" olan "Porsche"nin digər özəlliyini isə onun örtüldüyü qızıl lövhələrin əksəriyyətinin nəfis işlənmiş naxışlarla bəzənməsidir.
Moskvanın Cənub prefekturasında qeydiyyatda olan həmin avtomobilin sahibi barədə Rusiya paytaxtının Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyi İdarəsinin ictimaiyyət və kütləvi informasiya vasitələri ilə əlaqələr şöbəsinin əməkdaşları konkret məlumat verməkdən imtina etsələr də, maşının milliyyətcə azərbaycanlı olan Rusiya vətəndaşına məxsus olduğunu təsdiqlədilər.

Avtomobil DünyasıŞərhlər(0)     Baxış sayı:105
Qaqaş25.06.2008 12:03
GUAM ölkələri Dağlıq Qarabağla bağlı BMT-ə daha bir sənəd təqdim edib
GUAM ərazisində dondurulmuş münaqişələrlə bağlı BMT Baş Məclisinə təqdim edilən qətnamə layihəsinin maraqlı tərəflərlə məsləhətləşmələri aparılır

GUAM ərazisində dondurulmuş münaqişələrlə bağlı BMT Baş Məclisinə təqdim edilən qətnamə layihəsinin qəbulu ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr aparılır. Qurumun baş katibi yaxın vaxtlarda qətnamə üzrə məruzə hazırlayacaq. Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev bildirib ki, GUAM ölkələri Dağlıq Qarabağla əlaqədar BMT Baş Məclisinə daha bir sənəd təqdim ediblər.


GUAM ölkələri ərazilərində dondurulmuş münaqişələrin beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri» adlı qətnamə layihəsi müzakirə olunmaq üçün təşkilatın gündəliyinə salınıb. BMT Baş Məclisinə təqdim edilən qətnamədə GUAM ölkələrinin ərazi bütövlüyü məsələsi xüsusi vurğulanır.

Ötən ilin sentyabrında BMT-nin Baş Məclisində «GUAM ölkələri ərazilərində dondurulmuş münaqişələrin beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri» adlı bənd gündəliyə salınıb və qəbul edilib.

Qaqaş25.06.2008 12:03
Müqəddəs Quran fala baxmaq üçün yox, insanların haqq yoluna hidayət olunması üçün nazil edilib
Mütəxəssislərin fkrincə, xaricdən gətirilən dini ədəbiyyatın əksəriyyəti dinə xidmət etmir

Son vaxtlar Azərbaycana xaricdən gətirilən dini ədəbiyyatın sayı xeyli artıb. Amma din xadimləri hesab edirlər ki, həmin kitabların heç də hamısı dinə xidmət etmir, daha çox hansısa dövlətin maraqlarını əks etdirir. Dini ədəbiyyatların tərcümə edilməsində də nöqsanlara yol verilir.


Tərcümə olunmuş kitablarda bir çox halda doğru mənbələrə istinad edilmir. İçində ziddiyyətli fikirlər və fərqli yanaşmalar yer alır. Dini ekspert Hacı Şahin Həsənlinin sözlərinə görə, xarici ölkələrdən gətirilən dini kitablarda daha çox bu dövlətlərin din ideologiyası təbliğ edilir: «Azərbaycanda bu sahədə mütəxəssis yoxdur. Bizə dini ədəbiyyat əsasən xaricdən gətirilir. Ölkəmiz əsasən Səudiyyə Ərəbistanı, İran, Türkiyədən belə kitabları alır ki, onlarda da xüsusən məzhəblə bağlı fərqli yanaşmaların mövcudluğu açıq-aşkar görünür. Bu da müsəlmanlırın birliyinə xələl gətirir».

Mütəxəssisin fikrincə, dini kitablarda, xüsusilə də Qurani-Kərimin tərcüməsində bəzən müəllifin şərhi də yer alır ki, bu da yolverilməzdir. Hacı Şahinin sözlərinə görə, İslamın müqəddəs kitabının tərcüməçiləri dilçi olmaqla yanaşı, həm də bu dinin tarixini də mükəmməl bilməlidir. Dini ədəbiyyatda senzuranın tərəfdarı olmadığını deyən Hacı Şahin vurğulayır ki, vəziyyətdən çıxış yolu - dini icmaların özlərinin mütəxəssis yetişdirib kitab yazmasıdır.

Quranda yazılanların tələffüzünə gəlincə, Hacı Şahin bildirib ki, ərəbdilli olmayanlar bilməyərəkdən oxuyarkən səhvə yol verirsə, bu, günah sayılmır. Qurandan sui-istifadə halları, yəni Müqəddəs Kitabla fala baxmaq və sair bu kimi əməllər qətiyyən yolverilməzdir. Hacı Şahin bildirir ki, Quran insanların haqq yoluna hidayət olunması üçün onlara nazil edilib, fala baxmaq üçün yox


İslamŞərhlər(0)     Baxış sayı:87
Qaqaş25.06.2008 12:03

                    120 millionluq avtonomrə

Amerikanların öz bahalı maşınlarından can qurtarmağa çalışdığı və benzinə xərclədikləri hər senti hesabladıqları zaman , Ərəb Əmirliyində isə maşın sahibləri təkcə avtonömrə üçün millionlarla dollar xərcləməyə heyfslənmirlər . Bugatti Veyron- un çoxluq təşkil etdiyi Abu –Dabidə Ferrari , Lamborghini kimi avtomobillərə demək olar ki hər addım başı rast gəlmək olar. Buna gorə də maşın sahibləri digərlərindən seçilmək üçün və həmçinin dayanacaqda öz supercar-nı yüzlərlə belə maşının arasından tapmaq üçün mütləq nəzərəçarpan qeyri adi yaddaqalan avtonömrəyə sahib olmağa çalışırlar.


Hər ay Abu Dabidə satışa çixarılan otkem “ krutoy “ maşın nömrələrinin auksionu keçirilir. Hələ bu yaxınlarda yerli biznesmenlərdən biri ən bahalı nömrəyə sahib olduğuna görə Ginnes rekordlar kitabına düşmüşdü. “1” rəqəmi olan avtolövhə 25 yaşlı ərəb biznesmeninə 14 million ABŞ dollarına başa gəlmişdir . Reytingdə 2 ci yerdə ən bahalı nömrə sahiblərindən biri neft maqnatıdı. “5 “ rəqəmi olan bu avtonömrə ona 9 million ABŞ dollara başa gəlmişdir. O həmçinin öz Ferrari F430 avtomobili üçün “430” nömrəsini 120 min ABŞ dollarına əldə etmişdir.Qeyd edək ki maşının öz qiyməti 180 min ABŞ dollarıdı.Abudabidə keçirilən 10 auksion nəticəsində ümümi qiyməti 120 million dollar olan 900 ən gözəl avtonömrələr satılmışdır.

                        Fikirlərinizi bildirmıyi unutmayın


Avtomobil DünyasıŞərhlər(0)     Baxış sayı:75
Qaqaş25.06.2008 12:03

              Tanınmışların hәyatından maraqlı mәqamlar

Johann Nestroy: „Uşaq anadan olandan sonra valideynləri ona ilk növbәdә yerimәyi vә danışmağı öyrәdirlәr. Sonra bir az böyüyәndәn sonar ondan sakit oturub, ağzini yummağı tәlәb edirlәr.

Robert Lembke: „Subay oğlanlar qadınlar haqqda evlәnmiş kişilәrdәn çox bilirlәr…belә olmasaydı onlar da çoxdandan evlәnmiş olardılar.“

Winston Churchill mektәbdә öz tәnbәlliyi ilә tanınırmış. Bir gün müәllim ondan „Tәnbәllik nәdir?“ deyә bir inşa yazmağını tәlәb edir. Sәhәri gün Winstonun müәllimә verdiyi dәftәrin içindә inşanın adı vә altinda yazılan „BUDUR“ sözündәn başqa heç bir şey durmurdu.


 


Winston Churchil: „Bir siyasətçi 1 ildən sonra nə baş verәcәyini demәyi bacarır. Amma 1 ildәn sonra niyә hәr şәyin onun dediyinidәn başqa cür alındığını, başa salmağı daha yaxşı bacarır.“

Albert Schweitzer: „Kimsә kilsәyә getdiyi üçün özünü xristian hesab edirsә, onda sәhv edir. Sizcә qaraja girәn adam özünü maşın hesab edә bilәr?"

Bir gün padşah Friedrich türmәlәrin birindә gәzәrәk mәhkumlardan burada nә sәbәbdәn olduqlarını soruşur. Hәr kәs günahsız olduğunu, sadәcә bir anlaşılmazsızlığın nәticәsindә burda olduqlarını bildirirlәr. Yalnız içlәrindәn biri, işlәdiyi cinayәtә görә bura düşdüyünü anladır. Padşah bu kişiyә deyir: „ Sәnin kimi bir cinayәtkarın bu qәdәr yaxşı insanlar arasında yeri yoxdu. Denәn sәni burden qovvsunlar.”. Belәliklә bu düzsözlü adam azadlğa bıraxıldı.

Bir gün Rәssam Jan bir iş adamı tәrәfindәn bir şәkil sifarişi alir. Hәmin adam şәkili götürmәyә gәlәndә, gözünә sataşır ki, çәmәnliyin ortasında kilsәdәn başqa heç bir şey yoxdu. Elә hәmәn dәqiqә Jana bildirir ki, şәkildә insanlar çatışmır. Jan hәmәn insanların kilsәdә olduğunu bildirir. Kişi hirslәnәrәk qapıya tәrәf gedir vә bir anlıq arxaya çönüb rәssama deyir: „Mәn indi gedirәm, tәxminәn 3 saata gәlәcәm. Mәn gәlәnә kimi insanlar kilsәdәn çıxmış olsunlar.“

Diogenes hәr gün şәhәrin mәrkәzindә yerlәşәn heykәllәr parkına gedәrәk, orada heykәllәrdәn pul dilәnirdi. Bu hәrәkәti görәn camaat Diogenesdәn bu hәrәkәtinin sәbәbini soruşanda, o belә cavab verәrdi: „Mәn mәşq edirәm… bu yaxında dilәnçi olacam, indi isә burada özümü, insanlar mәnә pul vermәyәndә kәdәrlәnmәmәyә alışdırıram!“

Jonathan Swift sәhәr duranda çәkmәlәrinin tәmizlәnmәdiyini görәndә, әsәblәşәrәk qulluqçusunu danlamağa başlayır. Qulluqçu: „ Bәyim, tәmizlәmәyin heç bir mәnası yoxdu, çünki, yollar palçıqlıdı…, bir az keçdikdәn sonra onsuzda yenidәn çirklәnәcәklәr.“
Jonathan әsәblәşәrәk evdәn çıxanda, qulluqçusu ona nahar etmәdiyini xatırladır. Jonathan: „ Yemәyin heç bir mәnası yoxdu, çünki, bir az keçdikdәn sonra onsuzda yenidәn acacam.“

Filosof Aristipposun şagirdi onun yanına gәlәrәk, fәxrlә bir hәftәyә çoxlu kitab oxuduğunu bildirir. Aristippos: „Oğul әn sağlamlar әn çox yeyәnlәr deyil, ölçüsündә yeyib, yaxşı sendirәnlәrdi.“

Maria Eşenbach: „Daha çox var-dövlәtә sahib olmaq istәyәn insanlar, vaxt tapıb hәyatdan lәzzәt ala bilmirlәr. Belәlәri elә bil sanki acdılar, dayanmadan yemәk bişirirlәr, amma vaxt tapıb oturub bişirdiklәrini yeyә bilmirlәr.“

Napolyon öz kitabxanasında Marschall ilә söhbәt edәrkәn, Napolyon kitab rәfinә yaxınlaşaraq, rәfin üst qatlarından birindә olan bir kitabı götürmәk istәyәrkәn, әli çatmır.
Bunu görәn Marschall ona yaxınlaşaraq kömәk etmәk istәyir: „Ağam, icazә verin men götürüm, mәn sizdәn böyükәm.“ Napolyon: „Uzun Maschall…, sadәcә uzun“

Pablo Pikassonun evindә işlәyen usta onun çәkdiyi şәkillәri görüb dedi: „Mәn heç bilmirdim ki, sizin balaca oğlunuz da artıq atası kimi şәkil çәkmәyә başlayıb.“

 


AforizmlərŞərhlər(0)     Baxış sayı:124
Qaqaş25.06.2008 12:03
         BMW 7-ci seriya sabah təqdim olunacaq

İyulun 8-də Rusiyada Kreml meydanında BMW 7-ci seriya modelinin yeni nəslinin təqdimatı keçiriləcək. Səbirsizlik göstərən BMW konserni flaqmanının şəkillərini artıq rəsmi internet resursunda təqdimatdan öncə yayıb. 

Yeni model bir qədər “əsəbi” görünüş alıb, ölçüləri artırılıb, çəkisi isə azaldılıb. Yeni modelin uzunluğu 5070 mm təşkil edir ki, bu da sələfindən 30mm çoxdur. BMW 7-ci seriya avtomobilinin təkər bazası 80 mm artırılaraq 3070 mm çatdırılıb. Flaqmanın uzadılmış versiyaları da hazırlanır. Onun uzunluğu isə 5210 mm təşkil edəcək.

Çox güman ki, ilkin dövrdə yeni model yalnız üç mühərriklə təchiz olunacaq. Bu 3.0 litr həcmli (245 a.g) dizel və iki benzin 3.0 (326 a.g), 4.4 (407 a.g) litr həcmli aqreqatlar oacaq.



  
  
  
  
  
  

Avtomobil DünyasıŞərhlər(0)     Baxış sayı:74
Qaqaş25.06.2008 12:03
                  BMW 3-cü seriya kabriolet
Avtomobildə rəng xüsusi önəm kəsb edir. Bir çox avtomobil həvəskarı buna ciddi önəm verməsə də, seçilmək istəyən, avtomobil karvanı içində diqqəti cəlb etmək istəyənlər rəngə xüsusi diqqət yetirirlər. BMW 3-cü seriya kabriolet avtomobilində də diqqətimi ilk cəlb edən rəng oldu. İmprotex Motors şirkətinin test üçün təqdim etdiyi avtomobilin rəngi fərqliliyi ilə insanı valeh edirdi.

Azərbaycana gətirilən avtomobillərin sayı durmadan artır. Buna baxmayaraq kabriolet kuzovlu avtomobil ənənəsi hələ ki ölkəmizdə formalaşmayıb. Avtomobil həvəskarları kabrioletlərə kifayət qədər maraq göstərmirlər. Amma BMW 3-cü seriya kabriolet sevilməyə dəyər.


Avtomobilin dinamik görünüşü və ən yeni texnologiyalarla təchizatı bütün dünyada əks-sədaya səbəb oldu. Bu məqamlar iF Product Design Awards (dizayn mükafatlandırılası) müsabiqəsində diqqətdən qaçmadı. Jüri üzvləri yeni BMW 3-cü seriya kabrioletinə ən yüksək mükafatı verdilər. Mükafatlandırma mərasimi bu ilin mart ayında Hannoverdə kerçəkləşdi.

BMW 3-cü seriya kabrioleti maraqlı edən ən vacib məqam 3 hissəli metal dam örtüyünün avtomatik açılıb – bağlanmasıdır. Bu proses cəmi 22 saniyə çəkir. Bir düyməyə basmaqla siz ətraf mühitlə sərhədi baqaj bölməsinə yığırsınız.

Ölkəmizdə təxminən 7-8 ay mülayim hava şəraiti qeydə alınır. Bunu nəzərə alaraq BMW 3-cü seriya kabrioleti il ərzində çox vaxt üstü açıq şəkildə idarə etmək olar.

Avtomobilin eksteryeri göz oxşayır. BMW -ə məxsus iri radiator barmaqlığı və faralar ön hissədə mükəmməl ahəng təşkil edir. Avtomobilə xüsusi gözəlliyi isə 17 düymlük yüngül lehimli disklər verir.

Zəngin interyer
Avtomobilin interyerindən saatlarla danışmaq olar. Bu gözəlliyi sadəcə görmək lazımdır. Salon yüksək keyfiyyətli dəri ilə təchiz olunub. Tənzimlənən multi sükanın arxasında spidometr və taxometr yerləşdirilib, onun sağ tərəfində isə monitor quraşdırılıb. Son model BMW avtomobillərində olduğu kimi 3-cü seriya kabrioletdə də  xüsusi joystik vasitəsi ilə bir çox sistemi idarə etmək mümkündür. Bura naviqasiya sistemi, kondisioner, audio sistem və iDrive sistemi daxildir.

Əlbəttə kabrioletləri birləşdirən ortaq məqam – arxa oturacaqların balaca olmasıdır ki, bunu 3-cü seriya BMW kabrioletində də müşahidə etdik. Amma bu məqam heç də avtomobilin mükəmməlliyinə zərrə qədər də olsa xələl gətirmir.

Güclü mühərrik
Test etdiyimiz avtomobil 2,0 litr həcmli benzin mühərrikə təchiz olunmuşdu. Avtomobili 6 pilləli avtomatik sürət qutusu hərəkətə gətirir. Bu təchizatla model 170 at gücünə sahibdir və 100 km/saat sürətini cəmi 9,8 saniyəyə yığır. BMW 3-cü seriya kabriolet qənaətcilliyi ilə də diqqət çəkir. Qarışıq rejimdə 100 km məsafəyə cəmi 6,7 litr yanacaq sərf edir. Eyni zamanda BMW 3-cü seriya kabriolet 2,5 litr və 3,0 litr həcmli mühərriklərlə təchiz olunur ki, bunlar da müvafiq olaraq 218 və 272 at gücü istehsal edir.

İstehsalçı təhlükəsizlik məsələlərinə də çox ciddi diqqət yetirib. Avtomobilin açılıb-bağlanan damı metaldan olduğuna görə burda təhlükəsizliyə daha çox önəm verilib. Təhlükəsizlik sisteminə sürücü və öndə oturan sərnişin üçün Airbag-lər daxildir.

Görünür dizaynerlər bu avtomobilin üzərində yetərincə zəhmət çəkiblər və onların zəhməti hədər getməyib. Avtomobilin bütün komponentləri bir-birini tamamlayır və mükəmməl vəhdət təşkil edir. Məhz bu mükəmməllik modelə uğur qazandıracaq və BMW həvəskarları avtomobili böyük həvəslə əldə edib onu idarə etməkdən zövq alacaqlar.

Avtomobil DünyasıŞərhlər(0)     Baxış sayı:64
Qaqaş25.06.2008 12:03
Kicherer tüninq kompaniyası CLK 63 AMG Black Edition superkarını təqdim etdi
Kicherer tüninq kompaniyası CLK 63 AMG Black Edition superkarının modernləşdirilmiş variantını ictimaiyyətə təqdim edib, avtomobilin mühərriki gücləndirilib və dizaynında karbon materialları əsasında dəyişikliklər edilib.
CLK-nın kapotunun altında 540 at gücünə V8 mühərriki quraşdırılıb. H&R kompaniyasının ustaları tərəfindən hazırlanmış idman asqısı ilə və “sadə” bodi-kitlə birlikdə bu mühərrik superkarın 300 km/saatdan artıq maksimal sürətlə hərəkət etməsinə və 100 km/saat sürəti cəmi 4,1 saniyəyə yığmasına imkan verir.

Təkərlərdəki dəyişikliklərə gəldikdə, “RS-1” seriyalı 20 düymlük disklər 255/30 və 285 ölçülü idman şinləri ilə birlikdə superkarı tam qane edir.
İnteryerdə karbon və dəri ustalarının nəfis işi diqqəti cəlb edir. Salon keyfiyyətli dəri ilə, habelə karbon və alüminium materiallarla işlənib. Bütün bunlara alüminium pedalları, kiçik velyur xalçaları və bir neçə digər maraqlı detalları da əlavə etsək, görərik ki, bütün bunlara sahib olmaq üçün alıcılar kifayət qədər vəsait xərcləməli olacaqlar.

Avtomobil DünyasıŞərhlər(0)     Baxış sayı:62
Qaqaş25.06.2008 12:03
Hartge tüninq kompaniyası BMW X5-in yekun variantını göstərdi
Hartge kompaniyası, nəhayət, “bavariyalı” X5 üçün modifikasiyaların yekun variantının hazır olduğunu elan etdi. Onun üzərində 2007-ci ildən iş aparılırdı.
Yekun variantın rəsmi təqdimatı hələ keçirilməyib. Hələlik Hartge ictimaiyyətə yalnız bir neçə fotoşəkil və qısa press-reliz təqdim edib.
X5-in bu qədər intizarla gözlənilən sanballı dizaynında ilk növbədə onun qabaq hissəsini qeyd etmək lazımdır.
Avtomobilin qabaq hissəsinə təmtəraqlı və əzəmətli bamper quraşdırılıb ki, bu da həmin hissəni daha aqressiv və güclü göstərir. Bundan başqa, yan tərəflərdə bir cüt hava dəliklərini, mərkəzdə iri havaçəkən trapesiyanı və avtomobilin özəlliyini vurğulayan zolağı avtomobilin optikasında müsbət dəyişikliklər sırasına aid etmək olar.

İndi isə gəlin avtomobilin qabaq tərəfini bir kənara qoyaq və digər elementlərə diqqət yetirək. Onların arasında arxa bamperlə vəhdət təşkil edən və bir növ tarazlaşdırıcı funksiyasını yerinə yetirən diffuzoru qeyd etmək olar. Bundan əlavə, tullantı qazlarının xaric edilməsi üçün ovalşəkilli iki borunu qeyd etmək lazımdır: onlardan biri sağ, digəri isə sol tərəfdə yerləşdirilib. Qalan detallara gəldikdə, kandarların üzərindəki təbəqələri, arxa şüşədəki spoyleri və güzgülərin karbon korpuslarını göstərmək olar. 
Güc aqreqatına gəldikdə (qeyd edək ki, tüninq olunmuş versiyaya 3,0 litr həcmli motor quraşdırılıb), Hartge-nin ustaları motorun ekoloji cəhətdən təmizliyini, habelə gücünü artırmaq qərarına gəliblər. Onlar elektron qurğulara “adi” çip quraşdırıblar, nəticədə motorun 235 at gücünə daha 40 at gücü əlavə olunub. Beləliklə, mühərrikin gücü 275 at gücünə, maksimal fırlanma momenti isə 598 Nm-ə bərabərdir. Avtomobil 100 km/saat sürəti 7,4 saniyəyə yığır, onun maksimal sürəti isə 232 km/saat təşkil edir. X5 altı pilləli avtomat transmissiya ilə təchiz olunub.
Avtomobilin hərəki hissəsinin tüninqində kompaniyanın mütəxəssisləri o qədər də çətinlik çəkməyiblər. Onlar elə ilk gündən asqını idman yayları ilə təchiz etməyi təklif ediblər, nəticədə avtomobilin klirensi 30 mm azalıb. Əyləclərə isə toxunmamaq qərara alınıb və “bavariyalı”nın öz əyləcləri olduğu kimi saxlanılıb. Əvəzində təkərlərə “Classic 2” seriyalı 22 düymlük qəşəng disklər və 285/30 və 335/25 ölçülü şinlər quraşdırılıb.
Sonda qiymət məsələsinə də toxunaq. Tüninq olunmuş X5-in qiyməti 76.000 avrodan başlayır ki, bu da prinsipcə Avropa bazarı üçün münasib qiymət sayıla bilər.

Avtomobil DünyasıŞərhlər(0)     Baxış sayı:75
Qaqaş25.06.2008 12:03
Dünyanın ən bahalı avtomobilləri
Hər il ən bahalı avtomobillərin reytinqində yerlər dəyişir və oradakı dəyişiklikləri izləmək getdikcə daha da çətin olur. Buna görə də hər hansı reytinq cədvəlini dəqiq tərtib edilmiş cədvəl kimi sizə təqdim etmək bizim tərəfimizdən düzgün addım olmazdı. Biz sadəcə olaraq sizi dünyanın ən bahalı avtomobilləri ilə tanış edəcək və bu siyahını onların qiymətinin aşağıdan yuxarıya doğru dəyişməsi istiqamətində təqdim edəcəyik. 

İlk öncə Spyker C8 Double 12S adlı holland modelindən başlayaq. Bu avtomobillərin konveyerdən çıxdıqdan sonra göndərildiyi əsas bazar Avropa, habelə Uzaq və Yaxın Şərq ölkələridir. Dəyərinə gəldikdə, onun qiyməti 325.000 ABŞ dollarıdır.

Daha sonra kübar Britaniya modeli Rolls-Royce Phantom-u qeyd etməliyik. Onun qiyməti 330.000 ABŞ dollarıdır, yəni yuxarıda qeyd etdiyimiz avtomobildən 5 min ABŞ dolları bahadır.

Nisbətən bahalı Maybach 57 S alman avtomobilinin imkanları həddən artıq yüksək qiymətləndirilməsə də hər halda yuxarıda qeyd edilən modellərdən yüksək qiymətləndirilir. Onun qiyməti təxminən 430.000 ABŞ dolları ətrafındadır. Onun layihələşdirilməsi və hazırlanması üzərində Daimler konserninin mühəndis və dizaynerləri işləyiblər. Yeri gəlmişkən, deyilənlərə görə, avtomobilin adında 57 rəqəminin peyda olması səbəbsiz deyil. Bu rəqəm avtomobilin uzunluq ölçüsünü göstərir: 5,7 metr.
 
İndi çoxdan məşhurluq qazanmış Porsche Carrera GT-ni sizə təqdim edək. Bu avtomobil kifayət qədər yüksək qiymətləndirilir. Onun qiyməti 485.000 ABŞ dolları təşkil edir. O, alman istehsalçısının ən yaxşı ənənələrini özündə cəmləşdirib.

14-ə yaxın bahalı model istehsal edən İsveç şirkətinin modellərindən biridir. Əgər söhbətin hansı avtomobildən getdiyi sizə aydın olmadısa, xatırladırıq ki, bu, Koenigsegg CCR-dir. 2005-ci ildə bu avtomobil seriya ilə istehsal olunan avtomobillər arasında sürət rekordunu müəyyən edib (338 km/saat). Amma rekordçu zirvədə çox qala bilməyib. Bu səbəbdən də bahalı avtomobillər arasında orta yerlərdən birində qərarlaşıb. Onun qiyməti təxminən 540.000 ABŞ dollarıdır.
İndi isə növbə İtaliyanın Pagani Zonda C12S 7,3 convertible modelinindir. Onun sürəti saatda 320 kilometrə çatır. Bu cür dinamikanın və gözəlliyin qiyməti 600.000 ABŞ dollarıdır.
 
Siyahıda yuxarıya doğru getdikcə maraqlı modellərin sayı daha da artır. 100 km/saat sürəti cəmi 3 saniyəyə yığmaqla heyrətamiz göstəriciyə imza atan Saleen S7 Twin Turbo 2006-cı ildə Forbes araşdırmalar mərkəzinin versiyası üzrə dünyanın ən bahalı avtomobili elan edilib. Amma zaman dəyişir və onunla birlikdə liderlər də dəyişir. Belə ki, hazırda 555.000 ABŞ dolları qiyməti olan bu model hətta birinci üçlüyə də daxil deyil.

Növbə isveçrəli mühəndislərin işi olan Leblanc Mirabeau avtomobilinindir. Sanki onlar bu avtomobili hazırlayarkən auditoriyanın qəlbini təlatümə gətirməyi qarşılarına məqsəd qoyublar. Yəqin ki, avtomobilə baxarkən sizin də qəlbinizdə bir təlatüm yarandı. Hər halda ümid edirik ki, avtomobilin qiyməti əhval-ruhiyyənizdə dəyişiklik yaratmayacaq: 645.000 ABŞ dolları.
 
Nəhayət, növbə amerikalıların hazırladığı ən bahalı modelin – SSC Ultimate Aero-nundur. Dünya bazarında onun qiyməti 645.500 ABŞ dolları ətrafında dəyişir. Yeri gəlmişkən, bu avtomobilin bioqrafiyasından maraqlı bir faktı qeyd edək: o, dünyada seriya ilə istehsal olunan ən sürətli modeldir. Onun maksimal sürəti 430 km/saatı keçə bilər. 

Nə qədər qəribə səslənsə də, Pagani Zonda Roadster F rodsterinin qiyməti nə az, nə çox, 667.321 ABŞ dolları təşkil edir. Bu avtomobilin sürət göstəricisi də pis deyil: onun maksimal sürəti 340 km/saat təşkil edir.

2003-cü ildə istehsal olunmuş Enzo Ferrari sportkarı da xatırlanmağa layiqdir. O, “Formula-1” texnologiyası əsasında hazırlanıb. Hərracda bu modelin qiyməti 1.000.000 ABŞ dolları təşkil edir.

İndi isə diqqətinizi toplayın: qarşınızdakı 2007-ci ilin çempionu, 1001 at gücünə malik Bugatti Veyron-dur. 1.300.000 avro dəyərində qiymətləndirilən bu avtomobil barədə danışarkən insanın xəyalında “bahalı”, “mükəmməl” və “güclü” avtomobil canlanır... Bugatti Veyron işıq üzü görən kimi bestsellerə çevrilib.

Sifarişli layihə olan Ferrari P4/5 modeli (onun rəsmi adı Ferrari P4/5 by Pininfarina-dır) barədə ayrıca danışmağa dəyər. İtaliyanın Ferrari şirkəti tərəfindən istehsal olunan, qiyməti 4.000.000 ABŞ dolları olan bu sportkar əvvəlcə yuxarıda adı çəkilən Enzo Ferrari modeli idi. Amma rejissor və birja maqnatı Ceyms Qlikenhaus bu avtomobili almaq qərarına gələrkən belə bir şərt qoydu ki, bu nüsxənin dizaynı 1960-cı illərin Ferrari idman avtomobillərinin üslubunda olmalıdır. Dizaynın yenidən işlənməsini Pininfarina firması öhdəsinə götürdü və 2006-cı ilin avqustunda bu misilsiz model maraq hissindən dayana bilməyən tamaşaçı kütləsinə təqdim edildi.  

Bununla da söhbətimizi yekunlaşdırırıq. Onsuz da yuxarıda sadalanan modellər bizi həyəcana və heyrətə gətirdi. Amma hər halda maraqlıdır, görəsən bu avtomobillərin “hünərini” təkrarlaya biləcək hər hansı digər model nə vaxt işıq üzü görəcək?

Avtomobil DünyasıŞərhlər(0)     Baxış sayı:107
Qaqaş25.06.2008 12:03

                GÜRCÜSTAN MÜHARİBƏ HAZIRLIĞINA START VERDİ

GÜRCÜSTAN MÜHARİBƏ HAZIRLIĞINA START VERDİ

Mülki əhali gürcü-osetin münaqişə zonasından evakuasiya olunur

QayNar: Gürcüstan hərbi birləşmələri gürcü-osetin münaqişə zonasında yerləşən yaşayış məntəqələrindən mülki əhalini evakuasiya etməyə başlayıblar. Tanınmamış Cənubi Osetiya Respublikasının rəhbərliyi münaqişə zonasından əsasən azyaşlı uşaqların təxliyə edildiyini bildirir.


Gün ərzində bölgədən 300-dən artıq azyaşlı evakuasiya olunub. Sxinvalidəki separatçı qurum bu addımı Gürcüstanın müharibəyə hazırlaşması kimi dəyərləndirib. Onlar Gürcüstan hərbi birləşmələrinin münaqişə zonasında qoşunların təmas xətti boyunca mövqeləri möhkəmlətdiyini, əraziyə çoxlu sayda hərbçinin gətirildiyini bildirirlər. (APA)
Onu da xatırladaq ki, bütün bunlar ABŞ Dövlət Katibi Kondaliza Raysın Tbilisiyə səfəri ilə üst-üstə düşür. Corc Buşun gürcü-abxaz münaqişə zonasına beynəlxalq polis qüvvələrinin yeridilməsi təklifi ilə çıxış etməsini də bura əlavə etsək,  bölgədə Rusiyadan sonra ABŞ amilinin də aktiv şəkildə üzə çıxdığının şahidi oluruq.
Necə deyərlər, pərdəarxasındakı fövqəlgüclər münasibətlərini aydınlaşdırmağa çalışırlar. "Görüş yeri" isə Gürcüstandır.

Qaqaş25.06.2008 12:03

                Azərbaycanda jurnalistlərin 80 faizinin evi yoxdur

Azərbaycanda jurnalistlərin 80 faizinin evi yoxdur

JuHİ: "Jurnalistlərin orta aylıq gəlirləri 200 manat civarındadır"

Azərbaycanda jurnalistlərin 80 faizinin evi yoxdur. Onlar ya kirayələrdə yaşayaraq qazanclarının yarıdan çoxunu kirayə puluna ödəyirlər, ya da qohumlaraın, tanışların evlərinə sığınaraq sıxıntı ilə keçinirlər.  Bu fikirlər “Jurnalistlərin sosial problemlərinin yaranması, səbəbləri və çıxış yollarının araşdırılması” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Tədbir Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilib.


Layihənin direktoru, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli proqramın mahiyyəti barədə məlumat verərək bildirib ki, məqsəd ölkə jurnalistlərinin sosial durumlarının yaxşılaşdırılmasına, KİV işçilərinin  sosial hüquqlarının qorunmasına  nail olmaqdan ibarətdir: ”JuHİ KİV işçilərinin sosial durumlarının öyrənilməsi üçün ildə iki dəfə sorğular keçirir.  Təəssüf ki, əldə edilən nəticələr acınacaqlı durumdan xəbər verir.  Son nəticələrə görə, hazırda Azərbaycan KİV-ində çalışanların orta aylıq gəlirləri 200 manat civarındadır (Düzdür, sorğu iştirakçılarının bəziləri gəlirlərinin 400-500 manat olduğunu bildiriblər.  Amma bu, istisna hal kimi nəzərdə tutulub.  Yəni, sonuncu məbləğ yalnız bir redaksiya əməkdaşlarına aiddir). Nəzərə alsaq ki, ölkədə təkcə minimum ərzaq səbəti 75 manat təşkil edir, onda mexaniki olaraq nəticə əldə olur ki, belə əmək haqqı ilə nə normal yaşamaq, nə də işləmək mümkündür. Sorğudan əldə olunan digər nəticə budur ki, jurnalistlərin 80 faizinin şəxsi mənzili yoxdur.  Onlar ya kirayələrdə yaşayaraq qazanclarının yarıdan çoxunu kirayə puluna ödəyirlər, ya da qohumlaraın, tanışların evlərinə sığınaraq sıxıntı ilə keçinirlər.  Mənzil şəraitini yaxşılaşdırmaq üçün yeganə vasitə olan ipoteka kreditləşməsi də jurnalistlər üçün əlçatmazdır.  Əmək haqqının azlığı jurnalistləri bu kampaniyadan da kənarda saxlayıb.
Başqa bir fakt bundan ibarətdir ki, ölkə jurnalistlərinin yalnız 15 faizinin çalışdıqları redaksiyalarda əmək münasibətləri rəsmiləşdirilib, əmək müqavilələri bağlanıb. Bunların yarısı isə simvolik müqavilələrdir.  Yəni vergidən yayınmaq üçün, əmək haqqı aşağı göstəricilərlə qeyd edilib. Bu isə jurnalistlərin gələcəkdə pensiya təminatını da şübhə altına alır.  
Sadalanan və sadalanması mümkün olmayan çoxsaylı faktlar deməyə əsas verir ki, belə şəraitdə jurnalistdən peşəkarlıq, obyektivlik, etik prinsiplərə əməl etməyi gözləmək absurd görünür.  Əgər təcili olaraq vəziyyətdən çıxış yolları tapılmasa, Azərbaycanda müstəqil jurnalistika anlayışı gündəmdən çıxacaq”.
Bundan sonra  jurnalistlər Etibar Cəbrayıloğlu və  Nadir Azəri çıxış edərək yuxarıda qeyd edilən problemləri gündəlik həyatlarında yaşadıqlarını bildiriblər. 18 il müddətində jurnalist kimi çalışdığını, ölkənin ən nüfuzlu nəşrlərinin redaksiyalarında işlədiyini önə çəkən Etibar Cəbrayıloğlu bu müddət ərzində aldığı əmək haqqı ilə nə mənzil, nə də digər problemlərini aradan qaldıra bilmədiyini qeyd etdi. 
2-ci qrup əlil olan Nadir Azəri də mətbuatda uzun müddət-15 illik stajının olduğunu, ölkənin nüfuzlu KİV-lərində çalışdığını, amma sosial problemlərini  həll edə bilmədiyini vurğuladı.
Bundan sonra tədbir jurnalist təşkilatları təmsilçilərinin, KİV redaktorlarının, sosial sahədə tanınmış mütəxəssislərin mövzu barədə çıxışları ilə davam etdirildi. İqtisadçı Vüqar Bayramov, Rövşən Ağayev qeyd etdilər ki, jurnalistlərin mövcud sosial durumları, həqiqətən də, ağır vəziyyətdədir.  Amma ölkənin resursları imkan verir ki, belə vəziyyət aradan qaldırılsın. Vüqar Bayramov vəziyyətdən çıxış üçün ipoteka proqramına əlavələri əks etdirən sənəd hazırlamağı və bu əlavələri qəbul etmək üçün ölkə başçısına müraciət ünvanlamağı təklif etdi.  Təkliflərdə jurnalistlərin ipoteka kreditləşməsində güzəştli zümrə kimi iştirakı  nəzərdə tutulacaq. 
Bundan sonra jurnalist təşkilatlarının  rəhbərləri-Arif Əliyev, Yadigar Məmmədli, Umud Rəhimoğlu, Azər Həsrət, KİV redaktorlarından Elçin Şıxlı, Rəşad Məcid, Asif Mərzili, Mətbuat Şurasının sədri   Əflatun Amaşov mövzu ilə bağlı fikirlərini ifadə etdilər.
Sonda JuHİ sədri Müşfiq Ələsgərli bildirdi ki, tədbirdə səsləndirilən təkliflər qeydə alınaraq ümumiləşdiriləcək və gerçəkləşdirmək üçün tədbirlər görüləcək. O, proqramın davam etdiyi altı ay müddətində müəyyən uğurların əldə ediləcəyinə inandığını bildirdi.

Qaqaş25.06.2008 12:03

                         ABŞ Berluskonidən üzr istədi

ABŞ Berluskonidən üzr istədi

ABŞ, G-8 zirvə görüşünü izləyəcək amerikalı jurnalistlərə payladığı, təhqirə yer verilmiş bioqrafiyaya görə İtaliyanın baş naziri Silvio Berluskonidən üzr istədi.

Yaponiyadakı G-8 zirvəsini izləmək üçün ABŞ prezidenti Corc Buş ilə birlikdə gedən jurnalistlərə paylanan yazının Berluskoni bölməsində, italiyalı baş nazirin  "bir çox insan tərəfindən nifrət edilən, ancaq ən azı öz xarakteri və güclü iradəsinə hörmət göstərilən" biri kimi qiymətləndirildiyi bildirildi.


Dünya Bioqrafiya Ensiklopediyasından götürülən 4 səhifəlik bioqrafiyada, "bir çoxunun İtaliya baş nazirinin beynəlxalq mediyadakı güclü nüfuzundan istifadə edərək olduğu yerə gələn həvəskar siyasətçi olaraq gördüyü" ifadə edildi.
Ağ Ev yetkilisi Toni Fratto verdiyi açıqlamada, "İtaliya baş nazirinin bioqrafiyasında həm baş nazirə, həm də İtaliya xalqına qarşı təhqiramiz ifadələrin yer aldığını bildirərək, bioqrafiyadakı düşüncələrin prezident Buş, Amerika hökuməti və ya Amerika xalqının münasibətini əks etdirmədiyini " vurğuladı.
Fratto, "Bu böyük xəta üçün İtaliya və baş nazirdən üzr istəyirik" dedi.

Qaqaş25.06.2008 12:03

          Bölmədən 100 metr uzaqlıqda banka basqın edildi

Bölmədən 100 metr uzaqlıqda banka basqın edildi

Malayziyada bölmədən 100 metr məsafədə olan bir bank soyğuna məruz qaldı

"New Straits Times" qəzeti, Johor əyalətində meydana gələn olayda, 4 silahli basqınçının maşınları ilə bankın önünə gəldiyini və bu arada pul daşıyan iki güvənlik xidmətçisindən 300 min dollar aldığını yazdı.


Qəzetə açıqlama verən bir şahid soyğunçular üçün, "O qədər ölərindən əmin və sürətli idilər ki, kino çəkdiklərini düşündük" dedi.
Əyalətin polis rəisi Əbdülməcid Məhəmməd Əli, hadisənin baş verdiyini təsdiq edərkən olay yerini 5 dəqiqədən qısa bir müddət ərzində tərk edən soyğunçuların xüsusi maska geydiklərini bildirdi.

Qaqaş25.06.2008 12:03

                         Türkiyə terror hücumlarını tənqid etdi

Türkiyə terror hücumlarını tənqid etdi

Türkiyə Pakistan və Əfqanıstanda təşkil olunan terror hücumlarını şiddətlə qınadı

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada belə deyildi:
"Türkiyə, Pakistanın paytaxtı İslamabadda iyulun 6-da bir polis bölməsinin önündə təşkil edilən və 15-i polis olmaqla 19 nəfərin həyatının dəyişməsinə,


dünən səhər isə Əfqanıstanın paytaxtı Kabildəki Hindistan Səfirliyi qarşısında həyata keçirilən və ilkin hesablamalara görə aralarında Hindistanın Kabil Səfirliyi Hərbi Ataşesi, Mediya Müşaviri və iki qoruma görəvlisinin də yer aldığı 40 insanın həyatını dəyişməsinə, 141 insanın da yaralanmasına səbəb olan mənfur terror hücumlarını şiddətlə qınamaqdadır."
Açıqlamada, insanlığa qarşı günah işlədən, bu mənada Əfqanıstan, Pakistan və Hndistanın da ortaq düşməni olan terrorizmin, din, milliyət və coğrafiya tanımadan bütün insanlığı hədəfə aldığının bu hücumlarla bir daha ortaya qoyduğu ifadə edildi.

Qaqaş25.06.2008 12:03

QİÇS-li XƏSTƏLƏRİN QİSAS ƏMƏLİYYATI...

QİÇS-li XƏSTƏLƏRİN QİSAS ƏMƏLİYYATI...

Onlar ittifaq yaradıb, insanları qəsdən bu xəstəliyə yoluxdururlar

Bu, dəfələrlə Berlində, Londonda, Moskvada, Parisdə və Nyu-Yorkda baş verib. Bir neçə həftə əvvəl kinoteatrda bir tamaşaçı kresloya oturub və qəflətən ayağında ağrı hiss edib. O, yerindən qalxaraq, bu ağrının nədən qaynaqlandığını bilmək istəyəndə isə gözlərinə inanmayıb. Belə ki, oturduğu yerdə balaca bir “knopka” və üzərində “Siz indicə QİÇS virusuna yoluxdunuz” sözləri yazılmış kağız parçası... Əcəba, bu, nə deməkdir?


Xəstəliklərə Nəzarət Mərkəzi xəbər verir ki, bu tip hallar Fransanın digər şəhərlərində də baş verib. Özü də bunların hamısı eyni ərəfədə gerçəkləşib. Bənzər ssenarilərdən sonra mərkəz sözügedən iynələri yoxlayıb və onların QİÇS daşıyıcısı olduğunu müəyyənləşdirib. Mərkəzin yaydığı bülletendə bildirilir ki, artıq bu xəstəliyin yayıcısı olan iynələri bankomatlarda da tapmaq mümkündür. Biz hamını belə situasiyalarla qarşılaşanda diqqətli olmağa çağırırıq. İctimai nəqliyyatdakı  - metro qatarı, elektrik qatarı, təyyarə, mikroavtobusların oturacaqlarına oturmazdan əvvəl onları yoxlamaq ən məqbul variantdır. (Ən azı diqqətlə oturacaqlara baxıb, oturacaq və söykənəcək yerlərində kağız,  iynə olduğunu müəyyənləşdirmək mümkündür).
Sözügedən əməl heç də təsadüfi xarakter daşımır. Bu, QİÇS daşıyıcıları və QİÇS xəstələrinin qeyri-rəsmi beynəlxalq ittifaqının yeni növ terror əməliyyatı sayılır. Belə ki, onların artıq bu həyatda itiriləcək heç nələri qalmayıb və bunun intiqamını da sağlam insanlardan almaq qərarına gəliblər. Xəstəliklərə Nəzarət Mərkəzi isə artıq bu təhlükə barədə dünyanın bütün tanınmış xəbər portallarına, internet saytlarına məlumat göndərir. Bir aya yaxındır ki, adıçəkilən terror quplaşması aktivliyini artırıb və öz sıralarını günbəgün artırmaqla məşğuldur.
Məhz ötən həftə yuxarıda yazdığımız təhlükə Hindistanın paytaxtı Dehlidə cavan bir qızın başına gəlib. Bu barədə onun həkimi Xəstəliklərə Nəzarət Mərkəzinə göndərdiyi məlumatda bildirib. Belə ki, həkimin xəstəsi nişanlı qız olub və tezliklə baş tutacaq toyunu gözləyirmiş. Amma günlərin bir günü kinoteatra gedəndə o da haqqında danışdığımız iynəyə “qonaq” edilib. İynənin üzərindəki kağızcıqda isə aşağıdakı sözlər yazılıb: “Sizi QİÇS xəstələri və bu virusun daşıyıcıları olan insanların dünyasında xoş gördük”... Həkimlər qıza, eləcə də onun ailəsinə virusun 6 aydan sonra insanın orqanizmini alt-üst etməyə başladığını və bu minvalla xəstənin 5-6 il ömrü qaldığını desələr də, nəticə gözlənilməz olub. Belə ki, güclü psixoloji stress keçirən qız cəmi 4 ay sonra dünyasını dəyişib.
Mərkəzin yaydığı bülletendə bildirilir ki, bu tip örnəklər saysız-hesabsızdır. Sadəcə, məqsəd insanları panikaya salmaq, onları nevroz həddinə çatdırmaq yox, daha diqqətli olmalarını təmin etməkdir. Həkimlər birmənalı qaydada insanlara ictimai nəqliyyatda, kafelərdə, istirahət mərkəzlərində bu təhlükəni unutmamağı tövsiyə edir. QİÇS daşıyıcıları və QİÇS xəstələrinin qeyri-rəsmi beynəlxalq ittifaqı mövcuddur. Onların fəaliyyəti hələ ki Avropada, eləcə də yaxın Şərqdə təsbit edilib. Amma bu terror dalğasının ölkəmizə gəlişi barədə heç kim dəqiq fikir söyləyə bilməz. Çünki Azərbaycanda da gizli QİÇS xəstələrinin sayı yetərincədir.
Xatırlayırsınızsa, bir il öncə aşkarlanan QİÇS-li qadın Elnarə Əhmədova olayında da buna bənzər məqamlar vardı. Özünün etirafına inansaq, əxlaqsız həyat tərzi keçirən bu qadın xəstə olduğunu bilə-bilə 250 nəfəri bu bataqlığa sürükləmişdi. Təbii ki, bu da terrorun bir növü sayılır. İttifaqın üzvü sayılmasa da, hərəkətləri, strategiyası tamamən onlarınkına uyğun idi.
Həkimlərsə bu virus daşıyıcılarının psixoloji ruh etibarilə çox aqressiv olduğunu iddia edir. Onların fikrincə, bir çox hallarda QİÇS xəstələri düşdükləri bataqlığa başqalarını, xüsusən də günahsız insanları dartmağa çalışır. Haqqında danışdığımız terror əməliyyatı da bu aqressiyanın təzahürlərindən biridir. Odur ki, diqqətli olun və bu xəbəri tanıdığınız bütün insanlara ötürün. Terrora qarşı antiterror addımlarını atmağa başlayın... Əks halda, ittifaqın qurbanına çevrilə bilərsiniz...

Qaqaş25.06.2008 12:03

                     İran hərbi təlimlər keçirir

İran hərbi təlimlər keçirir

«Böyük Peyğəmbər-3» adlanan hərbi təlimlərin rəmzi adı «Ya Rəsulullah»dır

İranın Sepah korpusunun Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri və Hərbi Dəniz Qüvvələrinin gəmiləri birgə hərbi təlimlərə başlayıb.
«Böyük Peyğəmbər-3» adlanan hərbi təlimlərin rəmzi adı «Ya Rəsulullah»dır.


Bu barədə İranın «Came cəm online» qəzeti məlumat yayıb.
Keçən axşam başlayan hərbi təlimlərdə məqsəd Sepah korpusuna aid dəniz qüvvələri gəmilərinin və hava hücumundan müdafiə bölmələrinin gücünün artırılmasından ibarətdir.

Qaqaş25.06.2008 12:03

                        Toyu kabusa çevrildi!

Toyu kabusa çevrildi!

Nigahında gəlinlik paltarının tikişləri sökülən italiyalı qadın çılpaq qaldı

Ən xoşbəxt gününə günlərlə hazırlaşan adı açıqlanmayan bir italiyalı gəlinin nigahı kabusa çevrildi. Nigah zamanı "Bəli" deyəcəyi zamanda paltarının tikişləri sökülən 4 min dollarlıq gəlinliyinin qəzəbinə tuş gələn gənc qadın çılpaq qaldı. Onlarla insan və nigahı bağlayacaq olan rahib ilə həyatının sevgisi qarşısında bir andaca çılpaq qalan qadın psixoloji sarsıntı keçirdi.

 


Bütün bu qarşıqlığa baxmayaraq rahibin nigahı bağlaması da bir işə yaramadı. O olaydan sonra işləri heç cürə qaydasına düşməyən gəlinin, keçdiyimiz aylarda həyat yoldaşından ayrıldığı açıqlandı.
Bəxtsiz qadının vəkili Alberto Fiqone, "Müvəkkilimin həyatının ən göəl günü bir anda ən pis günə çevrildi. Keçdiyimiz aylarda da həyat yoldaşından boşandı. Onun özü bütün bu olanlara görə gəlinlik paltarını səbəb göstərdiyi üçün dərzisinə 23 min avroluq təzminat davası açdıq" dedi.


Qaqaş25.06.2008 12:03

DÜNYANIN ƏN SƏXAVƏTLİ XEYRİYYƏŞİLƏRİ

DÜNYANIN ƏN SƏXAVƏTLİ XEYRİYYƏŞİLƏRİ

"Forbes" ən səxavətli filantropların adlarını açıqlayıb

"Forbes" jurnalı xeyriyyəçilik məqsədiləilə böyük məbləğdə pul bağışlamış filantropların (xeyriyyəçi) adlarını açıqlayıb. Birinci yerdə dahi ixtiraçı və tanınmış filantrop Ceym Sorenson gəlir. O, özünün xeyriyyə fonduna 4,5 milyard dollar vəsait bağışlayıb.


Dünyanın ən varlı adamları sırasında 68-ci olan Sorenson bu ilin yanvar ayında 86 yaşında dünyasını dəyişib. O, demək olar ki, bütün sərvətini həyat yoldaşı və səkkiz övladına deyil, xeyriyyə məqsədi üçün bağışlayıb. Vəsait uşaq, təhsil və tibbi proqramlara xərclənəcək. İkinci yerdə səxavətinə görə, amerikalı bankçı Piter Piterson gəlir. Piterson bu məqsədlə 1 milyard dollarından keçib. Forbes jurnalının məlumatına görə, Piterson dünyanın ən varlı adamları sırasında 605-ci yerdədir. Siyahıda üçüncü yerdə gələn ayaqqabı maqnatı Harold Elfond öz fondunun büdcəsini 360 milyon dollar artırıb. Bu vəsait 2009-cu il yanvarın 1-dən dünyaya gələn (Men ştatında) uşaqların hər birinin təhsil almasına yardımçı olacaq.


Qaqaş25.06.2008 12:03
Nərgiz Paşayeva Moskva Dövlət Universitetinin Bakı filialının rektoru vəzifəsinə təyin edilib

MDU-nun Bakı filialı prezident İlham Əliyevin bu ilin yanvarın 15-də imzaladığı sərəncama əsasən yaradılıb

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru vəzifəsinə filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva təyin edilib. Bu barədə AzərTAc məlumat yayıb.


Moskva Dövlət Universitetinin Bakı filialı prezident İlham Əliyevin bu il yanvarın 15-də imzaladığı sərəncama əsasən yaradılıb. 2008-09-cu tədris ili üçün MDU-nun Bakı filialına cəmi üç - filologiya, tətbiqi riyaziyyat və kimya fakültələrinə tələbə qəbulu elan edilib. MDU-nun qəbul komissiyası tərəfindən aparılacaq qəbul sınaqlarında yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanında ən azı 400 bal toplamış abituriyentlər iştirak edə biləcəklər. Filologiya fakültəsində oxumaq istəyənlər şifahi və yazılı, digər iki fakültəyə sənəd verənlər isə yalnız yazılı sınaqlardan keçməli olacaqlar.

Qeyd edək ki, MDU-nun Bakı filialına qəbul üçün sınaqlardan keçə bilməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK-nın digər ali təhsil müəssisələrinə keçirdiyi müsabiqədə iştirak edə bilərlər


Qaqaş25.06.2008 12:03
Xalqlar Dostluğu metro stansiyası yaxınlığında naməlum kişi meyti tapılıb

Meyit ağaçların arasında aşkar edilib

Bu gecə Nizami rayonu ərazisində, Xalqlar Dostluğu metro stansiyasının yaxınlığında naməlum kişi meyti tapılıb. Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin məlumatına görə, meyit stansiyanın yaxınlığındakı ağacların arasından tapılıb və onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.


Naməlum şəxsin tüfeyli həyat sürməsi səbəbindən onun üzərində hər hansı şəxsiyyəti təsdiq edən sənəd tapılmayıb. Bundan başqa bölmədən verilən məlumata görə, ilkin müayinə zamanı meydin üzərində hər hansı bir xəsarət və zoraklıq əlamətləri də aşkarlanmayıb. Meyit tibbi ekspertizadan keçmək üçün Nizami rayon Su Təmir Tikinti Xəstəxanasının tibbi ekspertiza və patoloji anatomiya şöbəsinə aralılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırmalara başlanılıb.


Qaqaş25.06.2008 12:03
«Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici siyasəti hücum xarakteri daşımalıdır»

İlham Əliyev: «Diplomatlarımız işlədikləri ölkələrin dövlət strukturları ilə sıx əlaqələr qurmalı və Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istinamətində ciddi işləməlidirlər»

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici siyasəti hücum xarakteri daşımalıdır. Bu bəyanatla prezident İlham Əliyev, Azərbaycanın xaorici ölkələrdəki diplomatik missiya rəhbərlərinin üçüncü iclasında çıxış edib. Dövlət başçısı bildirib ki, Ermənistanın işğalçılıq siyasəti bütün səviyyələrdə ifşa olunmalıdır.


Prezident İlham Əliyevin fikrincə, Azərbaycan səfirlərinin əsas vəzifələrindən biri dünya ictimaiyyətinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılmasıdır. Bu sahədə əldə olunmuş irəloiləyişlərə toxunan dövlət başçısı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bütün səviyyələrdə dəstəklənir, beynəlxalq təşkilatlar münaqişənin, istisnasız olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar çıxırlar.İlham Əliyevin sözlərinə görə, bu mövqe insan hüquq normaları, tarixi reallıqlar və Azərbaycanın beynəlxalq siyasi arenada durmadan artmaq nüfuzu ilə bağlıdır.
Azərbaycan tərəfindən həyata keçirilən qlobal enerji layihələrindən danışan İlham Əliyev bəyan edib ki, bu layihədər beynəlxalq enerji təhlükəsizliyinə xidmət edir. O bildirib ki, həm regionda, həm də bütövlükdə dünyada Azərbaycanın nüfuzu artır.
Azərbaycanın xarici siyasət kursunun prioritetlərinə toxunan dövlət başçısı bəyan edib ki, onların uğurla həyata keçirilməsində Azərbaycan diplomatlarının üzərinə böyük məsuliyyət düşür. Onun fikrincə, diplomatlarımız bu məqsədlə işlədikləri ölkələrin dövlət strukturları ilə sıx əlaqələr qurmalı və Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istinamətində ciddi işləməli, Azərbaycanın siyasi, eləcə də iqtisadi maraqlarını müdafiə etməlidir


Qaqaş25.06.2008 12:03
Erməni əsirliyində olan azərbaycanlı qız: "Ata-anamın gözü qarşısında məni, 15 yaşlı ortancıl bacımı və 9 yaşlı kiçik bacımı dəfələrlə zorladılar"

Qarabağ Azadlıq Təşkilatının Ali Məclisi azərbaycanlı əsir qadınlara qarşı erməni vəhşiliklərini əks etdirən sənəd qəbul edib

Bu gün keçirilən Qarabağ Azadlıq Təşkilatının 3-cü qurultayından sonra Ali Məclisin ilk toplantısı keçirilib. Toplantıda Qarabağ danışıqlarının gedişi ilə bağlı məsələ müzakirə olunub, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələrinin aradan qaldırılmasına dair Vahid Mövqe” adlandırılan sənədin son variantı təsdiq olunub və yaxın günlərdə imzatoplama kampaniyasına başlamaq haqda qərar qəbul olunub. Ali Məclis həmçinin azərbaycanlı əsir qadınlara qarşı erməni vəhşiliklərini əks etdirən sənəd qəbul edib. Həmin sənədin Bakıda, bütün digər bölgələrdə yayılması, internet saytlarında yerləşdirilməsi, elektron ünvanlarına göndərilməsi nəzərdə tutulur.


Həmin sənəddə əsir qadınlara qarşı erməni vəhşilikləri göstərilir:


. Dörd yaşlı qızıma sataşdılar. Sonra biz qadınları Xankəndində erməni ordusu olan yerə apardılar, lüt soyundurdular, hamımızı zorladılar, sonra yerə yıxıb sürüdülər.

. 20 yaşlı bir qızın dediklərindən: Bizi Pircamal kəndində tövlədə saxlayırdılar. Ata-anamın gözü qarşısında məni, 15 yaşlı ortancıl bacımı və 9 yaşlı kiçik bacımı dəfələrlə zorladılar, papiros çəkib bədənimizdə söndürdülər. Yaşlılar, cavanlar növbəyə durub biz bacıları zorlayırdıar, saçlarımızdan tutub sürüyürdülər.

. Məni Əsgəran milis şöbəsinə gətirdilər, orada uşaqlarımın gözləri qarşısında məni döyərək dəfələrlə zorladılar.

. Damarıma iynə vurdular, özümdə deyildim, məni növbə ilə zorladıar, sonra itlə əlaqəyə girməyə məcbur etdilər.

. Orada 13-14 yaşlı qızlarımızı gözümüzün qarşısında zorlayırdılar. Onların səsləri indiyədək qulağımdan getmir.

. Əsirlikdə olan qadınların körpə uşaqlarını alır, gözlərimizin qarşısında göyə atıb avtomatın süngüsünə keçirirdilər.

. Xankəndində uşaq bağçasında 12-13 yaşlarında qızları zorlayırdılar. Qızlardan birinin anası dözməyib özünü kəndirlə boğub öldürdü.

. Bir qızı soyundurub lüt halda rəqs etdirmiş, sonra zorlamışdılar. Ertəsi gün həmin qız yabanı qarnına soxaraq özünü öldürdü.

. 200-dən artıq uşaq, qoca və qadınlarla birlikdə Əsgəran rayonunun milis idarəsinin zirzəmisində saxlanılırdım. Hamımızı avtomat qundağı, təpik və yumruqla döyürdülər. Cavan qız-gəlinlərin başlarını divara vuraraq huşsuz halda sürüyüb aparırdılar.

. Palatalardan birində 4-5 yaşında bir qızcığaz yatırdı, onun gözlərində müharibənin bütün dəhşətlərini, əzablarını gördüm. Onu zorlamışdılar...

. Xankəndində erməni əsgərləri olan kazarmada 8 nəfər qızı, o cümlədən məni növbəyə qoyub zorladılar, sonra çılpaq vəziyyətdə dubinka ilə döydülər. Sonra bizi Əsgəran milis şöbəsinə apardılar, yenə də döyüb zorlamağa başladılar.

. “Hələ də bu dəhşətdən özümə gələ bilmirəm. Ondan sonra həyat mənim üçün o qədər iyrənc görünür ki, yaşamaq istəmirəm!”

"Bunları deyən qızın yaraşıqlı sifətində cırmaq, zərbə yerləri aydın görünürdü. Ən dəhşətlisi gözlərindəki ifadə idi, adam bu baxışlara dözə bilmirdi!!!
Bütün bunlardan sonra erməniləri bağışlamaq olarmı?! Ermənilərlə dostluq, qardaşlıq etmək, münasibət qurmaq, mehriban və diplomatik danışıqlar aparmaq, bir yerdə kino çəkib, konsert vermək, bir məclisdə oturub şəkil çəkdirmək olarmı?! Yaxınlarımızın toy-məclislərində qol götürüb oynamaq, meydanlarda konsertlər, telekanallarda şoular düzəltmək, ümumiyyətlə, deyib-gülmək, şənlənmək olarmı?! Olmaz!
Bir müddət gülməyi də yadırğamalıyıq! İnşallah, qalib gələndən, intiqamımızı alandan sonra namusumuzla bir yerdə gülüşümüzü də özümüzə qaytararıq! İndi isə yalnız intiqam haqda düşünməliyik! Düşmən qanı ilə alınacaq intiqama hazır olun! İntiqama başlayın", deyə QAT-ın bu gün yayılan bəyanatında deyilir.

Qeyd edək ki, faktlar Aygün Həsənoğlunun MTN-nin arxivləri əsasında hazırladığı və 2007-ci ildə çap etdirdiyi "Erməni sindromu” kitabından götürülüb


Qaqaş25.06.2008 12:03
“Ergenokon”un istintaqında ABŞ səfiri ilə görüşən jurnalist dindirildi

Cumhuriyyət qəzetinin əməkdaşı Mustafa Balbay maraqlı açıqlamalar verib

Türkiyədə “Ergenokon” əməliyyatı ilə bağlı ortaya maraqlı detallar çıxır. Məlum olur ki, müstəntiqlərin diqqətini ABŞ rəsmiləri ilə münasibətlər də çəkir.

Artıq neçə vaxtdır ki, mətbuat nümayəndələri də bu işə cəlb olunur


Cinayət işi ilə əlaqədar istinataq Türkiyənin "Cumhuriyyət" qəzetinin Ankara üzrə nümayəndəsi Mustafa Balbayı da dindirib. Və o, 3 gün həbsdə qalıb, azadlığa çıxdıqdan sonra isə çox diqqət çəkən məlumatlar verib. Jurnalist bildirib ki, istintaq ona təzyiq edib, kitablarını məhkəməyə dəlil kimi əlavə edib və rəsmi görüşlərdə iştirakına, bəzi mükafatların təqdim edilməsinə görə günahlandırılıb.

Türkiyədə ART televiziyasına açıqlamasında Balbay bildirib ki, polislər onun evinə necə dolublarasa, kiçik yaşlı qızı az qala şoka düşsün. Və evi axtaranlar həmin balaca qızın kompüterini belə aparıb.

İstintaqın diqqətini ən çox jurnalistin ABŞ səfiri ilə bir məclisdə olması və oradakı söhbətlər çəkib. Jurnalist istintaqa bildirib ki, orada xeyli həmkarları olub və bu söhbət çox diqqət çəkirsə, səfirin özünü çağırsınlar. İstintaqın ABŞ səfiri ilə görüşdən narahat olması yəqin ki, Amerika rəsmilərinin də diqqətindən qaçmayacaq.

Jurnalistin sözlərinə görə, istintaqın əsas məqsədi Türkiyə Silahlı Qüvvələrinin (TSQ) nümayəndələrini sındırmaqdır: “Bunlar istəyirlər ki, budnan sonra TSQ-də vəzifə başına gələn zabitlər “dırnaqları çıxarılmış” vəziyyətdə kreslolarına otursunlar. Onlar hətta Öcalanı Türkiyəyə gətirən zabiti belə həbs ediblər”.


Qaqaş25.06.2008 12:03
Türkmənistan prezidenti nazirləri məzuniyyətə göndərib
Məzuniyyətdən sonra prezident onlarla ciddi danışaqlar vəd edir

Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov nazirləri və hökümət nümayəndələrini məzuniyyətə göndərib. Bu barədə məlumatı o, Nazirlər Kabinetinin iyulun 6-da keçirilmiş iclasında verib. Məmurlara bu gündən etibarən iyul 17-dək istirahət etməyə icazə verilib.


Prezident məzuniyyətdən sonra onlarla ilin ilk altı ayı ərzində ölkədəki sosial-iqtisadi vəziyyət barədə ciddi danışıqlar aparacağı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, ölkə qanunuvericiliyinə uyğun olaraq prezident hökumət başçısı vəzifəsini də daşıyır. Nazirlər bu vəzifəyə altı aylıq sınaq müddətindən sonra təyin edilir. Əgər bu zaman kəsiyində prezident onun işinin öhdəsindən lazımi səviyyədə gələ bilmədiyini qərara versə məmur işdən azad edilir.


Qaqaş25.06.2008 12:03

İlhamə Quliyeva qəzetləri məhkəməyə verəcək

İlhamə Quliyeva qəzetləri məhkəməyə verəcək

MTN-nin İstintaq Təcridxanasında saxlanılan xalq aritsti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun vəziyyətinin ağır olduğu bildirilir. Yerli mətbuatın yazdığına görə, narkotika istifadəçisi olan O.Nadirovun vəziyyəti ağırlaşıb və onun krizis keçirdiyi deyilir. Müğənninin mətbuat katibi Faiq Ələkbərli yazılanlardan İlhamə xanımın xəbərdar olduğunu və bu barədə ölçü götürüldüyünü bildirir:


«Düzgün informasiya yazmayan qəzetlərin siyahısı toplanıb və İlhamə xanım onları məhkəməyə verməyə hazırlaşır. Artıq bu işlə vəkilimiz məşğul olur».
İlhamə xanım isə bildirib ki, oğlu Orxan Nadirov nəinki narkotik maddə aludəçisidir, hətta siqaret belə çəkmir. Oğlunun günahsızlığının tezliklə üzə çıxacağını deyən İlhamə Quliyeva onun bu vəziyyətindən istifadə edən şəxslərə ismarıcını göndərdi:
«Oğlum cavandı, elədiyi səhvlərini düzəltmək üçün vaxtı olacaq. Lakin 75 yaşında olan bəzi insanlar buraxdığı səhvləri düzəltməyə vaxtları qalmayacaq. Vaxtilə səhnəni açıq bədənləri ilə fəth edənlər indi ismətdən danışırlar. Həyatım boyu belə insanlara nifrət etmişəm».

 


Qaqaş25.06.2008 12:03

MİSS - 2007: Bu da dünyanın ən gözəl qızı!

MİSS - 2007:  Bu da dünyanın ən gözəl qızı!

Kanadalı Jessika dünyanın ən gözəl xanımı seçildi

Filippinin paytaxtı Manilada düzənlənən Miss-2007 Gözəllik Müsabiqəsində Kanadalı Jessica Nicole Trisko birinci seçildi. Yarışmada Venesueladan Silvana Santaella Arellano, Hindistandan Pooja Chitgopekar və Argentinadan Angela Gomez de ilk dördlükdə yer aldı.


 


Qadın DünyasıŞərhlər(0)     Baxış sayı:625
Qaqaş25.06.2008 12:03

                  Ən çox qazanan 10 model

Ən çox qazanan 10 model

"Forbes"in hazırladığı "dünyanın ən çox qazanan modelləri" arasında ötən ilolduğu kimi bi il də qalib Braziliyalı top model Gizel Bundçen (Gisele Bündchen) oldu.
Braziliyalı gözəlin alarında "Disney", "Nivea", "Vogue" və "Aquascutum"un da olduğu 20 çəşhur markayla reklam anlaşması var. Özünün markası olan "İpanema"nın işlərindən təkcə Gizelin illik qazancı 6 milyon dollardır
14 milyon dollarlıq ümumi illik qazancı ilə Heydi Klum (Heidi Klum) ikici sırada yer alıb.


Sonrakı sıralamalar belədir:
3. Keyt Moss (Kate Moss), 7.5 milyon dollar
4. Adriana Lima, 7 milyon dollar.
5. Doutzen Kroes, 6 milyon dollar.
6. Karolina Kurkova, 5 milyon dollar.
7. Natalya Vodyanova (Natalia Vodianova), 4.8 milyon dollar.
8. Karolin Mörfi (Carolyn Murphy), 4.5 milyon dollar.
9. Darya Verbovi (Daria Werbowy), 3.8 milyon dollar.
10. Miranda Kerr, 3.5 milyon dollar


Qadın DünyasıŞərhlər(0)     Baxış sayı:259
Qaqaş25.06.2008 12:03

        İlhamənin oğlu barədə son məlumat..

Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlı ilə Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun (Ali Məhkəmənin sabiq sədri Südabə Həsənovanın qardaşı) oğlu Yalçın Həsənovun və xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunması barədə xəbər vermişdik..Xəbərdə bildirilirdi ki, MTN-in Qazax rayonunda keçirdiyi əməliyyat zamanı sabiq prokurorların övladları ən bahalı narkotik vasitə hesab olunan ekstazi həbi ilə tutulublar..


Onu da qeyd etmişdik ki, prokuror övladları bu çirkin əməllərinə çoxsaylı məmur övladlarını da cəlb edibmiş.
Aldığımız son məlumata görə, ilk vaxtlar bu işlə bağlı MTN-də bir müstəntiq tərəfindən araşdırma aparılsa da sonradan iş böyüyüb, cinayətdə iştirak edən çoxsaylı şəxslərin kimliyi məlum olub və 50-yə yaxın şəxs istintaqa cəlb edilib..Daha 100 şəxs isə bu bahalı narkotikin istifadəçiləri kimi istintaq tərəfindən müəyyən olunub..Lakin həmin şəxslər həbs edilməyib. Mənbənin sözlərinə görə, hazırda işin böyüklüyünə görə bu cinayəti araşdırmaq üçün istintaq qrupu yaradılıb və ora 10-a yaxın müstəntiq daxil edilib..Cinayətkar dəstəyə rəhbərlik edən şəxslər MTN-in istintaq təcridxanasında saxlanır..Digərləri isə orada yer olmadığı üçün Bayıla köçürülüb.. Hazırda İlhamə Quliyevanın oğlu da daxil olmaqla Mahir Mirsalamlı, Yalçın Həsənov və digər bir neçə məmurun övladı narkobandanın rəhbərliyinə daxil olan şəxslər qismində MTN-də saxlanılır..

Qaqaş25.06.2008 12:03

              KİŞİ və QADIN arasında məzəli müqayisələr

YETGİNlİK:
Qadınlar kişilərə nisbətən daha tez yetginləşirlər. Əksər 17 yaşlı qızların çoxu özlərini böyüklər kimi apara bilər. Əksər 17 yaşlı oğlanlar isə hələdə futbol şəkilləri toplayır və ya dərsdən sonra playstadion klublarına qaçırlar

JURNALLAR:

Kişi jurnalları adətən yarıçılpaq qadın şəkilləri ilə dolu olur. Qadın jurnalları da həmçinin yarıçılpaq qadın şəkillərindən ibarət olur. Bu o deməkdirki qadın bədəni təbiətin gözəl incəsənətidir, hansı ki, kişi bədəni tüklü və qabarıq olur və günün günorta vaxtı kişi bədəninə baxmaq heçdə məsləhət deyil. Qadın bədəni əksər kişilərdə heyranlıq doğurur. Kişi bədəni isə əksər qadınlarda gülüş doğurur


HAMAM:
Kişinin hamamda 6 əşyası olur – diş məcunu, diş fırçası, üz qrıxma kremi, ülgüc, sabunu və dəsmalı. Qadının isə hamamda olan əşyalarının orta sayı 437-dir. Kişilər həmin əşyaların çoxunun adını belə bilmir.

BAZARLIQ:
Qadın bazarlıq etmək üçün əvvəlcə lazım olan şeylərin siyahısını tutur və sonra dükana gedir. Kişi isə soyuducuda hər şey tükənənə qədər gözləyir. Sonra isə dükana gedir. O gözəl görünən hər şeyi alır. Kassaya yaxınlaşanda isə onun piştaxta arabası Beverlidə Clampettin avtomobilindən daha gərgin qablaşdırılmış vəziyyətdə olur.

 AYAQQABILAR:
İşə hazırlaşan ərəfədə qadın yunlu Mondi kostyumunu geyəcək, sonra Reebok ketlərində gəzəcək. O öz iş ayaqqabılarını Saksdan olan çantasına qoyacaq. İşə çatanda isə iş ayaqqabılarını geyinəcək. 5 dəqiqə sonra isə onları çıxardıb o tərəfə itələyəcək, çünki bu zaman onun ayaqları stolun altında olacaq. Kişi isə bütün günü eyni ayaqqabı ilə gəzəcək

EVDƏN ÇIXMAQ:
Nə vaxt ki, kişi deyir artıq evdən çıxmağa hazırdı, deməli o həqiqətəndə çıxmağa hazırdı. Nə vaxt ki, qadın deyir artıq evdən çıxmağa hazırdı, bu o deməkdirki o kosmetikasını indicə qurtarib və artıq sırğalarını axtarır.

PİŞİKLƏR:
Qadınlar pişikləri sevir. Kişilər deyirki onlarda pişikləri sevir. Amma qadının gözündən yayınan kimi pişiyə var gücüylə təpik ilişdirirlər. Sonra onun başını sığallayırlar.

ÖVLADLAR:
Qadın öz uşaqları haqda hər şeyi bilir. Qadın uşağının sevdiyi sevdiyi filmi, uşağı üçün diş həkiminin nə təyin etdiyini, sevdiyi idman sahəsini, romantic həyatındakı hadisələri, sevimli yeməyini, onun gizli arzularını və s. bilir. Kişi isə evdə yaşayanları dumanlı şəkildə xatırlayır.

PALTAR DƏYİŞMƏK:
Qadın hər bir işə müxtəlif paltarlar geyir.Qadın dükana gedəndə, gülləri sulayanda, kitab oxuyanda paltarını dəyişəcək. Kişi isə, əgər qadın bunu ondan tələb etsə ancaq toy və dəfn mərasiminə getmək üçün paltarını dəyişəcək

CAMAŞIRXANA:
Qadın iki-üç gündən bir paltarları camaşır edir. Kişi bütün paltarları çirklənənə kimi geyəcək, hətta 8 il əvvəl əməliyyat olunan zaman geydiyi altlığıda geyinəcək. Görəndəki daha geyməyə paltar yoxdu, o zaman çirkli köynəyi tərsinə çevirib o üzünə geyəcək və çirkli paltarları nəhaytəki camaşırxanaya aparacaq.

LƏQƏBLƏR:

Əgər Qloriya, Suzanna, Anjela və Mişel restorana nahar etməyə getsə, onlar bir birini Qloriya, Suzanna, Anjela və Mişel çağıracaq. Amma əgər Rob, Con, Cek və Mayk kafeyə nahar etməyə getsələr onlar mehribanlıqla bir birini “Güllə-baş”, “Qodzilla”, “Piyli-dal” və “Balta-sifət” çağıracaqlar.

HESAB:
Hesab çeki gələn zaman Rob, Con, Cek və Mayk hərəyə 20 dollar stolun üstünə atacağlar. Baxmayaraqki bütün hesab cəmi 22.5 dollardır. Onlardan heç biri xırda pul verməyəcək və geri qaytarılan xırdanı götürmək istədiklərini büruzə verməyəcəklər.
Hesab çeki qadınlara verildikdə isə onlar arxa ciblərindəki kalkulyatoru çıxardacaqlar.

GÜZGÜ:
Kişilər lovğadı, onlarına özlərinə baxmaq üçün güzgüdən istifadə edəcəklər. Qadınlar isə gülüncdü, onlar parıldayan hər bir şeydən: qaşığdan, mağaza şüşələrindən, avtomovilin pəncərəsindən özlərinə baxmaq üçün istifadə edəcəklər.

TELEFON:
Kişi telefona bir əlaqə vasitəsi kimi baxır. Onlar telefondan bir birinə qısa mesajlar göndərmək üçün istifadə edir. Qadın öz rəfiqəsi gildə 2 həftə qala bilər, evə qayıtdığı gün isə yenə həmin rəfiqəsi ilə telefonda 3 saata qədər danışacaq.

YOLLAR:
Əgər qadın maşın sürərkən yolu itirərsə dayanacaq və adamlardan axtardığı ünvanı öyrənməyə çalışacaq. Kişilər isə bunu zəiflik əlaməti kimi görür. Kişi heç vaxt dayanıb yolu soruşmayacaq. O saatlarla yollarda fırlanacaq və öz özünə “Deyəsən mən axtardığım yolu tapmışam” deyəcək. “Mən artıq həmin yerin qonşuluğundayam, mən o anbarı tanıyıram”.

OYUNCAQLAR:
Az yaşlı qızlar oyuncaqlarla oynamağı sevir. Amma onlar 11-12 yaşlarına gələndə bu marağ onlarda itir. Kişilərdə isə oyuncaqlara olan həvəs heç vaxt itmir. Onlar böyüdükcə oyuncaqlarının qiymətidə artır. Kişilərin oyuncaqlarına misallar: Balaca ekranlı tv-lər, maşın telefonları, mürəkkəbləşdirilmiş şirə sıxanlar, balaca əmrlə kokteyl düzəldən robotlar, video oyunlar, maşın siqnalları, və ümumiyyətlə işləməsi üçün ən azından 6 batareya tələb edən elektrocihazlar.

DOSTLAR:
Qızlar öz rəfiqələrigildə olarkan bütün gecəni danışmağla keçirirlər. Oğlanlar öz dostlarıgildə qaldıqda isə gecə təxminən 20-30 söz işlədirləki onlardanda çoxu belədi: “İşığı söndür”, “Pivə tapdın?”, “Bu gözəlçəyə bax!!!”

BİTGİLƏR:
Tətildə olan qadın kişidəən onun bitgilərini sulamasını xaiş edir. Kişi bitgiləri sulayır. Qadın 5-6 gündən sonra evə qayıdır və bütün bitgiləri məhv olmuş görür. Heç kim bilmirki bu nədən belə olur.

SÖHBƏT:
Kişilər söhbət etmək üşün mübahisəyə ehtiyac duyur. Məsələn: “Gözəl filmdi, polislər çox cəsarətli görünür”, “Yox elə deyil, məncə heç bir polis onları tuta bilməyəcək”, “Yox ola bilsinki tutdu, çünki bu polis mafiya haqda çox bilir” və s.
Qadınlarda isə bu problem yoxdu. Onların söhbətləri mübahisə yönlü olmur və bir birinin sözünə dəstək verərək söhbəti davam etdirirlər. Kişi ilə söhbət etmək üçün onlar heç bir mübahisə doğurmayan və xoş söz işlədəcəklər: “O yol qırağındakı bağ çox gözəldi”. “Hmmmmm”...Fasilə. “Dünən axşamkı restoran çox gözəl idi, ele deyilmi?” “Bəli elədir”...Fasilə..və s
..

Qadın DünyasıŞərhlər(0)     Baxış sayı:125
Qaqaş25.06.2008 12:03
Porsche yeni 911 modelinin satışlarına həftənin sonundan başlayacaq

Porsche-nin 911 seriyasından olan yeni modelinin satışlarına həftənin sonunda başlanılacaq. İyulun 5-dən etibarən şirkətin Almaniyadakı dilerlərindən yeni modeli əldə etmək mümkün olacaq.

Şirkətin rəsmilərinin yaydığı məlumatlara əsasən, yeni Porsche Carrera 83.000, Carrera S kabrioleti isə 93.900 avrodan başlayaraq satılacaq.    

Avtomobil DünyasıŞərhlər(0)     Baxış sayı:62
Qaqaş25.06.2008 12:03
Azərbaycan hakimləri Ermənistanda keçiriləcək toplantıda iştirakdan imtina ediblər
Sentyabr ayında Ermənistanın paytaxtı İrəvanda Beynəlxalq Hakimlər Assosiasiyasının toplantısı keçiriləcək

Bu gün Ümumrespublika Məhkəmə Hakimləri ictimai birliyinin toplantısı keçirilib. ANS PRESS-in məlumatına görə, toplantıya ilk olaraq ictimai birliyin idarə heyəti və yeni sədrinin seçilməsi müzakirəyə çıxarılıb.Toplantıda eyni zamanda, idarə heyəti üzvlərinin sayının 9 nəfərə çatdırılması təklif olunub.


Hakimlərin iştirakı ilə keçirilən səsvermədə 9 nəfərlik idarə heyəti seçilib. Yasamal rayon Məhkəməsinin sədri Ələddin Cəfərov isə Ümumrespublika Məhkəmə Hakimləri ictimai birliyinin sədri seçilib.

Toplantıda İnzibati Prossesual Məcəlləyə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Məcəlləyə ictimai birlik tərəfindən olunan təkliflər diqqətə çatdırılıb və 6 nəfərlik işçi qrup yaradılıb. İclasda məhkəmələrin elektron məlumat bazasının yaradılması təklif olunub. Məhkəmələrə daxil olan işlərin, onların icraata verilməsi, baxılması, işlərə baxılmasına nəzarət, qərarlardan apellyasiya və kasasiya instansiyalarına şikayətlərlə bağlı məlumatlar elektron bazasında toplanacaq.

Ələddin Cəfərob bildirib ki, ictimai birlik Beynəlxalaq Hakimlər Assosiasiyasına daxil olmaq üçün 2006-cı ildə həmin quruma müraciət olunub. Onun sözlərinə görə, bu il müraciətə cavab olaraq bildirilib ki, sentyabr ayında Ermənistanın paytaxtı İrəvanda Beynəlxalq Hakimlər Assosiasiyasının toplantısı keçiriləcək. Həmin toplantıya Azərbaycan hakimlərinin müşahidəçi qismində dəvət olunduğunu deyən Ə. Cəfərov orada iştirak etməyəcəklərini bildirib.

Bu ilin oktyabr-noyabr aylarında Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin məhkəmə hakimləri ictimai birliklərinin toplantısı olacaq. Azərbaycan Ümumrespublika Məhkəmə Hakimləri ictimai birliyinin üzvləri həmin toplantıda iştirak edəcəklər.


Qaqaş25.06.2008 12:03
Hitler yenə aranı qarışdırıb
"Madam Tüsso" muzeyində nümayiş etdiriləcək Hitlerin heykəli bir az aralıda yerləşən yəhudi soyqırımı müzeyinin rəhbərliyinin narazılığına səbəb olub

Bu gün Londonda məşhurların heykəllərindən ibarət ''Madam Tüsso'' muzeyinin açılışı olacaq. Muzey açılmamış bəzi problemlər yaranıb. Belə ki, muzey təşkilatçıları Adolf Hitlerin də heykəlinin orada olacağını bildiriblər.


Bir neçə yüz metrlikdə isə yəhudilərin soyqırımını nümayiş etdirən muzey var. Bu məsələdən həmin muzeyin rəhbərliyi narahat olduğunu qeyd edib və bunu bəzi qalmaqalla gətirib çıxara biləcəyini vurğulayıb.

''Madame Tüsso'' muzeyinin rəhbəri bu açıqlamalardan çox narahat olub və qərara gəlib ki, Hitlerin heykəlinin yanında daima əməkdaşlarından biri növbə çəksin. Hətta heykəllə birlikdə şəkil çəkdirilməsinə belə icazə verilməyəcək. Muzey rəhbərliyi bildirib ki, Hitlerin Almaniya tarixində müəyyən yeri var və onu kənarda qoya bilməzlər.

Yəhudi Mərkəzinin sabiq sədri Mişel Friedman, bu hadisəni "pislərin normallaşdırılması" kimi qiymətləndirib və heykəlin muzeydən çıxarılmasını tələb edib.


Qaqaş25.06.2008 12:03
Ufa beynəlxalq hava limanında namaz otağı açılıb
Tədbirdə Başqırdıstan müftisi və respublikanın ruhani nümayəndələri iştirak ediblər

Ufa müsəlmanlarının tələbi ilə Ufanın beynəlxalq hava limanında müsəlmanlar üçün dua və namaz otağı istifadəyə verilib.Otağın açılışı ötən həftə baş tutub.


Komsomolskaya pravda»nın məlumatına əsasən, tədbirdə Başqırdıstan müftisi Nurmuhammed Niqmatullin və respublikanın ruhani nümayəndələri iştirak ediblər.
Qaqaş25.06.2008 12:03
Çexiyanın xarici işlər naziri: "Azərbaycanın ərazi bütövlüyünün qorunmasını da dəstəkləyirik"

Karel Şvartsenberq bu gün azərbaycanlı həmkarı ilə görüşüb

"Dağlıq Qarabağ münaqişəsi - regionun ən böyük münaqişəsidir". Bunu bu gün azərbaycanlı həmkarı ilə görüşdə Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq bəyan edib. Ölkəsinin Qarabağ məsələsində tutduğu mövqeyini açıqlayan xarici işlər naziri problemin birmənalı şəkildə sülh yolu ilə həll olunmasını vacib sayıb.


“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və sülh yolu ilə həllini istəyirik. Biz inanırıq ki, bu dövrdə məsələ iki tərəf arasında danışıqlar yolu ilə həll olunmalıdır. Bu vaxt çətinliklər ortaya çıxır. Ancaq beynəlxalq mühit imkan vermir ki, münaqişələr yaransın və onlar yenidən alışsın. Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Bu zaman Azərbaycanın ərazi bütövlüyünün qorunmasını da dəstəkləyirik. Biz tərəfləri səbrli olmağa çağırırıq. Çexiya bu məsələdə həmişə köməyə hazırdır”


Qaqaş25.06.2008 12:03
Avqustda metronun «İçərişəhər» stansiyasında təmir başa çatacaq

Bu barədə Bakı metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib

Avqust ayının ortalarına qədər metronun «İçərişəhər» stansiyasının yenidənqurma işləri başa çatacaq. Bu barədə Bakı metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib. O qeyd edib ki, «İçərişəhər» stansiyası əhalinin xidmətinə fərqli dizaynda təqdim olunacaq.


Metropolitenin rəisinin sözlərinə görə, sentyabrın 15-də isə əhalinin xidmətinə yeni «Nəsimi» metrostansiyası veriləcək. Yenidənqurma işlərindən sonra stansiyanın üzərindəki gümbəz forması piramida ilə əvəz olunmalıdır. Avqust ayında isə «28 may» stansiyasından Mirəli qaşqay küçəsinə yeraltı çıxış istifadəyə verilməsi nəzərdə tutulur.

«İçərişəhər» stansiyasında yenidənqurma işlərinə aprel ayında başlanılıb. İşlər hazırda elə vəziyyətə çatıb ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün stansiyaya giriş və çıxışı dayandırlıb.

1967-ci ildə istismara verilən Bakı metropoliteninin 20 stansiyası var.


Qaqaş25.06.2008 12:03
Dmitri Medvedev Bakıya nə ilə gəlib, nə ilə getdi?

Və ya Kreml rəhbərinin səfəri Azərbaycana nə verəcək?


Azərbaycanın gündən-günə regionda ən güclü dövlətə çevrilməsi qonşuları, hətta böyük dövlətləri onunla hesablaşmağa vadar edir. Dmitri Medvedevin Bakıya səfəri bir daha onu göstərdi ki, şimal qonşumuz da bunu, qısqanclıqla da olsa, boynuna alır. Hər halda, xarici ölkələrə ilk rəsmi səfər silsiləsini Kreml rəhbərinin məhz Azərbaycandan başlaması ona işarə edir ki, artıq Moskva Bakı ilə hesablaşmağın qaçılmaz olduğunu başa düşməyə başlayıb.


Rusiya prezidentinin rəhbərlik etdiyi böyük nümayəndə heyəti bura, sözsüz ki, Moskvanın maraqlarına uyğun təkliflərlə gəldi. Azərbaycan qazının «Qazprom» tərəfindən alınması və bununla da Rusiyanın bölgədə qaz monopolistinə çevrilməsi, şübhəsiz ki, ən vacib məqsədlərdən biri idi. İdi… amma, alınmadı. Sözsüz ki, dövlət başçılarının təkbətək görüşündə nələrin müzakirə olunduğu məlum deyil. Amma bu danışıqlarda qazla yanaşı, Dağlıq Qarabağ məsələsi, eləcə də regiondakı vəziyyət, o cümlədən də Gürcüstan və İrana dair son hadisələr nəzərdən keçirilməyə bilməzdi. Xüsusilə Gürcüstanda cərəyan edən son hadisələr fonunda…

Səfəri diqqətlə izləyən politoloqlar hesab edirlər ki, Kreml rəhbərinin Azərbaycana səfəri Moskva üçün konkret nəticə vermədi. Hər halda, politoloq Vəfa Quluzadə fikirlərini onunla əsaslandırır ki, səfərin Azərbaycan-Rusiya əlaqələrində böyük rolu olmayacaq, çünki bu səfərdə heç bir ciddi problemə ciddi surətdə toxunulmadı. «Birincisi, Dağlıq Qarabağ məsələsində Moskva köhnə mövqeyini nümayiş etdirdi. Bəyanat verdilər ki, «prezidentlər görüşsün, bunun böyük əhəmiyyəti var». Amma özlərinin bu münaqişədəki rolu haqda və ya erməni işğalına qarşı münasibətdə yenilik nümayiş etdirmədilər. İkincisi, Rusiya olduqca narahatdır, çünki Azərbaycan böyük tranzit ölkəsidir və buradan neft vg qaz kəmərləri Rusiya ərazisindən yan keçməklə Avropa və dünya bazarlarına çıxarılır. Moskva belə vəziyyətdə Avropada qaz və enerji monopoliyasını itirir. Düşdüyü vəziyyəti düzəltmək üçün Rusiya, əlbəttə, Azərbaycan qazını almağa cəhd edir». Bakının razılıq vermədiyini və məsələnin müzakirə edilməsinin vacibliyini vurğulamasını müsbət hal adlandıran politoloq ümumiyyətlə Medvedevin Türkmənistan və Qazaxıstan səfərlərinin də nəticə etibarilə eyni başa çatacağını düşünür. «Yəni söz veriləcək ki, təkliflər və ortaya qoyulan məsələlər ətrafında müzakirələr aparılmalıdır, amma sözsüz ki, hər bir dövlət də öz milli marağından çıxış edəcək. Rusiya istədiyi monopoliyanı əlində saxlaya bilməyəcək».

Politoloq Hikmət Hacızadə Rusiya kimi böyük dövlətin prezidentinin Azərbaycana gəlişini əlamətdar hadisə sayır. Amma o da bu səfərin Moskva üçün istənilən nəticəni vermədiyini hesab edir. «Çünki burada orta və böyük məqsədlər ortaya qoyulur. Orta məqsədlər sırasına - əməkdaşlığı və ticarəti inkişaf etdirmək və sair buk imi məsələlərdir. Bunlar, əlbəttə ki, çox müsbət haldır. Böyük məqsədlər sırasında isə sözsüz ki, Dağlıq Qarabağ məsələsidir ki, bu problem həll edilməmiş qalır. Qazımızı almaq və dünyanın qaz bazarında Kreml öz şərtlərini diqtə etmək istəyir… Axı, Bakı bunu başa düşür. Sözüz ki, buna getməməlidir də». Hikmət Hacızadə hesab edir ki, Dmitrii Medvedev bu səfəri zamanı İran və Gürcüstandakı vəziyyətə toxunmaya bilməzdi. «Azərbaycan regionda çox vacib strateji əhəmiyyət daşıyır. Bakının Tiflisi hərtərəfli dəstəkləməsi Moskvanı çox qıcıqlandırır. Zənn edirəm ki, Medvedev də bu barədə danışmaq istəyirdi, amma Bakı öz mövqeyində qaldı».

Beləliklə, indi Rusiya prezidenti MDB-nin ən iri qaz ölkələrindən biri olan Türkmənistandadır. Dmitrii Medvedev və Qurbanqulu Berdımuxamedov bir az əvvəl təkbətək görüşə girib. Aşqabadın Bakı kimi öz mövqeyində qala bilib-bilməyəcəyi, eləcə də Kremlin onu öz təsir dairəsinə almaq cəhdinin nə ilə nəticələnəcəyini verilən bəyanatlardan, imzalanacaq sənədlərdəki standart cümlələrin olub-olmamasından, hətta dövlət başçılarının mimikalarından belə bəlli olacaq.


Qaqaş25.06.2008 12:03
Minskdə Müstəqillik Günü münasibətilə keçirilən konsertdə partlayış baş verib
Nəticədə 50 nəfər yaralanıb

Bu gecə Belarusun Minsk şəhərində “Minsk - qəhərman şəhər” abidəsinin qarşısında Müstəqillik günü münasibətilə keçirilən konsertdə partlayış baş verib. İlkin məlumatlara görə, əldə qayrılmış partlayıcı qurğu işə düşüb.


Partlayış nəticəsində 50-yə yaxın adam yaralanıb. Hazırda şəhər xəstəxanasına 47-ə yaxın yaralı gətirilib. Belarusun Səhiyyə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, xəstəxanaya gətirilənlər əsasən əl və qol nahiyələrində müxtəlif xəsarətlər alıblar.
Şəhər Daxili İşlər İdarəsinin rəisi, general Anatoli Kuleşov hadisəni "xuliqanlıq" adlandırıb. Faktla bağlı konkret hansı maddə ilə bağlı cinayət işi açıldığı bildirilmir

Qaqaş25.06.2008 12:03

        Défn mérasiminé müxalifétdén kimlér qatılacaqdi?

 Vurğun Eyyub: “Hesab edirem ki, Heyder Eliyevin defn merasiminde bizi gözlemirler. Bu sebebden hemin merasime qatılmaq fikrimiz yoxdur.”

Mirmahmud Mirelioğlu, Sabir Rüstemxanlı ve İlyas İsmayılov Heyder Eliyevle vidalaşma törenine qatılacaq


Heyder Eliyevin vefat etmesi xeberi resmen tesdiqlenenden sonra bu sualın çoxlarını düşündürdüyünü nezere alaraq, müxalifet partiyalarının temsilçileri arasında qısaca bir sorğu keçirmeyi qerara aldıq. Texniki imkanlar baxımından bütün müxalifet partiyaları ile elaqe yarada bilmesek de, her halda, sualımıza aydınlıq getirmeye çalışdıq.

 


Elde etdiyimiz melumatlara göre, müxalifet kimi teqdim olunan Vetendaş Hemreyliyi, Edalet, Yurddaş partiyalarının rehberleri keçmiş dövlet başçısı ile vidalaşma merasimine qatılacaqlar.

Bu sırada Liberal Partiyasının sedri Lale Şövketin de olacağı haqda melumat elde etsek de, bunu onun partiyası ile deqiqleşdire bilmedik.

Böyük Quruluş Partiyası Teşkilat Komitesinin sedri Fazil Qezenferoğlu ise defn merasimine getmeyecek. Allahdan Heyder Eliyeve rehmet dileyen Fazil bey hesab edir ki, onun merasimde iştirakı zeruri deyil.

Müsavat başqanının birinci müavini Vurğun Eyyub ise sualımıza bele cavab verdi: “Hesab edirem ki, Heyder Eliyevin defn merasiminde bizi gözlemirler. Bu sebebden hemin merasime qatılmaq fikrimiz yoxdur.”

AXCP (“islahatçılar”) sedri, millet vekili Eli Kerimli ile elaqe yarada bilmesek de, partiya üzvleriyle söhbetden bele  melum oldu ki, cebheçiler bu merasimde iştirak edenlerin arasında olmayacaqlar.

Amma Xalq Cebhesinin başqa bir qanadının - “klassikler”in sedri Mirmahmud Mirelioğlu vida merasiminde iştirak edecek. Bu melumatı bize onun müavini Zelimxan Memmedli verib: “Mende olan melumata göre, hemin merasimde sedrimiz iştirak edecek.”

AMİP-den sualımıza cavab ala bilmedik. Ne Etibar Memmedov, ne de partiya yetkilileri ile elaqe yarada bilmediyimizden, sualı teşkilatın merkezi aparatında çalışanlara ünvanladıq. Onlar ise heç bir melumata malik olmadıqlarını dediler...

M.QASIMBEYLİ

Heydér Eliyev haqqında kim né düşünür?

Etibar Memmedov: “...Onun xidmetleri böyükdür, ancaq müxalif fikre münasibetde o, dözümsüz olub”

Ayaz Mütellibov: “Merhumun baresinde ya yaxşı danışmaq lazımdır, ya da heç ne dememek"

Vurğun Eyyub: “Heyder Eliyev Azerbaycana böyük zerbeler vurub, en pisi budur ki, onun formalaşdırdığı mövcud rejim ölkeye yaxşı heç ne ved etmir”

Zerdüşt Elizade: “O, Stalin-Beriya erasının sonuncu temsilçisiydi. O, Azerbaycan xalqının taleyinde en ağrılı zerbelerin tecessümü olub.”

Nureddin Memmedli: “O, korrupsiya, yalan ve avtoritarizm üzerinde qurulmuş rejim yaradıb"


“Heyder Eliyev tarixi şexsiyyetdir. Bunu heç kim dana bilmez. O, otuz ilden çox Azerbaycana birici şexs kimi rehberlik edib". Bu sözleri AMİP sedri Etibar Memmedov deyib. Onun fikrince, Heyder Eliyevin siyasi fealiyyetinin müsbet terefleriyle yanaşı, menfi terefleri de var: “Ancaq bu, her bir şexsin fealiyyetinde olur. Onun xidmetleri de böyükdür".

E.Memmedov hesab edir ki, Heyder Eliyevin hakimiyyeti dövründe iqtidar-müxalifet münasibetleri dövlete lazım olan seviyyede olmayıb: “O, müxalifete ve müxalif fikre münasibetde dözümsüz olub".

Azerbaycanın eks-prezidenti Ayaz Mütellibov Eliyevin vefatını şerh etmeyerek deyib ki, “merhumun baresinde ya yaxşı danışmaq lazımdır, ya da heç ne dememek". Odur ki, A.Mütellibov indi bu barede danışmaq istemeyib.

“Heyder Eliyev yaddaşlarda özünün bütün müsbet, menfi keyfiyyetlerile nece varsa, ele qalacaq" - deye Müsavat başqanının birinci müavini Vurğun Eyyub bildirib. O, H.Eliyevi terifleyen ve tenqid eden yazıların emosionallıq üzerinde yazıldığını ve onun tarixi rolu barede esl tedqiqatların bundan sonra ortaya çıxacağını bildirib.
Eyni zamanda V.Eyyub H.Eliyevin hakimiyyete geldiyi 1993-cü ilden bu yana Azerbaycana ağır zerbeler vurduğunu, ölkenin problemlerinin hell olunmadığını ve artdığını da söyleyib. Onun sözlerine göre, en pisi budur ki, H.Eliyevin formalaşdırdığı mövcud rejim ölkeye yaxşı heç ne ved etmir. O, H.Eliyevin tekce müxalifetle yox, hem de xalqla bele hesablaşmadığını vurğulayıb.

H.Eliyevin yürütdüyü daxili ve xarici siyaset Azerbaycanı beynelxalq nüfuza malik dövlete çevire bilmeyib ve Qarabağ problemini hell etmek evezine daha da dolaşığa salıb.   

Politoloq Zerdüşt Elizade bildirib ki, Heyder Eliyev Stalin ve Beriyanın siyasi erasının sonuncu temsilçisi idi. O, Azerbaycan xalqının taleyinde en ağrılı zerbelerin tecessümü olub.

ADP Ali Şurasının sedri Nureddin Memmedli bildirir ki, Eliyevin fealiyyetini birmenalı qiymetlendirmek olmaz. Bir terefden o, dövletçiliyin möhkemlendirilmesine xidmet edib, diger terefden ise korrupsiya, yalan ve avtoritarizm üzerinde qurulmuş hakimiyyet ve rejim yaradıb. Onun hakimiyyet dövrü iqtidar ve müxalifet arasında ziddiyyetin keskinleşmesine sebeb olub ve bu da Azerbaycanın dövletçilik maraqlarına menfi tesir gösterib. Demokratiya ve insan haqları pozulub.
Nehayet, daxili ve xarici siyasetde ciddi nailiyyet elde olunmayıb, Qarabağ meselesi hellini tapmayıb.

Qaqaş25.06.2008 12:03
88 sülhməramlımız İraqa yola salınıb

Yaxın günlərdə eyni sayda hərbiçimiz xidmətlərini başa vuraraq İraqdan vətənə dönəcək

İyulun 2-də 88 nəfərdən ibarət Azərbaycan sülhməramlısı rotasiya qaydasında İraqa yola salınıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu məlumat verib


O bildirib ki, yaxın günlərdə eyni sayda sülhməramlımız xidmətlərini başa vuraraq İraqdan vətənə dönəcək. Qeyd edək ki, İraqda 150 Azərbaycan sülhməramlısı xidmət edir.

 


Qaqaş25.06.2008 12:03
Bu gün metronun Gənclik və 28 May stansiyaları arasında törədilmiş partlayışdan 14 il keçir

Hadisə nəticəsində 14 nəfər ölmüş, 57 nəfər isə yaralanmışdı

Bu gün Bakı Metropoliteninin Gənclik və 28 May stansiyaları arasında törədilmiş partlayışdan 14 il keçir.

1994-cü il iyulun 3-də, Gənclik stansiyasına doğru hərəkət edən qatar saat 8:35-də tuneldə partladıldı.


Araşdırmalar nəticəsində məlum oldu ki, partlayıcı maddə olan trotil vaqonlardan birinə qoyulubmuş. Partlayış dalğası o qədər güclü idi ki, qurğunun yerləşdirildiyi vaqon tunnelin tavanına yapışmışdı. Bu terror aktı nəticəsində 14 nəfər öldü, 57 nəfər yaralandı. Dövlətə milyonlarla dollar ziyan dəydi.   

Terror aktının həyata keçirilməsində əli olduğu güman edliən 3 nəfər - Saakov, İlçuk və Kareçikov adlı şəxslər saxlanıldı. Lakin sonradan məlum oldu ki, onların metronun partladılmasında yox,  Neftçilər stansiyası, Təzəpir məscidinin partladılması və Sərsəng su anbarını zəhərləməyə cəhddə əli varmış. Metro partladanın sorağı isə Rusiyadan gəldi.

Milli Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində, terrorçu Azər Aslanov Moskvada həbs edildi və partlayışda erməni əlinin olduğu üzə çıxdı. Məlum oldu ki, erməni əsirliyində olmuş Azər Aslanov anasını girovluqdan azad etmək üçün Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə metroda partlayış törətməyə razılıq verib. Buna görə də o, Vətənə xəyanətdə ittiham olundu və əmlakı müsadirə olunmaqla ömürlük həbsə məhkum edildi.
Qeyd edək ki, bu, Qarabağ münaqişəsi başlanan gündən Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycana qarşı törətdiyi 32-ci terror aksiyası idi.


Qaqaş25.06.2008 12:03
Azərbaycan FİFA-nın reytinq cədvəlində 6 pillə geriləyib

İyul ayının reytinq cədvəlində millimiz 139-cu pillədədir

FİFA futbol yığmalarının növbəti reytinq cədvəlini açıqlayıb. Təşkilatın internet saytında yerləşdirilmiş məlumata görə, reytinq cədvəlinə İspaniya başçılıq edir.Bu, İspaniyanın reytinq cədvəlində ilk liderliyidir. Sonrakı yerləri İtaliya və Almaniya milliləri tutur.


Ötən ay açıqlanmış reytinqin birincisi olmuş Argentina isə bu dəfə 6-cı yerlə kifayətlənməli olub. Son Avropa çempionatında mükəmməl oyun nümayiş etdirmiş Türkiyə millisi bir ay ərzində cədvəldə 6 pillə irəliləyərək, 16-cı yerdə qərarlaşıb. Azərbaycanın isə mövqeləri zəifləyib. Ölkəmiz 133-cü pillədən 139-cu pilləyədək geriləyib.
1 (4). İspaniya - 1557 xal
2 (3). İtaliya - 1404
3 (5). Almaniya - 1364
4 (2). Braziliya - 1344
5 (10). Hollandiya - 1299
6 (1). Argentina - 1298
7 (15). Xorvatiya - 1282
8 (6). Çexiya - 1146
9 (11). Portuqaliya - 1104
10 (7). Fransa - 1053
11 (24). Rusiya - 1023
12 (12). Rumıniya - 1021
13 (13). Kamerun - 1011
14 (20). Türkiyə - 1010
15 (9). İngiltərə - 1003
16 (17). Şotlandiya - 988
17 (18). Bolqarıstan - 930
18 (8). Yunanıstan - 911
19 (14). Meksika - 906
20 (16). Qana - 885
44 (36). Finlandiya - 653
54 (53). Uels - 578
89 (90). Gürcüstan-393
96 (78) Ermənistan-372
129 (131). Lixtenşteyn - 230
139 (133). Azərbaycan - 191
Xatırladaq ki, Almaniya, Finlandiya, Uels, Lixnşteyn və Rusiya yığmaları 2010-cu il Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibidir


Qaqaş25.06.2008 12:03
İki gündən sonra metronun “İçərişəhər” stansiyası qeyri-müəyyən müddətə bağlanacaq
Tağı Əhmədov: “İçərişəhər stansiyası öz adına, öz ornamentinə uyğun tikiləcək və yenidən istifadəyə veriləcək”

Sentyabrın 15-də "Nəsimi" metrostansiyasının açılışı olacaq. Bu barədə ANS-ə məlumat verən Bakı metropoliteninin rəisi Tağı Əhmədov eyni zamanda bildirib ki, iyulun 5-dən etibarən Bakı metropoliteninin “İçərişəhər” stansiyası sərnişinlərin giriş və çıxışı üçün qeyri-müəyyən müddətə bağlanacaq.

 


“İçərişəhər” stansiyasının giriş və çıxışının bağlanması stansiyada aparılan yenidənqurma işləri ilə əlaqədardır. Stansiyanın xarici görünüşü piramida formada olacaq. Metropoliten rəisinin sözlərinə görə lazım olan avadanlıqlar, ləvazimatlar artıq Bakıya gətirilib.
Qeyd edək ki, yeni görünüşdə sərnişinlərin istifadəsinə veriləcək “İçərişəhər” stansiyasının sentyabr ayının 15-də rəsmi açılışı olacaq: “Açılış, piramida quraşdırılıb başa çatdıqdan sonra olacaq. Açılandan sonra metronun "İçərişəhər" stansiyası faliyyətə düşəcək. Eyni zamanda stansiyanın içərisində də müəyyən işlər görülür. "İçərişəhər" stansiyası öz adına, öz ornamentinə uyğun tikiləcək və yenidən istifadəyə veriləcək”.


Qaqaş25.06.2008 12:03
Vahid Ələkbərov “Nikoyl” bankın səhmlərinin 53,1 faizinə sahib olub

"Topaz İnvestments" bankın ümumi dəyəri 11,955 mln manat dəyərində olan 5 977 500 ədəd adi səhmini alıb

"Lukoil" neft şirkətinin prezidenti Vahid Ələkbərova məxsus “Topaz İnvestments” şirkəti Azərbaycanda fəaliyyət göstərən “Nikoyl” bankının səhmlərinin 53,1 faizinə sahib olub.


Şirkət bankın ümumi dəyəri 11,955 mln manat dəyərində olan 5 977 500 ədəd adi səhmini alaraq, bankın idarə olunması üçün nəzarət səhm paketini əlinə alıb. Bu barədə bu gün “Lukoill” şirkətinin prezideti Vahid Ələkbərovun iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib. Bu sövdələşmədən sonra "Nikoyl" bankınını nizamnamə kapitalı 22,5 mln manat olub.


Qaqaş25.06.2008 12:03
          Vahid Ələkbərov: "Ucuz neft dövrü bitdi"
Bunu başa düşmək lazımdır...

“Bu gün dünyada kimsə neftin qiymətini bilsə o, dünyada ən zəngin insana çevrilərdi. Çünki bu gün heç kəs, nə ən yüksək səviyyəli ekspertlər, nə də ki iri şirkətlərin rəhbərləri (mənim həmkarlarım) bunu bilə bilməz. Hələ yarım il əvvəl mənə bəzi qiymətlərlə bağlı proqnoz vermişdilər.


Amma bu gün hər şey başqa cürdür". Bunu bu gün keçirilən mətbuat konfransında Bakıda səfərdə olan "LUKoil" neft şirkətinin prezidenti Vahid Ələkbərov neftin qiymətinin artması ilə bağlı verilən suala cavab verərkən bildirib.

"Başa düşmək lazımdır ki, ucuz neft dövrü artıq bitib. Daha ucuz neft olmayacaq. Çünki, bu gün neftə olan tələbat artır. Bu gün maliyyə, texnika, kadr potensialı olan neft şirkətləri əldə edilən resursların çatışmazlığı ucbatından yataqların işlənməsinə çoxlu sayda maddi vəsait yatırmağa məcburdur. Ərəb ölkələri də maksimum neft hasil edirlər, çoxlu sayda maddi vəsait olmadan neftin kəskin artırılması gözlənilmir. una görə də ucuz neft olmayacaq. Amma neftin qiymətinin proqnozunu verə bilmərəm. Çünki elə bir yüksək səviyyəli ekspert də tanımıram ki, yaxın zamanlarda belə bir proqnoz verə bilsin", deyə V. Ələkbərov qeyd edib


Qaqaş25.06.2008 12:03
    Diplomat Conatan Henik Azərbaycanı tərk edir
ABŞ-ın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri öz səlahiyyət müddətini başa vurub

Bu gün ABŞ-ın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henikin səlahiyyət müddəti başa çatır.


Amerikanın Azərbaycandakı səfirinin iqamətgahında diplomatik missiyasını başa vuran Conatan Heniklə vida mərasimi keçirilib. Bundan sonra cənab Henikin vəzifəsini Terri Devidson icra edəcək. Conatan Henik yarızarafat, yariciddi ölkəmizdən getmək istəmədiyini, amma vəzifə borcunu yerinə yetirməli olduğunu deyir.
Qaqaş25.06.2008 12:03

                           Əgər istəsən



Əgər istəsən...
Bir gün qaranlıq gecə səni darıxdırsa ,işıq istəsən gözümün işığını istə, verərəm! Mən ki, sənsiz heç nə görmürəm. Bəlkə kor olduğumu ondan sonra biləm. Xatirələr olar əl ağacım, əgər istəsən...



399;g601;r ist601;s601;n

Yalqızlıq bir gün səni üşütsə, qorxma, ürəyimi istə. Verərəm ürəyimi
oduyla, atəşiylə. Soyuyaram, payız yarpağı kimi quruyaram, ümidsiz-ümidsiz əsərəm. Bəlkə onda yalqızlığımla barışam....

alt

Bir gün sakit həyatından yorulub sevinc, gülüş istəsən-dayanmaram, yanına uçaram qanadlı quş kimi. Dodaqlarına tapşıraram bir ömrümün şəlalə sevincini. Sonra sakit axan çay kimi susaram. Kədər külək kimi qanadlarımı sındırsa da nə qəm, sən ki sevincimlə qəm bilmirsən. Bu mənə bəsdir...

399;g601;r ist601;s601;n

Bir yay axşamı sərinlik istəsən, ahımdan qaralıb göydə bulud ollam, yağış kimi səpələnib saçlarını, sinəni isladaram.Son damlama qədər yağaram. Bəlkə onda göz yaşlarım birdəfəlik quruyar...

399;g601;r ist601;s601;n

Məhəbbət bağçasında bülbülü eşitmək istəsən, tələsmə. Ürəyimdə məhəbbətimin yanıqlı laylası var. Dodaqlarımda həzin-həzin səsi var. Bülbül eşitsə ağlayar. Sənə bağişlayaram məhəbbətimin səsini. Bəlkə onda lal ollam, kədərli mahnılar oxumağı unudaram...
Bir gün insafa gəlsən məndən xatirə istə.Sənsiz keçən günlərimi kitab kimi vərəqləsən halıma yanarsan.Bir gün öz ədalət taxtına çıxıb məni həqiqət kimi çağırarsan.Bir insaflı günündə məni həyata qaytararsan, qüdrətinə inandırarsan, əgər istəsən...

399;g601;r ist601;s601;n

Məndən həyatımı istə, sənindir. Yol ayrıcında tələsib dəsmal istəmə, onsuz da nəmdir. Mənə ölüm dilə ,ayrılmaq demə...
Bir gün mənsiz qalacaqsan.Sənsiz qalacağam deməyə gəlmir dilim!

Sevgi Dünyası Şərhlər(0)     Baxış sayı:175
Qaqaş25.06.2008 12:03
               SAHİBKARLIĞIN İNKİŞAFI

Sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü siyasət nəticəsində biznes mühitin əlverişliliyinin artırılması ilə şərtlənmişdir.


Son illərdə biznes mühitin əlverişliliyinin artırılmasına bilavasitə təsir edən başlıca amillərdən biri kimi vergilərin sayı, sosial sığorta ödənişləri xeyli azaldılmışdır. 1998-ci ildən etibarən vergi dərəcələri ardıcıl olaraq endirilməyə başlanılmışdır. Belə ki, müəssisə və təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv sistemindən proporsional sistemə keçilməsi və bu vergi növü üzrə vergi dərəcəsinin tədricən 35%-dən 22%-ə endirilməsi, ƏDV-nin dərəcəsi 18%-dək azaldılması, bir sıra vergilərin ləğv edilməsi, fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddinin 55%-dən 35%-ə endirilməsi, sosial sığorta ayırmalarının 40 faizdən 22 faizədək aşağı salınması, vergilərin ümumi sayının 15-dən 9-dək azaldılması, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların 2009-cu ilə qədər torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi və s. bu yönümdə həyata keçirilən tədbirlər biznes mühitin əlverişliliyinin artırılması ilə şərtlənmişdir.

Ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə dəyişdirilmiş, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 240-dan 54-ə endirilmiş, lisenziyanın müddəti isə 2 ildən 5 ilə qədər uzadılmışdır. Yeni lisenziyalaşdırma sisteminin tətbiqi azad rəqabətin inkişafına, istehsal olunan məhsulun, göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsi prosesini daha da sürətləndirmişdir.

Bununla yanaşı, ölkədə ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 %-lik maksimal həddi müəyyənləşdirilmişdir. Eyni zamanda, daxili bazarda haqlı rəqabət mühitinin inkişaf etdirilməsi, təbii inhisarçıların tariflərinin, habelə dövlət tərəfindən müəyyənləşdirilən qiymətlərin müntəzəm şəkildə tənzimlənməsi məqsədilə ölkə Prezidentinin qərarına əsasən və Nazirlər Kabinetinin 31 yanvar 2002-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Tarif Şurası yaradılmışdır.

Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir. Bu strateji xəttin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi yaradılmış, bu mənbə kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin mühüm real mənbəyi kimi çıxış edir. Sahibkarlığın bazar infrastrukturunun yaradılması sahəsində respublikada ilk sənaye şəhərciyinin, biznes inkubatorların, biznes mərkəzlər şəbəkəsinin yaradılması üzrə tədbirlər həyata keçirilməkdədir. Fəaliyyəti ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılmasına yönəlmiş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun yaradılması təmin edilmişdir. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların tətbiqi nəticəsində müdaxilə halları azalmışdır. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilməkdədir.

Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər nəticəsində 178 ölkənin yer aldığı Dünya Bankının biznes mühitə dair 2007-ci il üçün hesabatında Azərbaycan 6 pillə irəliləyərək 96-cı yerdə qərarlaşmışdır. Ölkəmizin bu sahədə reytinqinin yüksəldilməsi məqsədilə qısa müddətli vəzifə kimi, 2006-cı il üzrə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə hazırladığı “Doing Business” hesabatında qeyd olunan göstəricilər ölkəmiz üzrə təhlil edilmiş, həmin qurumların ekspertlərinin, yerli və xarici mütəxəssislərin tövsiyələri nəzərə alınmaqla müvafiq göstəricilərin yaxşılaşdırılması məqsədlə “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərman layihəsi hazırlanmış və 2007-ci il 30 aprel tarixdə ölkə Prezidenti tərəfindən imzalanmışdır. Fərmanda biznesə başlama proseduralarının və müddətlərinin azaldılması istiqamətində bir sıra tapşırıqlar öz əksini tapmışdır.

Azərbaycan Respublikası Prezidentinin “sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli, 2458 saylı Sərəncamı ilə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi və onun Azərbaycanda 2008-ci il 1 yanvar tarixindən tətbiq edilməsi müəyyənləşdirilmişdir.

“Bir pəncərə” sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 3 günə endirilmişdir. Bu sistemin tətbiqindən sonra qeydiyyatdan keçən hüquqi şəxslərin sayı xeyli artmışdır. Bütün bu tədbirlər nəticəsində Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanmış hesabatda Azərbaycanın reytinqinin kəskin şəkildə yaxşılaşdırılması gözlənilir. Bununla da Azərbaycan ən sürətli islahatlar aparan ölkələr sırasına yüksələcəkdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2007-ci il 30 aprel tarixli Fərmanının əsas məqsədlərindən biri də tikinti məqsədləri üçün torpaq sahələrinin ayrılması olmuşdur. Fərmanın 1.2-ci bəndinin icrasının təmin olunması məqsədi ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılmış, görüşlər keçirilmişdir. Bununla da “Tikinti məqsədləri üçün torpaq sahələrinin ayrılması, tikinti (yenidənqurma və bərpa) işlərinə icazə verilməsi və tikintisi başa çatmış obyekt və qurğuların istismara qəbul edilməsi proseduralar”ın layihəsi hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir. Sənədin təsdiqindən sonra Azərbaycanda tikinti məqsədləri üçün torpaq sahələrinin ayrılması, tikinti işlərinə icazə verilməsi və tikintisi başa çatmış obyekt və qurğuların istismara qəbul edilməsi prosedurlarının sayı 28-dən 12-yə endiriləcək.

Ölkədə biznes mühitin daha da yaxşılaşdırılması məqsədilə aidiyyəti dövlət orqanları ilə birgə icazələr sisteminin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması, əmlakın qeydiyyatı, vergilərin ödənişi, xarici ticarətin aparılması, biznesin bağlanması prosesinin asanlaşdırılması istiqamətində də işlər davam etdirilir.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun Ümumi Daxili Məhsuldakı payı 84%-ə çatmışdır. Hazırda aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 70-99% arasında dəyişir. Məşğulluğun əksəriyyəti özəl sektor tərəfindən təmin edilir. Büdcə gəlirlərinin yarıdan çoxu özəl sektordan daxilolmalar hesabına formalaşır.

ÜDM-də özəl və dövlət sektorunun payı, %-lə

2007-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı 6,2% artaraq 79147 vahid olmuşdur. 2008-ci il yanvarın 1-nə Azərbaycanda kənd təsərrüfatı sahəsində 9521, emal sahəsində 6148, tikinti sahəsində 7438 müəssisə fəaliyyət göstərir. Bununla yanaşı, 4500-dən çox xarici investisiyalı müəssisə qeydə alınmışdır. Hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayı isə 6,7% artaraq 2008-ci ilin yanvar ayının 1-nə 260 minə çatmışdır.

Hüquqi şəxslərin sayı

Sahibkarlığın inkişafı davamlı inkişaf strategiyasının məqsədlərinin reallaşması baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil etməkdədir ki, bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilmişdir.

Sahələr üzrə hüquqi şəxslərin sayı

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlərin daha səmərəli görülməsi üçün 2007-ci ildə aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və özəl sektorun iştirakı ilə özündə kompleks tədbirlər planını əhatə edən “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı Dövlət Proqramının (2008-2013-cü illər)” layihəsi hazırlanmış və Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanması gözlənilir.

İqtisadi İnkişaf Nazirliyi aidiyyəti dövlət qurumları ilə birgə “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanun layihəsini hazırlamış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. Qanun qəbul edildikdən sonra XİZ-in yaradılması ilə bağlı işlərə başlanılacaqdır.

Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir. Bu strateji xəttin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.


Qaqaş25.06.2008 12:03

    İQTİSADİ İSLAHATLAR VƏ ONUN NƏTICƏLƏRI

1991-ci ildə dövlət suverenliyinin bərpasından sonra Azərbaycan Respublikasında demokratik dövlət quruculuğu və sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın formalaşdırılması məqsədilə ictimai-siyasi və sosial-iqtisadi sistemin transformasiyası obyektiv zərurətə çevrildi. Bu dövrdən etibarən hökumət qarşısında: dövlət müstəqilliyinin möhkəmləndirilməsi; demokratik, hüquqi-dünyəvi dövlət qurulması; bazar iqtisadi sisteminə keçid; ölkənin ərazi bütövlüyünün təmin edilməsi; əhalinin təhlükəsizliyinin və sosial-iqtisadi rifahının yaxşılaşdırılması və s. bu kimi bir çox ciddi və taleyüklü vəzifələr qoyuldu.

Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.


Birinci dövrdə Azərbaycan Respublikasının qarşılaşdığı misli görünməmiş siyasi (1991-1993-cü illərdə siyasi vəziyyətin qeyri-sabitliyi), hərbi (Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkə ərazisinin 20%-i indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. Ermənistandan və Azərbaycanın işğal olunan ərazilərindən qovulmuş 1 milyondan çox azərbaycanlıların əksəriyyəti hələ də çadırlarda və yaşayış üçün yararlı olmayan yerlərdə yaşayırlar. Bu qaçqınların və məcburi köçkünlərin əksəriyyəti əmək qabiliyyətli olsalar da, faktiki olaraq onların çoxunun daimi iş yeri yoxdur, təsadüfi qazanclar və hökumətin verdiyi cüzi müavinətlər hesabına yaşamağa məcburdurlar) və iqtisadi (bu dövrdə keçmiş müttəfiq respublikalar arasında onilliklər ərzində formalaşmış qarşılıqlı mübadilə və istehsal-kooperasiya əlaqələrinin birdən-birə kəskin şəkildə pozulması nəticəsində istehsalın səviyyəsi xeyli aşağı düşdü, müəssisələrin əksəriyyəti öz fəaliyyətlərini ya məhdudlaşdırmaq, ya da dayandırmaq məcburiyyətində qaldılar, işçilərin kütləvi surətdə işdən azad edilməsi və əhalinin gəlirlərinin əsas hissəsini təşkil edən əmək haqqının səviyyəsinin real ifadədə aşağı düşməsi başlandı, inflyasiya prosesi sürətləndi. O dövrdə sosial gərginliyi azaltmaq üçün ölkə iqtisadiyyatının real imkanları nəzərə alınmadan əmək haqqının və sosial ödənişlərin yüksəldilməsi cəhdləri və çoxsaylı güzəştlərin tətbiqi isə inflyasiya prosesinin daha da sürətlənməsinə və hiperinflyasiyaya çevrilməsinə səbəb oldu) problemlər vəziyyəti ağırlaşdırmışdı.

Bu dövrdə Azərbaycan Respublikasında iqtisadi islahatlara qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasından başlanılmışdır. Liberallaşdırma prosesi 1995-ci ilə kimi ölkədə qiymətlərin kəskin surətdə qalxması ilə müşaiyət olunmuşdur. Belə ki, 1991-ci ildə istehlak mallarının qiyməti 1990-cı ilə nisbətən 2,07 dəfə artdığı halda, növbəti illərdə bu artım bir neçə dəfə sürətlənmişdir. 1992-ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən 10,12 dəfə, 1993-cü ildə 1992-ci ilə nisbətən 12,3 dəfə, 1994-cü ildə 1993-cü ilə nisbətən 17,65 dəfə artmışdır.

Bu dövr ərzində həyata keçirilən iqtisadi islahatların rəsmiləşdirilməsi baxımdan digər bir istiqamət kimi 1993-cü ildə təsdiq edilmiş ''Azərbaycanda Sahibkarlığın Inkişafı (1993-1995)'' adlı Dövlət Proqramını qeyd etmək olar. 1993-cü ilə qədər ölkədə sahibkarlıq sektoru istiqamətində ciddi islahatların həyata keçirilməməsi və sistemsiz epizodik tədbirlərin ardınca belə bir proqramın qəbul edilməsi və onun həyata keçirilməsinə başlanması bu sahədə nisbi uğurların əldə edilməsinə imkan yaratdı (ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların sayı çoxaldı, onların xarici iqtisadi fəaliyyəti genişləndi və s.).

Birmənalı olaraq qeyd etmək olar ki, iqtisadi inkişafın birinci mərhələsində aparılmış zəif islahatlar və kosmetik iqtisadi tədbirlər nəticəsində bütün iqtisadi indikatorlarda neqativ meyllər müşahidə olunmuşdur. Belə ki, 1991-ci ildə ümumi daxili məhsul (ÜDM) 2,7 milyard manat olmuş, 1991-1995-ci illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il 13-20% azalmışdır. Bunun nəticəsi olaraq əhalinin həyat səviyyəsinin ümumiləşdirici göstəricisi olan əhalinin pul gəlirləri real ifadədə 3,6 dəfə, adambaşına pul gəlirləri orta hesabla 1,4 dəfə aşağı düşmüşdür. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi xeyli yüksəlmişdir. Belə ki, 1991-1995-ci illər ərzində iqtisadi fəal əhali içərisində məşğul əhalinin sayında azalma müşahidə olunmuşdur.

1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı üzrə əldə etdiyi real gəlirlərin səviyyəsi 8,2 dəfə azalmışdır. Bu hal iqtisadi tənəzzülü xeyli sürətləndirmiş və bu dövrdə inflyasiya özünün ən yüksək səviyyəsinə - hiper inflyasiya mərhələsinə qədəm qoymuşdur (1994-cü ildə inflyasiya səviyyəsi 1763.5 faiz olmuşdur). Belə ki, istehsalın kəskin şəkildə azalması, siyasi qeyri-sabitlik, müharibə, bazar elementlərinin kortəbii fəaliyyəti kimi iqtisadi proseslər və dövlət xərclərinin, əmək haqqı səviyyəsinin bir neçə dəfə artırılması, maddi vəziyyyəti ağır olan sosial təbəqəyə güzəştlər, düşünülməmiş pul-kredit, vergi-büdcə, maliyyə-bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından inflyasiyanı daha da sürətləndirirdi.

Ümumiyyətlə, iqtisadi tənəzzül dövrü adlandırdığımız 1991-1995-ci illərdə aparılmış sistemsiz iqtisadi islahatlar aşağıdakı neqativ hallara səbəb oldu: (I) maliyyə-bank sistemi iflic vəziyyətə düşdü; (II) büdcə kəsirinin ÜDM-ə nisbəti 1994-cü ildə 13 faizə çatdı; (III) bütünlüklə büdcə kəsiri Milli Bank tərəfindən maliyyələşdirildi ki, bu da pul kütləsinin həddindən çox artmasına səbəb oldu; (IV) 1992-1994-cü illərdə pul emissiyası əhalinin pul gəlirinin 40-45 faizini təşkil etdi; (V) 1992-1994-cü illərdə kredit həcminin ümumi daxili məhsula nisbəti 55-60 faiz təşkil etdi; (VI) 1994-cü ildə Milli Bankın faiz dərəcələri 250 faizə çatdı; (VII) 1992-ci ildə tədavülə buraxılmış milli valyuta - manat tezliklə qiymətdən düşməyə başladı və 1995-ci ilədək onun məzənnəsi Rusiya rubluna nisbətdə 9 dəfə, ABŞ dollarına nisbətdə isə 245 dəfə aşağı düşdü; (VIII) ölkədə inflyasiya özünün pik səviyyəsinə çatdı; (IX) 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azaldı; (X) 1994-cü ilədək ölkə iqtisadiyyatına bir manat da olsun belə xarici sərmayə qoyulmadı; (XI) bu dövrdə əhalinin real pul gəlirləri kəskin şəkildə azaldı və s.

1993- cü ildən etibarən Azərbaycan Respublikasının mərhum Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, 1995- ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır.

Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri (konsepsiya, strategiya və proqramlar) qəbul olunmuş (''Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)'', "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)", "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası", "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı (2003-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)", ("Azərbaycan Respublikasının məşğulluq strategiyası" (2006-2015-ci illər)və s.) və bir çoxları da hazırlıq mərhələsindədir, (“Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Programı”, "Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafı Dövlət Proqramı", “Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinin inkişaf startegiyası” və s.).

Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri aşağıdakı kimi səciyyələndirilir: 1) sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması; 2) ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması; 3) milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunması.

Bu model üzrə iqtisadi siyasətin həyata keçirilmə taktikasının fərqləndirici xüsusiyyətlərini - göstərilən istiqamətlərin hər biri üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilən əlaqələndirilmiş proqramlar üzrə aparılması; qeyri-standart, lakin iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması; sosialyönümlülüyün gözlənilməsi; milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edir.

Azərbaycan iqtisadi islahatlar və inkişaf modelinin həyatqabiliyyətli və səmərəli olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərdir. Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişiklikləri baş verməsinə səbəb olmuşdur: inflyasiya cilovlanmış (1996-cı ildən başlayaraq 2003-cü ilə qədər Azərbaycanda inflyasiyanın səviyyəsi 2-3%-dən yuxarı qalxmamış), Milli Bank tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi praktikasına son qoyulmuş, büdcə kəsiri ÜDM-in 1-2%-i səviyyəsinə endirilmişdir. Bu dəyişikliklər nəticəsində artıq 1996-cı ildə dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuş, növbəti-1997-ci ildən başlayaraq isə dinamik iqtisadi inkişafı təmin etmək mümkün olmuşdur. Belə ki, 1996-cı ildə ÜDM-in artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2004-cü illərdə isə orta hesabla 10% təşkil etmişdir. 2005-2006-cı illərdə isə real iqtisadi artım tempi 26,4 və 34,5% təşkil etmişdir.

1995-ci ildən etibarən ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən birini də dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması təşkil etmişdir. Artıq torpaq və aqrar islahatları institusional baxımdan faktiki olaraq başa çatmışdır. 1350 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylanmış, kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaradılmışdır. Hazırda kənd təsərrüfatı məhsulunun 99,0%-i özəl bölmədə istehsal olunur. Bu proses ölkədə mühüm sosial-siyasi dəyişikliklərlə yanaşı, kənd təsərrüfatı sahələrinin iqtisadi səmərəliliyinin yüksəlməsinə də təkan vermişdir. Son illərdə bir sıra ərzaq məhsulları (məsələn ət və süd məhsulları, kartof-soğan və s.) idxalının xeyli dərəcədə azalması buna bariz sübutdur.

Bu dövrdə dövlət əmlakının özəlləşdirilməsinin birinci mərhələsi artıq başa çatmış və II özəlləşdirmə proqramının həyata keçirilməsinə başlanılmış və bu proqram çərçivəsində rabitə, nəqliyyat, kimya, maşınqayırma, yanacaq-energetika kompleksinin müəssisələri özəlləşməyə açılmışdır.

Sahibkarlığın inkişafı və özəlləşdirmənin həyata keçirilməsi ilə əlaqədar görülən işlər nəticəsində ÜDM-də qeyri-dövlət sektorunun xüsusi çəkisi artaraq 2006-cı ildə 81% təşkil etmişdir.

Son illərdə ölkə iqtisadiyyatına investisiya qoyuluşu da xeyli artmışdır. 2000-2006-cı illərdə əsas kapitala bütün maliyyə mənbələri hesabına 26 mlrd. ABŞ dollarından çox investisiya qoyulmuşdur.

Bu dövrdə görülən işlər içərisində 1999-cu ilin sonunda Neft Fondunun yaradılması xüsusi qeyd edilməlidir. Vaxtında qəbul edilmiş bu qərar iqtisadi inkişafda yeni mərhələnin başlanmasını göstərir və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli sərvətlərimizdən gələcək nəsillərin bəhrələnməsi və iqtisadiyyatın kompleks inkişafının təmin olunmasına yönəlmiş uzunmüddətli iqtisadi strategiyasının məhsulu kimi qiymətləndirilməlidir. Bu davamı olaraq 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya” (2005-2025-ci illər) mühüm əhəmiyyət kəsb edir.

Həmçinin son illər Azərbaycanda yoxsulluğun azaldılması, sosial-iqtisadi rifahın yüksəldilməsi, regional və sahəvi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilmiş və keçirilən iqtisadi islahatların, tədbirlərin (bu islahat və tədbirlərin hansı siyasi sənədlərlə həyata keçirilməsi yuxarıda qeyd edilmişdir) davamlı nəticəsi olaraq ölkədə əhalinin həyat səviyyəsi ilbə-il yüksəlir, iqtisadiyyatın regional və sahəvi kəsimdə inkişafı reallaşır.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər il Azərbaycan Respublikasının növbəti və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası hazırlanır. 2007-ci ildə “Azərbaycan Respublikasının 2008-ci və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” yuxarıda qeyd olunmuş dövlət proqramları ilə əlaqəli şəkildə hazırlanmışdır. Bu sənəd Azərbaycan Respublikasının 2008-2011-ci illərdə iqtisadi və sosial inkişafının əsas istiqamətlərini və proqnoz göstəricilərini müəyyən etməklə 2008-ci və sonrakı üç il üçün Azərbaycan Respublikasının dövlət və icmal büdcələrinin tərtibini əsaslandırır.

Bütün bunlar göstərir ki, artıq ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Azərbaycan xalqının ümummilli lideri, mərhum Prezident Heydər Əliyevin sözləri ilə desək, ölkədə demək olar ki, keçid dövrü başa çatmışdır, müstəqil siyasi və iqtisadi əsasları olan Azərbaycan Dövləti qurulmuşdur.

Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələri aid etmək olar.


Qaqaş25.06.2008 12:03
SSRİ Nazirlər Soveti Qərar № 4083
23 dekabr 1947-ci il. Moskva, Kreml
Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən
Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında.

 


əlavə 10/ III- 48-ci il. № 754

SSRİ Nazirlər Soveti qərarı alır:

1. 1948-1950-ci illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına könüllülük əsasında 100 min kolxozçu və digər azərbaycanlı əhalisi, onlardan: 10 min nəfər 1948-ci ildə, 40 min nəfər 1949-cu ildə və 50 min nəfər 1950-ci ildə köçürülsün.


2. Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə bir vəzifə olaraq tapşırılsın:

a) kolxozçular və digər azərbaycanlı əhalisi arasında Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülənlərə dövlət tərəfindən təqdim edilən şəraitin və güzəştlərin izah edilməsini təşkil etsinlər;

b) köçürülən kolxozçularla onların getməsinə 10 gün qalmışdan gec olmayaraq işlənmiş əmək günləri üzrə kolxozların istehsal planlarında nəzərdə tutulmuş miqdarda tam hesablaşmanı təmin etsinlər;

c) köçürülənlərin şəxsi istifadəsində olan bütün əmlakın, mal-qaranın və quşların daşınmasını təmin etsinlər.

3. Nazirliklərin və idarələrin, təsisatların və müəssisələrin rəhbərlərinə bir vəzifə olaraq tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən şəxsləri işdən azad etsinlər.

4. Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən azərbaycanlı əhali üçün aşağıdakı imtiyazlar müəyyən edilisin:

a) köçürülmələrə dövlət hesabına ödənişsiz gediş, hər ailəyə 2 tona qədər miqdarda mal-qara və əmlak aparılması imkanı verilsin;

b) Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən kolxozçulara SSRİ MİK və Xalq Komissarlığı Sovetinin 17 noyabr 1937-ci il tarixli 115/2043 saylı: "Kənd təsərrüfatı köçürülməsi üzrə güzəştlər haqqında" qərarı, məcburi süd tədarükü üzrə güzəştlər istisna olmaqla, aid edilsin;

c) köçürülən ailələr gedərkən ailə başçısına 1000 manat və hər ailə üzvünə 300 manat miqdarında qaytarılmayan pul müavinəti verilsin;

d) Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülmüş ailələrə məskunlaşma yerlərində nəğd hesabla ailə başçısına 1,5 sentner və hər ailə üzvünə 0,5 sentner ərzaq taxılı satılsın.

5. Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən azərbaycanlı əhaliyə çıxdıqları yerlərdə tədarük təşkilatlarına dəyişmə qəbzləri ilə kənd təsərrüfatı məhsullarını (taxıl, kartof), habelə karantin şərtlərinə görə aparılması qadağan olunan mal-qaranı məskunlaşdırıldıqları yerlərdə həmin miqdarda məhsul və mal-qara alınması hüquqi ilə təhvil verməyə icazə verilsin.

6. Kənd Təsərrüfatı bankına tapşırılsın:

a) Azərbaycan SSRİ-in Kür-Araz ovalığına köçürülənlərin ehtiyacı olanlarına yaşayış evləri və həyətyanı binalar tikilməsi üçün alındıqdan üç il sonra başlayaraq 10 il müddətində qaytarılmaqla bir təsərrüfata 20 min manata qədər məbləğdə kredit versin;

b) ehtiyacı olan köçürülənlərə mal-qara almaq üçün hər ailəyə 3 min manat məbləğində 5 il müddətinə, alındıqdan üç il sonra ödəməyə başlamaqla uzunmüddətli borclar versin.

7. Yollar Nazirliyinə tapşırılsın:

a) Ermənistan SSR Nazirlər Sovetinin sifarişləri üzrə azərbaycanlı əhalinin, onların əmlakının və mal-qarasının Azərbaycan SSR-ə təchiz olunmuş və dezinfeksiya edilmiş vaqonlarda xüsusi tərtib edilmiş eşelonlarla daşınmasını təmin etsin;

b) köçürülənlərin çıxdıqları yerlərdə Yollar Nazirliyinin, Azərbaycan SSR Nazirlər Sovetinin və Ermənistan SSR Nazirlər Sovetinin təsdiq etdikləri qrafikə uyğun olaraq vaqonlar üçün ödəniş alınmadan yol idarəsi tərəfindən vaqonların verilməsini həyata keçirsin. Azərbaycanlı əhalinin daşınmasına görə pul hesablaşmaları dəmir yolu idarəsinin təqdim etdiyi hesablar üzrə aparılsın.

8. SSRİ Səhiyyə Nazirliyinə tapşırılsın ki, bütün köçürülənlərin çıxış yerlərində tibbi baxışdan keçirilməsini, habelə onların getdikləri yolda tibbi-sanitariya xidmətini təmin etsin. Eşelonların müşayiət edilməsi üçün şəxsi heyət və lazımi dərmanlar ayırsın.

9. SSRİ Maliyyə Nazirliyinə tapşırılsın ki, azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-ə köçürülməsinin təmin edilməsi üçün Azərbaycan SSR-n 1948-ci il üçün büdcəsində zəruri xərcləri nəzərdə tutsun.

10. Ermənistan SSR Nazirlər Sovetinə və Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, bu Qərarı icra etmək məqsədilə bir ay müddətində Ermənistan SSR-dən köçürülən əhalinin köçürülməsi və Azərbaycan SSR-in Kür-Araz ovalığında yerləşdirilməsinin təmin edilməsi üzrə konkret tədbirlər işləyib hazırlasın və onlar barədə SSRİ Nazirlər Sovetinə məlumat versin.

11. Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar olaraq onların azad olunmuş tikililərindən və yaşayış evlərindən Ermənistan SSR-ə gələn xarici ölkələrin ermənilərinin yerləşdirilməsi üçün istifadə etməsinə icazə verilsin.

SSRİ Nazirlər Sovetinin sədri İ. Stalin.
SSRİ Nazirlər Sovetinin İşlər müdiri A. Çadayev.


Azərbaycanın tarixiŞərhlər(0)     Baxış sayı:63
Qaqaş25.06.2008 12:03
Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması. Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin "Dağlıq Qarabağ Muxtar Vilayətinin" yaradılması haqqıda 7 iyul 1923-cü il tarixli Dekreti


Keçmiş Rusiya İmperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti hətta azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstünə salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi.

Zaqafqaziyada 1905-ci ildə erməni-müsəlman qırğını velikorus mütləqiyyətinin məhvedici siyasətinə ən yaxşı sübut ola bilər. Zaqafqaziyanın inqilabi fəhlə kütlələri onların sərmayəsinin zülmünə qarşı öz hiddətlərini açıq şəkildə bildirdiyi həmin vaxtlarda çar generalları Vorontsov-Daşkovların əli ilə tarixən bir-biri ilə doğma olmuş iki xalqın - ermənilər və müsəlmanların arasında ədavət toxumu səpildi.


Bu özünü Zaqafqaziya milli azlıqlar üzərində ağalığı ön plana çəkən bir ovuc milli şovnistlərin - müsavatçıların, daşnakların və menşeviklərin, Qərb kapitalı nökərlərinin rəhbər rolu ələ keçirdikləri üç "müstəqil dövlətə" parçalananda özünü bütün çılpaqlığı ilə bir daha göstərdi. Bu "dövlətlərin" mövcud olduqları qısa müddət ərzində Qarabağ dağlarında və Zaqafqaziyanın digər hissələrində əməkçi kəndlilərin qanı az tökülmədi.

Hansı formada təzahür etməsindən asıla olmayaraq milli zülmün və qeyri-bərabərliyin məhv edilməsi, milli ədavətin və nifrətin zəhmətkeşlərin beynəlmiləl həmrəyliyi, vahid dövlət ittifaqında xalqların qardaşcasına əməkdaşlığı ilə əvəz edilməsi fəhlə-kəndli inqilabının və sovet hakimiyyətinin əsas vəzifələrindən biridir.

Bu vəzifənin yerinə yetirilməsi naminə Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi qərara alır:

1) Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində mərkəz Xankəndi olmaqla, ASSR-in tərkib hissəsi olaraq Muxtar Vilayət yaradılsın.

2) Muxtar Vilayətin idarə orqanları bunlardır: Vilayət İcraiyyə Komitəsi və yerli sovetlər.

3) Vilayət icraiyyə komitəsi yaradılana qədər müvəqqəti inqilab komitəsi yaradılsın, ona 2 aydan gec olmayaraq daimi icraiyyə orqanının seçilməsi üçün sovetlər qurultayını çağırmaq vəzifəsi həvalə edilsin.

Qeyd: Bütün otlaqlar, meşələr, bağlar, torpağa və suya faktik sahiblik indiki sahiblərinin ixtiyarında saxlanılır.

4. Vilayət icraiyyə komitəsi bütün zəruri maliyyə və texniki vəsaitlərlə bilavasitə AzMİK-nin sərəncamı ilə Az SSR-in ümumi vəsaitlərindən təchiz olunur.

5. Vilayətin əsasnaməsini işləyib hazırlanması və inzibati vahidlərin faktik olaraq Qarabağ Muxtar Vilayətinə verilməsi, və habelə Muxtar Vilayətin sərhədlərinin müəyyənləşdirilməsi üçün Dağlıq Qarabağ, düzən Qarabağ, Kürdüstan və ASSR mərkəzi hakimiyyətinin nümayəndələrindən ibarət qarışıq komissiya yaradılsın, ona (komissiyaya) öz işini bu il avqustun 15-dək başa çatdırmaq vəzifəsi həvalə edilsin.

AzMİK Rəyasət Heyəti sədrinin əvəzinə: M.B.Qasımov

AzMİK katibi M.Xanbudaqov


Azərbaycanın tarixiŞərhlər(0)     Baxış sayı:70
Qaqaş25.06.2008 12:03
Bir tərəfdə Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR, o biri tərəfdə - Türkiyə olmaqla Qarsda RSFSR-in iştirakı ilə 1921-ci il oktyabrın 13-də bağlanmış müqavilə

Bir tərəfdə Ermənistan Sosialist Sovet Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan Sosialist Sovet Respublikası hökumətləri və o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti millətlərin qardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindən ruhlanaraq Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaq qərarına gəlmiş və bunun üçün öz Müvəkkillərini təyin etmişlər:


Ermənistan Sosialist Sovet Respublikasının hökuməti: Askanaz Mravyan, xalq xarici işlər komissarı, Poqos Makinzyan, xalq daxili işlər komissarı.

Azərbaycan Sovet Respublikasının hökuməti: Behbud Şahtaxtinski, xalq dövlət nəzarəti komissarı.

Gürcüstan Sosialist Sovet Respublikasının hökuməti: Şalva Eliva, xalq hərbi-dəniz işləri komissarı, Aleksandr Svanidze xalq xarici işlər komissarı və xalq maliyyə işləri komissarı.

Türkiyə Böyük Millət Məclisi hökuməti: Kazım Qarabəkir Paşa, Böyük Millət Məclisində Ədirnədən millət vəkili, Şərq Cəbhəsi komandanı,

Vəli bəy, Böyük Millət Məclisində Burdurdan millət vəkili, Muxtar bəy, İctimai İşlər Stats-Sekretarının keçmiş müavini, Məmduh Şövkət bəy, Türkiyənin Azərbaycanda səlahiyyətli nümayəndəsi.

Rusiya Sosialist Federativ Sovet Respublikasının hökuməti: Yakov Qanetski, Latviyada səlahiyyətli nümayəndə, onlar lazımi və qanuni formada tərtib edilmiş səlahiyyətlərin mübadiləsindən sonra aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1.

Türkiyə Böyük Millət Məclisi hökuməti və Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist Sovet Respublikaları hazırda razılığa gələn tərəflərin ərazilərinin tərkibinə daxil olan ərazilərdə öz suveren hüquqlarını əvvəllər həyata keçirmiş dövlətlər arasında bağlanan yuxarıda xatırlanan ərazilərə aid olan müqavilələri, eyni dərəcədə üçüncü dövlətlər tərəfindən Zaqafqaziya Respublikalarına dair bağlanmış müqavilələri ləğv edilmiş və öz qüvvəsini itirmiş hesab edirlər.

Müəyyən edilmiş hesab olunur ki, bu maddə Moskvada 16 mart 1921-ci ildə bağlanmış Türkiyə-Rusiya müqaviləsinə tətbiq edilmir.

Maddə 2.

Razılığa gələn tərəflər onlardan birinin zorla qəbul etməyə məcbur edildiyi hər hansı sülh müqaviləsini və sair beynəlxalq aktları tanımamaq barədə razılaşırlar. Bunun qüvvəsincə, Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist Sovet Respublikaları Türkiyəyə dair və hazırda onun Böyük Millət Məclisi ilə təmsil olunan Türkiyə Milli hökumətinin tanımadığı heç bir beynəlxalq aktı tanımamaq barədə razılaşırlar.

(Bu müqavilədə Türkiyə anlayışı altında Konistantinopolda Osmanlı deputatlar palatası tərəfindən işlənib hazırlanmış və elan edilmiş, mətbuatda bütün dövlətlərə çatdırılmış 8 yanvar 1920-ci il (1336) tarixli Türkiyə Misaqi-Milli sərhədlərinə daxil edilmiş ərazilər nəzərdə tutulur).

Öz tərəfindən Türkiyə Böyük Millət Məclisi Hökuməti bu ölkələrin hazırda Ermənistan, Azərbaycan və Gürcüstan sovetləri ilə təmsil olunan müvafiq Hökumətlərinin tanımadığı hər hansı beynəlxalq aktı tanımamaq barədə razılaşır.

Maddə 3.

Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist Sovet Respublikaları hökumətləri təslim rejimini hər hansı ölkənin azad milli istəkləri ilə, eləcə də onun suveren hüquqlarının tam həyata keçirilməsi ilə bir araya sığmadığını hesab edərək, bu rejimə hər hansı aidiyyəti olan hər hansı hərəkəti və hüququ öz qüvvəsini itirmiş və ləğv edilmiş sayırlar.

Maddə 4.

Türkiyənin şimal-şərq sərhədləri (Rusiya Baş Qərərgahının 1/21000 miqyasında - düymdə 5 verst xəritəsinə əsasən) Qara dənizdə yerləşən Sarp kəndindən başlanan Xedis-Mta dağından, Şavşet dağındakı

Kannı-Dağ ayırıcından keçən, daha sonra Ərdəhan və Qars sancaqlarının köhnə şimal inzibati sərhədləri ilə Aşağı Qars-suyun mənsəbinədək Arpa-çay və Arəz çaylarının talveqi ilə keçib gedən xətlə müəyyən edilir.(Sərhədlərin müfəssəl təsviri və ona aid məsələlər razılığa gələn hər iki tərəfin imzaladığı 1-ci və 2-ci əlavədə və ona qoşulan xəritədə müəyyən edilmişdir).

Müqavilənin mətni və xəritə arasında fərq ortaya çıxdığı təqdirdə mətnə həlledici əhəmiyyət verilir. Dövlət sərhədlərinin naturada müfəssəl müəyyən edilməsi və çəkilişi, eləcə də sərhəd işarələrinin qoyulması razılığa gələn tərəflərin bərabər sayda üzvlərdən ibarət qarışıq sərhəd komissiyası tərəfindən və RSFSR nümayəndələrinin iştirakı ilə icra olunur.

Əlavə 4: xəritə.

Maddə 5.

Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır.

Maddə 6.

Türkiyə Batum şəhəri və limanı və bu müqavilənin 4-cü maddəsində göstərilən sərhədlərdən şimalda yerləşən və Batum dairəsinin bir hissəsini təşkil edən ərazilər üzərindəki suverenliyini bu şərtlə Gürcüstana güzəştə getməyə razılıq verir ki,

1) bu maddədə göstərilən yerlərin əhalisi hər icmaya onun mədəni və dini hüquqlarını təmin edən inzibati baxımdan geniş yerli muxtariyyətdən faydalanacaq və əhaliyə göstərilən yerlərdə onun istəyinə uyğun torpaq qanununu müəyyənləşdirmək imkanı veriləcək;

2) Türkiyəyə Batum limanı vasitəsi göndərilən və ya Türkiyənin göndərdiyi bütün mallara rüsumsuz, hər hansı bir ləngitmə və hər hansı gömrük yığımı qoyulmadan sərbəst tranzit, Türkiyəyə Batum limanından buna görə ondan xüsusi rüsumlar tutlmadan istifadə hüququ veriləcək.

Bu maddənin həyata keçirilməsi üçün bu müqavilə imzalandıqdan dərhal sonra razılığa gələn tərəflərin nümayəndələrindən ibarət komissiya yaradılacaq.

Maddə 7.

Gürcüstan Sosialist Sovet Respublikası hökuməti və Türkiyə Millət Məclisinin hökuməti buna dair qarışıq komissiyanın müəyyənləşdirəcəyi gömrük, polis və sanitar qaydalara əməl etmək şərti ilə sərhəd zonası sakinlərinin sərhədi keçmələrini asanlaşdırmağa razılaşırlar.

Maddə 8.

Gürcüstan Sosialist Sovet Respublikası və Türkiyə Böyük Millət

Məclisi hökuməti hər iki tərəfin sərhəd yerlərinin sakinləri üçün sərhədin o biri tərəfində yerləşən yaylaq və qışlaq otlaqlarından istifadə etmələri üçün zərurəti nəzərə alaraq, bu sakinlərə onların sürüləri ilə birlikdə sərhədi keçmək və ənənəvi otlaqlarından istifadə etmək hüququ barədə razılığa gəlirlər.

Gömrük qaydaları, eləcə də sərhədin keçilməsi üçün polis, sanitar və digər tədbirlər qarışıq komissiya tərəfindən müəyyənləşdiriləcək.

Maddə 9.

Boğazların açılması və bütün xalqların ticarət münasibətləri üçün onlardan sərbəst keçidin təmin edilməsindən ötrü Türkiyə və Gürcüstan Qara dənizin və boğazların beynəlxalq statusunun qəti olaraq müəyyənləşdirilməsini sahil ölkələrinin nümayəndələrindən ibarət xüsusi konfransa bu şərtlə verməyə razılaşırlar ki, onun çıxardığı qərarlar Türkiyənin tam suverenliyinə eyni dərəcədə Türkiyənin və onun paytaxtı Konstantinopolun təhlükəsizliyinə xələl gətirməyəcək.

Maddə 10.

Razılığa gələn tərəflər öz ərazilərində digər ölkənin hökuməti roluna iddia edən təşkilatların və qrupların yaradılmasına və ya yerləşdirilməsinə, eləcə də digər dövlətlə mübarizə məqsədi olan qrupların yerləşməsinə yol verməmək barədə razılığa gəlirlər. Müəyyən edilmiş saylır ki, bu müqavilədə xatırlanan Türkiyə ərazisi dedikdə, Türkiyə Böyük Millət Məclisi hökumətinin bilavasitə hərbi və mülki idarəsi altında olan ərazilər nəzərdə tutulur.

Maddə 11.

Hər iki razılığa gələn tərəfin digər tərəfin ərazisində olan vətəndaşlarına milli müdafiə üzrə mükəlləfiyyətlər istisna olunmaqla, onların olduğu ölkənin qanunlarından irəli gələn bütün hüquqlar və vəzifələr şamil olunacaq, onlar bundan azad ediləcəklər.

Hər iki tərəfin ailə hüququna, hər iki tərəfin vətəndaşlarının miras hüququna və iş qabiliyyətlərinə dair məsələlər də bu müqavilənin qərarlarından istisna təşkil edirlər. Onlar xüsusi sazişlə həll ediləcəklər.

Maddə 12.

Hər iki razılığa gələn tərəf digər tərəfin ərazisində olan, razılığa gələn tərəflərin hər birinin vətəndaşlarına ən əlverişli şərait prinsipini tətbiq etməyə razıdırlar.

Bu maddə sovet respublikalarının öz ərazilərində müttəfiq sovet respublikalarının vətəndaşlarına verilən hüquqlara, eyni dərəcədə Türkiyənin ona müttəfiq olan müsəlman ölkələrinin vətəndaşlarına verdiyi hüquqlara tətbiq olunmur.

Maddə 13.

1918-ci ilə qədər Rusiyanın bir hissəsini təşkil etmiş və indi Türkiyənin suverenliyi altında olduğu tanınan ərazilərin hər hansı sakini əgər arzu edərsə, sərbəst şəkildə Türkiyəni tərk etmək, özü ilə əşyalarını, öz əmlakını və ya onun dəyərini götürmək hüququna malikdir.

Eyni şəkildə üzərindəki suverenliyin Türkiyə tərəfindən Gürcüstana güzəşt edilmiş ərazilərin bütün sakinləri əgər arzu edərlərsə, Gürcüstan vətəndaşlığından çıxmaq, Gürcüstan ərazisini sərbəst şəkildə tərk etmək və özü ilə öz əşyalarını, və əmlakını və ya onların dəyərini götürmək hüququna malikdir.

Yuxarıda göstərilən maddədə xatırlanan sakinlər xatırlanan əraziləri tərk etmək arzılarını bildirdikdən sonrakı bir ay müddətində hərbi mükəlləfiyyətdən möhlət hüququndan faydalanacaqlar.

Maddə 14.

Razılığa gələn tərəflər bu müqavilənin imzalandığı gündən sonrakı altı ay ərzində 1918-1920-ci illər müharibələrinin qaçqınlarına dair xüsusi saziş bağlamağı öhdələrinə götürürlər.

Maddə 15.

Razılığa gələn hər bir tərəf bu müqavilə imzalandıqdan dərhal sonra Qafqaz cəbhəsində hərbi hərəkətlərdən irəli gələn cinayətlərə və əməllərə görə digər tərəfin vətəndaşlarına tam amministiya elan etməyi öhdəsinə götürür.

Maddə 16.

Razılığa gələn tərəflər bu müqavilə imzalandıqdan sonrakı iki ay ərzində razılığa gələn tərəflərdən birinin ərazisində olan köhnə hərbi əsirləri və mülki əsirləri qaytarmağa razıdırlar.

Maddə 17.

Öz ölkələri arasındakı münasibətlərin fasiləsizliyini təmin etmək məqsədi ilə razılığa gələn tərəflər müştərək razılaşma yolu ilə dəmiryol, teleqraf və s. rabitə vasitələrinin saxlanması və mümkün sürətlə inkişafı, eyni dərəcədə hər iki ölkə arasında insanların və malların hər hansı ləngidilmə olmadan sərbəst yerdəyişməsini təmin etmək məqsədi ilə bütün zəruri tədbirləri görməyi öhdələrinə götürürlər.

Lakin etiraf edilir ki, həm səyahət edənlərin, həm də malların yerdəyişməsinə, girişinə və çıxışına münasibətdə hər ölkədə buna dair müəyyən edilmiş qaydalar tam tətbiq ediləcəkdir.

Maddə 18.

Razılığa gələn tərəflər arasında dostluq münasibətlərini möhkəmləndirmək üçün ticarət münasibətləri qurmaq, bütün iqtisadi, maliyyə və digər məsələləri tənzimləmək məqsədi ilə bu müqavilə imzalandıqdan dərhal sonra Tiflisdə maraqlı tərəflərin təmsilçilərindən ibarət komissiya yaradılacaq.

Maddə 19.

Razılığa gələn tərəflər bu müqavilə imzalandıqdan sonrakı

3 ay ərzində Konsul Konvensiyasını başa çatdırmağı öhdələrinə götürülər.

Maddə 20.

Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan hökumətləri arasında bağlanmış bu müqavilə ratifikasiya edilməlidir.

Ratifikasiyalarla mübadilə ən qısa müddətdə Erivanda olacaq.

Bu müqavilə ratifikasiya olunduğu andan qüvvəyə minir. 6, 14, 15, 16, 18 və 19-cu maddələr istisnadır, onlar müqavilə imzalandıqdan dərhal sonra qüvvəyə minirlər.

Bu göstərilənləri təsdiq etmək üçün yuxarıda adları çəkilən müvəkkillər bu müqaviləni imzaladılar və ona öz möhürlərini vurdular.

Qarsda 13 oktyabr 1921-ci ildə (1337) beş nüsxədən ibarət tərtib edilmişdir.

(M.Y.) imza. Askanaz Mravian, (M.Y.) imza. Kazım Qarabəkir.

(M.Y.) imza. Poqos Makinzian. (M.Y.) imza. Vəli bəy.

(M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muxtar bəy.

(M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Məmduh Şövkət bəy.

(M.Y.) imza. Aleksandr Svanidze.

(M.Y.) imza. Qanetski.

Əlavə 1.

Türkiyənin şimal-şərq sərhədi aşağıdakı şəkildə müəyyənləşdirilir: (rus baş qərərgahının 1/210000 - düymdə 5 verst miqyasında xəritəsinə əsasən).

Qara dənizdə Sarp kəndi - Qara Şalvar dağı (5014) - çayın suayrıcı ilə V.Maradidi kəndindən şimalda "uçuq kilsə" istiqaməti ilə

V.Maradidi kəndindən şimalda Çoroxu kəsir və sonra Sabur kəndinin şimalından keçir - Xedis Mta dağı (7052) - Kva-Kibe dağı - Kavtereti kəndi - Medzıbna dağının ayırıcı xətti - Qerat Kesun dağı (6468) - Korda dağının (7910) ayırıcı xəttindən keçir - Şavşet sıra dağlarının qərb hissəsinə keçmiş Artvin dairəsinin inzibati sərhədinə çıxır - Şavşet dağlarının ayırıcı xəttindən keçərək Sarı Çay (Kar-İssal) (8478) dağına çıxır - Kviral aşırımı - oradan Kankı dağda keçmiş Ərdahan dairəsinin əvvəlki inzibati sərhədinə çıxır - oradan şimala yönələrək Tlil (Qrmali) dağınadək çatır - Ərdahan dairəsinin həmin sərhədi ilə irəliləyərək Badela kəndinin şimal-şərqinə, Posxov çayına çıxır və həmin çayla cənuba Çançaq kəndindəki dağa qədər gedir - orada bu çayı geridə qoyur - gədiklə xətti ilə irəliləyərək Ayrılan-Baş dağına (8512) qalxır - Kəllə təpə (8463), Karman təpə (9709) dağlarından keçir - Kasris-Seri dağına (9681) çatır - buradan Karzamet çayı ilə Kür çayınadək gedir - oradan Kür çayının talveqi ilə Kartanakev kəndinin şərqindəki məntəqəyə çıxır - orada Qaraoğlu dağının (7.259) gədiyindən keçməklə Kür çayından aralanır - oradan Xazapin gölünü iki yerə bölərək 7582 yüksəkliyinə, oradan Göydağa (9152) çıxır - Üçtəpələr (9783), burada Gürcüstanla sərhəd bitir və Ermənistanla sərhəd başlanır: Taya-qala (9716) - 9065 zirvəsi, burada sərhəd Ərdəhan dairəsinin keçmiş sərhədini tərk edir və Böyük Ağbaba dağından (9973 və ya 9963) - 8828 və ya 8827 - 7602 - buradan düz xətlə 7.518 zirvəsinə - İbiş kəndinin şərqindən, sonra Qızıldaş dağından (7.439 və ya 7.440, yaxud 7.490), Yeni Qazılıdaş kəndindən keçir - oradan Novıy Qızıldaş kəndinlən axan çayla onun Qaraməmməddən şimal-qərbdə yerləşən döngəsinədək çayayırıcı ilə gedir - oradan Delaver, B.Kmlı və Tikinis kəndlərindən şərqdə yerləşən Camuşçu çayına çıxır - Vartanlı və Baş Şuragel kəndlərindən keçir - adı çəkilən çayla gedərək Kəlala və ya Qalalıdan şimalda Arpa-çayına çıxır - orada həmişə Arpa-çayın talveqi ilə gedərək Araza çıxır və Arazın talveqi ilə gedərək Urmiya kəndinə çıxır, burada Ermnəistanla sərhəd bitir və Azərbaycanla sərhəd başlanır - Arazın talveqi ilə Aşağı Qarasunun ona töküldüyü yerədək gedir və burada Azərbaycanla sərhəd qurtarır).

N.B. Aydındır ki, sərhəd göstərilən yüksəkliklərin ayırıcından keçir.

(M.Y.) imza. Askanaz Mravyan, (M.Y.) imza. Kazım Qarabəkir.

(M.Y.) imza. Poqos Makinzyan. (M.Y.) imza. Vəli bəy.

(M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muxtar bəy.

(M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Məmduh Şövkət bəy.

(M.Y.) imza. Aleksandr Svanidze.

(M.Y.) imza. Qanetski.

Əlavə 2.

Sərhəd xəttinin Əlavə 1-də göstərildiyi kimi, Arpa-çay və Araz çaylarının talveqindən keçdiyini diqqətə aldıqda, Türkiyə Böyük Millət Məclisi Hökuməti yalnız Arpaçay rayonunda blokhauz xəttini onun indiki cizgisində Aleksandropol-Yerevan dəmiryolundan 8 verst məsafəyə geri çəkməyi və Araz rayonunda göstərilən dəmiryol xəttindən 4 verst geriyə çəkməyi öhdəsinə götürür

Yuxarıda göstərilən rayonları məhdudlaşdıran xətlər Arpaçay zonası üçün aşağıda A və B bəndlərində 1, Araz zonası üçün 2 bəndində göstərilir.

1.Arpaçay zonası

A) Vartanlıdan cənub-şərqə - Uzun Kilisadan şərqə, Bozyar dağından (5.096) keçməklə - Karmir-vankdan şərqdə 5082 - 5047, Üçtəpə (6478 və ya 5578) - Arazoğlunun şərqi - Aninin şərqi - - Yeniköydən qərbdə Arpaçaya çatır.

B) Yenidən Arpaçaydan 5019 yüksəkliyinin şərqinə sarı aralanır - birbaşa 5481 yüksəkliyinə gedir - Qızılquladan şərqdə 4 1/2 verstdən - Bocalıdan şərqdə 2 verstdən - sonra Diqorçay - bu çay boyunca Düzkeçid kəndinə qədər irəliləyir və düz xətlə Qarabağ xarabalıqlarından şimala irəəliləyir və Arpaçaya çıxır.

II.Araz zonası

Xaraba Alican və Süleyman Dizə kəndi arasında düz xətt.

Bir tərəfdən Aleksandropol-Yerevan dəmiryol xətti ilə

və digər tərəfdən yuxarıda adı çəkilən dəmiryol xəttindən

səkkiz və dörd verst məsafədə yerləşən xətlərlə məhdudlaşan

zonada Türkiyə Böyük Millət Məclisi Hökuməti hər hansı

fortifikasiya istehkamları qurmayacağını öhdəsinə götürür.

(bu məsafə xətti göstərilən zonadan kənarda yerləşir) və

onlarda nizami qoşunlar saxlamayacaq, lakin o göstərilən

zonalarda asayişin, təhlükəsizliyin təmin olunması üçün

və inzibati ehtiyaclar üçün qoşun saxlamaq hüququnu saxlayır.

(M.Y.) imza. Askanaz Mravyan, (M.Y.) imza. Kazım Qarabəkir.

(M.Y.) imza. Poqos Makinzyan. (M.Y.) imza. Vəli bəy.

(M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muxtar bəy.

(M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Məmduh Şövkət bəy.

(M.Y.) imza. Aleksandr Svanidze.

(M.Y.) imza. Qanetski.

Əlavə 3.

Naxçıvanın ərazisi

Urmiya kəndi - oradan düx xətlə Arazdəyən stansiyasına

(onu Ermənistan Sosialist Sovet Respublikasına saxlamaqla) -

sonra düz xətlə 3142 qərbində Daşburun dağına - Daşburun

dağının şərq ayırıcı xətti (4108) - Cəhənnəm dərəsi çayından

"bulaq" yazısının cənubu - Bağarsıq dağının gədik xətti

ilə (6607 və ya 6587) və oradan əvvəlki İrəvan dairəsinin

və Şərur-Dərələyəz qəzasının inzibati sərhədi ilə gedir -

6629 yüksəkliyi - Kömürlü dağı (6839 və ya 6930) - oradan

3080 yüksəkliyi - Sayat dağı (7868 - Qurdqulaq kəndi)

Qamesur dağı (8160) - 8022 yüksəkliyi - Kükü dağ (10282)

və əvvəlki Naxçıvan dairəsinin inzibati sərhədinin şərqindən keçir.

(M.Y.) imza. Askanaz Mravyan, (M.Y.) imza. Kazım Qarabəkir.

(M.Y.) imza. Poqos Makinzyan. (M.Y.) imza. Vəli bəy.

(M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muştar bəy.

(M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Məmduh Şövkət bəy.

(M.Y.) imza. Aleksandr Svanidze.

(M.Y.) imza. Qanetski.

Müqavilə Ümumittifq MİK tərəfindən 16 mart 1922-ci ildə ratifikasiya olunmuşdur.


Azərbaycanın tarixiŞərhlər(0)     Baxış sayı:104
Qaqaş25.06.2008 12:03
                         TÜRKMƏNÇAY MÜQAVİLƏSİ

I MADDƏ

Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaqdır.

II MADDƏ

Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hörmətlə qəbul edirlər ki, razılığa gələn yüksək tərəflər arasında baş vermiş və indi xoşbəxtlikdən qurtarmış müharibə ilə Gülüstan traktatının qüvvəsi üzrə qarşılıqlı təəhhüdlər də başa çatmışdır; onlar göstərilən Gülüstan traktatını Rusiya və İran arasında yaxın və uzaq gələcəyə sülh və dostluq münasibətləri qurmalı və təsdiq etməli olan indiki şərtlər və qərarlarla əvəz etməyi zəruri hesab etdilər.


III MADDƏ

İran şahı həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə Erivan xanlığını və Naxçıvan xanlığını Rusiya İmperiyasının tam mülkiyyətinə güzəştə gedir. Şah həzrətləri bu güzəşt nəticəsində, hazırki müqavilənin imzalanmasından sayılmaqla altı aydan gec olmayaraq, yuxarıda adları çəkilən hər iki xanların idarə edilməsinə aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisliyinə verməyi vəd edir.

IV MADDƏ

Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır:

sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan maillik üzrə Araratın cənub tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağac, yəni 3 1 / 2 Rusiya versti enində bütün istiqamətlərdə dövrə haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılacaqdır. Sərhəd xətti o yerdən, göstərilən dövrənin şərq tərəfdən Arazın sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın yatağı ilə Yeddibulaq bərəsinədək gedir; burada İran torpaqları Araz çayının yatağı üzrə üç ağaca, yəni 21 Rusiya versti uzanacaqdır: sonra sərhəd Muğan düzü vasitəsilə Bolqarçayadək, iki kiçicik Adınabazar və Sarıqamış çaylarının birləşməsində üç ağac yəni 21 rus versti aşağıda olan torpaqlara gedir; sərhəd buradan Bolqarçayın sol sahili ilə yuxarı; adları çəkilən kiçik Adınabazar və Sarıqamış çaylarının birləşməsinədək, sonra Şərqi Adınabazar çayının sağ sahili üzrə onun yuxarılarınadək davam edir, buradan isə Cikoir yüksəkliyinin zirvəsinədək elə davam edir ki, o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya məxsus olacaqdır, İran tərəfə axan bütün sular isə İrana məxsus olacaqdır. Burada iki dövlət arasındakı sərhəd dağ zirvələrilə müəyyən edilir; qərarlaşdırılmışdır ki, onların Xəzər dənizinə doğru enişi Rusiyaya məxsus olmalıdır, o biri yandakı enişi isə İrana məxsusdur. Sərhəd Cikoir yüksəkliyi zirvəsindən, Talışı Ərş dairəsindən ayıran dağlar üzrə Qəmərkühüm zirvəsinədək keçir. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda Adınabazarın yuxarı axarı və Cikoir zirvəsi arasındakı sahə haqqında deyilən kimi, burada da eləcə sərhəd hüdudunu təşkil edəcəkdir. Sonra sərhəd xətti suların axarına aid yuxarıda şərh olunan qaydalara aramsız əməl etməklə Qəmərkuhun zirvəsindən Züvand və Ərş dairələrini ayıran dağ silsiləsi üzrə Velgic dairəsinin sərhədlərinədək uzanacaqdır. Beləliklə, adı çəkilən dağın zirvəsindən əks tərəfdə yerləşən hissəsi istisna olmaqla Züvand dairəsi Rusiyaya birləşir. Hər iki dövlət arasındakı sərhəd xətti su axınının yuxarıda qeyd olunan qaydalarına daima uyğun olaraq, Velkic dairəsi sərhəddindən Kloputanın zirvəsi və Velkic dairəsindəki dağların baş silsiləsi üzrə Astara çayının şimal mənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər dənizinə töküldüyü yerədək davam edəcək ki, burada da Rusiya torpaqlarını İrandan ayırmalı olan sərhəd xətti qurtarır.

V MADDƏ

İran şahı həzrətləri bütün Rusiya imperatoru həzrətlərinə öz səmimi dostluğuna sübut olaraq, bu maddə ilə həm öz vərəsələri və İran taxt-tacının varisləri adından, yuxarıda göstərilən sərhəd xətti arasında və Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütün adaların, bununla bərabər həmin məmləkətlərdə yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanədək Rusiya imperiyasına məxsus olduğunu təntənə ilə tanıyır.

VI MADDƏ

İran şahı həzrətləri hər iki dövlət arasında baş vermiş müharibə ilə Rusiya imperiyasına vurulmuş xeyli ziyana, həmçinin Rusiya təbəələrinin düçar olduğu qurbanlara və itkiyə hörmət əlaməti olaraq, onların əvəzini pul təzminatı ilə ödəməyi öhdəsinə götürür. Müqaviləyə qoşulan hər iki yüksək tərəf o mükafatın məbləğini on kurur tümən raicə və ya iyirmi milyon gümüş manat qərarlaşdırmışdır, onun vaxtı, ödəniş qaydası və təminatı sözbəsöz hazırkı traktata daxil edilə biləcək qüvvəyə malik olan xüsusi müqavilədə qərarlaşdırılmışdır.

VII MADDƏ

İran şahı həzrətləri öz əlahəzrət oğlu şahzadə Abbas Mirzənin öz vərəsəsi və taxt-tacın varisi təyin etmək iltifatında bulunan kimi, Bütün Rusiya imperatoru həzrətləri öz dostluq münasibətlərini və bu varislik qaydasının təsdiqinə kömək etmək arzusunu açıq-aşkar sübut etməkdən ötrü bundan sonra şahzadə Abbas Mirzə həzrətlərinin simasında İran taxt-tacının vərəsəsi və varisini, onun taxta çıxmasından sonra isə onu o dövlətin qanuni hökmdarı hesab etməyi öhdəsinə götürür.

VIII MADDƏ

Rusiyanın ticarət gəmiləri, əvvəlki qayda üzrə, Xəzər dənizində və onun sahilləri boyunca azad üzmək və bununla bərabər onlara yaxınlaşmaq hüququna malikdir; gəmi qəzası hallarında İranda onlara hər cür kömək edilməlidir. Bu üsulla İran ticarət gəmilərində də Xəzər dənizində əvvəlki qayda ilə üzmək və Rusiya sahillərinə yan almaq hüququ verilir ki, orada gəmi qəzası hallarında onlara qarşılıqlı surətdə hər cür kömək göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə, qədimdə olduğu kimi, yalnız Rusiya hərbi bayrağı altında olan hərbi gəmilər Xəzər dənizində üzə bilərlər; bu səbəbdən də əvvvəlki müstəsna hüquq indi də onlara verilir və təsdiq edilir ki, Rusiyadan başqa heç bir dövlətin Xəzər dənizində hərbi gəmiləri ola bilməz.

IX MADDƏ

Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hər vasitə ilə onlar arasında bu qədər xoşbəxtliklə bərpa olunmuş sülh və dostluğu bərqərar etməyi arzulayaraq, müvəqqəti tapşırıqların icrası və ya daimi qalmaq üçün bu və ya o biri dövlətə göndərilən yüksək sarayların (hökumətlərin) səfirlərinin, nazirlərinin və işlər müvəkillərinin, onların dərəcəsinə, razılığa gələn yüksək tərəflərin şərəfinə, onları birləşdirən səmimi dostluğa və yerli adətlərə uyğun olaraq, ehtiramla və (hər birinin) ayrılıqda qəbul edilməsini qarşılıqlı surətdə rəva bilirlər. Xüsusi protokol ilə bu və ya o biri tərəfin əməl etməsi üçün bu məzmunda mərasim qərarlaşdırılacaqdır.

X MADDƏ

Bütün Rusiya həzrətləri və İran şahı həzrətləri hər iki dövlət arasında ticarət əlaqələrinin bərpa olunmasını və genişlənməsini sülhün bərqərar olmasının ən başlıca xeyirxah nəticələrindən biri saydıqları üçün, tam qarşılıqlı razılıq əsasında hökm verdilər ki, ticarətə hakimlik edilməsinə və qarşılıqlı surətdə təbəələrin təhlükəsizliyinə aid olan bütün sərəncamlar səadətlə yoluna qoyulsun və onlar onu qarşılıqlı surətdə müvəkkillər tərəfindən bağlanacaq bu sülh müqaviləsinin eyni güclü hissəsi sayılmalı olan və ona əlavə edilən ayrıca Akt ilə izah etsinlər. İran şahı həzrətləri, qabaqlar olduğu kimi, Rusiyaya ticarətin xeyrinə tələb olunan hər yerə konsullar və ticarət agentləri təyin etmək hüququ verir və öhdəsinə götürür ki, hər ikisinin məiyyəti on nəfərdən çox olmayacaq konsul və agentlərə hamilik göstərsin ki, onlar öz rütbələrinə verilmiş şan-şövkət və üstünlüklərdən istifadə etsinlər. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran şahı həzrətlərinin konsul və ya ticarət agentlərinə münasibətdə buna tam müvafiq əməl edilməsinə vəd verir. İran hökumətinin Rusiya agentinə və ya konsuluna əsaslı şikayəti olarsa, Rusiya naziri (səfiri) və ya onun şah həzrətləri sarayı yanında işlər müvəkkili, ya da onların bilavasitə rəisi öz mülahizəsinə əsasən günahkarı vəzifəsindən uzaqlaşdıra və onu müvəqqəti olaraq digər şəxsə həvalə edə bilər.

XI MADDƏ

Qarşılıqlı surətdə təbəələrin bütün tələbləri və müharibə ilə dayandırılmış başqa işlər sülh bağlandıqdan sonra ədalətlə bərpa olunacaq və həll ediləcəkdir. Qarşılıqlı surətdə təbəələrin öz aralarında bu və ya o biri hökumətin xəzinəsinə müqavilə təəhhüdləri dərhal və tamamilə təmin edilməlidir.

XII MADDƏ

Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin ümumi razılığı üzrə qarşılıqlı surətdə qərara almışdır: onlardan Arazın hər iki tərəfində tərpənməz əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər. Lakin bütün Rusiya imperatoru həzrətləri ona aid olduğuna görə, keçmiş İrəvan sərdarı Hüseyn xanı, onun qardaşı Həsən xanı və keçmiş Naxçıvan hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir.

XIII MADDƏ

Axırıncı və ya bundan qabaqkı müharibənin gedişində əsir alınmış hər iki tərəfin bütün hərbi əsirləri, bununla bərabər hər iki hökumətin nə vaxtsa əsir düşmüş təbəələri qarşılıqlı surətdə azad edilməli və dörd ay ərzində qaytarılmalıdır; onlar həyati azuqə və digər tələbatlarla təmin edilməli və onları qəbul etmək və sonrakı yaşayış yerinə yollamağa sərəncam vermək üçün hər iki tərəfdən ayrılmış komissarlara verməkdən ötrü Abbasabada göndərilməlidirlər. Razılığa gələn yüksək tərəflər hər iki tərəfdən əsir düşmüş, lakin olduqları yerin uzaqlığına və ya başqa bir səbəbə və ya vəziyyətə görə göstərilən müddətə qaytarıla bilməyəcək bütün hərbi əsirlərə, habelə Rusiya və İran təbəələrinə də bu yolla yanaşacaqlar. Hər iki dövlət belələrinin hər bir vaxt tələb edilməsində özünə dəqiq və qeyri-məhdud hüquq verir və öhdəsinə götürür ki, onlar aşkar edildikdə və ya onlar haqqında tələblər alındıqda qarşılıqlı surətdə onları (bir-birinə) qaytarsınlar.

XIV MADDƏ

Razılığa gələn yüksək tərəflərdən heç biri axırıncı müharibənin başlanmasınadək və ya o vaxtı digərinin təbəəliyinə keçmiş olan satqınların və fərarilərin verilmısini tələb etməyəcəkdir. İran hökuməti bu qaçqınlardan bəzilərinin və onların köhnə həmvətənlərinin və ya hakimiyyəti altında olanların arasında qərəzli əlaqələrdən qarşılıqlı surətdə baş verə biləcək zərərli nəticələrin qarşısını almaq üçün, öhdəsinə götürür ki, indi və ya sonralar Rusiya hökumətinin adbaad göstərdiyi adamların Arazla Çara çayının, Urmiya gölünün, Cakatu çayının və Qızıl Üzən çayının Xəzər dənizinə töküldüyü yer arasında yaratdığı hüduddakı öz torpaqlarında olmasını qadağan edəcəkdir. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran qaçqınlarının Qarabağ və Naxçıvan xanlıqlarında və İrəvan xanlığının Araz çayının sağ sahilində yerləşən hissəsində yurd salmasına və ya yaşamasına (hər hansı) bir qərarda icazə verməyəcəyini vəd edir. Lakin özlüyündə aydındır ki, ancaq rəsmi rütbə daşıyan və ya müəyyən ləyaqət sahibi olan adamlara: şəxsi nümunələri, nəsihət və gizli əlaqələri ilə keçmişdə onların idarəsində və ya hakimiyyəti altında olan əvvəlki həmvətənlərinə zərərli təsir göstərə bilən xan, bəy və dini rəislər və ya mollalara qarşı bu şərtin gücü var və olacaqdır. Ümumiyyətlə, hər iki dövlətin sakinlərinə gəldikdə isə, razılığa gələn yüksək tərəflər qərara alır ki, hər iki tərəfin bir dövlətdən o birinə keçmiş və ya bundan sonra keçəcək təbəələri onların keçdiyi hökumətin icazə verdiyi hər yerdə yurd sala və yaşaya bilər.

XV MADDƏ

Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırki müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməz mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir.

XVI MADDƏ

Müvəkkillər bu sülh müqaviləsi imzalandıqdan sonra, qarşılıqlı surətdə təxirə salınmadan təcili olaraq, hərbi əməliyyatların kəsilməsi haqqında bütün yerlərə xəbər və lazımı fərman göndərməlidir. Eyni məzmunda iki nüsxədə tərtib edilmiş, hər iki tərəfin müvəkkilləri tərəfindən imzalanmış, onların gerbli möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı olaraq bir-birinə verilmiş bu sülh müqaviləsi bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri tərəfindən təsdiq və ratifaksiya edilməli və onların imzaladığı ratifikasiya mətnləri təntənəli şəkildə hər iki tərəfin müvvəkilləri tərəfincdən dörd ay ərzində və ya mümkün olduqca daha tez dəyişdirilməlidir. Fevral ayının 10-da İsanın anadan olmasının 1828-ci ilində Türkmənçay kəndində bağlanmışdır.

Əslinə qol çəkmişlər: İvan Paskoviç, A. Obrezkov.


Azərbaycanın tarixiŞərhlər(0)     Baxış sayı:78
Qaqaş25.06.2008 12:03
                            GÜLÜSTAN MÜQAVİLƏSİ
Qadir Allah Naminə

İMPERATOR ƏLAHƏZRƏTLƏRİ, Bütün Rusiyanın Ən Şöhrətli və ƏZƏMƏTLİ BÖYÜK HÖKMDARI və İMPERATORU və İran Dövlətinin Sahibi, hökmdarı ƏLAHƏZRƏTLƏRİ Padşahın ÖZ təbəələrinə yüksək hökmdar məhəbbətinə görə, ONLARIN ürəklərinə zidd olan müharibənin fəlakətlərinə son qoymağı və qədimdən Bütün Rusiya İMPERİYASI və İran Dövləti arasında mövcud olmuş səbatlı sülh və xeyirxah qonşu dostluğunu möhkəm əsas üzərində bərpa etməyi səmimi qəlbdən, qarşılıqlı surətdə arzulayaraq bu ədaləti və nicatverici iş üçün aşağıdakıları öz səlahiyyətli Müvəkkilləri təyin etməyi faydalı bilmişlər:


ƏLAHƏZRƏT Bütün Rusiya İmperatoru - ÖZ General-leytenantı, Gürcüstandakı və Qafqaz xəttindəki qoşunların Baş komandanı, Həştərxan və Qafqaz quberniyalarında, Gürcüstanda Mülki hissə, həmçinin bu ölkənin bütün sərhəd işləri üzrə Baş Müdiri, Xəzər hərbi Donanmasının Komandanı, Müqəddəs Aleksandr Nevski, birinci Müqəddəs Anna, dördüncü dərəcəli Müqəddəs Əzabkeş və Qalibiyyətli Georgi ordenləri, habelə üzərində igidliyə görə yazısı olan qızıl qılıncla təltif edilmiş zati-aliləri Nikolay Rtişşevi, Əlahəzrət İran şahı isə - özünün, Türkiyə və İngiltərə Saraylarında fövqaladə elçisi olmuş, İran Rəisləri arasında seçilmiş, öz padşahından brilyantlarla bəzədilmiş xəncər və qılıncdan, şal paltardan və brilyantlarla zinnətləndirilmiş at bəzəkləri dəstindən ibarət fərqləndirici lütf görmüş, öz Padşahının ən yaxın Məmuru, Ali İran Sarayının Gizli İşlər Müşaviri, Vəzir nəslinə mənsub olan, İran Sarayında ikinci dərəcəli Xan, Yüksəkrütbəli və Çoxhörmətli Mirzə Həsən Xanı: bu səbəbdən də BİZ, yuxarıda adları çəkilmiş səlahiyyətli Müvəkkillər Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində toplaşaraq, vəkalətnamələrimizi bir-birimizə təqdim etdikdən sonra, hər birimizə öz tərəfindən bizim BÖYÜK HÖKMDARLARIMIZ adından bərqərar edəcəyimiz sülh və dostluğa aid olan hər bir şeyi nəzərdən keçirib, bizə verilmiş hakimiyyət və Ali səlahiyyətlərə görə aşağıdakı maddələri qərara aldıq və əbədiyyət üçün təsdiq etdik.

BİRİNCİ MADDƏ

İndiyədək Rusiya İmperiyası və İran Dövləti arasında mövcud olmuş düşmənçilik və narazılığa həmin Müqavilə ilə bu gündən etibarən və gələcəkdə son qoyulur və qoy İMPERATOR ƏLAHƏZRƏTLƏRİ Bütün Rusiya hökmdarı ilə Əlahəzrət İran şahı, onların vəliəhdləri, Taxtlarının Varisləri və ONLARIN, qarşılıqlı surətdə, Ali Dövlətləri arasında əbədi sülh, dostluq və xeyirxah razılıq olsun.

İKNCİ MADDƏ

Bir halda ki, hər iki Ali Dövlət arasında ilkin əlaqələr vasitəsilə (……………) yəni hər bir tərəfin hazırda tam malik olduğu torpaqlara, xanlıqlara, mülklərə sahib qalması əsasında sülhün bərqərar edilməsi artıq qarşılıqlı surətdə razılaşdırılmışdır, onda indiki zamandan etibarən və gələcəkdə Bütün Rusiya İmperiyası və İran Dövləti arasında sərhəd aşağıdakı xətt olsun: Adınabazar adlanan yerdən başlayaraq, düz xətlə Muğan düzü, Araz çayındakı Yeddibulaq keçidinədək, oradan da üzü yuxarı Kəpənək çayının Arazla qovuşduğu yerə, sonra da Kəpənək çayının sağ tərəfi ilə Mehri dağları silsiləsinə və oradan da xətti Qarabağ və Naxçıvan xanlıqlarının mərzləri ilə davam etdirərərək, Alagöz dağları silsiləsi ilə Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarının və Yelizavetpol dairəsinin (keçmiş Gəncə xanlığının) bir hissəsinin mərzləri birləşən Dərələyəz mərzinədək, buradan İrəvan xanlığını Yelizavetpol dairəsindən, həmçinin Qazax və Şəmşəddin torpaqlarından ayıran mərzlə Eşşəkmeydan mərzinə, oradan da dağlar silsiləsi ilə, çayın sağ tərəfi ilə, onun axarı istiqamətində, həmzəçimən yolu ilə, Pəmbək dağları silsiləsi ilə Şuragöl mərzi ilə, dağlar silsiləsi ilə, Mastaras və Artikin arası ilə Arpaçayadək. Bununla belə, Talış mülkü müharibə vaxtı əldən-ələ keçdiyinə görə, həmin Xanlığın Zinzeley və Ərdəbil tərəfdən olan sərhədləri, daha artıq dürüstlük üçün, hər iki tərəfdən qarşılıqlı razılıqla seçilmiş Komissarlar (onlar Baş komandanlarının rəhbərliyi ilə indiyədək hər bir tərəfin həqiqi hakimiyyəti altında olmuş torpaqların, kəndlərin, dərələrin, həmçinqin çayların, dağların, göllərin, təbii mərzlərin dəqiq və təfsilatlı təsvirini verəcəklər) tərəfindən, bu Müqavilə bağlanıb təsdiq olunduqdan sonra müəyyən ediləcək, onda (………….) əsasında Talış xanlığının sərhəd xətti elə müəyyənləşdiriləcək ki, hər bir tərəf malik olduğu torpaqların sahibi qalsın. Eləcə də, yuxarıda xatırlanmış sərhədlərdə, bu və ya başqa tərəfin xəttindən kənara nə isə çıxarsa, hər iki Ali Dövlətin Komissarlarının təhlilindən sonra hər bir tərəf ( …………..) əsasında təminat verəcək.

ÜÇÜNCÜ MADDƏ

Şah Əlahəzrətləri ƏLAHƏZRƏT bütün Rusiya İMPERATORUNA səmimi dostluq hislərinin sübutu üçün təntənəli surətdə həm öz adından, həm də İran Taxtının Ali Vəliəhdləri adından Qarabağ və indi Yelizavetpol adı altında əyalətə çevrilmiş Gəncə xanlıqları, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış (bu xanlığın Rusiya İmperiyasının hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, bununla bərabər Dağıstan, Gürcüstan (Şuragölə əyaləti ilə birlikdə) İmperiya, Quriya, Minqreliya və Abxaziya, eyni dərəcədə, hazırda bərqərar edilmiş sərhəd Qafqaz xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındakı bütün mülk və torpaqların Rusiya İmperiyasının mülkiyyətinə mənsub olduğunu qəbul edir.

DÖRDÜNCÜ MADDƏ

ƏLAHƏZRƏT Bütün Rusiya İMPERATORU ƏLAHƏZRƏT İran Şahına ÖZ qarşılıqlı dostluq hisslərini ifadə etmək və İranda - ONA qonşu olan bu Dövlətdə, möhkəm əsas üzərində mütləqiyyət və hökmran hakimiyyət görmək arzusunu səmimi qəlbdən təsdiq etmək üçün, bununla, ÖZ adından və ÖZ Vəliəhdləri adından İran Şahı tərəfindən İran Dövlətinin Varisi təyin ediləcək Vəliəhdə, lazım gəldikdə, kömək göstərməyi vəd edir ki, heç bir xarici düşmən İran Dövlətinin işinə qarışa bilməsin və Ali Rusiya Sarayının köməyi ilə İran Sarayı möhkəmlənsin. Bununla belə, əgər İran Dövləti işləri üzrə Şah oğulları arasında münaqişələr baş verərsə, Rusiya İmperiyası hakimiyyətdə olan Şah xahiş etməyincə bunlara qarışmayacaq.

BEŞİNCİ MADDƏ

Rus ticarət gəmilərinə əvvəlki qayda üzrə Xəzər sahilləri yaxınlığında üzmək və onları yan almaq hüququ verilir; həm də gəmi qəzası zamanı iranlılar tərəfindən dostluq köməyi edilməlidir. İran ticarət gəmilərinə də həmin bu hüquq - əvvəlki qayda üzrə Xəzər dənizində üzmək və Rusiya sahillərinə yan almaq ixtiyarı verilir, burada da gəmi qəzası zamanı, qarşılıqlı surətdə, iranlılara hər cür yardım göstəriməlidir. Hərbi gəmilərə gəldikdə isə, müharibədən əvvəl, habelə sülh vaxtı və həmişə Rusiya hərbi bayrağı Xəzər dənizində tək mövcud olmuşdur. Həmin ehtiram daxilində, əvvəlki ixtiyar indi də yalnız Rusiya Dövlətinə verilir ki, ondan başqa heç bir Dövlətin hərbi Bayrağı Xəzər dənizində ola bilməz.

ALTINCI MADDƏ

Hər iki tərəfdən döyüşdə əsir alınmışları, Xristian dininə və s. dinlərə mənsub ələ keçirilmiş sakinləri Müqavilə bağlanıb imzalandıqdan sonra, üç ay ərzində, hər bir tərəfdən Qarakilsəyədək (burada sərhəd rəisləri əsirləri qəbul etmək üçün öz aralarında qarşılıqlı əlaqə yaradırlar) azuqə və yol xərcləri ilə təmin edilərək, buraxılsınlar. Özbaşına, yaxud qanunu pozaraq, qaçanlardan hər birinə, milliyətindən asılı olmayaraq, öz könüllü istəyinə görə öz Vətəninə qayıtmaq azadlığı verilir, qayıtmaq istəməyənlər isə məcbur edilməsin. Bununla bərabər hər iki tərəfdən qaçmışlara amnistiya, yaxud bağışlanma verilir.

YEDDİNCİ MADDƏ

Bütün yuxarıda deyilənlərə əlavə olaraq ƏLAHƏZRƏT Bütün Rusiya İMPERATORU və Əlahəzrət İran Şahı buyururlar ki, lazım olduqda, Əlahəzrətlərin İqamətgahlarına göndərilən, ONLARIN Ali Saraylarının qarşılıqlı Nazirlər və ya Elçiləri rütbələrinə və onlara tapşırılmış işlərin mühümlüyünə müvafiq qəbul olunsunlar; şəhərlərdə ticarətə himayəçilik üçün təyin olunmuş Müvəkkillərin və ya Konsulların on nəfərdən artıq məiyyəti olmasın, onlar vəkil edilmiş məmurlar kimi vəzifələrinə layiq hörmət və şərəfə malik olmalıdırlar, həmçinin, Əmrnaməyə əsasən, bundan sonra onları nəinki incitmək olmaz, hətta inciklik olarsa, təqdim edildikdən sonra, hər iki tərəfin təbəələrini ədalətlə mühakimə etmək, incidilmişləri mürbətlə razı salmaq gərəkdir.

SƏKKİZİNCİ MADDƏ

Əlahəzrətlərin, öz hökumətlərindən, yaxud hökumətləri tərəfindən təyin edilmiş sərhəd rəislərindən alınmış, onların həqiqətən tacirlər, Rusiya və ya İran təbəələri olduğunu təsdiq edən yazılı sənədlərə malik təbəələri arasındakı ticarət əlaqələrinə gəldikdə, saziş bağlayan hər iki Ali Dövlətə quru yolla və dənizlə sərbəst gəlməyə, orada kim nə qədər istəyirsə yaşamağa, tacirlər göndərməyə, həmçinin heç cür ləngidilmədən oradan çıxıb getməyə, Rusiya İmperiyasına mənsub olan yerlərdən İran Dövlətinə gətirilən və qarşılıqlı olaraq, İrandan ora aparılan malların satılmasına və başqa mallarla dəyişdirilməsinə icazə veriləcək. Hər iki Ali Dövlətin tacirləri arasında baş verə biləcək mübahisələrə, onların vəzifələri və s. ilə əlaqədar şikayətlərinə adi qayda üzrə baxılması Konsula, yaxud Müvəkkilə, onlar olmadıqda isə yerli Rəisə həvalə edilir. Onlar xahişlərə tam ədalətlə baxmalı, özləri haqq təminatı verməli, yaxud bunu başqa lazımi şəxslərin vasitəsilə tələb etməli və onların incidilməsinə və sıxışdırılmasına qətiyyən yol verməməlidirlər.

İrana gəlmiş, Rusiya təbəəliyindən olan tacirlər, istəsələr, oradan öz malları ilə birlikdə İranla dostluq edən başqa dövlətlərə də sərbəst gedəcəklər; bundan ötrü İran Hökuməti bu tacirlərin sərbəst keçməsi üçün onları lazımi pasportlarla təmin edəcəkdir; buna ticarət işləri ilə əlaqədar Rusiyadan Rusiya ilə dostluq edən başqa dövlətlərə getmək istəyən İran tacirləri üçün də qarşılıqlı surətdə, riayət ediləcəkdir.

İrana gəlmiş Rusiya təbələrindən kimlərinsə ölüm hadisəsi baş verərsə, onların müxəlləfatları, həmçinin başqa daşla və mülkləri, dost Dövlətin təbəələrinə məxsus olduğu üçün, ilk növbədə, saxlanılmadan və xəlvəti mənimsənilmədən, Rusiya İmperiyasında və bütün mədəni Dövlətlərdə icra edildiyi kimi, kimin hansı Dövlətə, mənsubiyyətindən asılı olmayaraq, qanuni əsasdan, qəbzlə, onların yoldaşlarına yaxud qohumlarına verilməli, həmin qohumlara öz arzuları ilə və öz xeyirləri üçün bu əmlakları istədikləri adamlara satmağa icazə verilməlidir.

DOQQUZUNCU MADDƏ

Rus tacirlərindən İran şəhərlərinə və ya limanlarına gətirdikləri mallara görə yüzə beş faizdən çox gömrük alınmasın və həmin tacirlər bu mallar ilə hara gedirlərsə getsinlər, onlardan ikinci dəfə gömrük tələb olunmasın, oradan apardıqları İran mallarına görə də eyni gömrük alınsın, bundan başqa heç bir bəhanə və uydurma ilə heç bir rüsum, vergi, gömrük tələb edilməsin. İran təbəələrinin Rusiya şəhərlərinə və limanlarına gətirdikləri və buradan ixrac etdikləri mallara görə və qarşılıqlı surətdə eyni gömrüklər, eyni əsasda bir dəfə alınsın.

ONUNCU MADDƏ

Malları Müqavilə bağlamış hər iki Dövlətin sahillərinə və ya limanlarına, yaxud da quru yolla sərhəd şəhərlərinə gətirdikdən sonra, qarşılıqlı surətdə, tacirlərə, nəzarəti altında olduqları gömrük hakimlərindən və ya iltizamçılardan icazə almadan öz mallarını satmaq, başqa malları satın, yaxud dəyişmə yolları ilə almaq azadlığı verilir ki, ticarət maneəsiz dövriyyədə olsun həmçinin satıcıdan və alıcıdan dövlət xəzinəsi üçün müntəzəm olaraq və könüllülük şərti ilə qanuni rüsumlar yığılsın.

ON BİRİNCİ MADDƏ

Bu müqavilə imzalandıqdan sonra hər iki Ali Dövlətin müvəkkilləri, qarşılıqlı surətdə və təxirə salınmadan bütün yerlərə onun haqqında lazımı xəbər və hər yerdə hərbi əməliyyatların dərhal dayandırılması barəsində əmrlər göndərsinlər.

İki bərabərhüquqlu nüsxədə (fars dilinə tərcüməsi ilə birlikdə) yazılmış və saziş bağlayan Ali tərəflərin yuxarıda göstərilmiş Müvəkkilləri tərəfindən imzalanaraq, onların möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı surətdə dəyişdirilmiş bu əbədi sülh Müqaviləsi ƏLAHƏZRƏT Bütün Rusiya İMPERATORU və Əlahəzrət İran Şahı tərəfindən bərqərar ediləcək və Əlahəzrətlərin öz əlləri ilə imzalanmış təntənəli Ratifikasiyalarla təsdiq olunacaqdır.

Bu Müqavilənin həmin təsdiq olunmuş nüsxələri bu Ali Saraylardan, qarşılıqlı surətdə göndərilməklə onların yuxarıda adları çəkilmiş Müvəkkillərinə üç ay müddətindən sonra çadırılacaq.

Müqavilə min səkkiz yüz on üçüncü il oktyabr ayının on ikinci günü. İran hesablaması ilə min ikiyüz iyirmi səkkizinci il Şəvval ayının iyirmi doqquzuncu günü Qarabağ mülkündə Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində Rus ordugahında bağlanmışdır.

İMZALAMIŞLAR:

Müvəkkil və Gürcüstanda Baş Komandan Nikolay Rtişşev

(M : Y:)

Alişöhrətli İran Dövlətindən Müvəkkil Mirzə Əbül Həsən Xan

(M : Y:)


Azərbaycanın tarixiŞərhlər(0)     Baxış sayı:87
Qaqaş25.06.2008 12:03
                   KÜRƏKÇAY MÜQAVİLƏSİ
Son illərdə erməni millətçilərinin uydurma "Qarabağ ermənilərinin öz müqəddaratını təyin etməsi" problemini irəli sürmələri, onların öz dədə-baba yurdları - Qarabağda yaşayan dinc azərbaycanlı əhaliyə qarşı silahlı təcavüzə keçmələri ilə əlaqədar, erməni geosiyasətçilərinin və onların muzdlu vəkillərinin Qarabağın əzəli erməni torpaqları olması haqqında səhv fikiri geniş yayılmışdır. Lakin təkzibolunmaz tarixi faktlar bunun tam əksini sübut edir.

Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədləri mənbələr, habelə xanlığın Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ Xanı İbrahim xanla Rusiya İmperiyasının 1805-ci il mayın 14-də imzaladıqları traktak əyani surətdə göstərir ki, İmperiya sırf Azərbaycan torpaqlarını işğal etmişdir, ermənilər isə bura sonralar Türkiyə və İrandan köçürülüb, gətirilmişlər. Bu sənədlərin heç birində Qarabağda erməni malikanələri və onların Rusiya təbəəliyinə keçməsi haqqında işarə belə yoxdur. Azərbaycan xalqının öz dədə-baba torpaqlarına ayrılmaz hüquqlarını əyani surətdə təsdiq edən bu sənədin çapı tarixi saxtalaşdıran ermənilərə və onların muzdlu havadarlarına layiqli cavabdır.


QADİR ALLAH NAMİNƏ

Biz yəni Şuşalı və Qarabağlı İbrahim xan və Bütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqaz müfəttişliyinin infanteriya müfəttişi kn. Pavel Sisianov, olduqca mərhəmətli böyük İmperator əlahəzrətləri Aleksandr Pavloviçin verdiyi tam səlahiyyət və ixtiyarla Allahın köməyi ilə Şuşalı və Qarabağlı İbrahim xanın bütün ailəsi, nəsli və ölkəsi ilə Bütün Rusiya imperiyasının və indi bəxtiyarlıqla hökmranlıq edən böyük imperator əlahəzrətləri Aleksandr Pavloviç və onun yüksək varislərinin əbədi təbəəliyini qəbul etməsi məsələsinə başlayaraq aşağıdakı şərtləri bağladıq, qərara aldıq və imzaladıq:

BİRİNCİ MADDƏ

Mən Şuşalı, və Qarabağlı İbrahim xan öz adımdan, varislərim və vəliəhdlərim adından İran və ya hər hansı bir dövlətin hər cür vassallığından və ya hər hansı ad altında olsa da, hər cür asılılığından təntənəli surətdə həmişəlik imtina edirəm və bütün dünya qarşısında bununla bildirirəm ki, mən özüm və varislərim üzərində Bütün Rusiyanın böyük İmperator əlahəzrətlərinin və onun yüksək varislərinin və vəliəhdlərinin ali hakimiyyətindən başqa heç bir dövlətin hakimiyyətini tanımıram, həmin taxt-taca sədaqət vəd edirəm, çünki onun sadiq quluyam və bu haqda, adətə görə, müqəddəs Qurana and içməliyəm.

İKİNCİ MADDƏ

İmperator əlahəzrətləri zadi-aliləri (xan) həzrətlərinin belə səmimi söz verməsini qəbul edərək, özünün və vəliəhdlərinin adından İmperator sözü ilə vəd edir və söz verir ki, onlar zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xandan və onun varislərindən öz sadiq təbəələri kimi mərhəmət və nəcib havadarlığını heç vaxt əsirgəməyəcəklər, buna sübut olaraq İmperator əlahəzrətləri zati-alilərinin (xanın) və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasına öz imperator zəmanətini verir.

ÜÇÜNCÜ MADDƏ

Zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xanın Bütün Rusiya imperatorlarının və onların vəliəhdlərinin öz üzərində ali və yeganə hakimiyyətini belə səmimiyyətlə qəbul etməsi müqabilində qərara alınır ki, adı çəkilən xan, ondan sonra isə böyük oğlunun və bu qayda ilə nəslin yaşca sonrakı böyüyü irsən xanlığa keçərkən Gürcüstan Baş hakimi tərəfindən xanlıqda bərqərar olmaq haqqında dövlət möhürü ilə təsdiq edilmiş imperator fərmanından ibarət investitura aldıqdan sonra Bütün Rusiya imperiyasının təbəəliyinə sadiq olmasına, özü və varisləri üzərində Bütün Rusiya imperatorlarının ali və yeganə hakimiyyətinin tanınmasına təntənəli surətdə and içməlidirlər. Andın forması traktata əlavə olunur ki, indi hakim olan Şuşalı və Qarabağlı İbrahim xan bu mərasim Gürcüstan Baş hakiminin və bu qətnaməni başa çatdıran inf-gen. knyaz Sisianovun iştirakı ilə yerinə yetirsin.

DÖRDÜNCÜ MADDƏ

Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim və varislərimin Bütün Rusiya imperiyasına sadiq təəbəliyimiz və həmin imperiyanın işıqlı ali və yeganə hakimiyyətini qəbul etməyimiz haqda mənim mövqeyimin təmizliyini göstərmək üçün Gürcüstan Baş hakimi ilə qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlərlə əlaqə saxlamağa, onlardan elçilər gələrsə və ya məktub göndərilərsə, onlardan məzmunca tutarlı olanları Baş hakimə göndərməyə və ondan icazə istəməyə, dəyəri az olanları haqda isə məlumat verməyə və Gürcüstan Baş hakimi tərəfindən mənim yanıma təyin edilmiş şəxsə məlumat verməyə və onunla məsləhətləşməyə söz verirəm.

BEŞİNCİ MADDƏ

İmperator əlahəzrətləri Şuşalı və Qarabağlı İbrahim xanın ölkəsi üzərində özünün ali və yeganə hakimiyyətinin tanınmasını razılıqla qəbul edərək, özünün və varislərinin adından söz verir: 1) həmin ölkənin xalqlarını böyük Rusiya imperiyasının sakinlərindən az da olsa ayırmayaraq öz təbəələri sayacaqdır. 2) İbrahim xan zati-alilərinin və onun ocağından olan varislərin və arxasının Qarabağ xanlığı üzərində hakimiyyəti dəyişilməz saxlanılacaqdır. 3) Daxili idarə etmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana işləri, bununla yanaşı ölkədən yığılan gəlir zati-alilərin (xanın) səlahiyyətində qalacaqdır. 4) Zati-alilərinin və onun sülaləsinin, eləcədə onun ölkəsinin qorunması üçün Şuşa qalasına 500 nəfərlik Rusiya qoşunu qərərgah və baş zabitləri ilə, (habelə) toplarla birlikdə yeridiləcək, ciddi müdafiə üçün isə Gürcüstan Baş hakimi şərait və ehtiyaca görə bu dəstəni gücləndirəcək və zati-alilərinin ölkəsinin Bütün Rusiya imperiyasına məxsus olan bir ölkə kimi hərbi qüvvə ilə müdafiə edəcəkdir.

ALTINCI MADDƏ

Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim sadiq təbəəlik istəyimin əlaməti olaraq söz verirəm: 1) istər indi, istərsə də sonralar yuxarıda adı çəkilən qoşuna lazım olan buğda və darı yarmasını (Gürcüstan) Baş hakiminin müəyyən etdiyi qiymətlə tədarük edəcəyəm, çünki onların Yelizavetpoldan gətirilməsi ya çox çətindir, ya da tamamilə qeyri-mümkündür. 2) Qoşunların Şuşa qalasında yerləşməsi üçün qoşun rəisinin bəyəndiyi evləri ayıracaq və lazımi qədər odunla təmin edəcəyəm. 3) Şuşa qalasına Yelizavetpol tərəfdən yoxuşu sahmana salacaq və yolu arabaların gedişi üçün yararlı edəcəyəm. 4) Hökumət Şuşa qalasından Cavada gedən yolu qaydaya salmaq istəsə, onda bu iş üçün lazımi olan işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə mənə verilməlidir.

YEDDİNCİ MADDƏ

İmperator əlahəzrətlərinin zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xana və onun varislərinə böyük ehtiram və mərhəmət əlaməti olaraq onu və varislərini üzərində Bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, onun yanında saxlanmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq və hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır.

SƏKKİZİNCİ MADDƏ

Mən, Şuşalı və Qarabağlı İbrahim xan, İmperator əlahəzrətlərinin yüksək razılığı ilə özümün gəlirimdən həmişəki kimi istifadə etməyə icazəm olduğundan İmperator əlahəzrətlərinin Tiflisdə yerləşən xəzinəsinə ildə 8000 çervon bac verməyi öhdəmə alıram, bac iki müddətə, yeni bir hissəsi fevralın 1-də, o biri hissəsi isə sentyabrın 1-də, özü də bu traktatın İmperator əlahəzrətləri tərəfindən təsdiqi zamanı birinci hissəsinin, yəni 4000 çervonun ödənişi ilə başlanır. Bundan başqa Asiya qayda-qanunu ilə and içməklə yanaşı, mən böyük oğlum Məhəmmədhəsən-Ağanın ikinci oğlu Şükürallahı həmişəlik Tiflisdə yaşamaq üçün girov verməliyəm.

DOQQUZUNCU MADDƏ

İmperator əlahəzrətləri özünün xüsusi mərhəməti ilə, Tiflisdə sədaqət bildirmək üçün saxlanılması olan zati-aliləri (xanın) nəvəsinin dolanışığı üçün Rusiya pul vahidi ilə gündə 10 gümüş manat iltifatla bəxş edir.

ONUNCU MADDƏ

Bu müqavilə əbədi müddətə bağlanır və bundan belə həmişəlik heç bir dəyişikliyə uğramamalıdır.

ON BİRİNCİ MADDƏ

Bu traktın İmperator əlahəzrətləri tərəfindən onun dövlət möhürü vurulmuş Ali Fərmanı ilə təsdiqi bu sənədin imzalanmasından 6 ay keçənədək və ya mümkün olsa, daha tez olmalıdır.

Yuxarıdakıların həqiqətə uyğun olduğunu (bildirmək) üçün aşağıda imza edənlər Yelizavetpol dairəsinin düşərgəsində, Kürək çayı yaxınlığında, miladın 1805-ci ilinin yayında, mayın 14-də (müsəlman təqvimi ilə 1220-ci il səfər ayında) bu maddələrə qol çəkərək öz möhürlərini vurdular.


Azərbaycanın tarixiŞərhlər(0)     Baxış sayı:54
Qaqaş25.06.2008 12:03
                     Azərbaycan tarixi xəritələri
 


Ön Asiya ərazisində tayfalar

Ön Asiya e.ə. I minilliyin birinci yarısında

Manna dövləti (e.ə. IX-VII əsrlər)

Mada (Midiya) dövləti

Antik Qafqaz Albaniyası

Albaniya e.ə.III əsrdə



Atropatnena Sasanilər dövlətinin tərkibində

Albaniya V-VIII əsrin əvvəlində

Azərbaycan Ərəb Xilafətinin tərkibində

Xürrəmilər Hərəkatı VIII-IX əsrlər

Azərbaycan IX-X əsrlərdə

Azərbaycan XI-XII əsrlərdə

Eldənizlər dövləti (1136-1225 illər)

Azərbaycan XIII-XIV əsrlərdə

Azərbaycan XV əsrdə

Azərbaycan XVI əsrdə

Azərbaycan XVII əsrdə

Azərbaycan xanlıqları XVIII əsrin II yarısında

Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı

(1918-1920-ci illər)

Azərbaycan Respublikasının xəritəsi

Azərbaycan tarixi xəritələri. Atlas. Bakı, 1994


Azərbaycanın tarixiŞərhlər(0)     Baxış sayı:168
Qaqaş25.06.2008 12:03
FƏXRI XİYABANDA DƏFN EDİLƏNLƏR

Soyadı, adı, atasının adıTarixlər
Əliyev Heydər Əlirza oğlu 1923-2003
Abbasəliyev Sabit Qasım oğlu 1932-1982

Abbasov Akim Əli oğlu

1911-1992

Abbasov Qurban Abbasqulu oğlu

1926-1994

Abdulla Şaiq (Talıbzadə Abdulla Mustafa oğlu)

1881-1959

Abdullayev Həsən Məmmədbağır oğlu

1918-1993

Abdullayev Mikayıl Hüseyn oğlu

1921-2002

Abramoviç Mixail Vladimiroviç

1884-1965

Adıgözəlov Vasif Zülfüqar oğlu

1935-2006

Ağa Nemətulla

1896-1958

Ağamalıoğlu Səməd ağa Həsən oğlu 

1867-1930


Ağayev Bəhram Cəfər oğlu

1884-1956

Ağayev Böyük Məmməd oğlu

1907-1965

Ağayev Musa İsgəndər oğlu

1914-1965

Aleksandrov İosif Aleksandroviç

1893-1968

Almaszadə Qəmər Hacağa qızı

1915-2006

Aydınbəyov Salam Müqtədir oğlu

1912-1967

Babazadə Baba Qurbanqulu oğlu

1911-1962

Bağırova Bəsti Məsim qızı

1905-1962

Bayramov Əli Bayram oğlu

1889-1920

Bayramova Ceyran Şirin qızı

1896-1987

Bayramzadə Əlirza Baxşəli oğlu

1911-1963

Behbudov Rəşid Məcid oğlu

1915-1989

Belov Sergey Andreyeviç

1911-1967

Bədirbəyli Leyla Ağalar qızı

1920-1999

Bəşir Səfəroğlu

1925-1969

Bokov İvan Vasilyeviç

1879-1952

Bülbül (Məmmədov Murtuza Məşədi Rza oğlu)

1897-1961

Bünyadov Bəşir Nurəli oğlu

1895-1967

Bünyadov Ziya Musa oğlu

1923-1997

Cabbarlı Cəfər Qafar oğlu

1899-1934

Cabir Novruz (Novruzov Cabir Mirzəbəy oğlu)

1933-2002

Cahangirov Cahangir Şirgəşt oğlu

1921-1991

Cəfərov Cəfər Haşım oğlu

1914-1973

Cəfərov Cəfər Hüseynqulu oğlu

1915-1957

Cəfərov Səftər Məmməd oğlu

1900-1961

Cəfərov Vaqif Cəfər oğlu

1949-1991

Cəlilov Afiyəddin Cəlil oğlu

1946-1994

Çikaryov İvan Nikiforoviç

1881-1928

Dadaşov Müseyib Mirzə oğlu

1896-1981

Dadaşov Sadıq Ələkbər oğlu

1905-1946

Daşkov Aleksey Semyonoviç

1915-1965

Davudova Mərziyə Yusif qızı

1901-1962

Əbdürrəhmanov Fuad Həsən oğlu

1915-1971

Əbilov İbrahim Məhərrəm oğlu

1881-1923

Əbilov Mahmud Əbdülrza oğlu

1898-1972

Əbülfəz Elçibəy (Əliyev Əbülfəz Qədirqulu oğlu)

1938-2000

Əfəndiyev Fuad Ələddin oğlu

1909-1963

Əfəndiyev Heydər Xəlil oğlu

1907-1967

Əfəndiyev İlyas Məhəmməd oğlu

1914-1996

Əhmədov Ağamirzə Mirzəli oğlu

1905-1964

Ələkbərov Ələsgər Hacağa oğlu

1910-1963

Ələkbərova Şövkət Feyzulla qızı

1922-1993

Ələsgərov Süleyman Əyyub oğlu

1924-2000

Ələsgərova  Şamama Məmmədkərim qızı

1904-1977

Əli Nəzmi (Əli Məmmədzadə)

1878-1946

Əlibəyli Ənvər Əliverdi oğlu

1916-1968

Əliyev Aqil Əlirza oğlu

1926-2006

Əliyev Əziz Məmmədkərim oğlu

1897-1962

Əliyev Firudin Əli oğlu

1936-1983

Əliyev Gülbala Ağabala oğlu

1879-1971

Əliyev Haşım Bədəl oğlu

1892-1919

Əliyev Həsən Əlirza oğlu

1907-1993

Əliyev Kamil Müseyib oğlu

1921-2005

Əliyev Mahmud İsmayıl oğlu

1908-1958

Əliyev Məmmədəli Dostəli oğlu

1912-1965

Əliyev Mirzağa Əli oğlu

1883-1954

Əliyev Tamerlan Əziz oğlu

1921-1997

Əliyev Tofiq Məmməd oğlu

1928-1993

Əliyeva Zərifə Əziz qızı

1923-1985

Əlizadə Məsud Ağamehdi oğlu

1932-1968

Əminbəyli Əmin Hidayət oğlu

1909-1949

Əmirov Əli Cabbar oğlu

1915-1979

Əmirov Fikrət Məşədi Cəmil oğlu

1922-1984

Ərəblinski Hüseyn (Xələfov Hüseynbala Məmməd oğlu)

1881-1919

Əsədov Məhəmməd Nəbi oğlu

1941-1991

Əvəz Sadıq (Sadıqov Əbülfəz Əli oğlu)

1898-1956

Əzimzadə Əzim Aslan oğlu

1880-1943

Əzizbəyov Əzizağa Məşədi oğlu

1903-1966

Əzizbəyov Şamil Əbdürrəhim oğlu

1906-1976

Əzizbəyova Püstə Əzizağa qızı

1929-1998

Əzizov Tofiq Müseyib oğlu

1932-1998

Fedorenko Stepan Alekseyeviç

1908-1972

Hacıbəyov Soltan İsmayıl oğlu

1919-1974

Hacıbəyov Üzeyir Əbdülhüseyn oğlu

1885-1948

Hacıbəyov Zülfüqar Əbdülhüseyn oğlu

1884-1950

Hacıbəyova Məleykə Həsən qızı

1893-1966

Hacıyev Əhməd Cövdət İsmayıl oğlu

1917-2002

Hacıyev Hüsü Hüseynəli oğlu

1897-1931

Hacıyev Nazim Məmmədiyyə oğlu

1924-1962

Hacıyev Rauf Soltan oğlu

1922-1995

Hacıyev Zülfü Saleh oğlu

1935-1991

Haqverdiyev Əbdürrəhim bəy Əsəd bəy oğlu

1870-1933

Heydərov Arif Nəzər oğlu

1926-1978

Heydərov Nəzər Heydər oğlu

1896-1968

Həmidov Məmmədşərif Həbibulla oğlu

1917-1969

Hüseynov Ələsgər Nurəli oğlu

1928-1976

Hüseynov Hacıbaba Hüseynəli oğlu

1919-1993

Hüseynov Heydər Nəcəf oğlu

1908-1950

Hüseynov İsmayıl Abbas oğlu

1910-1969

Hüseynov Kamran Əsəd oğlu

1913-2006

Hüseynov Mikayıl Ələsgər oğlu

1905-1992

Hüseynzadə Arif İsmayıl oğlu

1970-1991

Xələfov Rafiq Rəsul oğlu

1939-1998

Xəlil Rza Ulutürk (Xəlilov Xəlil Rza oğlu)

1932-1994

Xəlilov Qurban Əli oğlu

1906-2000

Xəlilov Məmməd Rza oğlu

1917-1976

Xəlilov Zahid İsmayıl oğlu

1911-1974

İbrahimov Əjdər Mütəllim oğlu

1919-1993

İbrahimov Əli İsmayıl oğlu

1913-1990

İbrahimov Hacağa Xəlil oğlu

1923-1992

İbrahimov İbrahim İbiş oğlu

1912-1994

İbrahimov Mirzə Əjdər oğlu

1911-1993

İbrahimov Zülfəli İmaməli oğlu

1910-1972

İsgəndərov Məmməd Salman oğlu

1909-1965

İsmayılov (Sultanov) Qasım İsmayıl oğlu

1885-1922

İsmayılov Rüstəm Hacı Əli oğlu

1909-1972

İsmayılov Tofiq Kazım oğlu

1933-1991

Kazım Ziya (Kazımzadə Kazım Cəfər oğlu)

1896-1956

Kazımov Səlahəddin İsa oğlu

1920-1978

Kərimov Lətif Hüseyn oğlu

1906-1991

Kiselyev Aleksandr Arsenyeviç

1907-1956

Kuleşov İvan Zaxaroviç

1922-1964

Qafarova Elmira Mikayıl qızı

1934-1993

Qandyurin İvan Yeqoroviç

1885-1982

Qarayev Abdulla İsmayıl oğlu

1910-1968

Qarayev Qara Əbülfəz oğlu

1918-1982

Qaryağdı Cəlal Məhərrəm oğlu

1914-2001

Qasımov İmran Haşım oğlu

1918-1981

Qasımov Mirbəşir Fəttah oğlu

1879-1949

Qasımov Səlim Qasım oğlu

1907-1957

Qasımov Yusif İbad oğlu

1896-1957

Qasımova Emilya Kondraytevna

-1949

Qasımzadə Ənvər Əli oğlu

1912-1969

Qaşqay Mirəli Seyidəli oğlu

1907-1977

Qayıbov İsmət İsmayıl oğlu

1942-1991

Qədimova Sara Bəbiş qızı

1922-2005

Qədirov Abdulla Murad oğlu

1916-1979

Qədri Fatma Qədir qızı

1906-1968

Qulam Yəhya

1906-1986

Quliyev Əlövsət Nəcəfqulu oğlu

1922-1969

Quliyev Piri Dostməmməd oğlu (Usta Piri)

1869-1951

Quliyev Tofiq Ələkbər oğlu

1917-2000

Quluzadə Məmmədpaşa Piri oğlu

1914-1994

Qurbanov Ağadadaş Gülməmməd oğlu

1911-1965

Qurbanov Şıxəli Qurban oğlu

1925-1967

Qurbanova Hökümə Abbasəli qızı

1913-1988

Levin Semyon Samuiloviç

1904-1972

Ləmbəranski Əliş Cəmil oğlu

1914-1999

Makovelski Aleksandr Osipoviç

1884-1969

Maqomayev Cəmaləddin Müslüm

1910-1977

Maqomayev Müslüm (Əbdülmüslüm) Məhəmməd oğlu

1885-1937

Maqsudov Fəraməz Qəzənfər oğlu

1930-2000

Mehdi Hüseyn (Hüseynov Mehdi Əli oğlu)

1909-1965

Mehdiyev Şəfayət Fərhad oğlu

1910-1993

Melnikov Mixail Pimenoviç

1871-1924

Məcidov Rəşid Əsəd oğlu

1908-1970

Məhərrəmov Məlik Məlik oğlu

1920-2004

Məlikov Firuz Əli oğlu

1902-1965

Məmməd Araz (İbrahimov Məmməd İnfil oğlu)

1933-2004

Məmməd Arif (Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu)

1904-1975

Məmməd Cəfər (Cəfərov Məmməd Cəfər Zeynalabdin oğlu)

1909-1992

Məmməd Rahim (Hüseynov Məmməd Rahim Abbas oğlu)

1907-1977

Məmmədəliyev Yusif Heydər oğlu

1905-1961

Məmmədquluzadə Cəlil Məmmədqulu oğlu

1866-1932

Məmmədquluzadə – Cavanşir Həmidə xanım Əhməd bəy qızı

1873-1955

Məmmədli Qulam Məmməd oğlu

1897-1994

Məmmədov Cəlil Fərzəli oğlu

1910-1953

Məmmədov Əbülfət Heydər oğlu

1898-1957

Məmmədov Mehdi Əsədulla oğlu

1918-1985

Məmmədov Məmməd Hüseyn oğlu

1939-

Məmmədov Məmmədağa Əhməd oğlu

1926-1971

Məmmədov Rafiq Məmməd oğlu

1933-1991

Məmmədov Vəli Hüseyn oğlu

1931-1991

Məmmədova Şövkət Həsən qızı

1897-1981

Məmmədyarov Məmməd Məmmədqulu oğlu

1875-1933

Mərdanov Mustafa Haşım oğlu

1894-1968

Mirqasımov Mirəsədulla Mirələsgər oğlu

1883-1958

Mirzəcanzadə Azad Xəlil oğlu

1928-2006

Mirzəyev Osman Mirzə Hüseyn oğlu

1937-1991

Musayev Səfiyar Bəylər oğlu

1935-1999

Musəvi Mirfəttah Əli oğlu

1891-1919

Mustafayev Xıdır Həsən oğlu

1905-1975

Mustafayev İmam Daşdəmir oğlu

1910-1997

Mustafayev Rüstəm Mamməd oğlu

1910-1940

Nağıyev Murtuza Fətulla oğlu

1908-1975

Namazəliyev Qurban Hüseyn oğlu

1947-1991

Neqreyev Vsevolod Fyodoroviç

1900-1967

Nəbi Xəzri (Babayev Nəbi Ələkbər oğlu)

1924-2007

Nəcəfov Hüseyn Hümmət oğlu

1907-1967

Nəcəfov Niyazi Nəcəfqulu oğlu

1922-1991

Nəsrullayev Nəsrulla Hidayət oğlu

1920-1978

Nikolski Vasili Alekseyeviç

1882-1967

Niyazi (Tağızadə-Hacıbəyov Niyazi Zülfüqar oğlu)

1912-1984

Ordubadi Məmməd Səid (Ordubadi Məmməd Səid Hacağa oğlu)

1872-1950

Pirimov Qurban Baxşəli oğlu

1880-1965

Pişəvəri Seyidcəfər Seyidcavad oğlu Cavadzadə (Xalxali)

1892-1947

Plavski İqor Aleksandroviç

1939-1991

Poladov Möhsün Musa oğlu

1905-1966

Protokovets Yevgeni Georgiyeviç

1931-1989

Rasskazov Vladimir Qriqoryeviç

1927-1969

Rəfiyev Nəcəfqulu Rəcəbəli oğlu

1912-1970

Rəhimov Sadıq Hacı Yarəli oğlu

1914-1975

Rəhimov Süleyman Hüseyn oğlu

1900-1983

Rəhimov Şəmsi Nuru oğlu

1924-1994

Rəsul Rza (Rzayev Rəsul İbrahim oğlu)

1910-1981

Rəsulbəyov Hüseyn Cümşüd oğlu

1917-1984

Rəsulov Məcid Lətif oğlu

1916-1993

Rüstəmov Nəbi Rüstəm oğlu

1911-1964

Rüstəmov Səid Əli oğlu

1907-1983

Rzayeva Həqiqət Əli qızı

1907-1969

Sabit Rəhman (Mahmudov Sabit Kərim oğlu)

1910-1970

Sabsay Pinxos (Pyotr) Vladimiroviç

1893-1980

Sadıqzadə Natiq Sahib oğlu

1942-1988

Safonov İlya Moiseyeviç

1909-1967

Sarabski (Rzayev) Hüseynqulu Məlik oğlu

1879-1945

Seyidzadə Bağır Qasım oğlu

1912-1968

Səfərov Fariz Məcid oğlu

1920-1964

Səməd Vurğun (Vəkilov Səməd Yusif oğlu)

1906-1956

Sərdarova Ruba Salman qızı

1897-1965

Sidqi Ruhulla (Axundov Ruhulla Fətulla oğlu)

1886-1959

Sultanov Şəmsəddin Qurban oğlu

1917-1976

Süleyman Nuri

1895-1966

Süleyman Rüstəm (Rüstəmzadə Süleyman Əliabbas oğlu)

1906-1989

Süleyman Sani Axundov (Axundov Süleyman Rzaqulu bəy oğlu)

1875-1939

Şıxlı İsmayıl Qəhrəman oğlu

1919-1995

Şuşinski  Seyid Mir Möhsün Ağa Seyid İbrahim oğlu

1889-1965

Tağızadə Əli

1883-1966

Tkaçenko Konstantin Vladimiroviç

1906-1969

Topçubaşov Mustafa Ağabəy oğlu

1895-1981

Vahid (İsgəndərov Əlağa Məmmədqulu oğlu)

1894-1965

Veysov Məmməd Kərim oğlu

1900-1974

Vəkilova Leyla Məhəd qızı

1927-1999

Vəliyev Əli Qara oğlu

1901-1983

Vəzirov Süleyman Azad oğlu

1910-1973

Yaqubov Əhəd Ələkbər oğlu

1908-1979

Yusif Səmədoğlu (Vəkilov Yusif Səməd oğlu)

1935-1998

Zaytsev Qriqori Alekseyeviç

1915-1966

Zeynalov Hacıbaba Məmməd oğlu

1909-1969

Zeynalova Nəsibə Cahangir qızı

1916-2004

Zərdabi (Məlikov) Həsən bəy Səlim bəy oğlu

1837-1907

Züvanov Vladimir Pavloviç (Heybətov Heybət Heybət oğlu)

1898-1959


Qaqaş25.06.2008 12:03
                                  FƏXRI XIYABAN

Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus dövlətçilik ənənələri olan nadir bir ölkədir. Mühüm coğrafi-strateji mövqeyinə görə Azərbaycan həmişə sivilizasiyaların qovuşuğunda olmuşdur. Qədim dövrdə və orta əsrlərdə Azərbaycan Yaxın və Orta Şərqin siyasi, ticarət və mədəni mərkəzlərindən biri idi. Bu səbəbdən də tarixin müxtəlif dövrlərində Azərbaycanda Şərqin siyasi və ideya-mədəni proseslərinə böyük təsir göstərən güclü dövlətlər yaranmışdır.

Dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən Azərbaycan xalqı əsrlər boyu bəşər sivilizasiyasına qüdrətli dühalar, şəxsiyyətlər bəxş etmişdir. Onların böyük bir hissəsi XIX əsrdə və XX əsrin əvvəllərində yaşayıb-yaratmış, bir çoxu bizim müasirlərimiz olmuşdur.


Xalqımıza, Vətənimizə əbədi şöhrət gətirmiş bu insanların bir qismi Bakının dağlıq hissəsində yerləşən Fəxri xiyabanda doğma torpağa tapşırılmışdır. Bunlar, əsasən, elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, İkinci dünya müharibəsi (1939-1945) illərində alman faşistlərinə qarşı döyüşlərdə göstərdikləri şəxsi igidlik və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş insanlar, Sovet hakimiyyəti dövründə yüksək dövlət vəzifələri tutmuş şəxslər, iqtisadiyyatın, kənd təsərrüfatının müxtəlif sahələrində çalışaraq fərqlənmiş, fəxri adlar almış əmək adamlarıdır.

Təbii ki, Sovet hakimiyyətinin qurulmasına və möhkəmlənməsinə kömək etmiş köhnə bolşeviklərin, partiya, sovet işçilərinin də bir qismi Fəxri xiyabanda dəfn olunmuşdur. Lakin bu da bizim tariximizdir və onu olduğu kimi qəbul etməliyik.

Bundan əlavə, Fəxri xiyabanda dəfn olunanlar arasında Azərbaycandan kənarda doğulmuş, lakin həyatının çox və ya müəyyən hissəsini ölkəmizdə yaşamış, onu özlərinə ikinci Vətən seçmiş insanlar da vardır.

Fəxri xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il 680 nömrəli sərəncamı ilə yaradılmışdır. Elə həmin ildən Fəxri xiyabanın tikintisinə başlanılmışdır. Sərəncama əlavə olunmuş siyahıya görə, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdı oğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə və Hüseynqulu Sarabskinin məzarları Fəxri xiyabana köçürülməli və onların qəbirüstü abidələri qoyulmalı idi.

Həmin sərəncama əsasən, Qazaxda Molla Vəli Vidadinin, Şamaxıda Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabirin də qəbirüstü abidələri qoyulmalı idi.

Fəxri xiyaban yaradıldıqdan sonra vəfat etmiş görkəmli şəxsiyyətlər, bir qayda olaraq, burada dəfn edilmişdir. Beləliklə, Fəxri xiyaban vaxtaşırı ziyarət yerinə çevrilmişdir.

2003-cü il dekabrın 15-də dünya azərbaycanlılarının ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycanın əbədiyaşar övladı Heydər Əliyev Fəxri xiyabanda canı qədər sevdiyi Vətən torpağına tapşırılmışdır. O vaxtdan bəri milyonlarla insan, o cümlədən Azərbaycana rəsmi səfər edən dövlət və hökumət başçıları, nüfuzlu nümayəndə heyətləri, həmçinin Vətənə gələn xaricdəki soydaşlarımız ulu öndərin xatirəsini anmaq üçün Fəxri xiyabanı ziyarət etmişlər.

Xalqımız özünün böyük övladlarının əziz xatirəsini həmişə uca tutacaqdır.


Qaqaş25.06.2008 12:03
BAYRAM GÜNLƏRİ
(Maddə 105, Azərbaycan Respublikasının əmək məcəlləsi)
  1. Azərbaycan Respublikasının bayramları aşağıdakılardır:
    • Yeni il bayramı (yanvarın 1 və 2-si)
    • Qadınlar günü (martın 8-i)
    • Faşizm üzərində qələbə günü (mayın 9-u)
    • Respublika günü (mayın 28-i)
    • Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i)
    • Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı)
    • Dövlət müstəqilliyi günü (oktyabr 18-i)
    • Konstitusiya günü (noyabrın 12-si)
    • Milli Dirçəliş günü (noyabr 17-si)
    • Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i)
    • Novruz bayramı – beş gün
    • Qurban bayramı – iki gün
    • Ramazan bayramı – iki gün

  1. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Respublika günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramı günləri iş günü hesab edilmir.
  2. İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.
  3. Novruz bayramı, Qurban bayramı və Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.
  4. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
  5. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.
  6. Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

Qaqaş25.06.2008 12:03
AZƏRBAYCAN DİASPORUNUN GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ

Dövlət Komitəsi Azərbaycan diasporunun görkəmli nümayəndələri barədə "Biz azərbaycanlıyıq" adlı məlumat - sorğu kitabının I cildinin nəşrinə hazırlıq görür. Bunun üçün müxtəlif dövrlərdə xarici ölkələrdə yazıb-yaratmış, Azərbaycan diasporunun tanınmış nümayəndələri haqqında məlumat toplanmaqdadır. Aşağıdakı siyahıda onların bir qismi haqqında məlumat öz əksini tapmışdır:


SıraAdı və soyadıŞəxsiyyətləri haqqında qısa məlumat
1.Baba Kuhi BakuviX-XI əsrin səyyahı, tədqiqatçı - alim, mühəndis
2.İsmayıl ibn YəsarƏrəb Xilafətinin şairlərindən biri olmuş və Xilafətin elitasında böyük nüfuz sahibi kimi tanınmışdı
3.Xətib TəbriziXI əsr Azərbaycan alimi, ədəbiyyatşunas, dilçi, şair və ərəb dili, ədəbiyyatı, qrammatika və leksikolojiya elminin banilərindən biri
4.Xacə Nəsrəddin TusiXIII yüzillikdə Şərqin bir sıra ölkələrini gəzib-dolaşmış və ümumşərq elm və mədəniyyətinə misilsiz incilər bəxş etmişdir
5.Səfiəddin UrməviŞərq aləmində istedadlı musiqiçi və mahir xəttat kimi böyük şöhrət qazanmışdır
6.Əbdürrəşid BakuviXIV əsrin səyyahı, cağrafiyaşünası
7.Oruc bəy BayatAzərbaycan tarixçisi, hərbi sərkərdə və siyasi xadim
8.Hacı Zeynalabdin Şirvani37 illik səyahəti dövründə islamı, atəşpərəstliyi, yəhudiliyi, bütpərəstliyi, xristianlığı tədqiq etmiş, bir çox xalqların adət və ənənələrini öyrənmiş, bəşəriyyətə misilsiz dörd elmi əsər, divan, risalə bəxş etmişdir
9.Mirzə Cəfər TopçubaşovGörkəmli şərqşünas alim, tərcüməçi, poliqlot, diplomat, şair
10.Mirzə KazımbəyAzərbaycan şərqşunası və maarifçisi, rus şərqşünaslıq elminin banilərindən biri
11.Cəmaləddin ƏfqaniXIX əsrdə Əfqanıstanın Baş naziri vəzifəsində işləmişdir, məşhur "Ərabi-paşa" üsyanlarının rəhbərlərindən biri, Misir Universitetinin professoru, Şərq və Qərb mədəniyyətlərinin fəlsəfi sistemini müəyyənləşdirmiş görkəmli alim
12.Mehralı Bəy (Məmmədəli oğlu)Osmanlı ordusunun paşası, Qarapapaq Hamidiyyə alaylarının Baş komandanı təyin edilmişdir. Türkiyənin Milli Qəhrəmanı adına layiq görülmüşdür
13.Əlimərdan bəy TopçubaşovGörkəmli hüquqşünas, jurnalist, yüksək dərəcəli diplomat, siyasətçi, maarifçi və dövlət xadimi
14.Əlibəy HüseynzadəYazçı-jurnalist, tərcüməçi, ictimai xadim
15.Əhməd bəy Ağayev (Ağaoğlu)Görkəmli jurnalist, alim və ictimai xadim
16.Məmməd Əmin Rəsulzadə Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbəri, ziyalı, ictimai və siyasi xadim
17.Cahangir KazımbəyliRusiya Hərbi Hava Akademiyasını bitirmiş, I dünya müharibəsində iştirak etmiş, Gəncə alayında briqada komandiri olmuş, sonralar Polşaya mühacirət etmişdir, polkovnik rütbəsinədək yüksəlmişdir
18.Sadıqbəy AğabəyzadəÇar Rus ordusunun general-mayoru, şərqşünas alim, ADP-də daxili işlər nazirinin müavini vəzifəsində çalışmışdır
19.Səid ƏlizadəÖzbək və tacik dillərində yazılmış ilk əlifbanın və bu dillərdə ilk qrammatika və oxu kitablarının müəllifidir. Böyük maarifçi, pedaqoq, yazıçı və publisist
20.Ceyhun HacıbəyliƏdəbiyyatçı, publisist, jurnalist və tərcüməçi
21.Səməd bəy RəfibəyliGörkəmli sərkərdə, istedadlı və peşəkar hərbiçi, 1948-ci ildə Türkiyə Ali Hərbi Şurası xidmətlərinə görə türk ordusunun paşası (tam general) rütbəsi ilə təltif edilmişdir
22.Fərəcbəy AğayevHərbiçi, çar ordusunun general-leytenantı (1844-cü ildə imperator I Nikolay və onun xanımı Mariya Aleksandrova xaç suyuna çəkib oğulluğa götürmüşlər)
23.Şəfi Bəy RüstəmbəyliDövlət və ictimai xadim, tanınmış jurnalist və hüquqşünas, tərcüməçi
24.Əziz ŞərifAzərbaycan ədəbiyyatşünaslığında çoxşaxəli yaradıcılığı ilə ədəbiyyatımızın inkişafına böyük təkan verən görkəmli alim, tənqidçi, pedaqoq və tərcüməçi
25.Mirzəbala Məmmədzadəİctimai-siyasi xadim, jurnalist
26.Əhməd CəfəroğluTürk dünyasının görkəmli şəxsiyyətlərindən biri, məşhur türkoloq, şərqşünas və dilçi professor, filologiya elmləri doktoru
27.ÜmmülbanuGörkəmli yazıçı və tərcüməçi, Mizə Əsədullayevin qızı, 20-30-cu illərin Paris ədəbi mühitində özünəməxsus yeri olmuşdur
28.Məmmədsəlim (Səlim Turan)Rəsam, Parisdəki Qoete Akademik sənət məktəbində müəllim işləmişdir, Əlibəy Hüseynzadənin oğlu
29.Hüseyn Kazımzadə120 cild kitabın müəllifi, böyük alim, ədib və pedaqoq
30.Sabit OrucovGörkəili dövlət xadimi, neft və qaz sənayesi üzrə mahir mütəxəssis, SSRİ Qaz Sənayesi naziri olmuşdur
31.Məqsud ŞeyxzadəÖzbək yazıçısı, alim və pedaqoqu kimi şöhrət qazanmışdır, Özbəkistan Respublikasının əməkdar incəsənət xadimi
32.İren MəlikovStrasburq Universitetində dil və ədəbiyyatdan dərs deyir, professordur. Fransada "Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəzin" prezidentidir
33.Şirin MəlikovTədqiqatçı alim, Fransada "Azərbaycan mədəniyyətini araşdırma mərkəzi"nin baş katibi
34.Züleyxa Əsədullayevaİctimai xadim, türk, ingilis, fransız, alman, rus və portuqal dillərinin gözəl bilicisi, müəllimlik və tərcüməçiliklə yanaşı, ABŞ-ın müxtəlif neft şirkətlərində də çalışmışdır
35.Lütvi Ələsgərzadə (Lütv Zadə)İxtiraçı alim, fizik, Kaliforniya Berkli Universitetinin professoru, NASA və NATO-nun aparıcı mütəxəssisi
36.Kərim KərimovPilotlu və pilotsuz kosmik gəmilərin və stansiyaların uçuş sınaqları üzrə Dövlət Komissiyasının sabiq sədri, Sosialist Əməyi Qəhrəmanı, mühəndis-konstruktor, general-leytenant
37.Cahangir KərimovHüquqşünas alim, hüquq elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü
38.Əhməd İsgəndərovTarixçi-şərqşünas, Rusiya Elmlər Akademiyasının müxbir üzvü. "Voprosı istorii" jurnalının baş redaktoru
39.Fərman SalmanovGeolojiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı
40.Tahir SalahovSSRİ xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyası Boyakarlıq bölməsinin akademik katibi, YUNESKO yanında Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının fəxri prezidenti, Sosialist Əməyi Qəhrəmanı
41.Toğrul NərimanbəyovAzərbaycanın xalq rəssamı
42.Müslüm MaqomayevMüğənni - bəstəkar
43.Rüstəm İbrhambəyov Kinodramaturq, "Oskar" mükafatı laureatı

Qaqaş25.06.2008 12:03
AZƏRBAYCANDAN KƏNARDA YAŞAYAN AZƏRBAYCANLILARIN SAYI
Təqribi sayı 50 milyon göstərilən dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır və Azərbaycan diasporunu təşkil edir. Dünyanın 5 qitəsində yaşayan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr kimi müxtəlifdir. Azərbaycan diasporu mövzusunun aktual olması azərbaycanlıların yayılma coğrafiyasının aydınlaşdırılması və soydaşlarımızın sayının dəqiqləşdirilməsi məsələsini gündəmdə saxlayır.

Bu istaiqmətdə konkret statistik göstəricilərin olmamamsı obyektiv reallıqdan irəli gəlir. XX əsrin əvvəllərinə qədər qonşu Rusiyaya köçən azərbaycanlılar "tatar", Türkiyəyə köçənlər isə "Azərbaycan türkü" kimi qəbul olunur və qeydə alınırdı. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın "İran təəbəsi" kimi dərki prosesi gedirdi.


Bu vəziyyət xarici ölkələrdə yaşayan azərbaycanlıların rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilməsinə gətirib çıxarmışdı. Belə şəraitdə soydaşlarımız başqa xalqların diasporları içərisində assimilyasiya olunmaq təhlükəsi ilə üzləşirdilər.

Lakin bu cür ciddi problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini qoryub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməməyə çalışmışlar. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da elə bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. Onların sayı Birləşmiş Ştatlarda 800 min nəfər - bir milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 min nəfərə çatır. Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız məskunlaşmışlar. Lakin hələlik onların sayı barədə dəqiq məlumatlar yoxdur.

Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İran ərazisindən gələn soydaşlarımızdır. 1970-ci ildən başlayaraq Turkiyədəki soydaşlarımızın, 1991-ci ildən etibarən isə Azərbaycandan bu qitəyə axını oradakı diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi.

Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərində azərbaycanlıların sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britayinyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtilayada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.

Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada məskunlaşan soydaşlarımızın əksəriyyəti Türkiyədən gəlmiş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımızın əksəriyyəti isə Şimali Azərbaycan mənşəlidir.

Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşıb. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.

Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları faktı ortaya çıxarılmışdır.

Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.

Dünyanın müxtəlif ölkələrində azərbaycanlıların sayı aşağıda göstərilən cədvəldə əks etdirilir (təxmini hesablamalara görə):

Sıra №Ölkənin adıAzərbaycanlıların sayı (nəfərlə)
1.ABŞ1.000.000
2.Albaniya Respublikası12.000
3.Almaniya Federativ Respublikası300.000
4.Avstraliya İttifaqı8.000
5.Avstriya Respublikası 19.000
6.Argentina Respublikası12.000
7.Banqladeş Xalq Respublikası170.000
8.Belçika Krallığı13.000
9. Belarus Respublikası6.600
10. Birləşmiş Ərəb Əmirlikləri55.000
11. Birma7.600
12.Bolqarıstan Respublikası64.400
13.Böyük Britaniya70.000
14.Braziliya Federativ Respublikası74.000
15.Butan Krallığı1.500
16.Çexiya Respublikası2.000
17.Çin Xalq Respublikası30.000
18.Danimarka Krallığı56.000
19.Estoniya Respublikası1.800
20.Əfqanıstan430.000
21.Əlcəzair Xalq Demokratik Respublikası260.000
22.Finlandiya Respublikası11.600
23.Fransa Respublikası70.000
24.Gürcüstan Respublikası600.000
25.Hindistan Respublikası300.000
26.İndoneziya Respublikası44.600
27.İordaniya Haşimi Krallığı410.000
28.İraq Respublikası800.000
29.İran İslam Respublikası30.000.000
30.İrlandiya Respublikası4.000
31.İspaniya Dövləti14.000
32.İsveç Federasiyası20.000
33.İsveçrə Konfederasiyası15.000
34.İtaliya Respublikası30.000
35.Kanada Respublikası174.000
36.Küveyt Dövləti18.000
37.Qazaxıstan Respublikası90.000
38.Qırğızıstan Respublikası 16.000
39.Latviya Respublikası1.700
40.Litva Respublikası1.500
41.Macarıstan Respublikası26.000
42.Malta Respublikası2.500
43.Meksika Birləşmiş Ştatları26.000
44.Misir Ərəb Respublikası 850.000
45.Moldova Respublikası5.000
46.Monqolustan Respublikası4.800
47.Niderland Krallığı20.000
48.Norveç Krallığı50.000
49.Oman Sultanlığı 19.000
50.Özbəkistan Respublikası60.000
51.Pakistan İslam Respublikası350.000
52.Polşa Respublikası10.000
53.Portuqaliya Respublikası8.000
54.Rumıniya Respublikası44.000
55.Rusiya Federasiyası2.000.000
56.Səudiyyə Ərəbistanı40.000
57.Slovakiya2.000
58.Sudan Demokratik Respublikası17.000
59.Suriya Ərəb Respublikası92.500
60.Tacikistan Respublikası13.400
61.Türkiyə Cümhuriyyəti3.000.000
62.Türkmənistan Respublikası33.300
63.Ukrayna Respublikası500.000
64.Yaponiya10.000
65.Yeni Zelandiya2.000
66.Yəmən Demokratik Respublikası26.000
67.Yəmən Ərəb Respublikası32.000
68.Yuqoslaviya5.900
69.Yunanıstan Respublikası12.400


Qaqaş25.06.2008 12:03
       DİASPOR QURUCULUĞU SİYASƏTİ

Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə olunmuş bütün nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, onun müəyyənləşdirdiyi ümummilli inkişaf strategiyasını müvəfəqqiyyətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev diasporumuzun formalaşdırılması sahəsində nailiyyətləri yeni inkişaf mərhələsinə qaldıraraq daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin iş rejiminin gərginliyinə baxmayaraq Azərbaycan diasporu ilə bilavasitə bağlılığı olan xarici ölkə nüimayəndələrini mütəmadi qəbul etməsi artıq ənənəyə çevrilmiş və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin bu sahədəki fəaliyyətinə böyük təkan verir. Cənab İlham Əliyev hələ Prezident seçilməzdən əvvəl də diaspor işinə xüsusi diqqət yetirmiş, diaspor təşkilatlarımız, ümumən xaricdə yaşayan soydaşlarımız həmişə onun qayğısını hiss etmişlər.


2003-cü ilin prezident seçkilərində xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyev diaspor məsələlərinə diqqətini artırmış, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, onların vahid ideya ətrafında birləşdirilməsi siyasətini müvəffəqiyyətlə davam etdirmişdir. Prezident İlham Əliyev 2003-cü ilin dekabrında Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə müracəiətində həmvətənlərimizi ümumi maraqlarımız ətrafında sıx birləşməsinin tarixi zərurət olduğunu vurğulamış və ümummilli lider Heydər Əliyevin bu sahədə əldə etdiyi nailiyyətlərə əsaslanaraq, daha da irəliyə getmək üçün mühüm addımlar atılacağını bəyan etmişdir.

Müraciətdə Prezident İlham Əliyev həmvətənlərimizlə əlaqələrin möhkəmləndirilməsini dövlətin prioritet vəzifələrindən biri olduğunu vuruğulamış və hökumətin bu sahədə bütün zəruri tədbirləri görməyə hazır olduğunu bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əksər xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onları narahat edən problemələrlə maraqlanır, dəyərli tövsiyələrini verir.

2004-cü ilin yanvarında Fransaya rəsmi səfəri zamanı Azərbaycan Prezidentinin keçirdiyi görüşlərdə burada məskunlaşmış soydaşlarımız da iştirak etmiş, dövlət başçımızın daxili və xarici siyasətini birmənalı olaraq dəstəklədiklərini bildirmişlər.

2004-cü ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri zamanı bu ölkədə yaşyayan həmvətənlərimizlə görüşü keçirilmişdir. Görüşdə Prezident İlham Əliyev həmyerlilərimiz qarşısında çıxış edərək, azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatında, iqtisadiyyatın inkişafında fəal iştirakından məmnun olduğunu söyləmiş, onlara uğurlar diləmişdi.

Azərbaycan Prezidenti 2004-cü ilin martında Qazaxıstana rəsmi səfəri zamanı da dövlət rəhbərləri ilə keçirdiyi bütün görüşlərdə bu ölkədə yaşayan azərbaycanlılırın vəziyyəti ilə, onların problemlərinin və qayğılarının həll olunması üçün görülən işlərlə yaxından maraqlanmışdır.

Azərbaycan Prezidenti 2004-cü ilin martında Özbəkistana səfəri zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Daşkənd Pedaqoji Universitetinin qarşısında böyük mütəfəkkirin abidəsinin açılış mərasimində iştirak etmiş, tədbir zamanı diasporumuzun nümayəndələri ilə görüşmüşdür. Özbəkistanda Azərbaycan səfiriliyinin açılışı zamanı həmvətənlərimizlə görüşüb söhbət etmiş, onların yaşayış şəraiti, doğma Vətənlə əlaqələri ilə maraqlanmışdır.

Prezident İlham Əliyev Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimində də iştirak edərək, burada geniş və dərin məzmunlu nitq söyləmiş, soydaşlarımızın Azərbaycanla iqtisadi-mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün bundan sonra da lazımı addımlar atılacağını vurğulamışdır. Dövlət başçısı Azərbaycan Mədəniyyət Mərkəzinin binası ilə tanış olmuş, burada yaradılmış şəraitdən razı qaldığını bildirmişdir.

Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulamışdır. Prezident İlham Əliyevin Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olmuşdur.

2004-cü ilin oktyabrında Prezident İlham Əliyevin Ümumrusiya Azərbaycan Konqresinin II qurultayında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə birgə iştirakı diaspor quruculuğunun Azərbaycanın dövlət siyasətinin ən mühüm istiqamətələrindən biri olduğuna daha bir əyani sübutdur.

Qurultayda Rusiyada yaşayan həmvətələrimizin təşkilatlanması, onların tarixi Vətənlə əlaqələrinin daha da inkişaf etdirilməsi, soydaşlarımızın Rusiya Federasiyasının ictimai-siyasi həyatında daha fəal iştirakı məsələləri müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur. Rusiya Prezidenti Vladimir Putin tədbirdə çıxış edərək Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini və Rusiyadakı azərbaycanlıların problemlərinin həlli üçün hökumət tərəfindən zəruri tədbirlər görüləcəyini bəyan etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev də iki ölkə arasındakı münasibətlərin indiki səviyyəsini müsbət qiymətləndirməklə yanaşı, yeni nailiyyətlər əldə etmək üçün imkanların tükənmədiyini vurğulamışdır. Dövlət başçısı Rusiyada yaşayan azərbaycanlıların bu ölkənin bərabərhüquqlu vətəndaşları olmasından məmnunluğunu bildirmiş, Azərbaycanda da ruslara qarşı çox mərhəm münasibətin olduğunu xatırlatmışdır. Prezident İlham Əliyev bir daha qeyd etmişdir ki, Rusiyada, eləcə də bütün digər ölkələrdə məskunlaşmış azərbaycanlıların təşkilatlanması, onlar arasında milli-mənəvi birilyin təmin olunması bu gün mühüm məsələlərdəndir. Azərbaycan Prezideti Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətindən də razı qaldığını və konqresin ötən dövrdə səmərəli fəaliyyət göstərdyini vurğulamışdır.

Ümumiyyətlə, Ümumrusiya Azərbaycan Konqresinin II qurultayı dünya azərbaycanlılarının diaspor quruculuğu tarixində əhəmiyyətli bir hadisə kimi yadda qalmışdı.

Azərbaycan Prezidenti İlham Əliyev ötən dövrdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə respublikamızda səfərdə olmuş müxtəlif xalqların diaspor təşkilatlarının və ayrı-ayrı dövlətlərin rəsmi nümayəndə heyətlərini qəbul edərkən də diaspor məsələsini diqqətdən kənarda qoymamışdır.

2004-cü ilin iyun ayında Amerika Türk Assosiasiyaları Assambleyasının prezidenti Ərcümənt Qılıncın başçılıq etdiyi nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi və görüş zamanı aparılan səmərəli müzakirələr bunun təsdiqidir. Bu görüşdə diaspor işinin başlıca vəzifələri, Amerikada Azərbaycanın haqq səsinnin bəyan edilməsində ATAA-nın gördüyü və bundan sonra görə biləcəyi işlər barədə səmərəli fikir mübadiləsi aparılmışdır.

Görüş zamanı Prezident 2004-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyyətinin də iştirak etdiyi ATAA-ın Vaşinqtonda keçirilmiş qurultayında qaldırılan məsələlərin vacibliyinə toxunaraq xatırlatdı: - "Biz çox istəyirik ki, Azərbaycanla sizin təşkilat arasında əməkdaşlıq inkişaf etsin, genişlənsin. Bilirsiniz ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin qərarı ilə ölkəmizdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Bu komitə çox fəal işləyir və böyük işlər görür". Şübhəsiz, bu sözlər dövlət başçısının komitənin fəaliyyətinə verdiyi yüksək qiymət, eyni zamanda işin səmərəsini daha da artırmaq, soydaşlarımızla əlaqələri genişləndirmək istiqamətində dəyərli tövsiyyələrdir.

Prezidentin Azərbaycan diasporu ilə bilavasitə bağlılığı olan və soydaşlarımızın təşkilatlanması prosesinə müsbət təsir göstərmək imkanlarına malik qurumların nümayəndələrini mütəmadi qəbul etməsi ənənə halını almışdır. Estoniyanın Əhali Məskunluğu məsələləri naziri Paul Erik Rummonun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı Prezident İlham Əliyev həmin ölkədə yaşayan həmvətənlərimizin vəziyyəti ilə maraqlanmış, bu sahədə də əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini bir daha nəzərə çarpdırmışdır. Prezident daha sonra bildirmişdir ki, Estoniyadakı Azərbaycan diasporu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, parlamentdə təmsil olunur, bu da iki ölkənin xalqlarının yaxınlaşması işinə xidmət edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü ilin noyabrında Ukrayna Millətlərin İşi və Miqrasiya məsələləri üzrə Dövlət Komitəsinin sədri Gennadi Moskalın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı Ukraynadakı Azərbaycan diasporunun vəziyyəti barədə də geniş fikir mübadiləsi aparılmışdır.

Prezident İham Əliyev müxtəlif ölkələrdə keçirilən diaspor quruculuğu tədbirlərini də diqqətdən kənarda qoymur. Yeni icma və birliklərin yaranması, eləcə də diaspor qurumlarının vahid mərkəzdə birləşdirilməsinə istiqamətlənmiş tədbirlər dövlət başçımız tərəfindən həmişə təqdir olunmuşdur.

Azərbaycan Prezidentinin 2004-cü ilin yanvarında "Amerika Türk Assosiasiyaları Assambleyası"nın XXIV qurultayına müraciəti dövlət başçımızın diaspor quruculuğu işinə nə qədər yüksək əhəmiyyət verdiyini bir daha sübut edir. Cənab İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin indiki səviyyəsini xalqlarımız arasında tarixi dostluq və qardaşlıq ənənələrinin təntənəsi kimi xarakterizə edərək, bütün sahələrdə əməkdaşlığın inkişafı üçün imkanların tükənmədiyini xüsusi olaraq vurğulamışdır.

Prezident İlham Əliyev 2004-cü ilin aprelində Berlində keçirilən Avropa Azərbaycanlıları Konqresinin təsis konfransına da müraciət göndərərək bu mühüm tədbiri Azərbaycan diaspor quruculuğu tarixinin əlamətdar hadisələrindən biri kimi qiymətlədirmiş, həmvətələrimizin təşkilatlanmasının ümumi Vətənin maraqlarından irəli gələn bir məsələ olduğunu vurğulamışdır. Azərbaycan Prezidenti icma və birliklərimizin təşkilatlanmasının daha yüksək səviyyədə təmin olunmasına ehtiyac duyulduğunu öz müraciətində xüsusi olaraq qeyd etmiş və AAK-ın yaranmasını bu ehtiyacdan doğan zərurət kimi səciyyələndirmişdir.

Prezidentin 2004-cü ilin mayında Türkyə Azərbaycan Dərnəkləri Federasiyasının İsgəndərun şəhərində keçirilən təsis konfransının iştirakçılarına ünvanlanmış müraciətində Azərbaycan diaspor quruculuğunun müasir durumunu, həmvətənlərimizin vahid bir ideya ətrafında birləşdirilməsi işinin perspektivləri və bu sahədə qarşıda duran vəzifələr haqqında çox dəyərli fikirlər öz əksini tapmışdır.

Bütün bunlar Azərbaycan Prezidentinin və onun timsalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycançılıq ideologiyasının təməl prinsiplərinin həyata keçirilməsi sahəsində nümayiş etdirdiyi əzmkarlığın parlaq təzahürüdür. Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu isə həmvətənlərimizin təşkilatlanması, onlar arasında ideya-mənəvi birliyin daha da möhkəmləndirilməsi, diaspor quruculuğu işinin müvəffəqiyyətlə həyata keçirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.


Qaqaş25.06.2008 12:03
              ÜMUMİ MƏLUMAT
"Diaspor" qədim yunan sözü olub, hərfi mənada "səpələnmə" deməkdir. Bu sözün yaranma tarixi yunanların eramızdan xeyli əvvəl başladıqları işğal və köçürülmə dövrünə təsadüf edir. Müxtəlif ölkələrə hərbi yürüşlər zamanı yunan ordusu əsgərlərinin bir hissəsi işğal edilmiş ərazilərdə məskunlaşmış və buranın daimi sakinlərinə çevrilmişdilər. "Diaspor" kəlməsi də məhz onların dilindən yaranmışdır.

Fəaliyyət dairəsindən, məşğuliyyətindən və dini etiqadından asılı olmayaraq hər hansı bir etnosa aid adamların müəyyən zaman kəsiyində öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti bilavasitə diasporun formalaşması ilə nəticələnir.


Azərbaycanda "diaspor" anlayışı haqqında ilkin təsəvvürlər indi yaranmağa başlasa da, qeyd etmək lazımdır ki, həmvətənlərimizin dünyanın müxtəlif ölkələrində məskunlaşması prosesi hələ bir neçə əsr əvvəl başlanmışdı. Digər xalqlarla müqayisədə azərbaycanlıların doğma torpağa daha çox bağlılığı üzündən Vətəni tərk edib qürbətdə yaşamları onlar üçün mənəvi baxımdan ağır olmuşdur. Təsadüfü deyil ki, Azərbaycan şifahi xalq ədəbiyyatında "Vətən - qürbət" mövzusu mühüm yer tutmuşdur. Bu mənəvi amilin özü də Azərbaycan diasporunun yaranmasının kifayət qədər qədim tarixə malik olduğunu təsdiqləyir.

Bu gün "Azərbaycan diasporu" dedikdə xarici ölkələrdə məskunlaşmış azərbaycanlılar nəzərdə tutulur. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışının təfsiri "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqunda" Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu qanuna əsasən, "xaricdə yaşayan azərbaycanlılar" anlayışı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, əvvəllər Azərbaycan SSR-nin və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş və hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə və onların övladlarına, bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və ya azərbaycanlı hesab edən şəxslərə aid edilir.

XX əsrin əvvəllərində azərbaycanlıların xaricə axını daha geniş vüsət almağa başlamışdı. Qafqazda çar Rusiyasının antimüsəlman və antitürk siyasəti məqsədli şəkildə regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəiflədilməsinə yönəlmiş və 1905-1906, 1918-ci illərdə ermənilər tərəfindən həyata keçirilən soyqırım, etnik təmizləmə siyasəti də belə məkirli strateji niyyətlərdən törənmişdir

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra respublikadan xaricə axının miqyası xeyli azalsa da, demokratik respublikanın süqutu tamamilə yeni bir situasiya formalaşdırdı. Xalq Cümhuriyyətinin qurucularının və tərəfdarlarının bolşeviklər tərəfindən ciddi təzyiqlərə və təqiblərə məruz qalması onları ölkəni tərk etmək məcburiyyətində qoyurdu. Təsadüfi deyil ki, bu dövr azərbaycanlıların xaricə axınının ən kütləvi miqyasda təzahür etdiyi mərhələlərdən birini təşkil edirdi.

1949-ci il fevralın 1-də Türkiyənin Ankara şəhərində "Azərbaycan Kültür Dərnəyi"nin təsis edilməsi dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım oldu. 1956-cı ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik naziri işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı ABŞ-da "Amerikanın Azərbaycan cəmiyyəti"ni təsis etmişdir. Hazırda bu cəmiyyətə Saleh bəy Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir. Bu hadisələr Azərbaycan diasporunun tarixində təşkilatlanma mərhələsinin məhz ötən əsrin ortalarından başladığını söyləməyə əsas verir. Həmin dövrə qədər soydaşlarımızı birləşdirən icma və birliklərin yaradılması ilə bağlı hər hansı fakta təsadüf olunmamışdır.

II Dünya müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun tarixində yeni bir mərhələ ilə əlamətdar oldu. Müharibə dövründə və sülhün bərqərar olunmasından sonra xaricdə yaşayan həmvətənlərimizin sayı əhəmiyyətli dərəcədə artmışdı. Bunlar hərbi əməliyyatlar zamanı əsir düşənlər və müharibədən sonra müxtəlif səbəblər üzündən Avropa ölkələrində məskunlaşan azərbaycanlılar olmuşdu. Sovet rejiminin amansız və qəddar cəza mexanizmləri, qanlı represiyaları onların bir çoxunu geri qayıtmaqdan çəkindirmiş, beləliklə xaricdə yaşayan azərbaycanlıların sayca artmasına səbəb olmuşdu.

Qeyd etmək lazımdır ki, təxminən 30 milyon azərbaycanlının tarixən yaşadıqları İran ərazisindən də son onilliklər ərzində mühacirət edənlərin sayı Azərbaycan Respublikasından gedənlərin sayından qat-qat çox olmuşdur.

Ümumiyyətlə, II Dünya müharibəsindən bir neçə il sonra Sovetlər hökumətinin tətbiq etdiyi sərt sərhəd rejimi bütövlükdə SSRİ-dən xaricə axının qarşısını alsa da, dissident hərəkatı əvvəlkilərlə müqayisədə daha kütləvi xarakter almışdı. Təbii ki, Sovet Respublikası olan Azərbaycan üçün də belə bir təhlükə var idi. Lakin SSRİ-də dissident hərəkatının, azad fikrin genişləndiyi bir dövrdə - 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladı. O, respublikanın həyatında, ictimai şüurun, milli özünüdərkin təşəkkülündə yeni bir mərhələnin özülünü qoydu.

XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan milli dirçəliş, iqtisadiyyat, mədəniyyət, elm, təhsilin inkişafı, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə milli özünüdərkə təkan verdi. 70-80-ci illərdə Heydər Əliyev böyük qətiyyət, əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı.

Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin güclənməsi, tərcümə işinin vüsətlənməsi, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr cəmiyyətinin ("Vətən" cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən belə mühüm addımlardan idi. İlk növbədə isə respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq onlarda ana yurda maraq və bağlılığı artırırdı.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının elmi-intellektual potensialının gücləndirilməsi məsələlərinə həmişə böyük diqqətlə yanaşırdı. Məhz elə bu diqqətin sayəsində onun rəhbərliyi dövründə yüzlərlə həmvətənimiz SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı əldə etmişdilər. Belə ki, keçmiş SSRİ məkanının 50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələrini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc təhsil almış və yüksək ixtisaslara yiyələnmişdir. Əlbəttə, bu kadrların bir çoxu yenidən Azərbaycana qayıtmış və respublikanın ümumi inkişafına öz töhfələrini vermişdilər. Lakin onların bir qismi təhsil aldıqları şəhərlərdə məskunlaşmışdı. Bir sözlə, 70-80-ci illərdə sovet dövlətində gedən inteqrasiya prosesləri, gənclərimizin digər respublikalarda təhsil almaları onların miqrasiyasına təkan vermişdir. Respublikamızdan kənarda əmək fəaliyyətinə başlayan həmin mütəxəssislər bir tərəfdən həmvətənlərimizin mütəşəkilliyinin güclənməsinə, digər tərəfdən elm və mədəniyyətimizin inkişafına yardım göstərmişlər. Dünya azərbaycanlılarında milli şüurun güclənməsində Heydər Əliyevin Moskvada Sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyətinin də xüsusi rolu olmuşdur. Həmvətənlərimiz milli liderimizin dünya miqyaslı siyasi fəaliyyətini milli idrak və xarakterin parlaq təzahürü kimi qəbul edir, xalqımızın özünə inamı, özünüdərki və mütəşəkkilliyi güclənirdi.

Azərbaycan xalqının tarixi təkamülü sayəsində XX əsrin sonlarında dövlət müstəqilliyimiz yenidən bərqərar olmuş və dönməz xarakter almışdır. Lakin tarix boyu ictimai-siyasi proseslər elə gətirmişdir ki, azərbaycanlıların bir hissəsi əzəli ərazilərimizi tərk edərək planetin müxtəlif ölkələrində məskunlaşmış, yurd-yuva salmışlar.

Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının alovlanmasına stimul yaratmış oldu. Azərbaycanda bu proses daha sürətlə getməyə başlamışdı. Təsadüfi deyil ki, 1989-cu ildə azərbaycanlılar "dünyanın ən mübariz xalqı" adına layiq görülmüşdülər. Erməni seperatçılarının ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində həyata keçirməyə başladığı təxribatlar xalqımızın milli oyanışında, milli özünüdərk hissinin güclənməsində mühüm rol oynadı.

1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilmişdir. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə edirdi. Belə bir mürəkkəb və çətin vəziyyətdə 20 Yanvar qırğını ilə bağlı Moskvada vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə Heydər Əliyev dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə və bəyan etdi. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi xalqın taleyi üçün tarixi məsuliyyəti daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi.

Bu gün xaricdə yaşayan soydaşlarımızın milli diaspor halında formalaşması, respublikamızla əlaqələrinin yaradılmasında ortaya çıxan çətinliklərin və problemlərin daha səmərəli həlli yollarının araşdırılmasına böyük ehtiyac duyulur. Hazırda dünyanın əksər ölkəsində 300-ə yaxın Azərbaycan icma və birlikləri fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir.

Ayrı-ayrılıqda fəaliyyət göstərən çoxsaylı cəmiyyət və birliklər iş birliyi naminə bir araya gələrək Azərbaycan federal birlikləri yaratmağa başladılar. Bunların sırasında Ümumrusiya Azərbaycan Konqresini, Ukrayna Azərbaycanlıları Konqresini, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətini, Almaniya Azərbaycan cəmiyyətləri Federasiyasını, İsveç - Azərbaycan Federasiyasını, Qazaxıstan, Qırğızıstan və Özbəkistan azərbaycanlılarının "Turan" Konqresini və Qırğızıstanda "Azəri" İctimai Birliyini nümunə göstərmək olar. Bu cəmiyyət və birliklər fəaliyyət göstərdikləri ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, həmvətənlərimizin təşkilatlanması, onların tarixi Vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi sahəsində əhəmiyyətli işlər görə bilmişdilər. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun daha mütəşəkkill qüvvəyə çevrilməsinə nail olmaq məqsədilə yeni cəmiyyət və birliklərin yaradılmasına ardıcıl olaraq diqqət yetirməkdədir. Nəticədə yeni icma və birliklərin yaradılması tendensiyası digər ölkələri də əhatə etmiş və Belarus Azərbaycan İcmaları Konqresi, Moldova Azərbaycanlıları Konqresi, Özbəkistan Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası, Azərbaycan-Norveç Assosasiyası öz qüvvələrini bir mərkəzdə birləşdirmək əzmində olaraq bu sıraya qatılmışlar. Bu Federal birliklər Azərbaycan diasporunun təşkilatlanması və fəallığının artırılması üçün zəruri və mümkün tədbirləri görür və üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır.

Aparılmış məqsədyönlü işlər nəticəsində yalnız 2004-cü ildə Avropada, Şimali Amerikada, MDB məkanında və bir çox ölkələrdə o cümlədən, Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-da 40-a yaxın yeni Azərbaycan icmaları yaradılmışdır. Yeni Azərbaycan icma və bilikləri təsis edilməsi Azərbaycanın çağdaş diaspor quruculuğu işinin uğurları kimi qiymətləndirilməyə layiqdir.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yeni icma və birliklərin yaradılması məsələsinə xüsus diqqət yetirir. Burada əsas strateji məqsəd, ümummilli liderimiz Heydər Əliyevin müəyənləşdirdiyi xəttə uyğun olaraq, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının vahid bir mərkəzdə birləşdirilməsinə müvəffəq olmaqdan ibarətdir. Komitə ilkin mərhələdə müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları icma və birliklərdə birləşdimək, daha sonra isə bu icma və birlikləri vahid təşkilata cəlb etməyə çalışır.


Qaqaş25.06.2008 12:03
             Azərbaycan idmanı

Azərbaycan idmançıları Atlantada keçirilən Olimpiya Oyunlarında Barselona Olimpiya Oyunlarında bir qızıl və bir bürünc medal qazanmış Azərbaycan gimnastı Valeri Belenki Barselonada keçirilən Olimpiya Oyunlarında ilk dəfə Azərbaycan bayrağını qaldırmış cüdoçu Nazim Hüseynov
Azərbaycan idmançısı Namiq Abdullayev Atlantada keçirilən Olimpiya Oyunlarında Azərbaycan idmançısı Namiq Abdullayev Sidneydə keçirilən Olimpiya Oyunlarında qalib elan olunarkən Prezident İlham Əliyevin Sidney Olimpiya Oyunlarında qalib gəlmiş idmançılarla və onların məşqçiləri ilə xatirə şəkli


Ümummilli lider Heydər Əliyev Namiq Abdullayevə Şöhrət ordenini təqdim edərkən Ümummilli lider Heydər Əliyev Zemfira Meftahətdinovaya  Şöhrət ordenini təqdim edərkən Ümummilli lider Heydər Əliyev Vüqar Ələkbərova Tərəqqi medalını təqdim edərkən
Azərbaycan Prezidenti İlham Əliyevin Afinada XXVIII Yay Olimpiya oyunlarının qalibi Fərid Mansurovla görüşü Azərbaycan Prezidenti İlham Əliyev Afinada Yay Olimpiya Oyunlarında iştirak etmiş İradə Aşumovaya Tərəqqi medalını təqdim edərkən Azərbaycan Prezidenti İlham Əliyev Afinada keçiriləcək XII Paralimpiya Oyunlarında iştirak edəcək idmançıların yolasalma mərasimində
Ümummilli lider Heydər Əliyevin kiçik şahmatçılarla görüşü Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Ənvər Çoudrinin şərəfinə Bakıda keçirilmiş beynəlxalq türnirdə Azərbaycan alpinistləri fəth etdikləri Olimpiya zirvəsində
Azərreyl voleybol komandasının növbəti qələbəsi Stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftəhəddinova XXVIII Yay Olimpiya oyunları çərçivəsində Afinada keçirilən Azərbaycan günü tədbirində
 
Qaqaş25.06.2008 12:03
Land Rover» şirkəti 2012-ci ildə yeni «Ventura» modelini nümayiş edəcək

İngiltərənin «Land Rover» avtomobil şirkəti 2012-ci ildə yeni «Ventura» ağır yol şəraiti üçün nəzərdə tutulan avtomobil modelini nümayiş edəcək.

Yeni avtomobil «Freelander» modelinin bazasında yığılacaq. Lakin yeni modelin konstruksiyası «Freelander»dən tam fərqli olacaq. Avtomobilin salonunda 7 ədəd oturacaq quraşdırılacaq.

Qeyd edək ki, bu yaxınlarda Böyük Britaniyanın tanınmış «Ford» və «Land Rover» şirkətlərini Hindistanın «Tata» şirkəti alıb. İki şirkətin alınmasına hindular 2,05 mlrd. ABŞ dolları sərf edib.

Avtomobil DünyasıŞərhlər(0)     Baxış sayı:64
Qaqaş25.06.2008 12:03
BMW M: 30 il və 300.000 avtomobil

30 il və 300.000 avtomobil: bu, BMW M-in ad gününün statistik nəticələridir.

BMW M modellərinin istehsalından 30 il keçdikdən sonra olunmuş 300.000-ci BMW M3 modeli vətəndə – Regensburq şəhərində qaldı.

BMW M modellərini seçən alıcıların sayı daim artır. 2007-ci ildə şirkətin satış dövriyyəsinin 1 faizini məhz “M” indeksli avtomobillər təşkil edib. 

“M” avtomobillərinin inanılmaz yüksəlişi 1978-ci ildə məhdud sayda idman versiyalarının istehsalından başladı. O vaxt BMW Motorsport GMBH adı ilə tanınan şirkət ictimaiyyətə altısilindrli orta həcmli mühərrik quraşdırılmış yeni sportkarı təqdim etdi. Məxsusi olaraq ProCar seriyalı avtomobil yarışlarına buraxılmaq üçün 277 at gücünə malik versiya da istehsal olundu. İki yerlik avtomobil 1981-ci ilədək seriya ilə istehsal edildi (cəmi 445 ədəd). O, sözün əsl mənasında, əfsanəyə və BMW M1 kolleksiyaçılarının hər birinin arzusuna çevrildi.

Sonra isə uğur dalınca uğur gəldi. 1984-cü ildə 286 at gücünə malik biznes-sinif avtomobili – BMW M5 istehsal olundu. 3 il sonra D-sinif seqmentini fəth etmək vaxtı gəlib çatdı. Bu vəzifəni yerinə yetirmək əfsanəvi BMW M3 modelinin öhdəsinə düşdü. Sonralar o, ən çox satılan BMW M avtomobillərindən biri oldu.

BMW M Gmbh şirkəti özünün 30 illik yubileyində vaxtı ilə R6, V8 və V10 mühərriklərinin istehsalı sayəsində “İlin mühərriki” titulunu alması ilə öyünə bilər. 

Şirkət avtomobil biznesində yeni istiqamət yaratdı. Onun seriya ilə istehsal etdiyi avtomobillər misilsiz xarakteristikaları ilə seçilir.

Avtomobil DünyasıŞərhlər(0)     Baxış sayı:80
Qaqaş25.06.2008 12:03
İndi hansı avtomobil rəngləri dəbdədir?

Avtomobil emallarının iri istehsalçılarından biri olan DuPoint şirkəti avtomobil həvəskarlarının üstünlük verdiyi rənglərin növbəti reytinqini açıqlayıb.

Qara, ağ və gümüşü rənglərin liderliyi, hələ ki, şübhə doğurmur. Son bir neçə ildə bu rəngdə avtomobillər daha çox alınır. 

Lakin emal istehsalçılarının gözləmədiyi halda daha bir rəng liderlər sırasına yüksəlib.

Bu da göy (və ya mavi) rəngdir. Statistikaya görə, Avropanın satış bazarının təxminən 12%-i onun payına düşür. ABŞ-da isə göy avtomobillər öz populyarlıqlarına görə yalnız gümüşü avtomobillərdən geri qalırlar.

Psixoloqlar deyirlər ki, insanlarda bu rəng çalarına maraq təsadüfi deyil. Mavi rəng təmizlik və yüngüllük təəssüratı doğurur. Ekoloji təmizlik uğrunda daimi mübarizə şəraitində bu rəngdən istifadə daha da aktuallaşır.

Avtomobil DünyasıŞərhlər(0)     Baxış sayı:69
Qaqaş25.06.2008 12:03
Azərbaycan, Gürcüstan və Ukrayna prezientləri görüşüb
Azərbaycan prezidenti İlham Əliyev və gürcü həmkarı Mixail Saakaşvili Batumidə gürcü ailəsinin mənzilində Azərbaycan qazını da yandırıblar

GUAM-ın sammitində iştirak etmək üçün Gücüstanda səfərdə olan prezident İlham Əliyev bu gün “Baokvati” hökumət qərargahında Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüb.


Görüşdə ölkələr arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişlənməsindən məmnunluq ifadə olunub. GUAM-ın Batumidə keçirilən sammitinin əhəmiyyətinin vurğulandığı görüşdə ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının möhkəmləndiyi qeyd olunub. Dövlət başçıları Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə ediblər. Azərbaycan, Ukrayna və Gürcüstan prezidentlərinin üçtərəfli görüşü isə ayaqüstü dəniz kənarında olub.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixail Saakaşvili Batumidə gürcü ailəsinin mənzilində Azərbaycan qazını da yandırıblar. Qaz verilməsi münasibətilə mənzil sakinlərini təbrik edən Mixail Saakaşvili bu hadisənin dost Azərbaycan və gürcü xalqları arasında xoş münasibətlərin təzahürü kimi qiymətləndirib. Batuminin müasir şəhər kimi XIX əsrin sonu XX əsrin əvvəllərində inkişaf etdiyini deyən Saakaşvili bu prosesin indi də davam etdiyini bildirib. Batumidə ilk dəfə olduğunu qeyd edən Azərbaycan prezidenti İlham Əliyev isə Batumiyə mavi yanacağın məhz Azərbaycandan nəql edilməsindən məmnunluğunu bildirib. İlham Əliyev bunun vacib hadisə olduğunu vurğulayıb.
«Azərbaycan qazını alan ailədə olmağımdan çox məmnunam. Bu əhəmiyyətli, tarixi hadisədir. Bu insanların yaşayış şəraitnə çox yaxşı təsir edəcək. Sakinlərə qazdan istifadə etmək imkanı verəcək. Qazın Azərbaycandan nəqli mənim üçün çox xoşdur. Bu, bizim münasibətlərimizin, əməkdaşlığımızın göstəricisidir. Çox qısa vaxtda biz genişmiqyaslı layihəni həyata keçirə bildik. Əminəm ki, yaxın vaxtlarda Gürcüstanın qaz olmayan digər regionlarına da Azərbaycan qazı çatdırılacaq»

Qaqaş25.06.2008 12:03
Avropa Şurası Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır
AŞPA-nın sədri Luis Mariya de Puç bu gün Milli Məclisdə siyasi partiyaların nümayəndələri ilə görüşdə bunu deyib

«Avropa Şurası Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Mən bir həftədən sonra Ermənistanda olacam. Orda da bu sözü deyəcəm».


Bu sözləri AŞPA-nın sədri Luis Mariya de Puç bu gün Milli Məclisdə siyasi partiyaların nümayəndələri ilə görüşdə deyib. O, bildirib ki, AŞPA-nın son sessiyasında qəbul olunan qətnamədə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərin toxunulmazlığı dəstəklənib.
Qaqaş25.06.2008 12:03
Dünyanın ən gözəl xanımı titulu bu dəfə ukraynalı qadına verilib
Müsabiqədə, işləyən, eyni zamanda da ailəli olan xanımlar iştirak edib

Kalininqrada evli qadınlar arasında «Missis World-2008» müsabiqəsinin qalibi məlum olub. Briliyant tac Ukrayna təmsilçisi Natalya Şmarenkoya çatıb. Tamaşaçı simpatiyası mükafatı isə Sinqapur gözəli Kolin Fransiska Masona çatıb.


Yeni dünya gözəli jurnalistlərə açıqlamasında 31 yaşı olduğunu, lakin hələlik uşaqları olmadığını deyib. O, həmçinin dünyanın müxtəlif ölkələrində uşaqlara kömək məqsədi ilə xeyriyyəçilik aksiyaları keçirdiyini də deyib. Nataşa bildirib ki, müsabiqədə qələbə ona bu işdə daha böyük imkanlar yaradacaq.
Qeyd edək ki, müsabiqədə 18 yaşdan yuxarı olan evli qadınlar iştirak edə bilər. Müsabiqənin əsas ideyası - ictimaiyyətin diqqətini ailə dəyərlərinə yönəltməkdir. Bu il müsabiqədə 40 ölkənin nümayəndəsi iştirak edib. İştirakçılardan demək olar ki, heç biri əvvəllər model biznesi ilə məşğul olmayıb. Ötən il adıçəkilən yarışmanını qalibi Rusiya təmsilçisi Sofya Arjakoski olmuşdu.

Qaqaş25.06.2008 12:03
Nəqliyyat Nazirliyi Ələtdə tikiləcək dəniz limanı ilə bağlı yenidən tender elan edib
Bundan əvvəl keçirilmiş tenderin qalibinin layihə ilə bağlı son qiymətləri Azərbaycan tərəfini qane etməyib

Nəqliyyat Nazirliyi Bakı şəhəri yaxınlığında, Ələt qəsəbəsində tikiləcək dəniz limanı ilə bağlı yenidən tender elan edib.


Yeni dəniz limanının tikintisinin işçi layihəsinin hazırlanması məqsədi ilə tender sənədləri hazırlanır. Bu barədə Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib. Sədrəddin Məmmədovun sözlərinə görə, artıq layihənin texniki-iqtisadi əsaslandırılması hazırdır. Ərazidə aparılan tədqiqat işləri başa çatıb və nəticələr əsasında müvafiq sənədlər hazırlanıb.

Nazirlik rəsmisinin sözlərinə görə, Bundan əvvəl keçirilmiş tenderin qalibi Cənubi Koreyanın «Gs engineering & konstrakşın» şirkəti olmuşdu. Tərəflər layihənin dəyəri ilə bağlı ortaq məxrəcə gələ bilmədiyindən, Nəqliyyat Nazirliyi adı çəkilən şirkətlə əməkdaşlıqdan imtina etmişdi. Onların layihə ilə bağlı son qiymətləri Azərbaycan tərəfini qane etməyib.

Xatırladaq ki, Bakı şəhəri yaxınlığında, Ələt qəsəbəsində yeni dəniz limanının tikintisi layihəsini Koreyanın «Gs engineering & construction» şirkəti ötən ilin sentyabrın 3-də Azərbaycan Nəqliyyat Nazirliyinə təqdim edib. Koreya şirkəti layihədə qiymətləri ilkin təqdimatdakından çox göstərib. Şirkət yeni limanın işçi layihəsini əvvəlcə 8 milyon ABŞ dollarına hazırlayacağını bəyan etdiyi halda, sonradan bu məbləği 12,8 milyon dollara, limanın tikintisi layihəsinin dəyərini isə 225 milyon dollardan 363 milyon dollaradək artırıb.

Dəniz limanının köçürülməsi üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2008-2011-ci, ikinci mərhələ 2011-2013-cü, üçüncü mərhələ isə 2013-2015-ci illəri əhatə edəcək. Limanda 11 yanalma körpüsü inşa olunacaq ki, bunun da 6-sı birinci mərhələdə, yəni 2008-2011-ci illərdə tikiləcək. Dünya standartlarına cavab verəcək liman artıq 2015-ci ildə 11,6 mln ton yük qəbul etmək imkanına malik olacaq.

Qaqaş25.06.2008 12:03
Türkiyədə «Ergenekon»la əlaqəli iki ordu generalı həbs edilib
Həbslər Respublika Baş Prokurorluğunun təlimatı ilə həyata keçirilib

Türkiyədə qeyri-leqal təşkilat olan «Ergenekon» barəsində qaldırılmış cinayət işi ilə əlaqədar olaraq daha bir neçə nəfər saxlanılıb. Onların arasında təqaüdçü generallar, köhnə ordu komandiri Hurşit Tolon və köhnə Jandarma Ümumi Komandiri,


eyni zamanda Atatürkçü düşüncə dərnəyinin başçısı Şənər Eruygur da var. Ankara Ticarət Palatasının başçısı Sinan Aygün, eyni zamanda «Respublika» qəzetinin Ankara nümayəndəsi Mustafa Balbay da bu sıradadır.

Ordu generalları Hurşit Tolon və Şənər Eruygurun evi polis tərəfindən nəzarətə götürülüb. Polis nəzarətə götürülənlərin ev və ofislərində də axtarışa başlayıb.

Həbslər Respublika Baş Prokurorluğunun təlimatı ilə edilib və «Ergenekon» istintaqını icra edən Baş Prokurorluqda yeni məlumatlar olduğu bildirilir.

«Ergenekon»la bağlı istintaqa iddianın iddianaməsi təqdim edilib və iddianın bu həftə açılması gözlənilirdi.


Qaqaş25.06.2008 12:03
Nəqliyyat Nazirliyi Ələtdə tikiləcək dəniz limanı ilə bağlı yenidən tender elan edib
Bundan əvvəl keçirilmiş tenderin qalibinin layihə ilə bağlı son qiymətləri Azərbaycan tərəfini qane etməyib

Nəqliyyat Nazirliyi Bakı şəhəri yaxınlığında, Ələt qəsəbəsində tikiləcək dəniz limanı ilə bağlı yenidən tender elan edib.


Yeni dəniz limanının tikintisinin işçi layihəsinin hazırlanması məqsədi ilə tender sənədləri hazırlanır. Bu barədə Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib. Sədrəddin Məmmədovun sözlərinə görə, artıq layihənin texniki-iqtisadi əsaslandırılması hazırdır. Ərazidə aparılan tədqiqat işləri başa çatıb və nəticələr əsasında müvafiq sənədlər hazırlanıb.

Nazirlik rəsmisinin sözlərinə görə, Bundan əvvəl keçirilmiş tenderin qalibi Cənubi Koreyanın «Gs engineering & konstrakşın» şirkəti olmuşdu. Tərəflər layihənin dəyəri ilə bağlı ortaq məxrəcə gələ bilmədiyindən, Nəqliyyat Nazirliyi adı çəkilən şirkətlə əməkdaşlıqdan imtina etmişdi. Onların layihə ilə bağlı son qiymətləri Azərbaycan tərəfini qane etməyib.

Xatırladaq ki, Bakı şəhəri yaxınlığında, Ələt qəsəbəsində yeni dəniz limanının tikintisi layihəsini Koreyanın «Gs engineering & construction» şirkəti ötən ilin sentyabrın 3-də Azərbaycan Nəqliyyat Nazirliyinə təqdim edib. Koreya şirkəti layihədə qiymətləri ilkin təqdimatdakından çox göstərib. Şirkət yeni limanın işçi layihəsini əvvəlcə 8 milyon ABŞ dollarına hazırlayacağını bəyan etdiyi halda, sonradan bu məbləği 12,8 milyon dollara, limanın tikintisi layihəsinin dəyərini isə 225 milyon dollardan 363 milyon dollaradək artırıb.

Dəniz limanının köçürülməsi üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2008-2011-ci, ikinci mərhələ 2011-2013-cü, üçüncü mərhələ isə 2013-2015-ci illəri əhatə edəcək. Limanda 11 yanalma körpüsü inşa olunacaq ki, bunun da 6-sı birinci mərhələdə, yəni 2008-2011-ci illərdə tikiləcək. Dünya standartlarına cavab verəcək liman artıq 2015-ci ildə 11,6 mln ton yük qəbul etmək imkanına malik olacaq.

BölməsizŞərhlər(0)     Baxış sayı:84
Qaqaş25.06.2008 12:03
Kambocada futbol meydanına düşən ildırım üç futbolçunun ölümünə səbəb olub
Hadisənin qurbanları Kamboca futbol turnirində iştirak edən gənc oyunçular olub

Kambocada futbol meydanına düşən ildırım üç nəfərin ölümünə səbəb olub. “Röyters” agentliyinin məlumatına görə,ölkənin futbol

 


federasiyası bildirib ki, ölənlərin üçü də futbolçudur. Hadisənin qurbanları Kamboca futbol turnirində iştirak edən gənc oyunçular olub.
Qaqaş25.06.2008 12:03
İranda İsrail üçün çalışan casus edam olunacaq
Təqsirini etiraf edən Əli Əştari İsrail casuslarından 50 min avro aldığını da bildirib

İranın inqilab məhkəməsi, ölkənin hərbi obyektlərini hərbi və təhlükəsizlik sisitemləri ilə təchiz edən ticarət şirkətinin əməkdaşı Əli Əştarini İsrailin xeyrinə casusluqda günahlandıraraq, ölüm hökmünə məhkum edib.


Yerli KİV-in yaydığı xəbərə görə, 2007-ci ildə həbs edilmiş Əli Əştari İsrailə İranın hərbi, müdafiə və tədqiqat mərkəzləri, ölkənin nüvə energetikası barədə konfidensial məlumatlar ötürürmüş. O, həmçinin İranın nüvə energetikası üzrə ekspertləri ilə İsrail casusları arasında əlaqə yaratmağa cəhddə ittiham olunub. 45 yaşlı Əli Əştarinin kəşfiyyat orqanı olan Mossadla əməkdaşlıq etdiyini boynuna alıb. O, bu əməkdaşlıq çərçiəvsində İsrail casuslarından 50 min avro aldığını da bildirib.
Qaqaş25.06.2008 12:03
Bu gündən hərbi çağırış başlayır
1989-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş Azərbaycan respublikası vətəndaşları həqiqi hərbi xidmətə çağırılır

Prezident İlham Əliyevin növbəti həqiqi hərbi xidmətə çağırış haqqında imzaladığı fərmana əsasən, bu gün orduya növbəti çağırış başlanır.


Fərmana əsasən, 1989-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 35 yaşınadək respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikasının vətəndaşları həqiqi hərbi xidmətə çağırılır. Fərmana müvafiq olaraq xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə bu gündən ehtiyyata buraxılır.
Qaqaş25.06.2008 12:03
Münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər
XİN mətbuat xidmətinini rəhbəri Xəzər İbrahim


ATƏT-in Minsk Qrupu həmsədrlərinin son səfəri zamanı Azərəbaycanın mövqeyi yenidən onların diqqətinə çatdırılıb. Bu haqda ANS PRESS-ə XİN mətbuat xidmətinini rəhbəri Xəzər İbrahim  məlumat verib.


Onun sözlərinə görə, görüş zamanı həmsədrlərə bildirilib ki, münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. «Həmçinin həmsədrlərin diqqətinə bu məsələdə Azərbaycanın mövqeyinin dəyişməz olaraq qaldığı da yada salınıb. Biz həmsədrlərdən Ermənistan tərəfi ilə görüşdə İrəvanı konstruktiv mövqe tutmağa çağırmasını gözləyirik» deyə, o, bildirib.
Qaqaş25.06.2008 12:03
Azərbaycan-Gürcüstan sərhəddində yerləşən Qırmızı körpü çöküb
Artıq ağır tonnajlı yük maşınlarının bu körpü ilə hərəkətinə müvəqqəti qadağa qoyulub

Azərbaycan-Gürcüstan sərhəddindəki, Qazax rayonu ərazisində yerləşən Qırmızı körpü çöküb. ANS-in Gəncə bürosunun müxbirinin Qazax rayon icra hakimiyyəti başçısının müavini Fərman Nağdəliyevə istinadən verdiyi məlumata görə, körpünün Qazax rayonu tərəfdən 3 metrlik hissəsi çöküb. Artıq ağır tonnajlı yük maşınlarının bu körpü ilə hərəkətinə müvəqqəti qadağa qoyulub. Körpü qəzalı vəziyyətdədir.
Qaqaş25.06.2008 12:03

               maraqlı bir oğlan olduğuna əminsən? 

1.O, hər an və hər yerdə sənin gözünə görünməyə calışır. Az qala bütün işini-gücünü atıb, səni güdür


2.Səninlə söhbət edəndə saclarına, sırğasına, boyunbağısına toxunur. Gözlərinin icinə baxır. Kollektiv arasında söhbət edəndə üzünü sənə tutub danışır. Cavab verəndə səbəbsiz-filansız gülümsəyir.

3.O, səninlə danışan hər bir qadınla maraqlanır, səni hamıya qısqanır.

4.O, sənin hətta gündəlik planlarına belə özünü daxil edir. Axşam nahar edəcəksən, bəlkə birgə edək, futbola baxacaqsan, lap yaxşı, birgə baxarıq və s.

5.Səni görən kimi rəfiqələrinin yanından ayrılıb, qarşına cıxır.

6.Sənə görə nə zaman istəsən, vaxt tapır. Hətta işi olsa belə, sənə demədən, həll edib, icazə alır.

7.Sənin hər işinə görə narahatdır. Başın ağrıyır, dişin ağrıyır, kimsə xətrinə dəyibsə, bil ki, o da tikan üstə oturmuş kimi özünü hiss edəcək.

8.Əgər söhbət zamanı sən onu maraqlandırıb, heyran etmisənsə, o zaman onun dodaqları aralanacaq, qaşları qalxacaq, ayaqqabılarının ucu isə sənə tərəf yönələcək.

Ümumiyyətlə, qızın özünü sənin yanında narahat hiss etməsi hec də o demək deyil ki, o səni bəyənmir və ya sevmir. Hətta ürəkdən sevən qızlar belə sevdikləri oğlanın yanında darıxa bilərlər. Hamı ücün maraqlı və arzulanan olmaq isə sənin özündən asılıdr.


Sevgi Dünyası Şərhlər(0)     Baxış sayı:100
Qaqaş25.06.2008 12:03

                     SEVGİLİLƏR GÜNÜ

Sevdiyiniz insanın adını yazın və ona sevgi etirafınızı bildirin.Qoy həmin şəxs bu etirafı oxuyub sizin ona olan bu böyük, möhtəşəm sevginin şahidi olsun. Qoy bütün dünya bilsin sizin onu sevdiyinizi..
Sevirəm səni

Yenə də dikildi gözün gözümə,
Nələr oxumurdum bu gözlərdən mən?
Elə bil həsrətdin şirin sözümə,
Süzgün baxışıma, yerişimə sən.

Baxırdım, baxırdın sakit, səssizcə,
Sanki qapılmışdıq öz dünyamıza.
Yox idi bizimçün başqa bir dünya,
Görmürdük, duymurduq başqa dünyanı.

Dedin: "Bir söz söylə, ay gülüm, mənə,
Bilim ki, sevirsən, inanım sənə.
Çoxmu susacaqsan, dinməyəcəksən,
Çoxmu yanacağam həsrətində mən?"

Deyirsən, "söz söylə, ay gülüm mənə",
Məgər gözlərimdən oxumursan söz?
Bilmirsən nə deyir o gözlər sənə,
Yoxsa inanmırsan sevən gözlərə?

Ürəkdə o qədər sözüm var sənə,
Didib parçalayır qəlbimi hər an.
Bəs, niyə susuram səni görəndə,
Niyə demirəm ki, "Sevirəm səni"!?

Sevgi Dünyası Şərhlər(0)     Baxış sayı:115
Qaqaş25.06.2008 12:03

                             Qız səninlə darıxır?


1.Sənin yanında olarkən telefonla oynayır. Bu, sənin maraqlı həmsöhbət olmamağının göstəricisidir. Düzdür, ilk vaxtlarda qız baxışlarınız toqquşmasın deyə, başını telefonla qatır. Amma bu davamlı olarsa, deməli, nə isə qaydasında deyil.

2.Səninlə telefonda az danışır. Adətən, qızlar çoxdanışan olurlar. Və əgər qız səninlə danışmağa «salam-sağ ol»dan başqa söz tapmırsa, təcili surətdə danışıq qabiliyyətini təkmilləşdirməlisən.

3.Qız «sən cox yaxşı dostsan» deyir. Bu cümləni eşitməkdənsə, yer yarılsa yaxşıdır

4.Qız sənin yanında beli əyilmiş vəziyyətdə oturur. Oğlanın xoşuna gəlmək istəyən qızlar hətta narahat olsa belə kürəklərini düz saxlayb, sinələrini qabarıq göstərməyə calışırlar.

5. O, əvvəlki sevgililərin barədə bir kəlmə də soruşmur. Bu laqeydlik sənə xoş gəlməsin. Əgər səni sevsəydi, şəxsi həyatın onun ücün maraqlı olardı.


6.Səninlə danışan zaman əllərini qoynunda birləşdirir. Psixoloqların fikrincə, həmsöhbət maraqsız və üzücü olanda insan əllərini qoynunda birləşdirir, bununla da ondan aralanmaq istəyini bildirir.

7.O, sənə asanlıqla «yox» deyir. Çoxları fikirləşir ki, qadın «yox» deyirsə, deməli, ürəyində «hə» fikirləşir. Amma sən demə, bu fərziyyə özünü nadir hallarda doğruldur. Adətən, razı olan qadın bir-iki «yox»dan sonra «hə» cavabını verir. Və əksər hallarda ciddi deyilmiş «yox» elə etiraz mənasındadır. Bundan daha pis variant isə «hec vaxt» sözünü eşitməkdir.

8.Restoranda görüş təyin edərkən yeməyi tez bitirib, evə getməyə tələsir. Halbuki, sevən xanımlar yeməyi ikinci plana kecirib, oğlanın necə yeməyinə və şirin söhbətlərinə aludə olmağı xoşlayırlar. ƿgər o, bunu etmirsə, deməli, günah səndədir.

9. Hər dəfə onu ötürmək və ya görüşmək təklifi edəndə həmin günə vacib işi cıxdığını deyir, min bir bəhanə uydurur.

10.Söhbət zamanı tələsərək saata baxır və getmək istədiyini büruzə verir. Ümumiyyətlə, əgər qız sizin yanınızda iynə üstə oturmuş kimi davranırsa, narahatdırsa, əmin olun, sizin məhəbbətiniz cox cəkməyəcək.

11. Əgər qız kişilərdə hansı xüsusiyyətləri bəyənmədiyini acıqlayrsa və bu əlamətlərin ən azı 4-5-i səndə varsa, bu xoşluqla «bizimki tutmaz» deməkdir. Məsələn: o, deyirsə ki, yaşca böyük, boyca balaca, coxuşaqlı ailənin övladını və ya saqqallı oğlanları xoşlamır və dediklərinin hamısı səndə varsa, deməli o, elə səni nəzərdə tutur.

12.O, sənə gələcək ailəsi, həyatı barədə planlarını danışırsa və burada sənin fikrini hec soruşmursa, deməli, o planlarda sənin olub-olmamağının onun ücün əhəmiyyəti yoxdur.

13.Qızın cantası balaca, ici isə boşdur. Deyəcəksiz, bu hardan cıxdı, nə olsun ki? İş orasındadır ki, oğlanın xoşuna gəlməyə calışan qızlar görüşə böyük canta ilə gedirlər, hətta cantanın ağzı güclə bağlanır. ƿmin ol, onun icində səndən başqa nə istəsən var: güzgü, ətir, daraq, dəsmal, salfet, manikür dəsti, corab, şirniyyat, nanəli konfet, ayaqqabı kremi, kosmetika qabı. Bir sözlə, uzun görüşlərdə lazım olacaq hər şey.

14.Və nəhayət, sənin telefonun saatlarla susursa, mesac bölümündə ondan gələn adi bir «Necəsən?» kəlməsi yoxdursa, o zaman özün-özünə bir sual ver: «Sən o qızdan nə istəyirsən?».


Nə deyirsiz deyin, istəyir lap 10 əsr keçsin, oğlanlar qızla tanışlığa həmişə risk kimi baxıblar. Birdən yox deyər, birdən alınmaz? Qızla tanış olub, özünü təqdim edən oğlan hər şeyin geridə qaldığını güman edir. Əslində isə yazıq oğlanların görəcəkləri günlər hələ qabaqdadır. Cünki qızın marağını qazanıb, daim diqqətində saxlamaq hər oğlanın işi deyil. Və buradan da suallar başlayır: Görəsən, mən onun ücün maraqlıyam? Görəsən, mənim ücün darıxır? Görəsən, mənim yanımda olmaq ona xoşdur, ya yox?


Sevgi Dünyası Şərhlər(0)     Baxış sayı:84
Qaqaş25.06.2008 12:03

                             Hədiyyə



Nə az nə çox düz 2 manat 40 qəpik pulu vardı.Aysel pulları üç dəfə saydı.Səhv etməmişdi.O həyat yoldaşı ilə bu evdə aya 90 manatdan qalırdı.Elə bir üstünlüyü olmasada,yaşamaq olardı.Göz yaşları durduqdan sonra Aysel üz gözünü silməyə başladı.Sonra bir az binanın arxa həyətinə ora-bura gedən boz pişiyə tamaşa etdi.Bayrama lap az qalmışdı.Rehim üçün hədiyyə almağa 2 manat 40 qəpik pulu vardı.Bu puluda neçə aya yığmışdır.Ancaq indi heç bir işə yarımırdı.Halbuki həyat yoldaşı üçün gözəl hədiyyə almaq istəyirdi.


Güzgünün qarşısına keçdi.Gözləri parıldayırdı amma rengi
solmuşdu.Fikirləşdi.Evlərində iki qiymətli şey var idi.Biri Rəhimin babasından qalan qızıl saat,o biridə Ayselin çiyinlərinə tökülən saçları.O, əli ilə saçlarını arxasına atdı par-par parıldayan saçları bir göz qırpımında bütün bədənini örtdü.Bir az dayanıb baxdı,bir anlığına duruxsada,özünü yığışdırdı.Gözlərinin yaşı qurumamış geyinib küçəyə çıxdı."Hər cür saç ləvazimatları"yazılmış lövhənin qarşısında dayandı.Bir az baxdıqdan sonra içəri girdi."Saçlarımı satıram nə qədər verərsiniz?"-deyə soruşdu.Yaşlı qadın Ayselin saçlarını əlləri ilə yoxladıqdan sonra"200manat"-dedi v' Aysel Razılaşdı..

Güzgünün qarşısına keçdi.Gözləri parıldayırdı amma rengi
solmuşdu.Fikirləşdi.Evlərində iki qiymətli şey var idi.Biri Rəhimin babasından qalan qızıl saat,o biridə Ayselin çiyinlərinə tökülən saçları.O, əli ilə saçlarını arxasına atdı par-par parıldayan saçları bir göz qırpımında bütün bədənini örtdü.Bir az dayanıb baxdı,bir anlığına duruxsada,özünü yığışdırdı.Gözlərinin yaşı qurumamış geyinib küçəyə çıxdı."Hər cür saç ləvazimatları"yazılmış lövhənin qarşısında dayandı.Bir az baxdıqdan sonra içəri girdi."Saçlarımı satıram nə qədər verərsiniz?"-deyə soruşdu.Yaşlı qadın Ayselin saçlarını əlləri ilə yoxladıqdan sonra"200manat"-dedi v' Aysel Razılaşdı..

Evə getdi.Güzgüdə birdə saçlarına baxdı.Görəsən onun xoşuna gələcəkmi?Bəlkədə saçlarını kəsdiyi üçün danlayacaqdı onu.Bir az sonra qapı döyüldü.Qapıda Rəhim idi İçəri girdi.Sevgilisini sınayıcı nəzərlə süzdü,sonra əlindəki hədiyyəni uzatdı.Aysel bağlamanı açanda gözlərinə inanmadı.Bu onun çoxdan arzu etdiyi daraqlar idi.Gözlərindən iki damla yaş axdı amma tez özünü yiğışdırdı.Şirin bir təbəssumlə hədiyyəsini Rəhimə uzatdı.
alt

O,bağlamanı açanda saat zəncirini gördü.Aysel hardan bilsin ki,artıq saat yoxdur.Daraqları almaq üçün o da saatını satmışdı.Ancaq heç biri məyus olmadı.Çünki əsas məsələ sevgi idi.Onu isə nə almaq,nə də satmaq olardı..
Sevginizi həmişə qoruyun.

Sevgi Dünyası Şərhlər(0)     Baxış sayı:57
Qaqaş25.06.2008 12:03
QƏDİM DÖVRLƏRDƏ VƏ ORTA ƏSRLƏRDƏ TƏSVİRİ SƏNƏTİN İNKİŞAFI

Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. 8-ci minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olmuşdur. Monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapmışdır. Füzuli şəhərinin yaxınlığındakı Azıx mağarası (uz. 215-220 m) Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edir.


Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Orbdubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri - piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.

Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə formalı qab (Naxçıvan MR-nın Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsi), Mil, Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII-VII əsrlər). Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri - dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir.

Həkkaklıq və heykəltəraşlıq nümunələri Albaniya (Qafqaz) dövrü sənətində geniş yayılmışdır. Mingəçevir məbədinin (5-6 əsrlər) daş kapitelinin səthində müqəddəs dirilik ağacının sol və sağında üz-üzə dayanmış iki tovuz quşunun qabartma təsviri Albaniya (Qafqaz) dövrü heykəltəraşlığının ən kamil nümunələrindəndir.

Bədii metal məmulatlarının (torevtika) tərtibində də plastik formalara tez-tez təsadüf olunur. Mingəçevir, Torpaqqala və s. yerlərdən tapılmış gümüş camların, tuncdan hazırlanmış su qablarının üzərində maral, şir, tovuz quşu, buta təsvirləri verilmişdir. Bu dövrün dairəvi və qabartma heykəltəraşlıq nümunələrindən (tuncdan və daşdan) insan və heyvan təsvirləri, məişət, ov və dini ayinlərlə bağlı səhnələr üstün yer tutur. VII əsrdən başlayaraq islam dininin yayılması ilə bağlı Azərbaycanın qədim tarixi şəhərlərində - Qəbələ, Naxçıvan, Şamaxı, Bakı, Bərdə, Gəncə, Beyləqan, Təbriz, Marağa və Ərdəbildə memarlıq kompleksləri, saray, qəsr, məscid və türbələr inşa edilirdi. Həmin binaların dekorativ tərtibatında kalliqrafiya - kitabə, ornament, kaşı və qabartma elementlərindən geniş istifadə olunmuşdur. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan binalarda daş üzərində oyma sənəti nümunələri, həndəsi və nəbati naxışlar, Naxçıvan memarlıq məktəbini təmsil edən binaların dekorativ bəzəklərində isə şirli kərpicdən və kaşı bəzəklərindən ibarət ornament motivləri başlıca yer tutur.

Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahların "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan memarlıq abidəsi üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynamışdır. "Bayıl daşlarında" yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənmişdir. Friz xarakteri daşıyan "Bayıl daşları" vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil etmişdir.

Orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ tətbiqi sənətlə vəhdət təşkil etmiş, Gəncə, Beyləqan və digər şəhərlərdən tapılmış keramika nümunələri üzərində nəbati və həndəsi ornamentlərlə yanaşı, iti caynaqlı quşu, yaxud vəhşi heyvanı oxla vuran cəngavər təsvir edilmişdir. Bu dövr Azərbərbaycan İntibah mədəniyyəti Nizami Gəncəvinin yaradıcılığı ilə sıx bağlı olmuş, o, poemalarında memar, heykəltəraş, nəqqaş və rəssam obrazları yaratmışdır (Fərhad, Şapur, Simnar).


Qaqaş25.06.2008 12:03
        XƏZƏR DƏNİZİNİN HÜQUQİ STATUSUNA DAİR ARAYIŞ
Azərbaycan Respublikası sahilyanı dövlətlərin Xəzər dənizindən istifadə edilməsinin təşəkkül tapmış təcrübə əsasında müvafiq sektorlar çərçivəsində ənənəvi iqtisadi fəaliyyətin həyata keçirilməsinə istinad edir.

Azərbaycan Respublikasının konseptual mövqeyinə görə Xəzər dənizi sahilyanı dövlətlərin suveren hüquqları və yurisdiksiyası şamil olunan müvafiq sektorlara bölünməlidir. Xəzər dənizinin sahilyanı dövlətlər arasında sektorlara bölünməsi orta xətt prinsipi nəzərə alınmaqla, bu dənizdə təşəkkül tapmış təcrübə, beynəlxalq hüququn ümumtanınmış prinsipləri və sahilyanı dövlətlərin Xəzər dənizində suveren hüquqlarının tətbiq olunması əsasında həyata keçirilməlidir.


Bütün bunlar Xəzər dənizinin hüquqi statusu haqqında vahid sənəddə öz əksini tapa bilər.

Sahilyanı dövlətlərin qarşılıqlı maraq kəsb edən məsələlərdə əməkdaşlıqlarından irəli gələn məsələlər hər bir sahilyanı dövlətin Xəzər dənizində müvafiq sektor üzrə ayrılmaz suveren hüquqlarını təsbit edən hüquqi status haqqında əsas sənədə əsaslana bilər.

Xəzər dənizinin hüquqi statusu haqqında vahid konvensiya qəbul olunana qədər Xəzəryanı dövlətlər Xəzər dənizində təşəkkül tapmış təcrübəyə əsasən öz suveren hüquqlarını həyata keçirirlər.

Xəzər dənizinin hüquqi statusunun təsbit edilməsinin zəruriliyini və sahilyanı dövlətlər üçün mühüm əhəmiyyətini nəzərə alaraq, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında (Aşxabad, 11-12 noyabr 1996-cı il) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənməsi üzrə xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrup yaradılmışdır. İndiyədək XİQ-in 15 iclası olmuşdur. Son iclas 26-27 oktyabr 2004-cü ildə Moskvada keçirilmişdir. XİQ-in növbəti 16-cı iclasının Aşxabatda keçirilməsi nəzərdə tutulur.

Xəzərsahili dövlətlər arasında aparılan danışıqlar, məsləhətləşmələr və fikir mübadilələri onu göstərir ki, bu dövlətlərin mövqelərinin tam üst-üstə düşməməsinə baxmayaraq bütün sahilyanı ölkələr ümumiyyətlə Xəzər dənizinin bölünməsi məsələsinə tərəfdardırlar.

Konvensiya layihəsi üzrə danışıqlarda Xəzər dənizinin dibinin sektorlara bölünməsi və bu bölgü əsasında yaranmış sektorlarda sahilyanı dövlətlərin dənizin dibindəki mineral ehtiyatların istifadəsi, həmçinin su səthinin istifadəsi - gəmiçilik, bioloji ehtiyatların qorunması, təhlükəsizlik məsələləri, ətraf mühitin mühafizəsi və digər məsələlər müzakirə olunur.

Xəzəryanı dövlətlər arasında beştərəfli formatda danışıqlarla yanaşı Azərbaycan Respublikası ikitərəfli əsasda İran və Türkmənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirir. Həmin danışıqlarda dəniz dibinin bölünməsi ilə bağlı aspektlər müzakirə olunur.

Hal-hazırda Rusiya Federasiyası, Azərbaycan və Qazaxıstan arasında imzalanan sənədlərə əsasən, Xəzər dənizinin dibinin orta xətt prinsipi ilə bölünməsində sahilyanı dövlətlər onlara mənsub olan dəniz dibinin müvafiq sektorlarında mineral ehtiyatların işlənməsi və istifadəsinə, habelə hüquqa uyğun istənilən təsərrüfat-iqtisadi fəaliyyətə münasibətdə müstəsna hüquqlara malikdirlər.

İndiyədək Xəzəryanı dövlətlər arasında aşağıdakı ikitərəfli və çoxtərəfli Sazişlər imzalanmışdır:

- Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş, 23 sentyabr 2002-ci il;

- Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Saziş, 29 noyabr 2001-ci il və ona əlavə 27 fevral 2003-cü il tarixli Protokol;

- Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında dəniz dibinin təkinin istifadəsinə suveren hüquqların həyata keçirilməsi məqsədilə Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi haqqında 6 iyul 1998-ci il tarixli Saziş və ona əlavə 13 may 2002-ci il tarixli Protokol;

- Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş, 14 may 2003-cü il;

- Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası, 4 noyabr 2003-cü il Tehran.

24-25 yanvar 2005-ci il tarixində Aşxabad şəhərində "Xəzər dənizinin dəniz mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası"nın "Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda aparılan fəaliyyətlərdən çirklənməsindən mühafizə olunması haqqında Protokol" layihəsinin hazırlanması üzrə Xəzəryanı dövlətlərin birinci görüşü keçirilmişdir.


Qaqaş25.06.2008 12:03
    XƏZƏRİN HÜQUQİ STATUSU ANLAYŞININ MEYDANA GƏLMƏSİ

SSRİ-nin süqutundan sonra Xəzərsahili dövlətlərin sayının ikidən beşə yüksəlməsi Xəzər dənizinin hüquqi statusuna yenidən baxılmasını zəruri etdi. Xəzərin hüquqi statusu uzun illər Rusiya (SSRİ) və İran arasında bağlanmış ikitərəfli müqavilələrlə tənzimlənirdi. Xəzərin hüquqi statusunun ilkin müddəaları Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapmışdır. Lakin həmin sənədlərdə də hüquqi baxımdan "status" anlayışı olmamışdır. Bu müqavilələrlə Rusiyaya Xəzərdə böyük imtiyazlar verilirdi. Xəzərin hüquqi statusuna daha çox diqqət 1921-ci il fevralın 26-da Moskvada imzalanmış Rusiya-İran müqaviləsində verilmişdir. Bu müqavilənin 3-cü maddəsində deyilir: "1881-ci ildə sərhəd komissiyası tərəfindən müəyyən edilmiş sərhəd xəttini hər iki yüksək səviyyədə danışıq aparan tərəflər İran və Rusiya arasında su sərhədi kimi qəbul etməyə razılaşır. Bu sərhəd qorunmalı və toxunulmazdır". (Qeyd etmək lazımdır ki, bu müqavilə ilə təsbit olunan sərhəd xətti Astara-Həsənqulu su sərhəddidir). 26 maddədən ibarət olan bu müqavilə Rusiya tərəfindən Georqi Çiçerin və İran tərəfindən P.Qaraxan-Məmlük tərəfindən imzalanmışdır. 1935-ci ildə İran-SSRİ arasında imzalanmış "Ticarət, dənizçilik və məskunlaşma haqqında", 1940-cı ildə "Ticarət və dənizçilik haqqında" imzalanmış müqavilələr də Xəzərin Sovet-İran dənizi olması bir daha vurğulanmışdır


1970-ci ildə isə ilk dəfə olaraq Xəzər dənizinin SSRİ-yə məxsus hissəsinin sektorlara bölünməsi məsələsi müzakirə edilməyə başlanmış və SSRİ-nin Neft Sənayesi Nazirliyi tərəfindən həyata keçirilmişdir. Bu bölgüyə əsasən Xəzər dənizi müvafiq olaraq Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan habelə SSRİ-nin quru sərhədi ilə müəyyən edilən İran sektoruna bölünmüşdür. Bu bölgü zamanı Xəzərin hüquqi, coğrafi vəziyyətindən irəli gələn, beynəlxalq-hüquqi təcrübədə hamı tərəfindən qəbul edilmiş orta xətt prinsipi əsas götürülmüşdür.

SSRİ-nin süqutuna qədər Xəzərin hüquqi statusu bu razılaşmalarla tənzimlənirdi. Hal-hazırda da Xəzərin hüquqi statusu müəyyən edilmədiyindən Xəzərsahili dövlətlər 1970-ci ildə qəbul olunmuş sektorial bölgünü dövlət sərhədi kimi qəbul edirlər.

1992-ci illərdən başlayaraq Xəzərsahili dövlətlərin ikitərəfli və çoxtərəfli görüşlərdə Xəzərin hüquqi statusu məsələsi ilə bağlı müzakirə və danışıqlar başlanmışdır. Bununla da Xəzərin hüquqi statusunun həllində fərqli mövqelərinin ortaya çıxması ilə günümüzə qədər davam edən status məsələsinin müzakirəsinin startı verildi. Hüquqi status məsələsinin sonrakı müzakirələri də göstərdi ki, Xəzərin hüquqi statusu məsələsinə hər bir dövlət fərqli yanaşır və bu zaman daha çox beynəlxalq-hüquqi normalara deyil, milli maraqlara söykənirlər.

Qeyd etdiyimiz kimi, Xəzərin hüquqi statusu məsələsi çox ziddiyyətli və mürəkkəb proses olduğundan bu prosesin inkişaf tendensiyalarını anlamaq üçün 3 etapa bölmək lazımdır:

- Birinci etap - 1991-1994-cü illər - problemin öyrənilməsi, ikitərəfli və çoxtərəfli görüşlərdə Xəzərin hüquqi statusunun müzakirə edilməsinin başlanması ilə xarakterizə olunur.

- İkinci etap - 1995-1998-ci illər - sahilyanı dövlətlərin status məsələsi ilə bağlı mövqelərinin dəqiq müəyyənləşməsi və ikitərəfli, çoxtərəfli görüşlərin intensivləşməsi ilə xarakterizə olunur.

- Üçüncü etap - 1999-cu ildən başlayaraq Rusiyanın Xəzərin hüquqi statusu məsələsində mövqeyinin tam dəyişilməsi ilə xarakterizə olunur. Bu etap həm də Xəzərin hüquqi statusu ilə bağlı ikitərəfli razılaşmaların əldə edilməsi ilə əlamətdardır.

Əvvəla qeyd etmək lazımdır ki, dünya okeanı ilə təbii əlaqəsi olmayan istənilən həcmli su tutarı göl adlanır. Dünyada qəbul olunmuş coğrafi aksioma olan bu yanaşma Xəzərə tam uyğun gəlir. İkincisi, qeyd etmək lazımdır ki, Sovet dərsliklərində və Böyük Sovet Ensiklopediyasında yazıldığı kimi Xəzər dünyanın ən böyük gölüdür. Üçüncüsü isə vaxtilə Sovet hüquq elmində sərhəd gölləri barədə təliminin olmaması və Sovet beynəlxalq-hüquq doktrinasında qapalı dəniz konsepsiyasına üstünlük verilməsi bəzi müəlliflərin Xəzərin qapalı dəniz hesab etməsinə səbəb olmuşdur. Beləliklə bütün bu faktorları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, Xəzər beynəlxalq sərhəd gölüdür. Hüquqşünas alim R.F.Məmmədov Xəzərin coğrafi statusunu belə əsaslandırır: "İki və daha çox dövlətin sahillərini yuyan dünya okeanı ilə təbii yolla birləşməyən həmçinin müstəqil hüquqi statusa və gölyanı dövlətlər arasında bağlanmış konkret beynəlxalq müqavilələrdə müəyyən edilən müvafiq rejimə malik su məkanları beynəlxalq hüquq nöqteyi nəzərindən sərhəd gölləri hesab olunmalıdır".

Bütün bunları nəzərə alaraq Xəzərin sərhəd gölü olduğunu və onun haqlı olaraq Azərbaycan dövlətinin təklif etdiyi kimi milli sektorlara bölünməsinin obyektivliyini belə əsaslandıra bilərik.

- Xəzər beynəlxalq sərhəd gölüdür.

- Xəzər orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir.

- Xəzərin milli sektorlara bölünməsi keçmiş SSRİ-nin iş praktikasına və o zamankı (1970-ci ildə qəbul olunmuş bölgüyə əsasən) bölgüyə əsaslanmışdır.

- Belə bölgü artıq mövcud olduğundan Xəzəryanı dövlətlər statusu müəyyənləşdirməzdən əvvəl öz milli sektorunda işə başlaya bilərlər.

Hazırda Azərbaycanın bu mövqeyinə qarşı İran və Türkmənistan aşağıdakı arqumentlərlə çıxış edirlər.

- Xəzər unikal qapalı su hövzəsidir və Xəzəryanı dövlətlərin ümumi sərvətidir.

- Xəzər 20% prinsipi ilə hər bir Xəzəryanı dövlətlər arasında bölünməlidir.

Azərbaycan mövqeyi ilə Türkmənistan-İranın mövqeyini müqayisə etdikdə görmək mümkündür ki, ikincilərin mövqeyi beynəlxalq hüquq normalarına ziddir. Birinci ona görə ki, İran və Türkmənistanın irəli sürdüyü arqumentlərdə Xəzər unikal qapalı su hövzəsi hesab edilir. Bu anlayış çox abstrakt olması ilə yanaşı, beynəlxalq hüquqda unikal qapalı su hövzəsinin hüquqi rejimi anlayışı işlədilmir. İkinci, Xəzərin 20% payla Xəzəryanı dövlətlər arasında bölünməsi heç bir hüquqi əsası yoxdur və bu praktik cəhətdən də mümkün deyildir.

Xəzərin hüquqi statusu məsələsində tez-tez 1921-və 1940-cı illər Sovet-İran müqavilələrinə istinad edilməsi çox vaxt bu müqavilələrin müddəaları ilə uzlaşmır. Doğrudur müqavilənin 3-cü maddəsində Xəzərin İran-rus dənizi olduğu və sərbəst gəmiçilik və balıqçılıq məsələləri vurğulanırdı. Qeyd etmək lazımdır ki, İran tərəfi bu maddəni əsas götürərək Xəzərin kondominium prinsiplərinə uyğun istifadəsinin zəruri olduğunu qeyd edir. Lakin müqavilə imzalandıqdan sonra görmək olar ki, Xəzərin istismarında heç vaxt kondominium prinsipi olmamışdır. Bağlanmış bütün müqavilələrdə elə bir müddəa yoxdur ki, orada Xəzərin SSRİ və İranın birgə mülkiyyəti olması müddəası bilavasitə və ya dolayısı ilə təsdiq edilsin. Bu təcrübə müasir dövrdə kondominium prinsipinin tətbiqinin mümkünsüzlüyünü göstərir.

Birincisi ona görə ki, 1949-cu ildə SSRİ Xəzərdəki neft ehtiyatlarının işlənməsinə İranın iştirakı olmadan və onunla məsləhətləşmədən başlamışdır. Bu zaman İran hər hansı bir formada etirazını bildirməmişdir. İkincisi isə hələ 1970-ci ildə SSRİ Neft Nazirliyinin qərarı ilə Xəzərin milli sektorlara bölünmə praktikası həyata keçirilmişdir. Bölgüyə əsasən Xəzərin təqribən 70 min kv. km-i Azərbaycanın, 80-min kv. km-i Türkmənistanın, 60 min kv. km-i Rusiyanın, 105 min kv. km-i Qazaxıstanın payına düşürdü və 55 min kv. km-i İrana qalırdı. Həyata keçirilən bu bölgü ilə İran da tanış edilmiş və bu bölgünün topoqrafik xəritəsi Tehrana göndərilmişdir. Bu zaman rəsmi Tehran bölgünün aparılmasına heç bir etiraz etməmişdir.

Bununla yanaşı qeyd etmək lazımdır ki, bütün Sovet-İran müqavilələrilə yaxından tanışlıq bir daha göstərir ki, bu sənədlərdə əsasən balıqçılıq, gəmiçilik və digər məsələlər tənzimlənirdi. Bu müqavilələrdə Xəzərin enerji resusları və onların işlənməsi barədə heç nə deyilmirdi. Buna görə də Xəzərin neft-qaz resuslarının istifadəsinə dair hüquqi vakuum var idi. Həmin resusların istifadəsi ilə sahilyanı dövlətlər bu vakuumu doldurmuş oldular. Buna görə də Xəzərin hüquqi statusu müəyyən edilərkən sahilyanı dövlətlərin neft-qaz resuslarının istifadəsində yaranmış təcrübəsi və beynəlxalq-hüquqi təcrübənin müddəaları əsas götürülməlidir.


Qaqaş25.06.2008 12:03
                           XƏZƏRİN TARİXİ HAQQINDA

 

 Xəzər Avropa və Asiya sərhəddində yerləşən, Rusiya Federasiyası, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran dövlətlərinin ərazisi ilə əhatə olunmuş dünyada ən böyük qapalı su hövzəsidir.

Bu hövzə özünün gözəlliyi, sehrkarlığı və sirli aləmi ilə hələ çox qədimdən məşhur səyahətçilərin, alimlərin, bəzi dövlət xadimlərinin diqqət mərkəzində olmuşdur.


Mütəxəssislərin fikrincə Mezozoy erasının başlanğıcında 30-min il davam edən Trias dövrü ərəfəsində Yer kürəsinin böyük sahəsini quru təşkil etmiş, sonralar həmin quru hissələri su basdığına görə dəniz əmələ gəlmişdir. Elmi ədəbiyyatda Tetis adlandırılan bu dənizin bir tərəfi İspaniyaya, o biri tərəfi, isə Zond adalarınadək çatırmış. Lakin Mezozoy erasının sonunda, yəni 70 milyon il davam edən Tabaşir dövründə gil, qum və əhəngdaşı çöküntülərinin uzun tarixi dövr ərzində toplanaraq suyun səthinə çıxması quru əmələgəlmə prosesinə güclü təkan vermişdir. Proses bu mərhələ ilə dayanmayıb davam etmiş, nəticədə Xəzər dənizi, Qara dəniz hövzəsindən tədricən ayrılmışdır. Amma tarixin müxtəlif dövrlərində Xəzərin sahəsi bəzən böyümüş, bəzən də kiçilmişdir. Tədqiqatçılar bu hövzənin İrandan Kuybışev şəhərinədək geniş əraziyə malik Ağcaqıl dənizi kimi də adlandırmışlar. Müasir Xəzərin formalaşması müxtəlif mərhələlər keçməyinə baxmayaraq milyon il bundan qabaq iqlimin kəskin dəyişməsi (Avropada, Asiyada və Şimali Amerikada buzlaşma dövrü və onun əriməsi prosesi) onun ərazisinin dövrü olaraq dəyişməsinə təsir göstərmişdir. Antik dövrün Xəzər dənizini öyrənməklə məşğul olmuş alim, səyahətçilərin maraqlı fikir və fərziyyələri əsasında demək olar ki, özünün çoxəsrlik tarixi ərzində Xəzərin çoxlu adları olmuşdur. Bəzi mənbələrdə bu adların sayı 40-dək, bəzilərində isə 100-dək göstərilir. Həmin adlar adətən onun sahilində məskunlaşmış əhalinin, böyük tayfa birliklərinin adına görə, ya da sahilyanı zolaqda yerləşən şəhər, vilayət, ölkələrin adlarına görə verilirdi bu baxımdan Xəzərin Hirkan, Abeskun, Xəzər, Xvalınsk, Kaspi, Pontik, Kimmerik, Sarmat, Xorasan, Tabasaran, Mazandaran, Göy, Ağdəniz, Rus, Bakı, Dərbənd və s. kimi adları bununla bağlı olmuşdur. Adlar içərisində yalnız Xəzər və Kaspi tarixi və coğrafi hüquq qazanaraq indiyə kimi qalmışdır.

Qədim yunan coğrafiyaşünası və tarixçisi Hekatey Miletli (e.ə. VI-V əsrlər) ilk dəfə olaraq Xəzərdən bəhs etmiş, onu okean körfəzi və Hirkan (Girkan) dənizi kimi adlandırılmışdır. Sovet tarixçisi L.A.Yelnski isə Hekateyin və onun müasirlərinin coğrafi baxışlarını bütövlükdə təhlil edərək belə nəticəyə gəlir ki, yunan səyyahı bütün dənizləri (Aralıq dənizi istisna olmaqla) o cümlədən Xəzəri qapalı hesab etmişdir. Lakin Herodotun dövründə Qırmızı, Ərəbistan və s. dənizlərin okeanla əlaqəsi aşkar edildi. Görünür tarixçi Herodot da bir dəniz haqqında olan baxışın mexaniki olaraq başqasına tətbiq edilməsinə qarşı çıxmışdır. Ona görə də Xəzərin heç bir dənizlə əlaqəsi olmadığını göstərmişdir. Xəzərə göl xarakteri e.ə. V-IV əsrlərdə daha çox irəli sürülürdü. Eyni zamanda əks nəzəriyyələr də mövcud idi. E.ə. II əsrdə yaşamış Ptolomey də birmənalı olaraq Herodotun fikrini təsdiq etmişdir. Sərkərdə Makedoniyalı İsgəndərin qoşunları Sırdərya ətrafında olduğu zaman (həmin vaxt Xəzər və Aral dənizləri bir-birindən ayrılmamışdır) İskəndərin silahdaşları belə hesab etmişlər ki, Sır-Dərya Xəzər dənizinə, Don çayı isə Azov dənizinə tökülür, Xəzər və Azov dənizi bir-birinə qovuşur. Hətta böyük mütəfəkkir Aristotel də Xəzərin qapalı höfzə olmasını müdafiə edirdi. Lakin onun Xəzərin Qara dənizlə yeraltı əlaqəsinin olması fikrini nəyin əsasında söyləməsini deyə bilmirik.

E.ə. IV əsrdə yaşamış Flavi Arrianın məlumatına əsasən hətta Makedoniyalı İsgəndər Xəzərin şimal və şərq okeanları ilə əlaqəsinin olması haqqında olan mübahisələrə son qoymaq məqsədi ilə əvvəlcə sərkərdə Partokla bu məsələni araşdırmağı tapşırmış, daha sonra onun bütün sahillərini yoxlamaq üçün cənubda dəniz donanmasının yaradılması haqda Heraklitə əmr etmişdir. Lakin İsgəndərin ölümü bu məsələni 40 il geri saldı. Bunu onun varislərindən biri Selevk Nikator həyata keçirdi. O, e.ə. 285-280-ci illərdə Hirkan hakimi Partokla əmr etdi ki, bütün sahilboyu səfər etsin və burada əsas məqsədlərdən biri Xəzərin xarakterini öyrənmək idi. Yəni o, başqa dənizlərlə birləşirmi, birləşirsə hansı ilə. Partokl dövrünün savadlı dövlət xadimi və alimi idi. Lakin səfər nəticəsində yazdığı əsərdə çox qəribə bir nəticəyə gəlmişdir. Tədqiqatçı Seyran Vəliyev yazır ki, Partokol Xəzərin şimalda şimal okeanı ilə birləşdiyi qənaətinə gəlmişdir. Həmin əsərin əldə olmamasına görə tədqiqatçı bunun səbəbini izah etmir. Lakin bu haqda elmi ədəbiyyatda ziddiyyətli fikirlər vardır. Bəzi alimlərə görə Partokl Qaraboğaz-Qöl körfəzinə gedən yolu okeana gedən boğaz hesab etmiş, başqalarına görə Manqışlağa qədər üzmüş yarımadanın şərqə döndüyündən okeanın başladığını zənn etmiş, bir başqasına görə isə Volqanı okeana gedən boğaz saymışdır. Yenə də L.A.Yelnski bunları təhlil edərək qeyd edir ki, Partokl Xəzərin yalnız Abşeron yarımadasınadək olan hissəsinədək üzmüş, qalan ərazini şimal dənizi hesab etmişdir. Beləliklə, bir neçə əsr ərzində qədim adamların Xəzəri okean körfəzi hesab etməsinə baxmayaraq e.ə. II əsrdə Ptolomey köhnə və yeni məlumatlar əsasında Xəzərin qapalı hövzə olmasını tam əminliklə söyləmişdir. Bu fikrin qələbə çalması əlbəttə bir əsrdən çox vaxtda mümkün olmuşdur. Sonrakı əsrlərdə də bu höfzəni okean körfəzi hesab edən alimlər olmuşdur. Bir məqamı yadda saxlamaq lazımdır ki, Xəzərin göl olması, qapalı hövzə olması həqiqəti 2 min ildən artıq mübahisədən sonra təsdiq edilmişdir. Xəzəri Qara, Baltik və başqa dənizlərlə yanaşı qoymaq olmaz.

Ümumiyyətlə, Xəzərin tarixi haqqında qədim dövrdə daha çox yunan müəllifləri (Hekatey, Herodot, Erotosfen, Strabon, Ptolomey və s.) ilk orta əsrlərdə isə yunanların fikirləri ilə tanış olmuş ərəb müəllifləri (Yaqut Həməvi, Zəkəriyyə Qəvzini, Əbül Fida, İstəxri, İdrisi) sonrakı əsrlərdə isə fars, türk, Avropa və rus səyyahları (İ.F.Seymanov, Q.V.Abix, N.N.Andrusov və s.) məlumat vermişlər. X əsrdə yaşamış Məsudi Xəzərdə üzən rus gəmiləri, Bakıda çıxarılan neft haqqında məlumat vermişdir. Eramızın 900-cü illərində ərəb müəllifləri İstəxri və İdrisi Xəzərin qapalı olduğunu sübut etmişdir. İstəxri yazırdı: "Hövzeyi-bəhru-əl Xəzərin bir nöqtəsindən çıxıb onun sahili boyu hərəkət etməklə, yenə həmin nöqtəyə qayıtmaq olar".

Xəzərdəki neft haqqında tarixə belə fakt məlum olmuşdur ki, e.ə. 331-ci ildə M.İsgəndər İranı mühasirəyə alarkən qurduğu çadrı Xəzər sahilində yaşayan sakinlərin gətirdikləri gil qabın içərisində yanan neftlə işıqlandırmışdır. Bu hövzənin adı XV əsrdən müntəzəm olaraq Xəzər adlanmış, ilk xəritəsi isə 1616-17-ci illərdə çəkilmişdir. Xəzərin daha ətraflı tədqiqi XVIII əsrdə I Pyotrun göstərişi ilə ruslar tərəfindən aparılmış, hətta 1717-ci ildə onun yeni xəritəsi təshis olunmuşdur. I Pyotrun göstərişi ilə A.Beskoviç-Çerkaskanın təşkil etdiyi ekspedisiya Xəzərin şərq sahillərində olmuş, məlumatlar toplamışlar. XVIII əsrin 20-ci illərində İ.F.Soymonov tərəfindən Xəzərin tədqiqi aparılmış 1731-ci ildə hidrocoğrafi tərkibdə ümumi xəritəsini nəşr etdirmişdir. XIX əsrin II yarısında isə Xəzərin tədqiqində İ.V.Tokmaçev və M.İ.Voynoviçemin xüsusi xidmətləri olmuşdur. XIX əsrin əvvəllərində Kolodkin birinci dəfə sahillərin kompas şəklini hazırladı, əsrin ortalarında bu iş kontr-admiral İ.İvasintsevin rəhbərliyi altında davam etdirildi. 1856-cı illərədək ekspedisiya işi davam etdirildi, 1874-cü ildə bu ekspedisiyaların nəticəsində iki cildlik Həştərxan-Bakı-Aşurada haqqında "qısa hidrocoğrafi təsvir və Xəzər dənizində üzməyə rəhbərlik" adlı büt.öv atlas nəşr olundu.

XIX əsrdə P.S.Kollas, K.M.Ber, Q.V.Abix, E.X.Lents, N.İ.Andrusov və digərləri Xəzərin təbii şəraitinin öyrənilməsi sahəsində müəyyən işlər görmüş, bu işdə Bakı gömrüyünün və Xəzərdəniz hidrometroloji idarəsinin əməkdaşlarının çox böyük xidmətləri olmuşdur. İ.M.Knipoviçin rəhbərlik etdiyi ekspedisiya 1904, 1912, 1915-ci illərdə Xəzərdə müxtəlif işlər görmüşdür. XX əsrin əvvəllrindən başlayaraq sovet geoloqları İ.M.Qubkin, B.A.Appolov, K.P.Voskresenki, II dünya müharibəsindən sonra bu işdə Azərbaycanlı mütəxəssislər K.K.Gül, E.M.Şıxlınski, A.Q.Qasımov, M.İ.Abakorov, A.İ.Xəlilov və b. Xəzər haqqında çox dəyərli tədqiqatlar aparmışlar. Azərbaycanlı alimlər əsasən Xəzərin tədqiqatına 1947-ci ildən başlamışlar.

XVIII əsrdən etibarən mühüm iqtisadi-siyasi əhəmiyyətə malik olan, öz təbii sərvəti ilə məşhur Xəzər dənizi rusların diqqət mərkəzində olmuş, XIX əsrin 30-cu illərindən isə Azərbaycanın işğalından sonra bu hövzədən Rusiya və İran sərbəst şəkildə istifadə etmişlər. XIX əsrin sonlarından başlayaraq Xəzərin geoloji tarixi, neft qaz yataqları, bioloji şəraiti və s. tədqiqatlar bilavasitə azərbaycanlı mütəxəssislərin mühüm xidmətləri sahəsində aşkar olunmuşdur. Bu dövrdən etibarən Xəzərdə ağalıq uğrunda iki dövlətin Rusiya və İranın mübarizəsi daha səciyyəvidir ki, SSRİ dağılanadək burada bir çox maraqlı məqamlar diqqəti cəlb edir.

Müasir Xəzərin şimal-cənub uzunluğu təqribən 1200 km, orta eni 320 km, sahil xətttinin uzunluğu 6,5 min km (o cümlədən, 800 km-i Azərbaycanın ərazisində), sahəsi 370 min kv km. (1929-cu ildə isə sahəsi 422 min kv km- olmuşdur), dünya okeanı səviyyəsindən 28 metr aşağıdır. Ərazisində təqribən 50-dək ada və irili-xırdalı 130-dək bura tökülən çay vardır. Son 160 illik tarixində Xəzərin səviyyəsi 25,2 m. (1882) - 29,0 m. (1977) arasında tərəddüd etmiş, səviyyənin enməsi 3,8 m, son 100 ildə isə 3,2 m. olmuşdur. 1975-95-ci illər ərzində Xəzərdə su səviyyəsinin qalxması nəticəsində 12,5 min kv. km ərazi su altında qalmışdır. Bu zaman Azərbaycanda 48450 ha. sahəni su basmış, 2 milyard dollar ziyan dəymişdir. Bakı buxtasında suyun altında qalmış Karvansaray adasına, Lənkəranda su altında qalmış meşə qalığına əsasən belə nəticəyə gəlmək olar ki, hətta XII-XIII əsrlərdə Xəzərin səviyyəsi bu günkündən çox aşağı olmuşdur. 1320-ci ildə isə Xəzərin qərb sahilində tapılmış Marino-Sanuto xəritəsində belə bir yazı vardır: "Dəniz hər il bir ovuc içi qalxır və bir neçə yaxşı şəhərləri basmışdır". Göründüyü kimi haqqında danışdığımız Xəzər çox geniş bir tarixə malikdir. Bu tarix onun əsrlərlə, minilliklərlə bölgədəki mühüm əhəmiyyətindən xəbər verir. Lakin XIX əsrin ortalarından başlayaraq sənayedə daha mütəşəkkil rol oynayan neft region dövlətlərinin diqqətini kəskin şəkildə Xəzərə yönəltmişdir. Əsrlərlə Rusiyanın Qafqazda apardığı mübarizələrin əsasında elə Xəzər kimi böyük hövzəsinin sərvətlərinə sahib olmaq dururdu. Buna görə də son 150 il Xəzər tarixində daha maraqlı məqamlarla zəngindir. Bu dövr ərzində dənizin Azərbaycan hissəsində 432 milyon ton neft, 318 milyard kubmetr qaz hasil edilmiş, 26 böyük yataqlar kəşf edilmişdir.

Əlbəttə, bu qədər sərvətin mənimsənilməsində aparıcı rolu Rusiya oynamışdır. Məhz dünya praktikasında ilk dəfə olaraq 1798-1830-cu illərdə dənizdə Xəzərin buxtasında qazılmış quyulardan neft çıxarılmışdır. 1872-ci ildən başlayaraq Avropanın neft nəhəngləri bölgədəki neft sahələrinə böyük maraq göstərmiş, 1873-cü ildə Robert Nobel (1829-1896) Abşeron, Xəzər neft yataqlarının istifadəsinə və ağ neft fabrikinin tikintisinə qardaşları Lüdviq və Alfred ilə birlikdə 25 min rubl sərf etmişdir. Həmin qardaşlar 1879-cu ildə neft şirkəti yaratmışlar. 1877-ci ildə L.Nobelin sifarişi ilə dünyada ilk neft gəmisi tikilib istifadəyə verilmişdir. "Zaratustra" adlanan dünyanın ən iri tankeri 40 ilə yaxın Xəzər dənizində işlədi. Xəzər neftinə daha sonra Rotşildlər maraq göstərmiş, öz fəaliyyət dairəsinə görə II yerə çıxmışlar. Sovet hakimiyyəti illərində də Xəzər nefti məşhurluğu ilə yanaşı, Moskvanın diqtəsi ilə güclü istismar olunmuş, həm də burada tətbiq olunmuş texnikanın səviyyəsi getdikcə yüksəlmişdir. İlk dəfə olaraq 1949-cu ildə sənaye üsulu ilə neftin istehsal edilməsinə Xəzər dənizində başlanmışdır. Ötən 50 il ərzində Xəzər nefti Sovet Rusiyasının güclü gəlir mənbəyi olmuşdur. XX əsrin 70-ci illərində Xəzərin tədqiqi ilə məşğul olan görkəmli azərbaycanlı coğrafiyaşünas alim Q.M.Gül bu haqda yazırdı: "Xəzərin sərvətləri müxtəlif və rəngarəngdir. Dünya durduqca Xəzər bəşəriyyətə xidmət edə, ona bol ruzi verə bilər. Bunun üçün onun təbii sərvətlərindən, iqtisadi imkanlarından ağıl və zəka ilə zamanın tələblərinə uyğun səmərəli istifadə yolları müəyyən edilməlidir".

Lakin 90-cı illərdə baş vermiş ictimai-siyasi proseslər Xəzərin tarixində əsaslı dönüş yaradaraq əvvəllər keçmiş SSRİ-nin İranla bağladığı 10-dan artıq müxtəlif müqavilələr əsasında istismar praktikasını kölgədə qoymuşdur. Artıq regionda beş müstəqil dövlətin mövcudluğu onların xarici siyasətində "Xəzərdən yeni istifadəni" meydana çıxarmış, bu beynəlxalq əhəmiyyətli mövzuya çevrilmişdir. Elə buna görə də Xəzərin müasir tarixindəki ictimai-siyasi proseslərin öyrənilməsi mürəkkəb olduğu qədər də maraqlıdır.


Qaqaş25.06.2008 12:03
                   HEYDƏR ƏLİYEV YOLUNUN DAVAMÇISI

(Azərbaycanın yeni prezidentinin siyasi portreti)

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın yeni prezidenti, həm də dünya azərbaycanlılarının yeni lideridir.

Azərbaycanın yeni prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.

 


Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. O, peşəkar siyasətçidir. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoci fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir (1985). 1991-ci ildən Moskvada "Oriyent" şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının baş naziri (2003) vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.

İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır. İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır.

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.

İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qaradağ rayonununda və ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa qətiyyətlə və cəsarətlə xidmət etmək nümunəsidir. Onun AŞPA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərmişdir. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma "Dağlıq Qarabağ problemi" barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri var. Avropa Şurasındakı fəaliyyəti, AŞPA-dakı obyektiv və konstruktiv çıxışları İlham Əliyevə qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazanmışdır. O, AŞPA-nın vitse-spikeri və Büro üzvü seçilmişdir (2003, yanvar).

İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddət ərzində, Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrətli qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir.

İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda (Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba) da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.

Hazırda Azərbaycanın beynəlxalq yarışlarda, idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu, İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir.

İlham Əliyev beynəlxalq münasibətlər tarixi sahəsində dərin biliyə malik olan peşəkar siyasətçi kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanmışdır. O, Azərbaycan nümayəndə heyətinin başçısı, yaxud üzvü kimi ABŞ, İngiltərə, Türkiyə, Fransa, Rusiya, Ukrayna, İsveçrə, Qazaxıstan, Özbəkistan, Slovakiya, Polşa, Gürcüstan və b. ölkələrdə rəsmi səfərlərdə, o cümlədən dövlət səfərlərində olmuş, bir çox beynəlxalq konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir.

İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı olmuş, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. O, 2003-cü ilin Prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, xüsusi prezident fərmanı ilə 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı qəbul olunmuşdur. Prezident İlham Əliyev ölkədə İnsan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Onun "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamları (2004,12 yanvar), Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqını, tələbələr, magistrlər və aspirantların təqaüdlərini dəfələrlə artırması milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir. İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. O, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranırdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmiz dünya birliyinə üzv olurdu. Bu, çox əlamətdar hadisə idi".

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.

Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilməkdədir.


Azərbaycanın tarixiŞərhlər(0)     Baxış sayı:133
Qaqaş25.06.2008 12:03
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANA RƏHBƏRLİYİNİN BİRİNCİ DÖVRÜ: MÜSTƏQİLLİYƏ DOĞRU BÖYÜK DÖNÜŞ VƏ MİLLİ OYANIŞIN BAŞLANMASI

(1969-1982)

Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən 60-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı. Respublikanın inkişafı getdikcə ləngidi və bu, əhalinin sosial vəziyyətinə məntiqi təsir göstərməyə başladı. İstehsalın, o cümlədən sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan ittifaq səviyyəsindən geri qalırdı. Və bu gerilik getdikcə artırdı. Kənd təsərrüfatı xüsusilə ağır vəziyyətə düşmüşdü. Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalatda, demək olar ki, tətbiq olunmurdu.


Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə
respublika iqtisadiyyatı bütövlükdə dərin
və uzunmüddətli böhran mərhələsinə qədəm
qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış
yolu tapılmalı, iqtisadiyyatın inkişafı
üçün prinsipial cəhətdən yeni konseptual
yanaşma yolları işlənib hazırlanmalı, xalq
təsərrüfatında köklü struktur
dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq
və iqtisadi həvəsləndirmə işində təzə
metodlar tətbiq edilməli idi.

Heydər Əliyev

Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü başlandı. Doğma xalqının böyük təəssubkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.

Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. HEYDƏR ƏLİYEV YENİ AZƏRBAYCANIN QURUCUSUDUR. O, bu quruculuğa hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməzdən də əvvəl, XX yüzilliyin 40-cı illərindən başlamışdı. Bu illərdə Azərbaycanın hüquq-mühafizə oqranlarında fəaliyyətə başlayan Heydər Əliyev qarşısına çıxan (daha doğrusu çıxarılan!) bütün maneələri və çətinlikləri dəf edərək ittifaq dövlətinin - SSRİ-nin Azərbaycanda əsas dayağı olan Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək ucaldı. Onun bu dövrdə, son dərəcə gərgin və mürəkkəb şəraitdə göstərdiyi məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində Dövlət Təhlükəsizliyi Komitəsinin xalqımızın düşmənlərindən təmizlənməsi sahəsində çox ciddi addımlar atıldı və ilk dəfə olaraq xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunmasına başlandı.

Beləliklə, XX əsrin uzaq 20-30-cu illərində ermənilərin və qeyri millətlərin nümayəndələrinin yuva salmış olduğu və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş Dövlət Təhlükəsizlik Komitəsinin (DTK-nın) azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə - hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev girişmişdir. Bu gün bütün azərbaycanlılar, o cümlədən xalqımızın hər bir nümayəndəsi aydın dərk etməli və unutmamalıdırlar ki, daşnaklar xalqımıza qarşı həyata keçirdikləri 1918-ci ilin Mart soyqırımından sonra, 1920-ci ilin Sovet işğalında da yaxından iştirak etdilər. Bolşevik libası geyinmiş daşnaklar bu dəfə xalqımızı sovet hakimiyyətinin "qurucuları" cildinə girərək qırdılar. Onlar KQB-də (Dövlət Təhlükəsizlik Komitəsində) və NKVD-də (Xalq Daxili İşlər Komissarlığında) əsas mövqeləri ələ keçirdilər. Erməni "çekistləri" uydurma "cinayət işləri" qaldıraraq 20-30-cu illərdə xalqımıza qarşı kütləvi repressiyalar həyata keçirdilər, neçə-neçə Cavidləri, Müşfiqləri - Azərbaycan xalqının qaymağını məhv etdilər. Bu baxımdan Heydər Əliyevin KQB-ni azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri Vətən və xalq qarşısında adi xidmətlər deyil! Başqa sözlə, Heydər Əliyev qeyrətli və milli əhvali-ruhiyyəli Vətən oğullarını Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb etməklə, əslində xalqımızın namuslu övladlarına qarşı yönəlmiş növbəti təqiblərin qarşısını alırdı.

Yeri gəlmişkən, bu mürəkkəb və son dərəcə gərəkli fəaliyyət sahəsində Heydər Əliyevin milli təəssübkeşliyinin canlı şahidiyəm.

...60-cı illərin lap əvvəli idi. Bakı Universitetinin tarix fakültəsində oxuyurdum. Fakültədə komsomol təşkilatının katibi idim. Nikita Xruşşovun hakimiyyətə gəlişi ilə ölkədə Çinə qarşı düşmənçilik kampaniyası başlanmışdı. İkinci kursda oxuyan çox istedadlı bir tələbə buna etirazını bildirmiş, vərəqələr yaymışdı. DTK həmin tələbənin işi üzrə təhqiqata başlamışdı. Hamımız narahat idik. Nəhayət, mənə tapşırıldı ki, tarix fakültəsinin qapalı komsomol yığıncağını keçirim. Universitetin keçmiş binasının (hazırkı İqtisad İnstitutunun binası - Y.M.) böyük akt zalında fakültənin qapalı komsomol yığıncağı keçirilirdi. Yığıncağa o zaman hələ DTK-da o qədər də yüksək vəzifədə olmayan Heydər Əliyev gəlmişdi. O, gənclər qarşısında çox əhatəli, həm də öyüd-nəsihətlə dolu bir çıxış etdi. Sonra qızğın müzakirələr, komsomol "tənqidləri" başlandı. İclas əvvəlcə çox rəvan gedirdi. Qabaqcadan hazırladığımız çıxışçılar bir-bir söz alaraq əvvəlcə "cinayət" işləmiş tələbəni tənqid "atəşinə" tutur, sonra isə bağışlanmasını xahiş edirdilər. Nəzərdə tutulan çıxışlar başa çatan kimi iclası yekunlaşdırmaq istəyirdim ki, əvvəlki çıxışlardan ruhlanan rektor mənə "təpindi": "qoy camaat sözünü desin!". Əlacsız qalıb əl qaldıranlara bir-bir söz verməli oldum. İclas qızışdı, nə qızışdı! Mövcud rejimə qarşı tələbələrin ağzından od-alov püskürməyə başladı… Çıxılmaz vəziyyətə düşdük. İclası yekunlaşdırmaq, qərar qəbul etmək lazım idi. Çox çətin vəziyyət qarşısında qalmışdıq. Elə bu anda çıxış yolunu Heydər Əliyev özü göstərdi. O, yenidən söz alıb xitabət kürsüsünə qalxdı və komsomolçulara məsləhət gördü ki, yoldaşlarının tərbiyəsini öz üzərlərinə götürsünlər. Dərindən nəfəs aldıq. Hamımızın canı xatadan qurtardı. Və ağır şəraitdə, mürəkkəb əhatədə, Mərkəzin nəzarəti altında işləyən Vətən oğlunun cəsarətinə hamımız heyran qaldıq!

XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlandı. 1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.

Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Xalq ilk addımlarındanca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Azərbaycan xalqının tarixində HEYDƏR ƏLİYEV DÖVRÜ başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Bütün ömrünü doğma xalqına həsr etdi.

Böyük siyasətçi iqtisadiyyat (o cümlədən kənd təsərrüfatı) və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə (o vaxtkı terminologiya ilə desək, inzibati-iqtisadi vahidə) çevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən beş xüsusi qərar qəbul etməsinə nail oldu. Və eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Xalqın qurub-yaratmaq dühası tamamilə və bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olundu. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə, bütün varlığı ərzində, ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Sənayenin inkişaf səviyyəsinə görə bütün respublikanın proporsional inkişafı üçün mühüm tədbirlər görüldü. İstehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqelərə çıxdı. İstehsal olunan məhsulların keyfiyyət göstəricisi əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə yüksəldi.

Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı.

1970-1985-ci illər Azərbaycanın quruculuq
salnaməsinə ən parlaq səhifələr kimi daxil
olmuşdur. Baş verən dəyişikliklərin
miqyasına, iqtisadi və sosial sahələrdə
aparılan dərin struktur islahatlarının
xarakterinə, xalqın maddi rifah halının
keyfiyyətcə yeni mərhələyə keçirilməsinə
görə doqquzuncu, onuncu və on birinci
beşilliklər Azərbaycanın yeni tarixində ən
mühüm yerləri tutur.

Heydər Əliyev

1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi.

Bu gün Bakıya, Azərbaycanın rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, Kür su kəməri, yaşıllıq zonaları, istirahət ocaqları, neçə-neçə yollar, o cümlədən yurdun şimal-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmir yolu, Dağlıq Qarabağın mərkəzə - Bakıya bağlılığını artırmaq və orada Azərbaycan mühitini canlandırmaq üçün görülən mühüm tədbirlər, o cümlədən Xankəndinə dəmiryolu çəkilməsi Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bu böyük insanın bütün varlığına hopmuş Vətən sevgisinin nəticəsi idi.

1970-1985-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.

…Yaxşı yadımdadır. 70-ci illərin sonu idi. Ali məktəblərə tələbə qəbulu ilə əlaqədar olaraq Mərkəzi Komitədə keçirilən ənənəvi müşavirəyə dəvət olunmuşdum. Heydər Əliyev təhsil nazirini və bir-iki ali məktəb rektorunu dinlədikdən sonra, Ümumqoşun Komandirləri Məktəbinin rəisini çıxışa dəvət etdi. Və ona dərhal sual verdi - tələbələr içərisində yerli əhalinin (yəni azərbaycanlıların - Y.M.) nümayəndələri nə qədərdir? Aldığı cavabdan, yəni azərbaycanlıların hərbi təhsilə zəif cəlb olunmasından çox narazı qalan Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini çox kəskin surətdə məzəmmət etdi və ona konkret tapşırıqlar verdi. İş elə gətirdi ki, sonrakı il ali məktəblərə qəbul ərəfəsində Mərkəzi Komitədə keçirilən müşavirədə mən yenə iştirak etməli oldum. Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini yenə xitabət kürsüsünə dəvət etdi. Rəis bu dəfə də müxtəlif rəqəmlər gətirdi. Heydər Əliyev, əvvəlki kimi, bu mühüm işin gedişi, xüsusilə yerli əhalinin faizi ilə maraqlandı. Müəyyən irəliləyiş olmasına baxmayaraq, yenə narazı qaldığını bildirdi. Böyük siyasətçinin dedikləri bugünkü kimi yadımdadır: "Yerli əhalinin nümayəndələrini təyyarəçilik məktəblərinə göndərmək lazımdır. Təyyarəçilər hazırlamaq lazımdır. Bu günlərdə kosmonavtlar dəstəsinin tərkibi ilə maraqlandım. Dəstəyə bir nəfər də olsun azərbaycanlının cəlb olunmamasından narazılığımı bildirdim. Mənə məlumat verdilər ki, kosmonavtlar dəstəsinə ancaq təyyarəçilik məktəblərini bitirənləri götürürlər. Bu məsələ ilə də maraqlandım. Aydın oldu ki, SSRİ-nin təyyarəçilik məktəblərində Azərbaycanın yerli əhalisinin bir nəfər də olsun nümayəndəsi təhsil almır. Bəs siz hara baxırsınız?!".

Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə Heydər Əliyev şəxsən özü başçılıq edirdi. Bir sözlə, daim xalqının gələcəyini düşünən BÖYÜK AZƏRBAYCANLI hələ o vaxtlar zamanı qabaqlayaraq XXI yüzilliyin Azərbaycanı üçün güclü kadr potensialı yaradırdı.

Heydər Əliyevin XX yüzilliyin 70-80-ci illərinin əvvəllərində həyata keçirdiyi kompleks inkişaf proqramları nəticəsində Şimali Azərbaycan o zaman dağılmağa başlamış böyük SSRİ məkanında qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət respublikasına çevrildi. Bu, Heydər Əliyevin məqsədyönlü, qabaqcadan götür-qoy edilmiş, dərindən ölçülüb-biçilmiş və gələcəyə istiqamətlənmiş müdrik siyasətinin, dahiyanə uzaqgörənliyinin parlaq nəticəsi idi.

Azərbaycanın Sovet dövründə inkişafının
ən bariz nəticəsi odur ki, həmin dövrdə
yaranmış iqtisadi, elmi-texniki və mədəni
potensial respublikamızın tam müstəqil
dövlət kimi fəaliyyət göstərməsi üçün
möhkəm zəmin yaratmışdır.

Heydər Əliyev

Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi yeni Azərbaycanı - bugünkü Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı!

Dahi dövlət xadimi Heydər Əliyev kommunist rejiminin ağalığı dövründə doğma xalqına qarşı baş vermiş haqsızlıqlar əleyhinə özündən başqa heç kəsin apara bilməyəcəyi mübarizəni apardı, Kreml rejiminin ağır təqibləri şəraitində xalqının çəkdiyi əzablara cavab olaraq, Azərbaycanın gələcəyi naminə olduqca uzaqgörən və çox cəsarətli addımlar atdı. Vətənin bütün guşələrində Azərbaycanın haqqı tapdalanmış böyük şəxsiyyətlərinin heykəllərini ucaltdırdı, repressiya qurbanı olmuş böyük Cavidi ölümündən illər keçdikdən sonra Vətənə qaytardı, Kerçdə, Krımda həlak olmuş minlərlə azərbaycanlının şərəfinə Sapun Qora yaxınlığında abidə ucaltdırdı...

Məhz bu dövrdə - Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə, ilk dəfə olaraq, Azərbaycanın görkəmli sənət adamlarının böyük bir dəstəsinə - şairlərimizə, yazıçılarımıza, bəstəkarlarımıza ilk dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi də təkzibolunmaz tarixi faktdır.

Doğma xalqı, el-obası üçün canını qoyan, elə buna görə də Moskvaya "irəli çəkilib" müəmmalı şəkildə həyat çırağı söndürülən, sonra da "millətçi" damğası yapışdırılan və adının çəkilməsi belə yasaq olunan Nəriman Nərimanovun əzəmətli heykəlini ucaltdırmaq Heydər Əliyev şəxsiyyətinin Vətən qarşısında böyük xidməti idi. Sonralar Nərimanova Ulyanovsk şəhərində də abidə ucaltdırmağa nail olan Heydər Əliyev bir daha sübut etdi ki, onu Vətən - xalq təəssübkeşliyindən döndərmək heç kəsin hünəri deyil, o cümlədən hakim sovet rejiminin də!

Heydər Əliyevin rəhbərliyi dövründə, XX əsrin 60-cı illərinin sonu - 70-ci illərində, Azərbaycanın ümumi yüksəlişi fonunda xalqımızın tarixi keçmişinə də maraq artdı, bu sahədə də oyanış başlandı. Xalqımızın milli-mənəvi həyatında da dirçəliş başlandı. O zaman ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Ensiklopediyası idi. Ensiklopediyanın Baş redaksiyası, redaksiya ətrafında toplanmış alimlərin böyük əksəriyyəti çox cəsarətli çıxışlar edirdilər. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin Aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar. Rəsul Rzanın həlledici köməyi ilə bu sətirlərin müəllifi Kiyevin xəritə fabrikində ilk dəfə olaraq Azərbaycan tarixi xəritələrinin hazırlanması və çapına nail oldu. 1972-ci ildə Ensiklopediyanın Baş redaksiyası Rəsul Rzanın redaktorluğu ilə "Azərbaycan SSR xəritələri" (Azərbaycan və rus dillərində) adlı atlas nəşr etdi. Göstərilən tarix xəritələri həmin atlasa daxil edildi. Lakin "sapı özümüzdən olan baltalar" bütün bu məsələləri Moskvaya çuğulladılar, Ermənistandakı tarixçi "dostlarını" köməyə çağırdılar. Bizə "millətçi", "burcua məfkurəçiləri", "sovet hökumətinin və Rusiyanın düşmənləri" damğasını vurmaq məqsədilə xalqımıza qarşı 1918-ci ilin Mart soyqırımını törətmiş S.Şaumyanın oğlu L.S.Şaumyanı Bakıya gətirtdilər. O zaman "Böyük Sovet Ensiklopediyası" baş redaktorunun birinci müavini, həm də sovet ideologiyasının başında duranlardan biri olan oğul - Şaumyan əlinə düşən fürsətdən istifadə edərək Azərbaycan ziyalılarına zərbə vurmaq üçün özünü oda-közə vurdu. Lakin məqsədinə çata bilmədi. Çünki Azərbaycana doğma yurdunun təəssübkeşi olan qüdrətli bir şəxsiyyət başçılıq edirdi. Məhz Heydər Əliyevin müdrikliyi və cəsarəti sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük bir dəstəsi nəinki KQB-nin təqiblərinə düçar olmadı, hətta partiya cəzasından da yaxa qurtara bildilər!!!

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir. Bütün bunlardan sonra, fikrimizcə, prezident Heydər Əliyevin bugünkü fəaliyyəti ilə əvvəlki rəhbərlik dövründəki fəaliyyəti arasındakı sıx məntiqi əlaqəni, dialektik vəhdəti isbat etməyə ehtiyac qalmır. Faktlar özü hər şeyi daha yaxşı sübut edir!

Həmin faktların ən böyüyü isə bu idi ki, dünya sosializm sisteminin və böyük Sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan SSR artıq öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ola biləcək ikinci respublika idi.

Bu gün tam əminliklə söyləmək olar ki,
Azərbaycanın dövlət suverenliyi və iqtisadi
müstəqilliyi, sistemli şəkildə artan xarici
iqtisadi əlaqələri, dünya iqtisadiyyatına
get-gedə daha dərindən inteqrasiya
olunması 1970-1985-ci illərdə təməli
qoyulmuş xalq təsərrüfatı potensialına
əsaslanır.

Heydər Əliyev

Beləliklə, Heydər Əliyevin doğma xalqı qarşısında ən böyük xidmətlərindən biri də bu idi ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunarkən Şimali Azərbaycan artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır idi.


Azərbaycanın tarixiŞərhlər(0)     Baxış sayı:77
Qaqaş25.06.2008 12:03
ŞİMALİ AZƏRBAYCANDA KOMMUNİST RECİMİ
(1920-ci il 28 aprel - 1991-ci il 18 oktyabr)

AĞIR SINAQLAR DÖVRÜ (1920-1969)

1920-ci il aprelin 28-də Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu. Ölkədə bütün hakimiyyətin Müvəqqəti İnqilab Komitəsinin və Azərbaycan SSR Xalq Komissarları Sovetinin əlinə keçdiyi elan olundu. Xalq Komissarları Sovetinə N.Nərimanov başçılıq edirdi. İşğalçılar, xalqdan ehtiyat edərək, Müvəqqəti İnqilab Komitəsi və Xalq Komissarları Sovetinin tərkibinə ancaq azərbaycanlıları daxil etmişdilər. Lakin bu formal xarakter daşıyırdı. Real hakimiyyət hələ 1920-ci ilin fevralında yaradılmış və Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində işğalçılarla əlbir hərəkət etmiş Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının - AK(b)P-nin əlində idi.


AK (b)P Rusiya Kommunist (bolşeviklər) Partiyasının - RK(b)P-nin tərkib hissəsi idi və bilavasitə Moskvanın göstərişlərini yerinə yetirirdi. AK(b)P-nin fəaliyyətinə, faktiki olaraq, A.İ.Mikoyan rəhbərlik edirdi. Partiyanın rəhbər özəyi də qeyri-millətlərdən, xüsusən ermənilərdən, gürcülərdən və ruslardan ibarət idi. Odur ki, bütün əvvəlki soyqırımlarında, o cümlədən 1918-ci ilin Mart soyqırımında, həmçinin, 1920-ci ilin 28 Aprel işğalı zamanında olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət strukturlarının dağıdılmasında da ermənilər və digər millətlərin nümayəndələri xüsusi rol oynayırdılar.

Cümhuriyyətin hakimiyyət strukturlarını dağıtmaq üçün Azərbaycanın hər yerində İnqilab Komitələri yaradıldı və onlara fövqəladə səlahiyyətlər verildi. Bolşeviklər Azərbaycanın müstəqil dövlətçilik ənənələrini məhv etmək üçün xalq arasına parçalanma və düşmənçilik salır, əhalinin müxtəlif təbəqələrini üz-üzə qoyurdular. Onlar xalqı öz tərəflərinə çəkmək məqsədilə, guya "istis marçılara qarşı fəhlə-kəndli hakimiyyəti" yaratmağa çalışdıqları barədə geniş təbliğat kompaniyası aparırdılar.

Lakin zahiri təbliğatla real hərəkət daban-dabana zidd idi. Əslində, hər şey xalqın dövlətçilik ənənələrini və milli müstəqillik şüurunu məhv edən qanlı kommunist diktaturasının yaradılmasına yönəldilmişdi. Yerli İnqilab Komitələri məhz bu məqsədə xidmət edirdi.

Elə həmin məqsədlə də mərkəzdə və yerlərdə milli dövlətçilik strukturları məhv edilir, bolşeviklərin yeni güc strukturları yaradılırdı. Bu sahədə atılan ilk addım ölkənin hər yerində əvvəlki polisin ləğv edilərək fəhlə-kəndli milisi ("qırmızı milis") yaradılmasından ibarət oldu. Fəhlə-kəndli milisi ilə yanaşı Fövqəladə Komissiya ("ÇK"-- Çrezvıçaynaə Komissiə) və Ali İnqilabi Tribunal fəaliyyətə başladı.

Fövqəladə Komissiyanın və Ali İnqilabi Tribunalın qanunla heç bir məhdudiyyət qoyulmayan fövqəladə səlahiyyətləri vardı. Onların qərarı dərhal icra olunurdu. Hər iki struktur "əksinqilaba və təxribatçılığa qarşı mübarizə" pərdəsi altında müstəqil dövlətçilik ənənələrinin və milli mənlik şüurunun daşıyıcıları olan qabaqcıl adamları, xüsusilə xalqın ziyalı potensialını məhv etməyə başladı.

Ölkənin hər yerində "qırmızı terror" tüğyan edirdi. Bolşevik rejiminin möhkəmlənməsinə müqavimət göstərə biləcək hər kəs "xalq düşməni", "əksinqilabçı" və ya "təxribatçı" adı ilə dərhal "qırmızı terror"un qurbanı olurdu.

Beləliklə, 1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırımına başlanmışdı. Fərq onda idi ki, bu dəfə millətin say-seçmə adamları - Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri, generallar, Milli Ordunun yüksək rütbəli zabitləri, qabaqcıl ziyalılar, din xadimləri, partiya rəhbərləri, siyasi xadimlər, məşhur alimlər məhv edilirdi. Bolşevik-daşnak güruhu bu dəfə düşünülmüş surətdə xalqın ancaq qaymağını məhv edir, onu başsız qoymağa çalışırdı. Bu, əslində 1918-ci ilin Mart soyqırımından daha amansız, daha dəhşətli soyqırımı idi. Yeri gəlmişkən, bütün bu kütləvi qırğınlar Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin razılığı olmadan, AK (b)P MK-nın və BK-nın rəhbərliyi, XI Qırmızı Ordunun xüsusi şöbəsi, qırmızı milis, ÇK, Ali Hərbi Tribunal tərəfindən həyata keçirilirdi. Bütün bu strukturlara erməni, rus və gürcü cəlladları rəhbərlik edirdilər.

Azərbaycan xalqının qabaqcıl övladlarına qarşı qanlı qırğın bilavasitə Orconikidze, Kirov, Mikoyan, Sarkis, Mirzoyan, Lominadze, Yeqorov və başqaları kimi bolşevik-daşnak cəlladlarının göstərişi ilə həyata keçirilirdi. Ölkənin bütün hakimiyyət strukturlarında möhkəmlənmiş ermənilər "qırmızı terror"un həyata keçirilməsində xüsusilə fəal rol oynayırdılar. Ölkənin güc strukturlarına soxulmuş ermənilər azərbaycanlıları kütləvi surətdə istintaqsız və mühakiməsiz güllələyirdilər. Ümumiyyətlə, 1920-ci ilin 28 aprelindən sonra təxminən bir il ərzində Azərbaycan xalqının 50 min nəfərə yaxın say-seçmə övladı güllələnmiş, millət özünün qaymağından məhrum edilmişdi.

İşğal prosesində və "qırmızı terror" zamanı bolşevik-daşnak cəlladları güllələnənlərin əmlakını müsadirə edir, bununla kifayətlənməyərək bütün əhalini, o cümlədən yoxsulları qarət edir, xalqın olan-qalanını, hətta nəsillərdən yadigar qalmış zinət şeylərini və qiymətli əşyalarını da zorla əlindən alırdılar. Azərbaycanlıların boşaldılmış mənzillərinə ermənilər, ruslar və qeyri millətlərin nümayəndələri köçürülürdü. Xalqa divan tutulurdu.

İşğaldan dərhal sonra "ordunun və donanmanın yenidən təşkil olunması pərdəsi" altında ölkənin silahlı qüvvələri Moskvanın - Qırmızı Ordunun tabeliyinə verildi. Xalq öz ordusundan məhrum edildi. Bununla Azərbaycanın müstəqilliyi, faktiki olaraq, tamamilə aradan qaldırılmış oldu.

Bolşevik rejimi müstəqil dövlətçilik ənənəsini, milli mənlik ruhunu əhalinin şüurundan çıxarmaq üçün xalqın mənəviyyatına qarşı da hücuma keçdi. Cümhuriyyət dövründə dövlət dili olan Azərbaycan dili sıxışdırıldı. Milli kadrlar hazırlanması kəskin surətdə məhdudlaşdırıldı. Ruslaşdırma siyasətinə başlandı. Silklər, silki, mülki və dini imtiyazlar, rütbələr ləğv edildi. "Bəy", "xan", "ağa" sözlərinin işlənməsi belə qadağan olundu. Din dövlətdən və təhsildən ayrıldı. Dini ayinlərin icrası və məktəblərdə şəriət dərslərinin keçilməsi yasaq edildi. Dini məktəblər kütləvi surətdə bağlandı. Qədim memarlıq abidələri olan məscidlərin, minarələrin uçurulmasına başlandı. Azərbaycan xalqının mənəviyyatına və milli mədəniyyətinə qarşı hücum dövrü başlandı.

Zorakı "dövlət quruculuğunun" mühüm tərkib hissələrindən biri də yerlərdə yoxsul komitələrinin yaradılması idi. Yoxsul komitələri bolşeviklərin dayağına çevrilməli, kənddə qarşıdurmanı dərinləşdirməli, Azərbaycan kəndinin "əksinqilabçılardan" təmizlənməsində hakim rejimə yaxından köməklik göstərməli idilər.

Çox keçmədən inqilab komitələri və yoxsul komitələri sovetlərlə əvəz olundu. 1921-ci il mayın 6-da Azərbaycan SSR-in birinci sovetlər qurultayının çağırılması ilə Şimali Azərbaycanın sovetləşdirilməsi başa çatdırıldı. Mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul olundu. Əsasən RSFSR Konstitusiyasının təkrarı olan bu konstitusiya xalqa geniş hüquqlar vəd etsə də, bu, formal xarakter daşıyırdı. Çünki sovetlərin fəaliyyətinə bütün mərhələlərdə Moskvadan - RK(b)P tərəfindən istiqamətləndirilən AK(b)P rəhbərlik edirdi. Üstəlik, ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar qadağan olundu. Bununla da proletariat diktaturası, əslində partiya diktaturasına çevrildi. Digər tərəfdən, xalqın ziyalı təbəqələrinin, "fəhlə-kəndli hakimiyyəti yaratmaq" pərdəsi altında, faktiki olaraq, sovetlərə seçilmək hüququndan məhrum edilməsi sovetləri Kommunist partiyasının və Moskvanın əlində itaətkar alətə çevirdi.

Beləliklə, işğaldan keçən bir il ərzində bolşeviklərin qanlı qırğınlarla müşayiət olunan zorakı tədbirləri nəticəsində Şimali Azərbaycanda, guya konstitusiyaya əsaslanan hakimiyyət orqanları formalaşdırıldı, sovet sosialist demokratiyası bərqərar oldu. Əslində isə, Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamenti ilə müqayisədə, yeni yaradılan demokratiya formal və yalançı demokratiya idi, sözün əsl mənasında kommunist diktaturası idi.

Lakin bu diktatura diktatura kimi də müstəqil deyil, Moskvadan asılı diktatura idi. Odur ki, dünyanın ən qabaqcıl dünyəvi, demokratik respublikaları ilə bir sırada dayanan və xalqın dövlətçilik zəkasının layiqli bəhrəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və onun dövlət idarəçiliyi strukturlarının dağıdılması Azərbaycan xalqının tarixində ən ağır faciələrdən biri idi.

Azərbaycan xalqı özünün müstəqil hakimiyyətindən məhrum edildikdən sonra onun sərvətlərinin talan olunmasına başlandı. Torpaq üzərində xüsusi mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi, daha doğrusu, dövlət mülkiyyəti hesab olundu. Neft sənayesini idarə etmək üçün xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlik V.İ.Lenin tərəfindən Bakıya göndərilmiş A.P.Serebrovskiyə tapşırıldı. Beləliklə, hələ 1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda "Bakını almaq bizə olduqca və olduqca zəruridir" deyə Şimali Azərbaycanın işğalına göstəriş vermiş V.İ.Lenin öz arzusuna çatdı. Bakı nefti Sovet Rusiyasının əlinə keçdi.

Nəriman Nərimanov
Neft sənayesinin ardınca Xəzər ticarət donanması, ölkədə fəaliyyət göstərən banklar, balıq sənayesi və iqtisadiyyatın bir çox başqa sahələri də milliləşdirildi. Milliləşdirmə XIX əsrin sonu və XX əsrin əvvəllərində sürətli inkişaf məcrasına düşmüş Şimali Azərbaycanın iqtisadiyyatına ağır zərbə vurdu. Xalqın öz sərvətlərinə mülkiyyət hüququndan məhrum edilməsi milli müstəqillik şüurunun da zəifləməsinə səbəb oldu. Sənaye istehsalı və iqtisadiyyatın idarə olunması, başlıca olaraq, rusların, ermənilərin, yəhudilərin və qeyri millətlərin nümayəndələrinin əlində cəmləşdirildi. Azərbaycanın sərvətləri, xüsusilə Bakı nefti talan olunaraq Rusiyaya daşınmağa başladı. Sovet Rusiyası yanacaq böhranından çıxdı. Bütövlükdə Şimali Azərbaycan Rusiyanın yanacaq və xammal mənbəyinə çevrildi. Üstəlik Şimali Azərbaycanı qan içində boğmuş işğalçı ordu hissələri də Azərbaycan xalqının hesabına saxlanırdı.

Kütləvi qırğınların və talançılığın baş alıb getdiyi ağır şəraitdə doğma xalqını müdafiə edən N.Nərimanov və onun tərəfdarlarına isə "millətçi" damğası yapışdırılmış və onlar, faktiki olaraq, ölkənin idarə edilməsindən təcrid olunmuşdular. Ölkənin taleyini həll edən erməni-rus-gürcü rəhbərliyi "qəlbində müsavat ruhu yaşadan müsəlmanlara" etibar etmir, hətta Azərbaycanın formal müstəqilliyini də aradan qaldırıb onu bütövlüklə RSFSR-ə qatmağa çalışırdılar. Lakin N.Nərimanov, çətinliklə də olsa, onların bu dəhşətli planının həyata keçirilməsinin qarşısını ala bildi. Müqabilində isə bolşevik-daşnak qrupu, çox keçmədən, öz xalqının təəssübkeşi olan N.Nərimanovun Azərbaycandan uzaqlaşdırılmasına nail oldu.

Bununla belə, işğalçılar Azərbaycan xalqının müqavimətini asanlıqla qıra bilmədilər. 1920-ci il mayın 25-26-da bolşevik rejiminə qarşı Gəncədə silahlı üsyan baş verdi. Keçmiş Milli Ordu bölmələrinin fəal iştirak etdiyi Gəncə üsyançıları onlara qarşı hücuma keçən XI Qırmızı Ordu hissələrini dəfələrlə ağır məğlubiyyətə uğratdılar. Şəhərə yeni diviziyalar yeridildi. Gəncə və onun ətrafında yaşayan ermənilər silahlanaraq işğalçılara qoşuldular. Üsyançılar hər küçə, hər ev uğrunda ağır vuruşmalarda yüzlərlə şəhid verdilər. İşğalçılar, nəhayət, mayın 31-də Gəncəni nəzarət altına ala bildilər. Şəhər üç gün ərzində işğalçılar və daşnak quldurları tərəfindən dəhşətli soyqırımına və qarətə məruz qaldı.

Gəncə üsyanından sonra, iyunun əvvəlində işğalçılara Qarabağda da inadlı müqavimət göstərildi. Erməni-daşnak dəstələri burada da işğalçılara fəal kömək göstərdilər və dinc azərbaycanlı əhaliyə divan tutdular.

İyunun 6-da Zaqatala əhalisi də işğalçılara qarşı ölüm-dirim savaşına başladı. Üsyançılar Zaqatala qalasını ələ keçirdilər. Qax tutuldu. Bütün bölgə ayağa qalxdı. Üsyançılar bölgəyə yeridilən XI Qırmızı Ordu hissələrini məğlubiyyətə uğratdılar. Lakin yeni-yeni hərbi qüvvələrlə möhkəmləndirilən XI Qırmızı Ordu hissələri, nəhayət, iyunun 18-də Zaqatalanı nəzarət altına ala bildilər.

Gəncə, Qarabağ, Zaqatala üsyanlarının ardınca Azərbaycanın, demək olar ki, bütün bölgələrində - Şəmkir, Quba, Dəvəçi, Qusar, Lənkəran, Astara, Kürdüstan, Cavanşir, Qutqaşın, Xaçmaz, Naxçıvan, Ordubad, Şərur və başqa yerlərdə işğalçılara güclü müqavimət göstərildi. Şəmkirdə işğalçı XI Qırmızı Orduya qarşı döyüşlərdə, hətta, qadınlar və uşaqlar da iştirak edirdilər.

İşğalçılara qarşı bütün ölkənin ayağa qalxması, xalqın inadlı müqaviməti bir daha göstərdi ki, istiqlal ruhunu, müstəqil dövlətçilik ənənələrini Azərbaycan xalqının əlindən almaq asan məsələ deyildir.

Müqavimət hərəkatının daha da qüvvətlənəcəyindən qorxuya düşən Sovet hökuməti Azərbaycana yeni diviziyalar yeritdi. Azərbaycan xalqını irəlidə daha dəhşətli faciələr gözləyirdi.

Bu dövrdə bolşevik rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi ən ağır cinayət əzəli Azərbaycan torpaqlarının işğal olunmasında ermənilərə kömək göstərməsi idi. Bolşevik Rusiyası da, Çar Rusiyası kimi, Azərbaycan torpaqları hesabına ermənilər üçün ərazi formalaşdırmaq siyasətini davam etdirir, Azərbaycanı Türkiyədən ayrı salmaq üçün hər cür fitnəkarlığa əl atırdı.

Cümhuriyyət dövründə İrəvanı Azərbaycandan qoparmağa nail olmuş və özlərinə paytaxt etmiş ermənilər yeni təcavüzlərə başlamışdılar. Daşnaklar bu dəfə Naxçıvan, Zəngəzur, Şərur-Dərələyəz və Dağlıq Qarabağı işğal etməyə çalışırdılar.

Bolşeviklərdən üz görən daşnak quldurları bu yerlədə qanlı qırğınlar törətdilər, yüzlərlə Azərbaycan kəndini xaraba qoydular. Yüz minlərlə azərbaycanlı əhali öz yurd-yuvalarından didərgin salındı. Ermənilər sovetləşməni və bolşevik hakimiyyətini qəbul etmək müqabilində bütün Qərbi Azərbaycana yiyələnməyə çalışırdılar. Bu cür sövdələşmə bolşevik işğalçılarından ötrü də sərfəli idi.

Lakin həmin cinayətkar siyasət ilk öncə Naxçıvanda kəskin etiraza səbəb oldu. Naxçıvan əhalisinin inadlı müqaviməti və Türkiyənin qardaşlıq yardımı sayəsində daşnaklar Naxçıvanı ələ keçirə bilmədilər.

Naxçıvandan fərqli olaraq, bolşeviklər 1920-ci il avqustun 10-da ermənilərlə bağladıqları sazişə əsasən, Azərbaycanın iştirakı və razılığı olmadan, əzəli Azərbaycan ərazisi olan Şərur-Dərələyəzi Ermənistana verdilər. Bu, daşnakları daha da şirnikləndirdi: Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ uğrunda mübarizə daha da qızışdı.

Şərur-Dərələyəzi ələ keçirdikdən sonra ermənilər XI Qırmızı Ordunun köməyi ilə Zəngəzurun işğalına başladılar. Cənub-qərbi Zəngəzur (Mehri) Ermənistana qatıldı və bununla Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqə kəsildi.

Mehrinin işğalı nəticəsində Ermənistan, həm də, özü üçün İrana dəhliz açmış oldu. Daşnakların İranla maneəsiz əlaqə saxlamaları üçün əlverişli şərait yarandı.

Həmin dövrdə ermənilər, eyni zamanda, Azərbaycan xalqının cəlladları Orconikidze və Kirovun təzyiqi ilə 1921-ci il iyulun 4-də RK(b)P Qafqaz bürosunun plenumunda Dağlıq Qarabağın Ermənistana qatılması barədə qərar qəbul edilməsinə nail oldular. Lakin N.Nərimanovun kəskin müqaviməti və onun tələbi ilə RK(b)P MK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu. Və ertəsi gün - iyulun 5-də Qafqaz bürosu yeni qərar çıxarmağa məcbur oldu: Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyatı verildi. Bununla ermənilər Dağlıq Qarabağ barədə məqsədlərinə tam nail ola bilməsələr də Azərbaycanın bu regionunda öz mövqelərini möhkəmləndirə bildilər.

Bütün bunlara baxmayaraq, ermənilərin və bolşeviklərin Naxçıvanla bağlı planları baş tutmadı. Türkiyənin qətiyyətli mövqeyi sayəsində RSFSR-lə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinə (16 mart 1921-ci il) əsasən Naxçıvana Azərbaycanın himayəsi altında muxtariyyat verildi. Müqaviləyə görə Naxçıvan özünün muxtariyyat statusunu üçüncü dövlətə güzəştə gedə bilməzdi. Həmin ilin payızında Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında bağlanmış Qars müqaviləsi (13 oktyabr 1921-ci il) də bunu bir daha təsdiq etdi. Beləliklə, bolşeviklər Atatürkün "Türk qapısı" adlandırdığı Naxçıvanı Ermənistana verə bilmədilər və Naxçıvan həmişəlik Azərbaycanın tərkibində qaldı.

Qeyd etmək lazımdır ki, bolşeviklər bütün islam Şərqini sovet Rusiyasının təsir dairəsinə salmaq üçün hər cür demoqogiyaya əl atırdılar. Onlar bəyan edirdilər ki, guya Azərbaycanı Şərqin qapısında "çiçəklənən sovet sosialist respublikasına" çevirəcəklər. Lakin bolşeviklərin Azərbaycanda yeritdikləri siyasətin mahiyyətini tezliklə başa düşən Şərq ölkələri Sovet Rusiyasının hiyləsinə uymadılar. Odur ki, çox çəkmədən Azərbaycanın formal müstəqilliyinə son qoyuldu. Azərbaycan, Gürcüstan və Ermənistan vahid Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) tərkibində birləşdirildi. Bununla ZSFSR-in gürcü-erməni rəhbərliyi zəngin təbii sərvətlərə malik olan və öz inkişaf səviyyəsinə görə daha irəlidə olan Azərbaycanın iqtisadi potensialını Gürcüstanın və Ermənistanın inkişafına yönəltmək üçün əlverişli imkan qazandılar.

Beləliklə, Cənubi Qafqazda Azərbaycan xalqına qarşı milli və dini ayrı-seçkilik siyasəti bir növ qanunlaşdırıldı. 1922-ci il dekabrın 30-da Azərbaycanın ZSFSR tərkibində SSRİ-yə daxil olması ilə ölkənin formal müstəqilliyinə tamamilə son qoyuldu. Azərbaycanın sərvətlərinin daha geniş miqyasda talan olunmasına başlandı.

20-30-cu illərdə milli müstəmləkəçilik siyasəti daha da gücləndirildi və amansızlaşdırıldı. Yeni sosialist iqtisadiyyatının yaradılması prosesində, xüsusilə birtərəfli sənayeləşdirmə və zorakı kollektivləşdirmə nəticəsində Azərbaycan iqtisadiyyatı tamamilə mərkəzdən asılı hala salındı. Mərkəzdən yeridilən iqtisadi siyasət mahiyyətcə Azərbaycanın iqtisadi müstəqilliyinin tamamilə aradan qaldırılmasına yönəlmişdi. Bu siyasətin əsas məqsədi ölkənin xammal mənbəyinə və yardımçı istehsal diyarına çevrilməsindən ibarət idi.

Xalqın milli-mənəvi dəyərlərinə də hücumlar artdı. Süni maneələrlə milli kadrların yetişdirilməsinin qarşısı alınır, kənardan Azərbaycana rus, erməni, yəhudi və qeyri millətlərdən olan əhalinin axınına hər cür şərait yaradılır, onlar müvafiq işlə və Bakı şəhərinin ən yaxşı yerlərində mənzillə təmin olunurdular.

Açıq-aşkar ruslaşdırma və erməniləşdirmə siyasəti yeridilirdi. Bu siyasət ölkənin paytaxtında - "beynəlmiləl" şəhər kimi təbliğ olunan Bakıda daha sürətlə gedirdi. Rus dili Azərbaycan dilini sıxışdırmış, dövlət dilinə çevrilmişdi. Bəhs olunan dövrdə Azərbaycan ərazisinin qonşulara paylanması siyasəti məqsədyönlü surətdə davam etdirilirdi.

Bu dövrdə - 1923-cü il iyunun 7-də Stalinə arxalanan Orconikidze və Kirovun təzyiqi ilə Azərbaycan MİK-i Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığını elan etdi. Nəhayət, 1923-cü il iyunun 27-də RK(b)P-nin Cənubi Qafqaz Ölkə Komitəsinin plenumu Dağlıq Qarabağ barədə RK(b)P Qafqaz bürosunun 5 iyun 1921-ci il tarixli qərarını təsdiq etdi. Bununla, ermənilər və onların Moskvadakı himayəçiləri Azərbaycana qarşı gələcəkdə yeni ərazi iddiası irəli sürmək üçün "zəmin" hazırladılar.

Lakin, vaxtilə, Türkiyənin fəal köməyi sayəsində hüquqi statusu Azərbaycanın xeyrinə həll olunmuş Naxçıvanla əlaqədar ermənilərin hiylələri baş tutmadı. 1924-cü il fevralın 9-da Azərbaycanın tərkibində Naxçıvan MSSR yaradıldı. Bununla belə, bolşeviklər Azərbaycan torpaqları hesabına Ermənistan SSR-in ərazisini genişləndirmək siyasətini davam etdirdilər və 1929-cu ildə Zəngilan rayonunun üç kəndini Ermənistana verdilər. Elə bu dövrdə Qanıq (Alazan) çayının sağ sahilindəki Azərbaycan torpaqlarını da gürcülər ələ keçirdilər.

20-ci illərin sonundan başlayaraq həyata keçirilən zorakı kollektivləşdirmə, xalqın bütün əmlakının zorla əlindən alınması, qolçomaqları bir sinif kimi ləğv etmək siyasəti xalqın səbrini son həddə çatdırdı. Ölkəni yenidən müqavimət hərəkatı bürüdü. Şəki, Zaqatala, Naxçıvan, Xızı, Şəmkir, Cəbrayıl və b. yerlərdə yeni üsyanlar baş verdi.

 

Əhməd Cavad
1930-cu ildə Şəkinin Baş Göynük kəndində xüsusilə qüv vətli üsyan baş verdi. Öz kəndlərində sovet hakimiyyətini devirən göynüklülər Şəkiyə hücum etdilər. Şəhər əhalisi ayağa qalxdı və üsyançılara qoşuldu. Şəkidə də hakimiyyət üsyançıların əlinə keçdi. Qonşu Zəyzid kəndi də üsyana qalxdı və zəyzidlilər özlərini Şəkinin köməyinə yetirdilər. Şəkidə sovet hakimiyyəti devrildi. Şəhərə Qırmızı Ordu hissələri yeridildi. Üsyançıların şiddətli müqavimətinə baxmayaraq yeni qüvvələrlə möhkəmləndirilən nizami ordu hissələri Şəkini ələ keçirdi. Şəki əhalisi günlərlə kütləvi surətdə güllələndi. ÇK-ya soxulmuş ermənilər bu qanlı qırğında da fəal rol oynayırdılar. Göynük üsyançılarına xüsusilə ağır divan tutuldu. Onlar, heç bir istintaq və mühakimə aparılmadan, əhalinin gözləri qarşısında güllələndi və öz əlləri ilə qazdırılmış quyulara dolduruldular. Bununla ermənilər 1918-ci ildə Şəki ərazisində daşnaklara əl-qol açmağa imkan verməmiş göynüklülərdən qisas aldılar. Sonralar bu kütləvi məzarlar və üsyan başçılarından biri olan Türk Əhmədin qəbri müqəddəs ziyarət yerlərinə çevrildi.

 

Hüseyn Cavid
Müqavimət hərəkatının və milli oyanışın yenidən qüvvətləndiyini görən bolşevik rejimi 30-cu illərdə Azərbaycanda daha dəhşətli repressiyalar həyata keçirdi. Azərbaycan rəhbərliyində yuva salmış və kommunist qiyafəsinə girmiş Sumbatov-Qriqoryan-Markaryan-Malyan və başqalarından ibarət olan erməni-daşnak quldurları, faktiki olaraq, Azərbaycanı azərbaycanlılardan, daha doğrusu, Azərbaycan türklərindən "təmizləməyə" başladılar. Həmin rəhbər erməni qrupunun başçılıq etdiyi kütləvi "təmizləmə" əməliyyatının əsas icraçıları da ermənilərin özləri idi.

Çünki KQB və NKVD-nin mərkəzdəki və yerlərdəki strukturları da, faktiki olaraq, ermənilərin əlində idi.

Hətta, Azərbaycan rayonlarının yarısından çoxunda (az qala üçdə iki hissəsində!) NKVD-nin yerli strukturlarına ermənilər başçılıq edirdilər. Bu baxımdan bolşeviklər Rusiyanın tarixi "ənənəsini" davam etdirir, azərbaycanlıları yenə ermənilərin əli ilə qırdırırdılar, lakin yeni şəraitdə, yeni taktika ilə!

 

A.M. Şərifzadə

Qondarma "cinayət işləri", "məhkəmələr", "xalq düşmənlərini ifşa etmək" pərdəsi altında keçirilən axtarışlar və cəza tədbirləri nəticəsində on minlərlə vətən övladı güllələndi və sürgün olundu. Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı. Hamısı da ən layiqli Vətən övladları. Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi və başqaları kimi onlarla mütəfəkkirlərini, nadir ziyalılarını itirdi. Xalqın zəka potensialı, onun ən qeyrətli şəxsiyyətləri məhv edildi. Bu dəhşətli zərbədən sonra Azərbaycan xalqı on illərlə özünə gələ bilmədi.

Salman Mümtaz

30-cu illərdə bütövlükdə Azərbaycan xalqına qarşı repressiya aparılırdı. Həmin dövrdə ermənilər Qərbi Azərbaycanda da azərbaycanlılara qarşı kütləvi təqiblər həyata keçirirdilər. Bu zaman on minlərlə azərbaycanlı Qərbi Azərbaycandan - öz əzəli ata-baba yurdlarından qovuldu.

Bakıda rəhbərliyi ələ keçirmiş erməni-daşnak qrupu ilə Ermənistanın partiya rəhbərliyi əlbir hərəkət edirdi. Vaxtilə Şaumyanla Andronikin etdiyi kimi! Stalinə və Beriyaya arxalanaraq Azərbaycanda istədiyini edən erməni-daşnak güruhunun fitvası ilə bu dövrdə, Şimali Azərbaycanda, xüsusilə Bakıda yaşayan minlərlə Cənubi Azərbaycanlı soydaşımız zorla İrana qaytarıldı.

 

Tağı Şahbazi
Bu hiyləgərcəsinə düşünülmüş düşmənçilik addımı nəticəsində vaxtilə qəsbkarlığa gələn və şahlıq rejiminin təqiblərindən canını qurtarıb Şimali Azərbaycanda sığınacaq tapan həmin soydaşlarımız İranda şahlıq rejiminin yeni təqiblərinə məruz qaldılar. Beləliklə, əvvəlki tarixi dövrlərdə olduğu kimi, Rusiya müstəmləkəçiləri, ermənilər və İran irticası Azərbaycan xalqına qarşı əlbir hərəkət edirdilər. Məqsəd azərbaycanlılarsız Şimali Azərbaycan yaratmaq, sonra da onun ərazisini RSFSR-ə qatmaqdan ibarət idi. Əlbəttə, daşnaklara və gürcü millətçilərinə də müəyyən pay vermək şərti ilə!

1937-1938-ci illərin repressiyaları
Azərbaycan elminə və mədəniyyətinə böyük
zərbələr vurdu. Repressiya illərində 50
mindən artıq adam güllələnmiş, 100 mindən
çox insan Sibir və Qazaxıstana sürgün
edilmişdi. Hüseyn Cavid, Mikayıl Müşfiq,
Tağı Şahbazi, Salman Mümtaz kimi böyük
şəxsiyyətlər məhv edilmişdi.

Heydər Əliyev

Kütləvi qırğınlar, sürgünlərlə yanaşı xalqın milli-mənəvi dəyərləri də məhv edilirdi. "Pantürkizm" və "panislamizm" damğaları ilə xalq öz soykökündən və milli-mənəvi dəyərlərindən məhrum edilirdi. Ölkənin hər yerində "keçmişin qalıqları" elan olunmuş milli-mənəvi dəyərlərə qarşı, hətta tar və kamança əleyhinə "mədəni yürüşlər" keçirilir, dinə qarşı mübarizə məqsədilə "Allahsızlar cəmiyyətləri" fəaliyyət göstərirdi.

 

Cəfər Cabbarlı
"Formaca milli, məzmunca sosialist" mədəniyyəti yaratmaq pərdəsi altında xalqın milli-mənəvi varlığını müəyyən edən hər nə varsa, hamısı məhv edilirdi. 1939-cu ildə kiril əlifbasına keçidlə Azərbaycan xalqına daha ağır zərbə vuruldu. Əski əlifbanın ləğvindən sonra yenicə latın qrafikasına alışmaqda olan xalqın bu dəfə yeni bir əlifbaya keçməyə məcbur edilməsi onun tarixi keçmişini əks etdirən milli-mənəvi sərvətlər xəzinəsindən süni surətdə ayrı salınması demək idi. Bu, eyni zamanda, Azərbaycan və digər türk-islam xalqlarına qarşı yeridilən ayrı-seçkilik siyasətinin daha bir dəhşətli təzahürü idi. Yeri gəlmişkən, bu zaman Azərbaycanla qonşuluqda yaşayan xristian xalqlarının əlifbasına toxunulmadı.

20-30-cu illərin repressiyaları dövründə Azərbaycanın minlərlə ən layiqli övladları canlarını KQB zindanlarına düşməkdən qurtarıb müxtəlif xarici ölkələrə siyasi mühacirətə getməyə məcbur oldular. Onların böyük əksəriyyəti bolşevik-daşnak zindanına çevrilmiş doğma Azərbaycanın müstəqilliyini bərpa etmək üçün mübarizə aparırdılar. M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Mərkəzi siyasi mühacirlərin mübarizəsinin vahid axın halında birləşdirilməsində mühüm rol oynayırdı.

Lakin nə bolşeviklər, nə də onların Cənubi Qafqaz siyasətini həyata keçirən erməni-gürcü millətçiləri nə qədər amansız repressiya tədbirlərinə əl atsalar da, nə qədər qanlı qırğınlar törətsələr də, qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının milli-mənəvi varlığını məhv etmək iqtidarında deyildilər. İstiqlal ideyaları, idarə olunmaq deyil, idarə etmək əzmi Azərbaycan xalqının ruhunda yaşayırdı. Azərbaycan xalqı əvvəlki tarixi dövrlərdə də dəfələrlə bu cür ağır sınaqlardan, hətta bundan da qanlı burulğanlardan çıxmışdı. Cavidləri, Müşfiqləri, Əhməd Cavadları yetirən xalq yaşayırdı. O öz sözünü yenə deyəcəkdi!

 

Həzi Aslanov

Ağır sovet rejimi, kommunist diktaturasının 20-30-cu illərdə həyata keçirdiyi təqiblər dövrü də Azərbaycan xalqının qurub-yaratmaq dühasını, yaradıcılıq istedadını boğa bilmədi. Çox keçmədən Azərbaycan xalqı sosializm quruculuğunun ön sıralarına çıxdı. SSRİ kimi çox geniş ərazili bir dövləti yanacaqla təmin edən Azərbaycanın neft sənayesində yeni yüksəliş baş verdi. Bakı SSRİ-nin neft akademiyasına çevrildi. Çoxlu sayda yeni sənaye müəssisələri, elektrik stansiyaları işə düşdü, yollar, kanallar çəkildi, körpülər salındı. Sənaye, kənd təsərrüfatı və mədəniyyətin bir çox sahələri sürətlə inkişaf etdi. Kütləvi savadsızlıq ləğv olundu. Müxtəlif pillədən olan təhsil müəssisələri, elmi-tədqiqat mərkəzləri, səhiyyə-sağlamlıq və mədəni-maarif ocaqlarının geniş şəbəkəsi yaradıldı. İkinci Dünya müharibəsi ərəfəsində Azərbaycanda 16 ali məktəb, 18 teatr fəaliyyət göstərirdi. 1938-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının açılması Azərbaycanın elmi həyatında mühüm hadisə idi. Mədəniyyətdə də oyanış başlanırdı.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı faşizmə qarşı döyüş meydanlarında, arxa cəbhədə, həmçinin Avropanın müxtəlif ölkələrindəki antifaşist hərəkatında misilsiz qəhrəmanlıqlar göstərdi. Həmin dövrdə Azərbaycandan hərbi səfərbərliyə alınmış 600 mindən çox adamdan 170 mindən çoxu orden-medallarla təltif olundu, 130 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Müharibə dövründə Azərbaycanda akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hazırlanmış yeni texnologiya əsasında yüksək oktanlı aviasiya benzininin istehsalına başlandı. Bakı nefti SSRİ-nin Böyük Vətən müharibəsində qalib gəlməsində həlledici rol oynadı. A.İ.Mikoyan başda olmaqla Kremldə yuva salmış erməni-daşnak qrupunun müharibə illərində bütün azərbaycanlıları öz doğma yurdlarından sürgün etmək planları baş tutmadı. İkinci Dünya müharibəsi Azərbaycan xalqının ən ağır sınaqlarından qələbə ilə çıxmağa qadir olan qəhrəman bir xalq olduğunu bir daha sübut etdi. 20-30-cu illərin repressiyalarında əzilmiş xalqda özünə inam hissi yenidən gücləndi.

İkinci Dünya müharibəsi əyani şəkildə
bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən
ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz
şücaət və rəşadət nümunələri göstərməyə
qadir olan çox dözümlü və qəhrəman xalqdır.

Heydər Əliyev

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra da, şimallı-cənublu Azərbaycan xalqına qarşı repressiyalar davam etdirildi. Azərbaycanın cənubunda yaradılmış Milli Hökumət (1945-ci il 12 dekabr-1946-cı il 14 iyun) İranın mürtəce şahlıq rejimi tərəfindən devrildi. On minlərlə azadlıq mücahidi qan içində boğuldu. Azərbaycan Milli Hökumətinin həyata keçirdiyi bütün demokratik dəyişikliklər aradan qaldırıldı.

 

Səməd Vurğun
1948-1953-cü illərdə azərbaycanlıların öz ulu vətənləri olan Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı. Erməni millətçiləri Kremldə hökmranlıq edən Stalin-Beriya-Mikoyan güruhunun "xeyir-duası"ndan ruhlanaraq Azərbaycan xalqına növbəti dəfə divan tutdular. Ermənilər Qərbi Azərbaycan torpaqlarında daha da möhkəmləndilər. Onların bu ərazidə sayca üstünlüyü təmin olundu.

Müharibədən sonrakı ilk beşilliklərdə sənaye və kənd təsərrüfatının müxtəlif sahələrində mühüm irəliləyişlər baş verdi. Mədəniyyətin inkişafında yeni addımlar atıldı. Bakı nefti SSRİ iqtisadiyyatının bərpası və inkişafında mühüm rol oynadı. Azərbaycanlı mütəxəssislərin əməyi sayəsində Tatarıstan, Başqırdıstan, Tümen və b. yerlərdə yeni neft yataqları kəşf olundu və istismara verildi. Azərbaycan xalqının nümayəndələri Sovet İttifaqının başqa yerlərində də iqtisadiyyatın bərpası və inkişafında fəal iştirak etdilər.


Azərbaycanın tarixiŞərhlər(0)     Baxış sayı:61
Qaqaş25.06.2008 12:03
AZADISTAN MƏMLƏKƏTİ - CƏNUBİ AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİ

(1920-ci il aprel - sentyabr)

Birinci dünya müharibəsinin doğurduğu tarixi şəraitdə, Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanda da xalq öz milli dövlətçilik ənənələrinin dirçəlişi uğrunda mübarizəyə qalxdı.

Müharibə illərində İran ərazisi, o cümlədən ölkənin şimal-qərbini əhatə edən Cənubi Azərbaycan torpaqları da xarici dövlətlərin hərbi əməliyyat meydanına çevrilmişdi. İran irticası və yadelli işğalçıların ağalığı xalqın onsuz da ağır olan vəziyyətini, ölkə daxilindəki ziddiyyətləri son həddə çatdırmışdı. Rusiyada fevral inqilabı nəticəsində çar mütləqiyyəti devrilsə də rus qoşunları hələ də Cənubi Azərbaycanı işğal altında saxlayırdılar. Şahlıq rejiminə və xarici işğalçılara qarşı bütün İranı əhatə edən xalq hərəkatı, Konstitusiyalı quruluş və demokratik dəyişikliklər uğrunda mübarizə, çox çəkmədən, Cənubi Azərbaycanda milli azadlıq hərəkatı xarakteri almağa başladı.


Rusiyada baş verən hadisələr, Azərbaycanın şimalında azadlıq hərəkatının qələbəsi, milli dövlətçilik ənənələrinin dirçəlişi və Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi islahatlar ölkənin cənubunda milli azadlıq hərəkatını daha da qüvvətləndirdi.

Səttərxan

Cənubi Azərbaycanda milli azadlıq hərəkatına 1905-1911-ci illər İran inqilabının fəal iştirakçısı olan Şeyx Məhəmməd Xiyabani (1879-1920) başçılıq edirdi.

Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi azadlıq mücahidləri daxili irticaya və yadelli işğalçılara qarşı mübarizə aparmaqla bərabər, ölkə miqyasında yeniləşmə - demokratik dəyişikliklər aparılmasını tələb edir, bütün İranda xalq inqilabının qələbəsinə, şahlıq rejiminin ləğvinə və respublika tipli demokratik dövlət yaradılmasına çalışır, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində Cənubi Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə edirdilər. Cənubi Azərbaycan əhalisinin vahid cəbhə halında azadlıq mücadiləsinə qalxmasında Azərbaycan Demokrat Firqəsi (ADF) mühüm rol oynayırdı. ADF-nin Mərkəzi Komitəsinə Şeyx Məhəmməd Xiyabani rəhbərlik edirdi.

Xiyabaninin göstərişi ilə hərəkət edən demokratlar Təbriz, Ərdəbil, Xoy, Urmiya, Sərab, Zəncan və b. Azərbaycan şəhərlərində əhalini mitinqlərə qaldırır, ingilispərəst İran hökumətinin istefasını və ölkədə demokratik islahatlar keçirilməsini tələb edirdilər.

Milli azadlıq hərəkatının genişlənməkdə olduğu bir şəraitdə - 1918-ci ilin əvvəllərində rus qoşunları Cənubi Azərbaycandan çıxarıldı. Bundan istifadə edən İngiltərə öz hərbi qüvvələrini Cənubi Azərbaycanda yerləşdirməyə başladı. İngilislər Bakı neftinə can atırdılar. İngiltərə hökuməti, əlavə olaraq, İrana general Denstervilin başçılığı ilə yeni hərbi qüvvələr də göndərdi. General Denstervilə Ənzəli, Rəşt və Bakını ələ keçirmək barədə göstəriş verilmişdi.

İngilislərin, guya "türk təhlükəsini" "qabaqlamaq" məqsədilə, Cənubi Azərbaycanın Türkiyə ilə həmsərhəd rayonlarını ələ keçirməsi və bununla bütün İranı nəzarət altına almaları ölkədə narazılığı daha da artırdı, Cənubi Azərbaycanda milli azadlıq hərəkatını daha da qüvvətləndirdi.

Xiyabani

Belə bir şəraitdə keçmiş rus zabitləri tərəfindən silahlandırılmış erməni quldurları Şərqi Anadolu və Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanın Türkiyə ilə sərhəd bölgələrində də Azərbaycan türklərinə qarşı soyqırımına başladılar. Fransız zabitləri və Amerika missionerləri tərəfindən qızışdırılan aysorlar və kürdlər də Azərbaycan xalqına qarşı törədilən bu qanlı qırğında fəal iştirak edirdilər. Yaranmış ağır vəziyyətdə qardaş Türkiyənin hərbi qüvvələri Cənubi Azərbaycan türklərinin köməyinə çatdı. 1918-ci ilin martından başlayaraq Maku, Urmiya və Salması işğalçılardan və erməni-aysor-kürd quldurlarından təmizləyən türk hərbi hissələri Təbrizə daxil oldular. Beləliklə, Cənubi Azərbaycan ərazisində də xalqımıza qarşı həyata keçirilən soyqırımının qarşısı alındı.

Lakin Türkiyə üçün yaranmış çox ağır beynəlxalq şəraitdə türk hərbi qüvvələri 1918-ci ilin noyabrında Cənubi Azərbaycanı tərk etməli oldular. Bundan istifadə edən ingilislər Təbriz də daxil olmaqla bütün Cənubi Azərbaycanı işğal etdilər. Beləliklə, İran ərazisi tamamilə ingilislərin nəzarəti altına keçdi.

1919-cu il avqustun 9-da işğalçıların təzyiqi altında İranla İngiltərə arasında saziş bağlandı. Sazişin şərtlərinə əsasən İran İngiltərədən asılı dövlətə çevrilirdi. Odur ki, 9 Avqust sazişi xalq hərəkatını daha da alovlandırdı. Bütün İran, o cümlədən Cənubi Azərbaycan bu alçaldıcı sazişə qarşı ayağa qalxdı. Cənubi Azərbaycanın hər yerində izdihamlı mitinqlər və nümayişlər başlandı. 1919-cu ilin oktyabrında üsyana qalxan Təbriz mücahidləri İran valisini şəhərdən qovdular. Bundan çox keçməmiş Təbriz əhalisinin tələbi ilə ingilis hərbi hissələri də şəhərdən çıxarıldı.

Milli azadlıq hərəkatı getdikcə daha ardıcıl xarakter aldı və özünün həlledici mərhələsinə daxil oldu. 1920-ci il aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan başlandı. Bütün Təbriz əhalisi üsyançıların müdafiəsinə qalxdı. Üsyanı yatırtmaq üçün mərkəzdən göndərilmiş polis dəstələri buna cəsarət göstərməyərək şəhəri tərk etdilər. Xalqın misli görünməmiş fəallığı nəticəsində 1920-ci ilin 7 Aprel üsyanı qan tökülmədən qalib gəldi. Üsyanın qalib gəldiyi 7 Aprel günü xalq qarşısında çıxış edən Şeyx Məhəmməd Xiyabani həmin gündən etibarən Azərbaycanın adının dəyişdirilərək "Azadıstan" ("Azadlıq ölkəsi") adlandırılacağını bəyan etdi.

Təbriz üsyançıları dərhal əməli fəaliyyətə başladılar. Mərkəzdən göndərilmiş dövlət məmurları və hərbi qulluqçular vəzifələrindən kənar edildilər. Bütün dövlət idarəçiliyi ADF fəallarının əlinə keçdi. Beləliklə, bütün İran ərazisində demokratik dəyişikliklər və yeniləşmə uğrunda başlanmış hərəkat, nəticə etibarilə, milli azadlıq hərəkatına çevrildi. Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin dirçəldilməsinə başlandı. Xalq azadlığa can atır, özünün müstəqil, milli dövlətini yaratmaq istəyirdi.

Təbrizdə silahlı üsyan qələbə çaldıqdan sonra Xoy, Ərdəbil, Astara, Marağa, Əhər və Zəncanda da üsyanlar baş verdi. Cənubi Azərbaycanda baş verən milli azadlıq hərəkatı İranın başqa yerlərində də daxili irticadan və ingilislərdən narazı olan qüvvələr tərəfindən rəğbətlə qarşılandı.

İrticaya və ingilis ağalığına qarşı ümumxalq narazılığının bütün İranı əhatə etdiyi şəraitdə Təbriz üsyançıları daha qəti addımlar atmağa başladılar. 1920-ci il iyunun 23-də Təbrizdə Ş.M.Xiyabaninin başçılığı ilə Milli Hökumət yaradıldı. ADF fəallarından ibarət olan Milli Hökumətin tərkibi əhalinin müxtəlif təbəqələrinin nümayəndələrindən ibarət idi.

Milli Hökumətin fəaliyyətə başladığı 24 İyun günü Təbrizdə ümumxalq bayramına çevrildi. Bütün müəssisələrdə, tədris ocaqlarında iş dayandırıldı, bazarlar bağlandı. Milli Hökumətin qərarı ilə, mərkəzdən göndərilmiş bütün dövlət məmurları, İran valisi də daxil olmaqla Təbrizdən çıxarıldılar. Bu, faktiki olaraq, Cənubi Azərbaycanda mürtəce şahlıq rejiminin - İran hakimiyyətinin devrilməsi və milli dövlətçilik ənənələrinin dirçəlişi demək idi. Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Milli Hökumət isə müstəqil demokratik respublika funksiyasını yerinə yetirirdi.

Bununla belə, xalqın tamamilə müstəqil yaşamaq əzminin əleyhinə olaraq, Milli Hökumət bütün İranın demokratikləşdirilməsi və ölkədə konstitusiyalı quruluş yaradılması, daxili irticaya və ingilis ağalığına son qoyulması uğrunda mübarizə xəttini davam etdirir, Cənubi Azərbaycana qarşı yeridilən ayrı-seçkilik siyasətinə qarşı çıxış edirdi.

Beləliklə, xalqın tam müstəqilliyə can atmasına və faktiki olaraq, özünün müstəqil demokratik respublikasını yaratmasına baxmayaraq, Milli Hökumət Cənubi Azərbaycanın tam müstəqilliyi uğrunda deyil, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində milli muxtariyyət hüququ əldə etmək uğrunda mübarizə aparırdı.

Milli Hökumətin rəhbərləri inanırdılar ki, Təbrizdən sonra bütün İran ayağa qalxacaq, şahlıq idarə üsulu devriləcək, xalq hakimiyyətə gələcək və bütün ölkədə respublika quruluşu bərqərar olacaqdır; yeni yaradılacaq ümumiran xalq hökumətinin təşkilində azərbaycanlılar mühüm rol oynayacaqlar. Xiyabani əmin idi ki, "Təbriz İrana nicat verəcəkdir!".

Beləliklə, qarşısına İrandan ayrılıb müstəqil Azərbaycan dövləti yaratmaq kimi siyasi vəzifə qoymayan Milli Hökumət iqtisadiyyat, maarif, səhiyyə və b. sahələrdə islahatlara başladı. İlk növbədə dözülməz vəziyyətə düşmüş yoxsul əhalinin, o cümlədən təbrizlilərin vəziyyətini yaxşılaşdırmaq üçün müxtəlif xarakterli tədbirlər görüldü. Savadsızlığın ləğvinə başlandı. Milli məktəblər, xəstəxanalar açıldı. Təbrizdə yoxsul uşaqları üçün pulsuz qız məktəbi fəaliyyətə başladı. Yeni açılmış milli məktəblərdə dərs demək üçün Bakıdan, Türkiyədən, habelə Tiflisdən müəllimlər dəvət olundu. Milli qvardiya yaradılması üçün hazırlıq işlərinə başlandı. Milli Hökumətin öz jandarm və polis dəstələri yaradıldı. Polis məktəbi açıldı. Eyni zamanda, yeni iş yerləri açılması, pul islahatı keçirilməsi, bank-maliyyə sistemi yaradılması, bələdiyyə seçkiləri keçirilməsi üçün hazırlıq işləri görülməsinə, torpaq islahatına başlandı. Bu məqsədlə yeni idarələr, müəssisələr, nazirliklər yaradıldı.

Göründüyü kimi, Milli Hökumətin həyata keçirdiyi bütün tədbirlərin, habelə nəzərdə tutulan islahatların özü də, əslində, Cənubi Azərbaycanda Respublika tipli müstəqil, demokratik dövlət yaradılmasına yönəlmişdi. Yaradılmaqda olan müstəqil Azərbaycan dövləti Azadıstan Məmləkəti adlanırdı. Buna müvafiq olaraq bütün rəsmi sənədlərdə, blanklarda, habelə nazirliklərin, idarə və müəssisələrin adı əks olunan lövhələrdə Azərbaycan adı "Azadıstan"la əvəz olundu.

Xiyabani öz doğma xalqını daim maariflənməyə, inkişaf naminə mübarizəyə çağırır, müstəqilliyin, azadlığın yalnız bu yolla əldə olunacağına inanırdı. O, Təbrizin şəhər bağında təşkil olunmuş yığıncaqlarda tərəqqipərvər fikirlərini təbliğ edirdi. Şeyx Məhəmməd Xiyabaninin 15 iyun 1920-ci ildə söylədiyi nitqində onun mübarizəsinin əsas ideyaları öz əksini tapıb:

- "Mənliyini sevmək təbii və ümumi bir qanundur. Hər bir adam, hər bir canlı bəşər özünü başqasından çox sevər. Buna görə də bir cəmiyyət öz rifah halını yaxşılaşdırmağı başqasından gözləməməlidir. Xüsusilə özünə nisbətən rabitə və yaxınlığı olmayanlardan yardım və xidmət gözləmək yersizdir. Öz şəxsiyyətinə hörmət etmək, ona inanmaq da mənliyini sevməklə bir sırada qoyulmalıdır. Bir xalq, bir cəmiyyət təkəbbürlü və özünə bədgüman olmamalıdır. İnsan öz şəxsi etimadının əsasını laxladan alçaqlığı, acizlik qədər təvazökarlığı qəbul etməməlidir. Bəşəriyyət bütün üzvlərinin birlikdə olan fəaliyyət və yardımına möhtacdır. Elə təsəvvür etməməlidir ki, dünyada yaşayan kiçik bir xalq bəşəriyyətə xeyir verə bilməz və onun varlığına etinasız münasibət bəsləmək olar. Çox təəssüf olsun ki, biz öz qədir və qiymətimizi çox az bilmiş, bəlkə də özümüzdə olan mənlikdən xəbər tutmamışıq. Bu, fərdlərin həyatında təcrübədən keçirilmişdir. Yüksək xüsusiyyətə malik olan, ali fikirlərə xidmət edən, öz dərəcə və heysiyyətini qiymətləndirən və bunun qorunması üçün çalışan şəxslər həmişə yüksək məqama çatmışlar. Məhs buna görədir ki, bir çox ədib və filosoflar öz şəxsiyyətləri naminə ali dərəcəyə çatmış və padşahları belə öz zəhmət və qüdrətinə qarşı hörmət etməyə məcbur etmişlər. Onlar saraylarda ən parlaq yer tutmuşlar. Xalqlar dəxi bu əzəməti, mənəvi qüvvəni, mənliyi və öz varlığına etimadı üzə çıxarmaqla tərəqqi və inkişafa nail ola bilərlər. Azad və müstəqil olmaq istəyən bir xalq, öz həyatına və ictimai məsələlərə laqeyd qala bilməz. Biz dəxi mütərəqqi xalqlar cərgəsinə çatmaq üçün öz fikir və hissiyyatımızı onların dərəcəsinə qaldırmalıyıq.

Şəhriyar

Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır.

Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir".

Cənubi Azərbaycanda milli azadlıq hərəkatı dərinləşməkdə idi. Azərbaycan xalqı, faktiki olaraq, özünün respublika tipli demokratik dövlətini yaratmağa başlamışdı.

Azadıstan Məmləkətinin uğurları bütün İranı hərəkətə gətirmişdi. Lərzəyə düşən şahlıq rejimi, həmçinin, İranı öz asılılığında saxlamağa çalışan və Bakı neftinə can atan ingilislər real təhlükə qarşısında qalmışdılar. Odur ki, İran irticası və ona yaxından kömək edən ingilislər Tehranda Milli Hökumətə qarşı qəsd hazırlamağa başlamışdılar.

Tehran rejimi bir tərəfdən Milli Hökumətin başını qarışdırmaq üçün Ş.M.Xiyabani ilə danışıqlar aparır, müxtəlif vədlər verir, digər tərəfdən isə Təbrizə hücum planı hazırlayırdı. Bütün hazırlıq işləri başa çatdırıldıqdan sonra 1920-ci il sentyabrın 12-də təpədən dırnağadək silahlanmış irtica qüvvələri Təbrizə hücum etdilər. Təbriz üsyançıları iki gün ərzində qəhrəmancasına müqavimət göstərdilər. Lakin sayca çox olan və yaxşı silahlanmış nizamlı hökumət qüvvələri üstünlüyü ələ ala bildi. Sentyabrın 14-də Xiyabani öldürüldü və üsyan qan içərisində boğuldu. Beləliklə, Azərbaycan xalqının istiqlal mübarizəsinin daha bir parlaq səhifəsi tarixə qovuşdu. Şimali Azərbaycanda Sovet Rusiyasının qanlı bolşevik rejimi Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyduğu kimi, Cənubi Azərbaycanda da İranın irticaçı şahlıq rejimi Azadıstan Məmləkətini qan içində boğdu. Vaxtilə Gülüstanda və Türkmənçayda Azərbaycanı öz aralarında iki yerə parçalamış qüvvələr onun azadlığa çıxmasına yol vermədilər. Yenə də Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın tərkibində qaldı.


Azərbaycanın tarixiŞərhlər(0)     Baxış sayı:79
Qaqaş25.06.2008 12:03
                                 UEFA Kubokunun püşkü atılacaq
"Xəzər-Lənkəran" və "Olimpik"in rəqibləri məlum olacaq

İyulun 1-də İsveçrənin Nyon şəhərində 2008/2009 sezonu UEFA kubokunun püşkü atılacaq. Bu turnirdə ölkəmizi təmsil edəcək “Xəzər-Lənkəran” və “Olimpik”in rəqibləri məlum olacaq.


Komandalarımız 11 rəqibdən ikisi ilə qarşılaşa bilər: Avstriyanın “Austriya” (Vyana) və “Zalsburq”, Polşanın “Legiya” və “Lex”, İsveçrənin “Bellinzona”, Moldovanın “Nistru” və “Daçiya”, Slovakiyanın “Jilina” və “Spartak”, Macarıstanın “Debretsen” və “Qyori”

1-ci seçmə mərhələ: “Mançester Siti” (İngiltərə), “Herta” (Almaniya) , “Çerno More” (Bolqarıstan), “Bellinzona” (İsveçrə) ,”Vikinq” (Norveç), “Hapoel” (Kiryat), “Hapoel” (Təl-Əviv) (hər ikisi - İsrail), “Voyvodina”, “Borats” (hər ikisi - Serbiya), “Brondbü”, “Midtülland”, “Kopenhagen”, Nordsallend” (hamısı - Danimarka), “Zaltsburq”, “Austriya” (hər ikisi - Avstriya), “Legiya”, “Lex” (hər ikisi - Polşa), “Debretsen”, “Qyori” (hər ikisi - Macarıstan), “Jilina”, “Spartak” (hər ikisi - Slovakiya), “Slaven”, “Hayduk” (hər ikisi - Xorvatiya), APOEL, “Omoniya” (hər ikisi - Kipr), “Kalmar”, “Dyurqarden” (hər ikisi - İsveç), “İnter”, “Koper” (hər ikisi - Sloveniya), “Zirinski”, “Şiroki Brieq” (hər ikisi - Bosniya və Herseqovina), “Metallurq”, “Olimp” (hər ikisi - Latviya), “Suduva”, “Vetra” (hər ikisi - Litva), “Haka”, “Honka” (hər ikisi - Finlandiya),, “Daçiya”, “Nistru” (hər ikisi - Moldova), “Kork Siti”, “Sent Patrik” (hər ikisi - Uels), “Zestafoni”, “VİT-Corciya” (hər ikisi - Gürcüstan), “Vaduts” (Lixtenşteyn), “Milano”, “Pelister” (hər ikisi - Makedoniya), “Hafnarfyordur”, “Akranes” (hər ikisi - İslandiya), “MTZ-RİPO”, “Qomel” (hər ikisi - Belarus), “Vlajniya”, “Partizani” (hər ikisi - Albaniya), “Flora”, TVMK (hər ikisi - Estoniya), “Ararat”, “Banants” (hər ikisi - Ermənistan), “Xəzər-Lənkəran”, “Olimpik” (hər ikisi - AZƏRBAYCAN), “Tobol”, “Şaxtyor” (hər ikisi - Qazaxıstan), “Qlentoran”, “Kliftonvil” (hər ikisi - Şimali İrlandiya), “Banqor Siti”, TNS (hər ikisi - Uels), “Streymur”, “B36 Torshavn” (hər ikisi - Farer adaları), “Qrvenmaher”, “Rasinq” (hər ikisi - Lüksemburq), “Birkirkara”, “Marsaklok” (hər ikisi - Malta), “Moqren”, “Zeta” (hər ikisi - Çernoqoriya), “Sent Juliya”, (Andorra), “Yuvenes-Doqana” (San Marino)

2-ci seçmə mərhələ: “Moskva” (Rusiya), “Kuin of The Sauts” (Şotlandiya), “Dnepr” (Ukrayna), “Gent” (Belçika), “Slovan” (Çexiya), “Beşiktaş” (Türkiyə), AEK, “Aris” (hər ikisi - Yunanıstan), “Liteks”, “Lokomotiv” (hər ikisi - Bolqarıstan), Yanq Boyz”, “Sürix” (hər ikisi - İsveçrə), “Lillestrom”, “Stabek” (hər ikisi - Norveç), “Makkabi” (Netanya, İsrail), “Srvena Zvezda” (Serbiya), UEFA-İntertoto kubokunun 11 qalibi

Əsas mərhələ: “Valensiya”, “Sevilya”, “Rasinq” (hamısı - İspaniya”), “Portsmut”, “Everton”, “Tottenhem” (hamısı - İngiltərə), “Milan”, “Sampdoriya”, “Udineze” (hamısı - İtaliya), “Nansi”, “Sent Entyen”, PSJ (hamısı - Fransa), “Hamburq”, “Volfsburq”, “Borussiya” (hamısı - Almaniya), “Benfika”, “Maritimu”, “Vitoriya” (hamısı - Portuqaliya), “Rapid”, “Dinamo”, “Unirea”, “Politexnika” (hamısı - Rumıniya), “Feyenord”, “Ayaks”, “Herenven”, “Neymegen” (hamısı - Hollandiya), SSKA (Rusiya), “Motervel” (Şotlandiya), “Metallist” (Ukrayna), “Brügge” (Belçika), “Banik” (Çexiya), “Kayserispor” (Türkiyə)
Oyunların keçirilmə tarixləri

1-ci seçmə mərhələ
İlk oyunlar: 17.07.2008
Cavab oyunları: 31.07.2008
2-ci seçmə mərhələ
İlk oyunlar: 14.08.2008
Cavab oyunları: 28.08.2008
Əsas mərhələ
İlk oyunlar: 18.09.2008
Cavab oyunları: 02.10.2008
Qrup mərhələsi
23.10.2008
06.11.2008
27.11.2008
03/04.12.2008
17/18.12.2008
1/16 final
İlk oyunlar: 18/19.02.2009
Cavab oyunları: 26.02.2009
1/8 final
İlk oyunlar: 12.03.2009
Cavab oyunları: 18/19.03.2009
1/4 final
İlk oyunlar: 09.04.2009
Cavab oyunları: 16.04.2009
1/2 final
İlk oyunlar: 30.04.2009
Cavab oyunları: 07.05.2009
Final
20.05.2009

Qaqaş25.06.2008 12:03
 Həmsədrlər qondarma Dağlıq Qarabağın rəhbərliyi ilə görüşüblər
Regiona səfər çərçivəsində Ermənistanda olan ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün İrəvandan Xankəndinə gediblər

Regiona səfər çərçivəsində Ermənistanda olan ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün İrəvandan Xankəndinə gediblər. “Reqnum” informasiya agentliyinin məlumatına görə, həmsədrlərin qondarma qurumun prezidenti Bako Saakyanla görüşü başlayıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hazırkı vəziyyətin müzakirə olunacağı güman edilir.


Daha sonra isə Moskvaya gedəcək həmsədrlər orada bəzi görüşlər keçirəcək, sonra isə Vyanada ATƏT-in Minsk qrupu üzvlərinin genişləndirilmiş formatda keçiriləcək görüşünə qatılacaqlar. Həmsədrlər görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hazırkı vəziyyət, regiona səfərin nəticələri və aparılmış danışıqlar barədə iştirakçıları məlumatlandıracaqlar
Qaqaş25.06.2008 12:03
                   Fatih Terim işinə davam edəcək
Türkiyə Futbol Federasiyası,
“Milli komandaya yeni baş məşqçi axtarılır” xəbərlərinin həqiqətə uyğun olmadığını bildirib

Avropa çempionatında Fatih Terimin başçılığı altında yarımfinala çıxan Türkiyənin gündəmində, təcrübəli məşqçinin gələcəyi ilə bağlı söhbətlər dolaşmaqdadır.


Türkiyə Futbol Federasiyası, “Milli komandaya yeni baş məşqçi axtarılır” xəbərlərinin həqiqətə uyğun olmadığını bildirib. Baş məşqçi Fatih Terim və bütün məşqçi heyəti komandada qalacaq və bu vəziyyət, Cənubi Afrikada keçiriləcək 2010-cu il Dünya Çempionatında da dəyişməyəcək. Yayılan xəbərlərin həm Türk futboluna, həm də məşqçi heyətinə ziyan vurduğu bildirilib. Milli komandalar üzrə məsul şəxs Levent Kızıl da, məşqçinin vəzifəsində qalacağını qeyd edib.

Təcrübəli məşqçi haqqında, transfer xəbərləri də yayılmaqda davam edir. Tanınmış xəbər agentlikləri, İtaliyanın "Atlanta" və "Napoli" komandalarından sonra, "Reccina"-nın da təcrübəli məşqçi ilə maraqlandığını bildirirlər.


Qaqaş25.06.2008 12:03
                  Kişilərimizin qədrini bilək
Gülüş insan ömrünü uzadır,bu hamıya məlumdur.Son vaxtlar sübut ediblər ki göz yaşları da bu qüvvəyə malikdir.Qadınların daha uzunömürlü olmasının sirri də bəlkə bundadır.
Kişiləri ağlayan görəndə mən dözə bilmirəm.Uşaqlıqdan oğlanlara bütün ağrılara dözməyi,ağlamamğı öyrədirlər.Kişi ağlamaz.Ya da çox nadir hallarda ağlayar.Amma bu hansı qanunda yazılıb?O da insandır,onun da urəyi var.Emosiyaları daxilində boğub saxlamaqdansa sərbəst buraxmaq düzgündür.Bu həm də sağlamlığa görə lazımdır. Kişilər bəlkə də qadından çox ağlayırlar,amma ürəklərində,göz yaşları qəlbinə axır.Bu isə insanı daxilən yeyir.


Göz yaşları təkcə hissləri bildirmir,həm də ağrıya işarədir.Hətta heyvanlar (timsahdan başqa)da ağrıdan ağlaya bilir.Yəqin ona görə ki,onlar rola girə bilmirlər,yalandan özlərini başqa cür göstərə bilmirlər.
Göz yaşlarını saxlamaq mümkündür,idarə etmək olur,amma bu nəyə lazımdır .Ağlamaq istəyirsənsə ağla,amma təklikdə.Bəzən isə ağrə dözülməz olduqda,dərd həddindən güclü olduqda kişilər adam arasında da ağlaya bilər.Belə hallar əsasən çox əziz,yaxın adamını itirdikdə baş verir.Artıq o zaman ətrafdakıların nə fikirlışəcəyi onu maraqlandırmır,o ancaq öz dərdiylə baş-başadır.
Kişilər nadir hallarda ağlayır.Bu bəzən yaxşı təsir bağışlayır.Əgər ağlaya bilirsə deməli ürəyi var,deməli hissləri var.Bəzən göz yaşı hər bir gözəl sözdən və ya etirafdan yaxşı təsir göstərir.
Göz yaşı həm də ən güclü manipulyasiya vasitəsidir.Hər bir kişi qadının göz yaşları qarşısında yumşalır.Ana övladının göz yaşına dözə bilmir.İndi təsəvvür edin ki,nadir halda ağlayan kişinin göz yaşı istənilən güclü qadına necə təsir edər.Hətta yad bir insanın ağladıgını görəndə biganə qala bilmirik.Yaxşı ki kişilər bu vasitədən az istifadə edirlər.
Bəzən başqa cür də “ağlayırlar” kişilər.Məsələn pulum yoxdur,imkanim yoxdur.Müasir oğlanlar ən çox belə ağlayır.Bu artıq dəb halını alıb.Belələrinə heç dözə bilmirəm.

 

 


Sevgi Dünyası Şərhlər(1)     Baxış sayı:74
Qaqaş25.06.2008 12:03
Bu il Türkiyə universitetlərini 200-ə yaxın azərbaycanlı gənc bitirib
Buraxlış münasibəti ilə keçirilən tədbirdə Türkiyə prezidentinin köməkçisi Hüseyn Avni Karslıoğlu da iştirak edib

Bu il Türkiyənin müxtəlif universitetlərindən 200-ə yaxın azərbaycanlı gənc məzun olub. Onlardan bəziləri Türkiyənin ən nüfuzlu universitetlərinin tarixində indiyə qədər görünməmiş yüksək bal toplayıblar.


Bu münasibətlə Ankarada buraxılış tədbiri keçirilib. Tədbirlər Ankaradakı Heydər Əliyev parkından başlanıb. «Palmali» Şirkətlər Qrupunun prezidenti Mübariz Məsimovun rəhbərlik etdiyi Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sponsorluğu ilə Azərbaycanın Ankaradakı səfirliyində təşkil edilən tədbirdə Türkiyə prezidentinin köməkçisi Hüseyn Avni Karslıoğlu, ölkənin Təhsil Nazirliyi və ali təhsil qurumunun rəhbərləri, nüfuzlu universitetlərin professorları iştirak ediblər. Ankara, İstanbul, İzmir, Bursa, Konya, Eskişehir və digər şəhərlərdəki universitetlərdə təhsillərini uğurla başa vuran azərbaycanlı məzunlar əvvəl Türkiyə daha sonra Azərbaycan himnlərini səsləndiriblər.
Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov məzunları təbrik edərək, onlara uğurlar arzulayıb. Türkiyə prezidenti köməkçisi Hüseyn Avni Karsıloğlu gənclərin Azərbaycan və Türkiyənin gələcək həyatında mühüm yer tutacaqlarını deyib.
Azərbaycanlı məzunlar isə öz növbələrində ölkə prezidenti İlham Əliyevin çağırışlarına uyğun olaraq təhsillərini bitirdikdən sonra fəaliyyətlərini Azərbaycanda davam etdirəcəklərini bildiriblər.

Qaqaş25.06.2008 12:03
İran prezidenti həyat yoldaşı ilə ilk dəfə bir yerdə görünüb
Amma yenə də Mahmud Əhmədi Nejadın arvadını tanımaq mümkün olmayıb

İran prezidenti Mahmud Əhmədi Nejad həyat yoldaşı ilə ilk dəfə bir yerdə görünüb.


51 yaşlı prezident Tehranda bir konfransa qadını ilə birgə qatılıb. Amma yenə də onun arvadını tanımaq mümkün olmayıb. Qara çarşablı İran "First Lady"si qara eynək də taxıb.

Ancaq Mahmud Əhmədi Nejadın arvadının neçə yaşında olduğu və adının nə olduğu da bildirilməyib. Xanım Əhmədi Nejadın da əri kimi mühəndislik təhsili aldığı təxmin edilir.

Qaqaş25.06.2008 12:03
“Böyük səkkizlər”in xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırır
ABŞ,Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Kanada və Yaponiya xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin tezliklə həllinə yönəlmiş səylərini dəstəklədiklərini bildiriblər

“Böyük səkkizlər”in xarici işlər nazirləri Yaponiyanın Kioto şəhərində keçirdikləri toplantıda Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırıblar. İTAR-TASS-ın məlumatına görə, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Kanada və Yaponiya xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin tezliklə həllinə yönəlmiş səylərini dəstəklədiklərini bildiriblər. Nazirlərin fikrincə, Azərbaycan və Ermənistan təmkin nümayiş etdirməli və razılıq əldə etmək üçün ciddi addımlar atmalıdır. Bununla yanaşı, Yaponiya XİN-in mətbuat katibi Kadzuo Kodama Dağlıq Qarabağ münaqişəsinin ətraflı müzakirə olunmadığını deyib.
Qaqaş25.06.2008 12:03
AZƏRBAYCANDA İSTEHSAL OLMUŞ BƏDİİ FİLMLƏRİN SİYAHISI
  1. İlişdin. (səssiz, 1898) Rejissor: A.M. Mişon
  2. Qafqaz rəqsi. (səssiz, 1898) Rejissor: A.M. Mişon
  3. Arvad. (səssiz, 1915) Rejissor: Boris Svetlov
  4. Neft və milyonlar səltənətində. (səssiz, 1915) Rejissor: Boris Svetlov
  5. Yeni tərzdə köhnə əhvalat. (səssiz, 1915) Rejissor: Boris Svetlov
  6. Arvadlar ərlərini mənsəbə necə çatdırırlar. (səssiz, 1916) Rejissor: Boris Svetlov

  1. Arşın mal alan. (səssiz, 1916) Rejissor: Boris Svetlov
  2. Ayaqyalın məhəbbət (Bakıda hadisə). (səssiz, 1916) Rejissor: Boris Svetlov
  3. Knyaz Dəmir Bulat. (səssiz, 1916) Rejissor: Boris Svetlov
  4. Ölümünə bir saat qalmış. (səssiz, 1916) Rejissor: Boris Svetlov
  5. Bir alçalmanın tarixi. (səssiz, 1918) Rejissor: Boris Svetlov
  6. Bayquş. (səssiz, 1924) Rejissor: Georgi Kravçenko
  7. Qız qalası. (səssiz, 1924) Rejissor: Vladimir Balyuzek
  8. Mədənçi-neftçi istirahətdə və müalicədə. (səssiz, 1924) Rejissor: Aleksandr Litvinov
  9. Bismillah. (səssiz, 1925) Rejissor: A.M. Şərifzadə
  10. Əvəz-əvəzə. (səssiz, 1925) Rejissor: Aleksandr Litvinov
  11. Müxtəlif sahillərdə(Əlbəyaxa). (səssiz, 1926) Rejissor: Aleksandr Litvinov
  12. Balıqçılar. (səssiz, 1927) Rejissor: Rza Təhmasib
  13. (səssiz, 1928) Rejissor: Leo Mur
  14. Hacı Qara (Sona). (səssiz, 1928) Rejissor: A.M. Şərifzadə
  15. Vulkan üzərində ev. (səssiz, 1928) Rejissor: A. Beknazarov
  16. Sevil. (səssiz 1929) Rejissor: A. Beknazarov
  17. İlk komsomol buruğu. (səssiz, 1930) Rejissor: Boris Medvedev, İvan Frolov
  18. Qızıl kol (Dağlara hücum). (səssiz, 1930) Rejissor: Beypolat Askarov
  19. Lətif (Üz-üzə). (səssiz, 1930) Rejissor: Mikayıl Mikayılov
  20. Nikita İvanoviç və sosializm. (səssiz, 1931) Rejissor: A. Makovski
  21. Direktiv bant. (səssiz, 1932) Rejissor: Ağarza Quliyev
  22. Əlsiz adamlar. (səssiz, 1932) Rejissor: İqor Savçenko
  23. İyirmi altı komissar. (səssiz, 1932) Rejissor: Nikolay Şenqelaya.
  24. Dostlar (Muxtar). (səssiz, 1934) Rejissor: Ağarza Quliyev
  25. İki yoldaş. (səssiz, 1934) Rejissor: A. Makovski
  26. İsmət (Adətin məhvi). (səssiz, 1934) Rejissor: Mikayıl Mikayılov
  27. Altıncı hiss. (səssiz, 1935) Rejissor: Mikayıl Mikayılov
  28. Mavi dənizin sahilində. (səsli, 1935) Rejissor: Boris Barmet, Səməd Mərdanov
  29. Rəqs edən bağalar. (səssiz, 1935) Rejissor: Aleksandr Popov
  30. Məməbbət oyunu. (səssiz, 1935) Rejissor: A. M. Şərifzadə
  31. Almaz. (səssiz, 1936) Rejissor: Ağarza Quliyev, Qriqori Braginski
  32. Dəcəl dəstə. (səsli, 1937) Rejissor: Aleksandr Popov
  33. Bakılılar. (səsli, 1938) Rejissor: Viktor Turin
  34. Hazır ol. (səsli, 1939) Rejissor: Mikayıl Mikayılov
  35. Kəndlilər. (səsli, 1940) Rejissor: Səməd Mərdanov
  36. Yeni Horizont. (səsli, 1940) Rejissor: Ağarza Quliyev, Qriqori Braginski
  37. Səbuhi. (1941) Rejissor: A. Beknazarov
  38. Vətən oğlu. (1941) Rejissor: Ağarza Quliyev
  39. Bəxtiyar. (1942) Rejissor: Ağarza Quliyev
  40. Sovet pəhləvanı. (1942) Rejissor: Mikayıl Mikayılov
  41. Sovqat. (1942) Rejissor: Hüseyn Seyidzadə, Niyazi Bədəlov
  42. Bir ailə. (1943) Rejissor: Qriqori Aleksandrov, Rza Təhmasib, Mikayıl Mikayılov
  43. Sualtı qayıq T-9 (1943) Rejisssor: Aleksandr İvanov, Nikolay Leşşenko
  44. Arşın mal alan. (1945) Rejisssor: Rza Təhmasib, Nikolay Leşşenko
  45. Fətəli xan. (1947) Rejissor: Yefim Dziqan
  46. Bakının işıqları. (1950) Rejissor: Aleksandr Zarixi, İosif Xeyfits, Rza Təhmasib
  47. Doğma xalqımıza. (1954) Rejissor: Yan Frid, Hüseyn Seyidzadə
  48. Bəxtiyar. (1955) Rejissor: Lətif Səfərov
  49. Görüş. (1955) Rejissor: Tofiq Tağızadə
  50. Qara daşlar. (1956) Rejissor: Ağarza Quliyev
  51. O olmasın, bu olsun. (1956) Rejissor: Hüseyn Seyidzadə
  52. Bir məhəllədən iki nəfər. (1957) Rejissor: İ. Qurin, Əjdər İbrahimov
  53. Qızmar günəş altında. (1957) Rejissor: Lətif Səfərov
  54. Mahnı belə yaranır.(1957) Rejissor: Rza Təhmasib, Mikayıl Mikayılov
  55. “Kazbek” qutusu. (1958) Rejissor: Rəşid Atamalıbəyov
  56. Kölgələr sürünür. (1958) Rejissor: İsmayıl Əfəndiyev, Şüa Şeyxov
  57. Onun böyük ürəyi. (1958) Rejissor: Əjdər İbrahimov
  58. Ögey ana. (1958) Rejissor: Həbib İsmayılov
  59. Uzaq sahillərdə. (1958) Rejissor: Tofiq Tağızadə
  60. Yeni il gecəsində. (1958) Rejissor: Mirzə Mustafayev
  61. Bir qalanın sirri. (1959) Rejissor: Əlisəttar Atakişiyev
  62. Əsl dost. (1959) Rejissor: Tofiq Tağızadə
  63. Onu bağışlamaq olarmı? (1959) Rejissor: Rza Təhmasib
  64. Aygün. (1960) Rejissor: Kamil Rüstəmbəyov
  65. Əyri yolla qazanc. (1960) Rejissor: Şamil Mahmudbəyov
  66. Koroğlu. (1960) Rejissor: Hüseyn Seyidzadə
  67. Qəribə əhvalat. (1960) Rejissor: Şüa Şeyxov
  68. Mollanın sərgüzəşti. (1960) Rejissor: T. Sasanpur
  69. Səhər.(1960) Rejissor: Ağarza Quliyev
  70. Yolda əhvalat. (1960) Rejissor: Rasim Ocaqov
  71. Bizim küçə. (1961) Rejissor: Əlisəttar Atakişiyev
  72. Həyat öyrədir. (1961) Rejissor: Zeynəb Kazımova
  73. Korun mahnısı. (1961) Rejissor: Rauf Kazımovski
  74. Leyli və Məcnun. (1961) Rejissor: Lətif Səfərov
  75. Mateo Falkone. (1961) Rejissor: Tofiq Tağızadə
  76. Böyük dayaq. (1962) Rejissor: Həbib İsmayılov
  77. Əmək və qızıl gül. (1962) Rejissor: Tofiq Tağızadə
  78. Körpə. (1962) Rejissor: Rauf Kazımovski
  79. Payız konserti. (1962) Rejissor: Rəşid Atamalıbəyov
  80. Telefonçu qız. (1962) Rejissor: Həsən Seyidbəyli
  81. Əhməd haradadır?(1963) Rejissor: Ədil İsgəndərov
  82. Möcüzələr adası. (1963) Rejissor: Həsən Seyidbəyli
  83. Romo mənim qonşumdur. (1963) Rejissor: Şamil Mahmudbəyov
  84. Kimi daha çox sevirik. (1964, kinoalmanax) a. Dağ meşəsindən keçərkən - Rejissor: Zeynəb Kazımova b. Zirvə - Rejissor: Arif Babayev c. Cazibə qüvvəsi - Rejissor: Həsən Seyidbəyli
  85. Sehirli xalat. (1964) Rejissor: Əlisəttar Atakişiyev
  86. Su ərizəsi. (1964) Rejissor: T. Sasanpur
  87. Ulduz. (1964) Rejissor: Ağarza Quliyev
  88. Zəncirlənnmiş adam. (1964) Rejissor: Kamil Rüstəmbəyov
  89. Arşın mal alan. (1965) Rejissor: Tofiq Tağızadə
  90. Daha iki nəfər. (1965) Rejissor: Nazim Abbasov
  91. Yenilməz batalyon. (1965) Rejissor: Hüseyn Seyidzadə
  92. Yun şal. (1965) Rejissor: Rauf Kazımovski
  93. İstintaq davam edir. (1966) Rejissor: Əlisəttar Atakişiyev
  94. İyirmialtılar. (1966) Rejissor: Əjdər İbrahimov
  95. Qaraca qız. (1966, kinoalmanax) a. Xidmət lifti. - Rejissor: Rüfət Şabanov b. Qaraca qız. - Rejissor: Şamil Mahmudbəyov
  96. Sən niyə susursan? (1966) Rejissor: Həsən Seyidbəyli
  97. Yaşamaq gözəldir, qardaşım. (1966) Rejissor: Ramiz Əsgərov, Antonis Voyazos
  98. Biri vardı? biri yoxdu... (1967) Rejissor: Eldar Quliyev
  99. Dağlarda döyüş. (1967) Rejissor: Kamil Rüstəmbəyov
  100. İnsan məskən salır. (1967) Rejissor: Arif Babayev
  101. Quzu. (1967) Rejissor: İ. Səfərəlibəyov
  102. Poçt qutusu. (1967) Rejissor: Rauf Kazımovski
  103. Sahil bağı. (1967) Rejissor: Vasif Babayev
  104. Torpaq. Dəniz. Od. Səma. (1967) Rejissor: Şamil Mahmudbəyov
  105. Qanun naminə. (1968) Rejissor: Muxtar Dadaşov
  106. Mən ki gözəl deyildim. (1968) Rejissor: Tofiq Tağızadə, Ağarıza Quliyev, Ramiz Əsgərov
  107. Şəhərimizin daşları. (1968) Rejissor: Tofiq İsmayılov
  108. Uşaqlığın son gecəsi. (1968) Rejissor: Arif Babayev.
  109. Bəşir Səfəroğlu. (1969) Rejissor: Rauf Kazımovski
  110. Bir cənub şəhərində. (1969) Rejissor: Eldar Quliyev
  111. Bizim Cəbiş müəllim. (1969) Rejissor: Həsən Seyidbəyli
  112. Dəli kür. (1969) Rejissor: Hüseyn Seyidzadə
  113. Şərikli çörək. (1969) Rejissor: Şamil Mahmudbəyov
  114. Uşaq arabası. (1969) Rejissor: F. Hacıyev
  115. Abşeron ritmləri. (1970) Rejissor: Eldar Quliyev
  116. Foto “Fantaziya”. (1970) Rejissor: Rauf Nağıyev
  117. General. (1970) Rejissor: Rauf Kazımovski
  118. Xəzinə. (1970) Rejissor: Cəmil Fərəcov
  119. İntizar. (1970) Rejissor: Tofiq İsmayılov
  120. O qızı tapın. (1970) Rejissor: Həsən Seyidbəyli
  121. Sevil. (1970) Rejissor: Vladimir Qorriker
  122. Yeddi oğul istərəm. (1970) Rejissor: Tofiq Tağızadə
  123. Ağır şkaf. (1971) Rejissor: Cəmil Fərəcov
  124. Axrıncı aşırım. (1971) Rejissor: Kamil Rüstəmbəyov
  125. Ən vacib müsahibə. Rejissor: Eldar Quliyev
  126. Gün keçdi. (1971) Rejissor: Arif Babayev
  127. Leyla və onun dostları. (1971) Rejissor: Oqtay Babazadə
  128. Oxuyur Müslüm Maqomayev. (1971) Rejissor: Tofiq İsmayılov
  129. Ulduzlar sönmür. (1971) Rejissor: Əjdər İbrahimov
  130. Gilas ağacı. (1972) Rejissor: Tofiq İsmayılov
  131. Həyat bizi sınayır. (1972) Rejissor: Şamil Mahmudbəyov
  132. Həyat, sən kiminsən? (1972) Rejissor: Əmirhüseyn Məcidov
  133. Xatirələr sahili. (1972) Rejissor: Yalçın Əfəndiyev
  134. Qızıl qaz. (1972) Rejissor: Tofiq Tağızadə
  135. Skripkanın sərgüzəşti. (1972) Rejissor: Şamil Mahmudbəyov
  136. Var olun,qızlar. (1972) Rejissor: Eldar Quliyev
  137. Bizim küçənin oğlanları. (1973) Rejissor: Tofiq İsmayılov
  138. Dənizə çıxmaq qorxuludur. (1973) Rejissor: Ənvər Əbluc
  139. Mahnı qanadlarında. (1973) Rejissor: Kamil Rüstəmbəyov
  140. Ömrün ilk saatı. (1973) Rejissor: Arif Babayev
  141. Səmt küləyi (1973) Rejissor: Eldar Quliyev
  142. Nəsimi. (1973) Rejissor: Həsən Seyidbəyli
  143. Aktrisanın təbəssümü. (1974) Rejissor: Rauf Kazımovski
  144. Çarvadarların izi ilə. (1974) Rejissor: Tofiq İsmayılov
  145. Qatır Məmməd. (1974) Rejissor: Rasim Ocaqov
  146. Qız, oğlan və şir. (1974) Rejissor: Çingiz Rəhimov
  147. 1001-ci qastrol. (1974) Rejissor: Oqtay Mirqasımov
  148. Ömrün səhifələri. (1974, kinoalmanax) a. Rəqiblər - Rejissor: Teymur Bəkirzadə b. Baladadaşın ilk məhəbbəti – Rejissor: Fikrət Əliyev c. Nəğmə dərsi – Rejissor: Gülbəniz Əzimzadə
  149. Alma almaya bənzər. (1975) Rejissor: Arif Babayev
  150. Dədə Qorqud. (1975) Rejissor: Tofiq Tağızadə
  151. Dörd bazar günü. (1975) Rejissor: Şamil Mahmudbəyov
  152. Əgər bir yerdəyiksə (1975) Rejissor: Vladimir Semakov
  153. Firəngiz. (1975) Rejissor: Əbdül Mahmudov
  154. Bizi dağlarda axtarın. (1976) Rejissor: Nazim Abbasov
  155. Çətirimiz buludlardır. (1976) Rejissor: Nicat Bəkirzadə və Teymur Bəkirzadə
  156. Dərviş Parisi partladır. (1976) Rejissor: Şamil Mahmudbəyov
  157. Günlərin bir günü. (1976, kinoalmanax) a. Süita - Rejissor: Rüstəm İbrahimbəyov b. Günlərin bir günü – Rejissor: Yuli Qusman
  158. Xoşbəxtlik qayğıları. (1976) Rejissor: Həsən Seyidbəyli
  159. Qeyri-adi ov. (1976) Rejissor: Əbdül Mahmudov
  160. Mezazoy əhvalatı. (1976) Rejissor: Rəşid Atamalıbəyov
  161. Tütək səsi. (1976) Rejissor: Rasim Ocaqov
  162. Ürək...ürək... (1976) Rejissor: Eldar Quliyev
  163. Vulkana doğru. (1976-1977) Rejissor:Tofiq İsmayılov
  164. Ad günü. (1977) Rejissor: Rasim Ocaqov
  165. Arxadan vurulan zərbə. (1977) Rejissor: Arif Babayev
  166. Bədbəxtliyin astanasında. (1977) Rejissor: Rauf Nağıyev
  167. De ki, məni sevirsən! (1977) Rejissor: Maqsud İbrahimbəyov
  168. Qərib Cinlər diyarında. (1977) Rejissor: Əlisəttar Atakişiyev
  169. Sevinc buxtası. (1977) Rejissor: Eldar Quliyev
  170. Şir evdən getdi. (1977) Rejissor: Rasim İsmayılov
  171. Üzü küləyə. (1977) Rejissor: Əbdül Mahmudov
  172. Arvadım mənim, uşaqlarım mənim. (1978, kinoalmanax) a. Toy - Rejissor: Nicat Fezullayev b. Bağçada rahat yer – Rejissor: Cəmil Fərəcov c. Arvadım mənim, uşaqlarım mənim – Rejissor: Ziyafət Abbasov
  173. Bayquş gələndə. (1978) Rejissor: Şamil Mahmudbəyov
  174. Bir ailəlik bağ evi. (1978) Rejissor: Yuli Qusman
  175. Dantenin yubleyi. (1978) Rejissor: Gülbəniz Əzimzadə
  176. Evin kişisi. (1978) Rejissor: Tofiq Tağızadə
  177. Qaynana. (1978) Rejissor: Hüseyn Seyidzadə
  178. Od içində. (1978) Rejissor: Şamil Mahmudbəyov
  179. Babək. (1979) Rejissor: Eldar Quliyev
  180. Bir az da bahar bayramı. (1979) Rejissor: Nazim Abbasov
  181. Bizi bağışlayın. (1979) Rejissor: Arif Babayev
  182. Diplom işi. (1979) Rejissor: Cahangir Mehdiyev
  183. Dvorjakn melodiyası. (1979) Rejissor: Nazim Abbasov
  184. İstintaq. (1979) Rejissor: Rasim Ocaqov
  185. Qəribə adam. (1979) Rejissor: Əjdər İbrahimov
  186. Mən mahnı qoşuram. (1979) Rejissor: Tofiq İsmayılov
  187. Pərilərə inanmayın. (1979) Rejissor: Yuri Varnovski
  188. Yarımçıq qalmış mahnı. (1979) Rejissor: Maqsud İbrahimbəyov
  189. Anın qurluşu. (1980) Rejissor: Rasim İsmayılov
  190. Anlamaq istəyirəm. Rejissor: Oqtay Mirqasımov
  191. Gözlə məni. (1980) Rejissor: Kamil Rüstəmbəyov
  192. Qızıl uçurum. (1980) Rejissor: Fikrət Əliyev
  193. Onun bəlalı sevgisi. (1980) Rejossor: Ziyafət Abbasov
  194. Təkcə adanı özünlə apara bilməzsən. (1980) Rejissor: Gülbəniz Əzimzadə
  195. Vah!.. (1980) Rejissor: Cahangir Mehdiyev
  196. Yol əhvalatı. (1980) Rejissor: Teymur Bəkirzadə
  197. Babamızın babasının babası. (1981) Rejissor: Tofiq Tağızadə
  198. Bağlı qapı. (1981) Rejissor: Rasim Ocaqov
  199. Birisigün gecəyarısı. (1981) Rejissor: Arif Babayev
  200. Əlavə iz. (1981) Rejissor: Nicat Bəkirzadə
  201. Qorxma mən səninləyəm. (1981) Rejissor: Yuli Qusman
  202. Nəğməkar torpaq. (1981) Rejissor: Ruslan Şahmalıyev
  203. Üzeyir ömrü. (1981) Rejissor: Anar
  204. Belə lazımdır. (1982) Rejissor: Vaqif Mustafayev
  205. Əzablı yollar. (1982) Rejissor: Tofiq İsmayılov
  206. Gümüşü furqon. (1982) Rejissor: Oqtay Mirqasımov
  207. İşgüzar səfər. (1982) Rejissor: Rasim İsmayılov
  208. Qaladan tapılmış mücrü. (1982) Rejissor: Gülbəniz Əzimzadə
  209. Qocalar, qocalar... (1982) Rejissor: Elxan Qasımov, Yefim Abramov
  210. Marş. (1982) Rejissor: Cəmil Quliyev
  211. Nizami. (1982) Rejissor: Eldar Quliyev
  212. Polad Bülbüloğlunun mahnıları. (1982) Rejissor: Tofiq Mirzəyev
  213. Yeddi gözəl. (Сeмь красавиц) (1982) Rejissor: Feliks Slidovker
  214. Gəmi saatının sirri. (1983) Rejissor: Rüfət Şabanov
  215. Asif, Vasif, Ağasif. (1983) Rejissor: Rasim Ismayılov
  216. İlıq dənizində buz parçası. (1983) Rejissor: Yuli Qusman
  217. Balıq günü. (1983) Rejissor: Cəmil Quliyev
  218. Evlənmək istəyirəm. (1983) Rejissor: Cahangir Mehdiyev
  219. Musiqi müəllimi. (1983) Rejissor: Tofiq İsmayılov
  220. Ötən ilin son gecəsi. (1983) Rejissor: Gülbəniz Əzimzadə
  221. Park. (1983) Rejissor: Rasim Ocaqov
  222. Yeni evlənənlər. (1983) Rejissor: Nicat Feyzullayev
  223. Avqust gələndə. (1984) Rejissor: Gülbəniz Əzimzadə
  224. Gümüşgöl əfsanəsi. (1984) Rejissor: Eldar Quliyev
  225. Köhnə bərə. (1984) Rejissor: Elxan Qasımov
  226. Musiqili xaş. (1984) Rejissor: Vaqif Mustafayev
  227. Qara gölün cəngavərləri. (1984) Rejissor: Ənvər Əbluc
  228. Qoca palıdın nağılı. (1984) Rejissor: Fikrət Əliyev, Hüseyn Mehdiyev
  229. Tənha narın nağılı. (1984) Rejissor: Şamil Mahmudbəyov
  230. Atları yəhərləyin. (Qaçaq Nəbi, Qanlı zəmi) (1985) Rejissor: Əbdül Mahmudov, Həsən Turabov
  231. Bağ müvsümü. (1985) Rejissor: Tofiq Tağızadə
  232. Bayramda yağış. (1985) Rejissor: Cəmil Quliyev
  233. Bəyin oğurlanması. (1985) Rejissor: Ceyhun Mirzəyev, Vaqif Mustafayev
  234. Cin mikrorayonda. (1985) Rejissor: Oqtay Mirqasımov
  235. Sizi dünyalar qədər sevirdim. (1985) Rejissor: Rasim İsmayılov
  236. Aşkarsızlıq şəraitində. (1986) Rejissor: Fərhad Yusifov
  237. Bircəciyim. (1986) Rejissor: Ənvər Əbluc
  238. Burulğan. (1986) Rejissor: Eldar Quliyev
  239. Xüsusi vəziyyət. (1986) Rejissor: Tofiq İsmayılov
  240. İşarəni dənizdən gözləyin. (1986) Rejissor: Ceyhun Mirzəyev
  241. Qəm pəncərəsi. (1986) Rejissor: Anar
  242. On yeddi yaşlı oğlan. (1986) Rejissor: Rüfət Şabanov
  243. Şəhərli biçinçilər. (1986) Rejissor: Əbdül Mahmudov, Hüseyn Mehdiyev
  244. Afroditanın qolları. (1987) Rejissor: Davud İmanov
  245. Araqarışdıran. (1987) Rejissor: Yefim Abramov
  246. İmtahan. (1987) Rejissor: Gülbəniz Əzimzadə
  247. Kişi sözü. (1987) Rejissor: Cahangir Mehdiyev
  248. Kölgədə 40 dərəcə isti. (40 градусов в тени) (1987) Rejissor: Leyla Səfərova
  249. Özgə ömür. (1987) Rejissor: Rasim Ocaqov
  250. Pirverdinin xoruzu. (1987) Rejissor: Ramiz Əzizbəyli
  251. Süd dişinin ağrısı. (1987) Rejissor: Hüseyn Mehdiyev
  252. Sürəyya. (1987) Rejissor: Tofiq İsmayılov
  253. Şeytan göz qabağında. (1987) Rejissor: Oqtay Mirqasımov
  254. Yay günü, xəzan yarpaqları. (1987) Rejissor: Tofiq İsmayılov
  255. Cansıxıcı əhvalat. (1988) Rejissor: Cəmil Quliyev
  256. Fatimə. (1988) Rejissor: Dedo Matekoso
  257. Gənc qadının kişisi. (1988) Rejissor: Cahangir Mehdiyev
  258. Meyl. (1988) Rejissor: Samir Xabşi
  259. Murad-Sad. (Мурад-Сад) (1988) Rejissor: Oleq Səfərəliyev
  260. Yaramaz. (1988) Rejissor: Vaqif Mustafayev
  261. Yaşa, qızıl balıq. (1988) Rejissor: Nicat Feyzullayev
  262. Alman klinikasına şəxsi səfər. (1988) Rejissor: Rasim İsmayılov
  263. Bir nəfər hamıya görə. (1989) Rejissor: Murad İbrahimbəyov
  264. Boş yer. (1989) Rejissor: Cahangir Şahmuradov
  265. Dairə. (1989) Rejissor: Ziya Şıxlınski
  266. Dəvətnamə. (1989) Rejissor: Aydın Dadaşov
  267. Doğma sahillər. (1989) Rejissor: Əbdül Mahmudov
  268. Əlaqə. (1989) Rejissor: Cahangir Zeynallı
  269. Həmyerli. (1989) Rejissor: Valeri Kərimov
  270. Hücum. (1989) Rejissor: Rövşən Almuradlı
  271. Lətifə. (1989) Rejissor: Nizami Musayev, Yefim Abramov
  272. Ölsəm... bağışla. (1989) Rejissor: Rasim Ocaqov
  273. Sahilsiz gecə. (1989) Rejissor: Şahmar Ələkbərov
  274. Şerəli və Aybərçin. (1989) Rejissor: Hacımurad İbrahimov
  275. Təxribat. (1989) Rejissor: Eldar Quliyev
  276. Bəxtəvər. (1990) Rejissor: Ömür Nağıyev
  277. Gecə qatarında qətl. (1990) Rejissor: Əbdül Mahmudov
  278. Girişmə, öldürər. (1990) Rejissor: Cahangir Mehdiyev
  279. Güzgü. (1990) Rejissor: Mehriban Ələkbərzadə
  280. Qətl günü. (1990) Rejissor: Gülbəniz Əzimzadə
  281. Şahid qız. (1990) Rejissor: Hüseyn Mehdiyev
  282. Yapon və yaponiyalı. (1990) Rejissor: Sergey Ratnikov
  283. Zirzəmi. (1990) Rejissor: Davud İmanov
  284. Tələ. (1990) Rejissor: Rasim İsmayılov
  285. Divar. (1991) Rejissor: Ramiz Məlikov
  286. Qətldən yeddi gün sonra. (7 дней после убийства) (1991) Rejissor: Rasim Ocaqov
  287. Qəzəlxan. (1991) Rejissor: Şahmar Ələkbərov
  288. Qisas. (1991) Rejissor: Yusif Əlizadə
  289. Müqəddəs oda yanaram. (1991) Rejissor: Gülbəniz Əzimzadə
  290. Nakəs. (1991) Rejissor: Vaqif Mustafayev
  291. Pəncərə. (1991) Rejissor: Ənvər Əbluc
  292. Sonuncu məhəbbət. (1991) Rejissor: Cəmil Quliyev
  293. Bəxt üzüyü. (1991) Rejissor: Ramiz Əzizbəyli
  294. Etiraf. (1992) Rejissor: Şamil Əliyev
  295. Kənar adamlar. (1992) Rejissor: Fərid Hümbətov
  296. Lal. (1992) Rejissor: Bəhram Osmanov
  297. Müqəddəs torpaq. (1992) Rejissor: Şahin Sina
  298. O dünyadan salam. (1992) Rejissor: Tofiq Tağızadə
  299. Təbəssüm. (1992) Rejissor: Şahirə Kərimova
  300. 777 №-li iş. (Дело №777) (1992) Rejissor: Ceyhun Mirzəyev
  301. Adəmin yaranması. (1993) Rejissor: Yuri Pavlov
  302. Fəryad. (1993) Rejissor: Ceyhun Mirzəyev
  303. Haray. (1993) Rejissor: Oruc Qurbanov
  304. Qırmızı qatar. (1993) Rejissor: Hafiz Fətullayev
  305. Mənim Ağ şəhərim. (1993) Rejissor: Mərahim Fərzəlibəyov.
  306. Təhminə. (1993) Rejissor: Rasim Ocaqov
  307. Hökm. (1994) Rejissor: Xəyyam Aslan, Nadir Muqbilov
  308. Köpək. (1994) Rejissor: Tofiq Tağızadə
  309. Qara Volqa. (1994) Rejissor: Elşən Məmmədov
  310. Həm ziyarət, həm ticarət. (1995) Rejissor: Rasim Ocaqov
  311. Ağ atlı oğlan. (1995) Rejissor: Ənvər Əbluc
  312. Ümid. (1995) Rejissor: Gülbəniz Əzimzadə
  313. Yarasa. (1995) Rejissor: Ayaz Salayev
  314. Yük. (1995) Rejissor: Rövşən Almuradlı
  315. Dağıdılmış körpü. (1996) Rejissor: Rafiq Puyya
  316. Özgə vaxt. (1996) Rejissor: Hüseyn Mehdiyev
  317. Son döyüş. (1996) Rejissor: Xəyyam Aslan
  318. Hər şey yaxşılığa doğru. (1997) Rejissor: Vaqif Mustafayev
  319. Ləqəbi İKA. (1997) Rejissor: Teymur Bəkirzadə
  320. Ailə. (1998) Rejisspr: Rüstəm İbrahimbəyov, Ramiz Həsənoğlu
  321. Otel otağı. (1998) Rejissor: Rasim Ocaqov
  322. Sarı gəlin. (1998) Rejissor: Yavər Rzayev
  323. Vahimə. (1998) Rejissor: Rüfət Əsədov
  324. Nə gözəldir bu dünya. (1999) Rejissor: EldarQuliyev
  325. Təsadüfi görüş. (1999) Rejissor: Şamil Əliyev
  326. Adi əhvalatlar (2000) Rejissor: Murad İbrahimbəyov
  327. Sifarişçi. (2000) Rejissor: Elnur Mehdiyev
  328. Yuxu. (2001) Rejissor: Fikrət Əliyev
  329. Güllələnmə təxirə salınır... (2002) Rejissor: Ələkbər Muradov
  330. Hacı Qara. (2002) Rejissor: Cahangir Mehdiyev
  331. Odla qol-boyun. (2002) Rejissor: Mirbala Səlimov
  332. Ovsunçu. (2002) Rejissor: Oqtay Mirqasımov
  333. Məkanın melodiyası. (2004) Rejissor: Hüseyn Mehdiyev
  334. Küçələrə su səpmişəm. (2004) Rejissor: Nicat Feyzullayev
  335. Arxada qalmış gələcək. (2004) Rejissor: Rüfət Əsədov
  336. Girov. (2005) Rejissor: Eldar Quliyev
  337. Lal çinar. (2005) Rejissor: Vasif Məmmədzadə
  338. Yalan. (2005) Rejissor: Ramiz Əzizbəyli
  339. Məhkumlar. (Обречённые) (2006) Rejissor: Mehriban Ələkbərzadə
  340. Biz qayıdacağıq. (Мы вернёмся) (2007) Rejissor: Elxan Qasımov


Qaqaş25.06.2008 12:03
          Azərbaycan kinofilmlərindən kadrlar

"Bismillah" "Sevil" "Bəxtiyar" "Arşın mal alan"
"Arşın mal alan" "Fətəli xan" "Qızmar günəş altında" "Onun böyük ürəyi"


"Bizim küçə" "Böyük dayaq" "Telefonçu qız" "Ögey ana"
"Uzaq sahillərdə" "Koroğlu" "Görüş" "O olmasın, bu olsun"
"Əhməd haradadır" "Ulduz" "İstintaq" "Yaramaz"
"Yeddi oğul istərəm" "Yeddi oğul istərəm" "Axırıncı aşırım" "Qatır Məmməd"
"Nəsimi" "Dədə Qorqud" "Babək" "Ad günü"
"Gün keçdi" "Uşaqlığın son gecəsi" "Bizim Cəbiş müəllim" "Tütək səsi"
"Şərikli çörək" "Özgə vaxt" "Yarasa" "Qərib cinlər ölkəsində"
"Neft və milyonlar
səltənətində"
"Lətif" "Sehrli xalat" "Özgə vaxt"

Qaqaş25.06.2008 12:03
   AZƏRBAYCAN KİNOSU MÜSTƏQİLLİK DÖVRÜNDƏ
1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi, cəmiyyət qarşında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoymuşdur. Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilmişdir.

1990-cı ildən sonra Azərbaycan kinosunda (1990-2000) çəkilən filmlərin sayı əvvəlki illərə nisbətən az olmuşdur. Bununla belə, Azərbaycan kinematoqrafçıları böyük əhəmiyyətli, həyati mövzulara müraciət edərək, estetik tələblərə cavab verə biləcək filmlər çəkmişlər ("Yarasa" (rejissor A.Salayev), "Özgə vaxtı" (rejissor H.Mehdiyev), Vaqif Mustafayevin filmləri).


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafında rolu çox böyük olmuşdur. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirmiş, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını xüsusi vurğulamışdır.

Hələ 1970-80-ci illərədə Azərbaycana rəhbərlik etdiyi dövrdə kino sənətinin inkişafına, həmin sahədə çalışanlara qayğı və hörmətlə yanaşan Heydər Əliyev Azərbaycan Prezidenti seçildiyi gündən respublikanın kino sənəti xadimlərindən öz qayğı və məhəbbətini əsirgəmədi. Heydər Əliyev Azərbaycan kino sənətinin dəyərli ənənələrindən danışaraq tarixi mövzuda çəkilmiş bir sıra bədii filmləri yüksək qiymətləndirmişdir.

Xalqımız Heydər Əliyev haqqında, onun çoxsahəli fəaliyyətindən bəhs edən sənədli filmlərə maraqla baxır. Heydər Əliyev haqqında çəkilən dəyərli filmlərdən silsilə filmlər yaratmış tanınmış rejissor Andrey Karpov tərəfindən çəkilmiş "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev" filmidir.

MDB ölkələrinin prezidentləri haqqında silsilə filmləri yaratmağı qarşısna məqsəd qoymuş A.Karpov birinci olaraq Azərbaycan Prezidenti Heydər Əliyevə həsr etdiyi filmi çəkmişdir. Ölkə başçısının gərgin, mənalı, keşməkeşli həyatının ən vacib anları ardıcıllıqla canlandırmış bu filmin çəkilişində Azərbaycan kino-televiziya xadimləri də iştirak etmişlər.

Prezidentin iş yerində, qaçqınlarla görüşündə, evində, övladlarının, nəvələrinin əhatəsində təsvir edən epizodlar ustalıqla çəkilmişdir. Heydər Əliyevin Məkkə səfəri də filmə daxil edilmişdir.

Azərbaycan Prezidentinin geniş, hərtərəfli fəaliyyətindən bəhs edən ikinci film N.Səfərovun ssenarisi əsasında operator O.Şixəliyevin çəkdiyi "Hamıya nümunə olan ömür yolu" filmidir. Bu əsərdə Heydər Əliyevin 1990-cı ildən sonrakı fəaliyyəti öz yığcam ekran ifadəsini tapmışdır.

Son illərdə ssenarist və kinorejissor Vagif Mustafayevin Heydər Əliyevin fəaliyyətindən bəhs edən silsilə filmləri diqqəti cəlb edir. Xüsusən onun çəkdiyi "Həqiqət anı" filmi tamaşaçıların marağına səbəb olmuşdur. Bundan başqa, Vaqif Mustafayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 12 serialı "H.Əliyev" filminin 9-nu çəkib. Bunlar aşağıdakılardır:

1. "General"
2. "Birinci"
3. "Moskva. Kreml"
4. "Lider"
5. "Tale"
6. "Əsl məhəbbət haqqında"
7. "Bir həsədin tarixi"
8. "Professional"
9. "Patriot"

Onlardan "Əsl məhəbbət haqqında" film böyük uğur qazanıb. Bu film Moskvada keçirilən 4-cü Avrasiya teleforumunda əsas mükafata və xüsusi mükafata layiq görülüb. "Bir həsədin tarixi" filmi 2002-ci ildə Yekaterinburqda keçirilən sənədli filmlər festivalında əsas mükafatlardan birini, Moskvada keçirilən 5-ci Avrasiya Teleforumunda "Qran-Pri" mükafatına layiq görülüb. Bu filmlər müxtəlif ölkələrdə böyük uğurla nümayiş etdirilib.

Bakıda məşhur dünya neft şirkətləri ilə bağlanmış saziş Vaqif Mustafayein "Əsrin sazişi" filmində öz əksini tapmışdır.

Azərbaycanın kino sənətini davam etdirən müasir rejissorlardan Hüseyn Mehtiyevin, Cavanşir Mehtiyevin, Yavər Rzayevin, Nicat Feyzullayevin, Ayaz Salayevin, Eldar Quliyevin, Rasim Ocaqovun, Oktay Mirqasımovun filmləri mövzu baxımından maraqlıdırlar. Rejissor Gülbəniz Əzimzadənin ərsəyə gətirdiyi filmlər də bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür.


Qaqaş25.06.2008 12:03
AZƏRBAYCAN KİNOSU 1935-1988-Cİ İLLƏRDƏ. SƏSLİ DÖVR

1935-ci ildə "Azərfilm"in Moskvanın "Mejraypromfilm" kinostudiyası ilə birqə yaratdığı "Mavi dənizin sahilində" (rejissor B.V.Barnet) bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. Filmdə baş rollarda görkəmli sovet kinoaktyorları L.N.Sverdlin, N.A.Kryuçkov, V.A.Kuzmina və başqaları çəkilmişlər. 1936-1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxılmışdır.


İkinci dünya müharibəsi illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş "Vətən oğlu" və "Bəxtiyar" (1941,1942, rejissor A.Quliyev) kinonovellaları, M.F.Axundovun həyat və fəaliyyətinə dair "Səbuhi" (1942, rejissorlar A.İ.Bek-Nazarov, R.Təhmasib), vahid süjet xətti ilə bağlı üç kinonovelladan ibarət "Bir ailə" (1943, rejissorlar Q.V.Aleksandrov, R.Təhmasib, M.Mikayılov), müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş "Sualtı qayıq T-9" (1943, rejissor A.İvanov) bədii filmləri çəkilmişdir.

1945-ci ildə Ü.Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası yenidən ekranlaşdırıldı. Rejissorlar R.Təhmasib və N.Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla parlaq realist kinokomediya yarada bilmişdilər. Film keçmiş SSRİ-də, eləcə də dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirilmişdir. "Arşın mal alan" filminə görə rejissorlar R.Təhmasib və N.Leşşenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, Ə.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görüldülər.

40-cı illərin sonu 50-ci illərin əvvəllərində "Bakı kinostudiyası"nın əsas istiqaməti bədii-sənədli və publisistik filmlərin çəkilməsinə yönəldilmiş, bu dövrdə yalnız "Fətəli xan" (1947, rejissor V.İ.Dziqan,1959 ildə ekrana buraxılmışdır) və "Bakının işıqları" (1950, rejissorlar İ.V.Xeyfits, A.Q.Zarxi və R.Təhmasib) bədii filmləri çəkilmişdir.

Azərbaycan kinosunun yeni inkişaf mərhələsi 50-ci illərin ortalarından başlanır. Bu dövrdə milli ssenarist, rejissor, operator, rəssam kadrları yetişir. Onların çoxu Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almışdılar (İ.Qasımov, Ə.Məmmədxanlı, İ.Tağızadə. L.Səfərov, H.Seyidbəyli, Ə.İbrahimov, N.İsmayılov, H.Seyidzadə, Ş.Mahmudbəyov, Ə.Atakişiyev, X.Babayev, A.Nərimanbəyov, T.Axundov, R.Ocaqov, K.Nəcəfzadə, C.Əzimov, E.Rzaquliyev, N.Zeynalov və b.).

Həmin illərdə bədii filmlərin çəkilişinin sayca çoxalması onların mövzu dairəsinin genişlənməsinə səbəb oldu. Ekranda fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin əməyi və həyatı öz əksini tapdı ("Qızmar günəş altında" (1957, rejissor L.Səfərov), "Qara daşlar" (1958, rejissor A.Quliyev), "Kölgələr sürünür" (1958, rejissorlar İ.Əfəndiyev və Ş.Şeyxov), "Onun böyük ürəyi" (1959, rejissor Ə.İbrahimov), "Həqiqi dost" (1959, T.Tağızadə), "Onu bağışlamaq olarmı?" (1960, rejissor R.Təhmasib), "Bizim küçə" (1961, rejissor.Ə.Atakişiyev), "Böyük dayaq" (1962, rejissor H.İsmayılov), "Telefonçu qız", "Belə ada da vardır" (1962,1963, rejissor H.Seyidbəyli), "Ögey ana" (1959, rejissor. H.İsmayılov).

"Bakı kinostudiyası"nda müxtəlif mövzularda filmlər yaradılmışdır. 1957-ci ildə çəkilmiş "Bir məhəlləli iki oğlan" (rejissorlar Ə.İbrahimov və İ.V.Qurin, operatorlar M.M.Pilixina və R.Ocaqov, bəstəkar Q.Qarayev) filmi Şərq ölkələrindən birində xalqın azadlıq və demokratiya uğrunda mübarizəsindən bəhs edir.

Cəsur partizan Mehdi Hüseynzadəyə həsr edilmiş "Uzaq sahillərdə" (1958, rejissorT.Tağızadə) filmi isə Azərbaycanın, eləcə də keçmiş sovet kinosunun nailiyyətlərindəndir. Dinamik, gərgin hadisələr, dəqiqliklə verilmiş xarakterlər, operator və rejissor işinin yüksək səviyyəsi filmə geniş şöhrət qazandırmışdır. 60-cı illərin əvvələrindən Azərbaycanda rəngli filmlərin çəkilişi genişləndirildi. "Koroğlu" (1960, rejissor H.Seyidzadə) bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsidir. "Səhər" (1961, rejissor A.Quliyev) filmi Bakıda 1905-1907-ci illər inqilabı hadisələrindən söhbət açır. "Mahnı belə yaranır" (1959,rejissorlar R.Təhmasib və M.Mikayılov) filmi Dağıstanın xalq şairi Süleyman Stalskiyə həsr edilmişdir. "Məhəbbət dastanı" (1961,rejissor L.Səfərov) "Leyli və Məcnun" mövzuları əsasında çəkilmişdir.

"Arşın mal alan" filmindən etibarən Azərbaycan kinosunda musiqili komediya janrına meyl güclənmişdi. "Görüş" (1955, rejissor T.Tağızadə), "Sevimli mahnı" ("Bəxtiyar", 1955, rejissor L.Səfərov, baş rolda R.Behbudov), "O olmasın, bu olsun" (1965, rejissor H.Seyidzadə), "Romeo mənim qonşumdur" (1963, rejissor Ş.Mahmudbəyov), "Əhməd haradadır?" (1964, rejissor A.İsgəndərov), "Ulduz" (1964, rejissor A.Quliyev), "Arşın mal alan" (1965, rejissor T.Tağızadə), "Qaynana" (1978, rejissor H.Seyidzadə) və s. filmlərdə bu ənənə davam etdirilmişdir.

XX əsrin 60-70-ci illəri kinematoqrafiyaya gənclərin böyük bir qrupunun gəlməsi ilə əlamətdar olmuşdur (ssenariçilər R. və M.İbrahimbəyov qardaşları, Anar, A.Axundova, İ.Hüseynov, V.Səmədoğlu, R.Fətəliyev, rejissorlardan A.Babayev, E.Quliyev Q.Mirqasımov, İ.Əfəndiyev, T.İsmayılov, Q.Əzimzadə, Q.Babayev, operatorlar Z.Məhərrəmov, R.İsmayılov, R.Qəmbərov, V.Kərimov, rəssamlar F.Bağırov, R.İsmayılov, aktyorlar H.Məmmədov, Ş.Ələkbərov, H.Turabov, R.Balayev, Ş.Məmmədova və b.). Onların orta və yaşlı nəslə mənsub xadimlərlə əməkdaşlığı Azərbaycan kinosunun peşəkar səviyyəsinin yüksəlməsinə, milli özünəməxsusluq, ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə səbəb olmuşdur. Məsələn, "Bir cənub şəhərində" (1969, rejissor E.Quliyev) filminin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur. Bu dövrün filmlərində mənəvi-əxlaqi problemlər, müasir həyata müxtəlif baxışlar, insan xarakterlərinin təhlili, gənc nəslin formalaşması və s. mövzular başlıca yer tutur: ("Uşaqlığın son gecəsi", "Gün keçdi" (1969,1971,rejissor A.Babayev), "Baş müsahibə", "Var olun, qızlar" (1971,1973, rejissor E.Quliyev), "Həyat bizi sınayır" (1971, rejissor Ş.Mahmudbəyov), "Xoşbəxtlik qayğıları" (1976, H.Seyidbəyli) və s. filmləri göstəmək olar. 70-ci illərin sonralarında və 80-cı illərdə Azərbaycan kinosunda mənəvi-əxlaqi problemlərə diqqət daha da artmışdır. Ssenariçi R.İbrahimbəyovla rejissor R.Ocaqovun filmlərində mürəkkəb psixoloji vəziyyətlər, əsl insan ləyaqəti ilə əlaqədar müşahidələr, xudbinlik, sərtlik, mərhəmətsizliyə qarşı etiraz kimi mövzulara meyl güclüdür (("İstintaq", 1979,14-cü Ümumittifaq kinofestivalının baş mükafatı, Düşənbə,1980; SSRİ Dövlət Mükafatı ,1981), "Bağlı qapı" (1981), "Park" (1983), "Özgə həyat"(1987), "Ölsəm, bağışla" (1988)). Həmin mövzular "De ki, məni sevirsən" (1977, rejissor M.İbrahimbəyov), "Bizi bağışlayın" (1979, rejissor A.Babayev), "Gümüşü furqon" (1982) , "Şeytan göz qabağında" (1987, rejissor Q.Mirqasımov, 21-ci Ümumittifaq kinofestivalının mükafatı, Bakı,1988) , "Anın strukturu", "İşgüzar səfər" (1982, rejissor R.İsmayılov), "Babamın babasının babası", "Bağ mövsümü" (1985, rejissor T.Tağızadə), "İlıq dənizdə buz parçası" (1983, rejissor Y.S.Qusman), "Gümüş göl əfsanəsi", "Burulğan", "Təxribat" (1984, 1986, 1989, rejissor E.Quliyev) filmlərində yeni cəhətlərdən açılmışdır. "Yaramaz" 1988, rejissor V.Mustafayev) filmində xarakter deformasiyası müasir bədii ifadə vasitələri, satirik boyalarla təsvir edilmişdir. Film ölkəmizdə və xaricdə böyük maraq doğurmuşdur.

60-80-ci illərdə tarixi-inqilabi janrda bir sıra maraqlı, orijinal filmlər çəkilmişdir. "Mosfilm" kinostudiyası ilə birgə yaradılmış N.Nərimanovun fəaliyyətindən bəhs edən "Ulduzlar sönmür" (1971,rejissor Ə.İbrahimov) filmi bu baxımdan diqqətəlayiqdir. S.Vurğunun "Komsomol poeması"nın motivləri üzrə çəkilmiş "Yeddi oğul istərəm" (1970, rejissor T.Tağızadə; Azərbaycan Lenin komsomolu mükafatı , 1970) filmi 20-ci illərin komsomolçularına həsr olunmuşdur. Yüksək ideyalılıq, vətəndaşlıq motivləri ilə kinematoqrafiyanın ifadə vasitələrinin uyarlığı, gözəl aktyor oyunu bu filmin mühüm məziyyətlərindəndir. "Səmt küləyi" (1973, rejissor E.Quliyev) filmi Azərbaycan kinosunun tarixində xarici ölkə (Çexoslovakiya) studiyası ilə birgə yaradılmış ilk əsərdir, "Axırıncı aşırım" (1971, rejissor K.Rüstəmbəyov), "Qatır Məmməd" (1974, rejissor R.Ocaqov) filmlərində sovet hakimiyyətinin ilk illərində Azərbaycan kəndində gedən sinfi mübarizədən bəhs olunur. "Sevinc buxtası" (1977, rejissor A.Babayev; Azərbaycan SSR Dövlət Mükafatı, 1978), "O birigün gecə yarısı" (1981, rejissor A.Babayev; Azərbaycan SSR Dövlət Mükafatı, 1986), "Atları yəhərləyin" (1983, rejissor H.Turabov, Azərbaycan SSR Dövlət Mükafatı, 1986), "İşarəni dənizdən gözləyin" (1986, rejissor C.Mirzəyev) filmləri də tarixi mövzulardadır.

"Nəsimi" (1973, rejissor H.Seyidbəyli, 7-ci Ümumittifaq kinofestivalının ən yaxşı tarixi film üçün mükafatı, 1975) filmində feodal dünyasının haqsızlıqlarına qarşı çıxan şairin həyatı və o dövrün sosial və əxlaqi problemləri əksini tapmışdır. "Dədə Qorqud" (1975, rejissor T.Tağızadə) filmi poetikliyi ilə fərqlənir. "Babək" (1979, rejissor E.Quliyev) filmində IX əsr Azərbaycan sərkərdəsi Babəkin başçılığı ilə Xİlafətə qarşı xalqın mübarizəsi təsvir edilmişdir. "Nizami" (1982, rejissor E.Quliyev) filmində N.Gəncəvinin, "Qəm pəncərəsi" (1986, rejissor Anar) filmində isə C.Məmmmədquluzadənin obrazı canlandırılmışdır.

Azərbaycan Bədii televiziya filmlərindən "Ad günü" (1977, rejissor R.Ocaqov,8-ci Ümumittifaq televiziya filmlər fevralının 1-ci mükafatı, Bakı,1979, Azərbaycan SSR Dövlət mükafatı,1980) xüsusilə fərqlənir. "Dantenin yubileyi", "Təkcə adanı özünlə apara bilməzsən", "Ötən ilin son gecəsi" (1978,1980,1983, rejissor G.Əzimzadə) "Bilmək istəyirəm" (1980, rejissor Q.Mirqasımov) və s. bədii filmlər də Azərbaycan Televiziyasının istehsalıdır. "Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları" (1981, rejissorAnar) televiziya filmi geniş arxiv materialları əsasında yaradılmışdır.

Bəzi filmlərdə İkinci Dünya müharibəsi mövzusu əksini tapmışdır: "Bizim Cəbiş müəllim" (1970, rejissor H.Seyidbəyli), "Bakıda küləklər əsir" (1974, rejissor M.Dadaşov), "Tütək səsi" (1975, rejissor R.Ocaqov) və s. "Şərikli çörək" (1969, rejissor Ş.Mahmudbəyov; Azərbaycan SSR Dövlət mükafatı,1969) filmində müharibənin son aylarında Bakının həyatı xüsusi səmimiliklə təsvir olunur. Rejissor R.İsmayılovun "Mən sizi həyatımdan artıq sevirdim" (1985) filmi Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr edilmişdir.

Azərbaycan kinosunda uşaq filmlərinin istehsalına da mühüm əhəmiyyət verilir: ("Bir qalanın sirri", "Sehrli xalat", "Qərib cinlər ölkəsində" (1959, 1964, 1987, rejissor Ə.Atakişiyev), "Şirin evdən getməsi" (1978, rejissor R.İsmayılov), "Mən mahnı qoşuram", "Əzablı yollarla", "Musiqi müəllimi" (1979, 1982, 1983, rejissorT.İsmayılov), "Gəmi saatının sirri" (1982, rejissor R.Şabanov), "İsmayıl bəyin mücrüsü" (1983, rejissor G.Əzimzadə) və s. ) 1989-cu ildə ilk fantastik Azərbaycan bədii filmi ("Əlaqə", rejissor Ç.Zeynalov) yaradılmışdır.

Səsli kinonun yaranması ilə sənədli kinonun da yaradıcı imkanları genişləndi. "Adlı-sanlı Azərbaycan" (1935, rejissor və ssenari müəllifi B.V.Pumyanski, V.Yeremeyev) bir hissəli sənədli xronika kinoalmanaxında ilk dəfə olaraq diktor mətni oçerkin qəhrəmanlarının çıxışı ilə sinxron verilmişdir. 1939-cu ildən "Azərbaycan ekranı" kinojurnalı "Ordenli Azərbaycan" (ildə 36 nömrə) adı altında çıxmağa başladı, 30-cu illərin səssiz filmlərindən tammetrajlı "Şərqə yol" (1934, rejissor A.A.Makovski), "Azərbaycan incəsənəti" filmləri diqqətə layiqdir. 1940-cı ildə rejissorlar M.Mikayılov və V.Yeremeyev Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 20 illiyi münasibətilə "İyirminci bahar" sənədli filmini yaratdılar.

İkinci dünya müharibəsi illərində Azərbaycan sənədli kinosunun bir qrup rejissorları (Ə.Həsənov və b.) və operatorları (M.Mustafayev, M.Dadaşov, S.Bədəlov, V.Y.Yeremeyev, Ç.Məmmədov və b.) cəbhə xəttinə gedərək əsgələrin qəhrəmanlığını lentə çəkirdilər.

Həmin materiallar xüsusi buraxılışlar kimi əsgərlərə göstərilmək üçün müxtəlif cəbhələrə göndərildi. Bu dövrdə Azərbaycan xalqının arxa cəbhədəki əməyini əks etdirən kinojurnallar, kinooçerklər də yaradıldı. "Vətən uğrunda" (1943, rejissor Ə.Həsənov), "Qayğı" (1943, A.Quliyev), "Məktuba cavab" (1944, rejissor İ.Əfəndiyev), "Qardaş köməyi" (1944, rejissor A.Dadaşov) və s. 1944-cü ildə "Bakı kinostudiyası" Moskva Sənədli Filmlər Studiyası ilə birgə Xəzər dənizçilərinin qəhrəmanlığından bəhs edən "Xəzərilər" (rejissorlar Q.V.Aleksandrov və N.İ.Bolşakov) tammetrajlı sənədli filmini çəkdi. 1945-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyi ilə əlaqədar rejissor H.Seyidzadə "Əbədi odlar diyarı" tammetrajlı sənədli filmini yaratdı.

Müharibədən sonrakı illərdə "Sovet Azərbaycanı" (ildə 36 nömrə; "Ordenli Azərbaycan" kinojurnalının yeni adı) ilə yanaşı "Gənc nəsil" ( ildə 4 nömrə) kinojurnalının da buraxılışına başlandı. 1945-50-ci illərdə sənədli kino sahəsində ssenaristlərin İ.Qasımov, Ə.Qulubəyov, rejissorlar Z.Kazımova, L.Səfərov, operatorlar A.Nərimanbəyov, T.Axundov, X.Babayev, bəstəkarlar Q.Qarayev, T.Quliyev və b. fəaliyyətə başladılar. Cənubi Azərbaycan xalqının 1945-1946-cı illərdə azadlıq mübarizəsindən bəhs edən "Arazın o tayında" (1947, rejissorlar İƏfəndiyev, E.İ.Şub) tammetrajlı filmi diqqəti cəlb edirdi. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinin 30 illiyi münasibətilə 1950-ci ildə "Sovet Azərbaycanı" (rejissorlar M.Dadaşov, F.Kiselyov) rəngli tammetrajlı sənədli filmi yaradıldı. Film 1951-ci ildə Kann (Fransa) beynəlxalq kinofestivalının xüsusi mükafatına layiq görüldü. Sonrakı illərdə müasirlik mövzusu xalqın məişəti, əmək nailiyyətləri sənədli kino ustalarının yaradıcılığında başlıca yer tutmuşdu: "S.M.Kirov adına körfəzdə" (Venesiya beynəlxalq kinofestivalının mükafatına layiq görülmüşdür.1955) "Axtaran tapar" (1955, 1969, rejissor S.Məmmədov), "Xoşbəxtlik yolu ilə" "Bizim Azərbaycan" (1957,1959,rejissor M.Dadaşov). "Bakı və bakılılar" (1957,rejissor L.Səfərov), "Azərbaycan mədəniyyətinin baharı" ( 1960, rejissorlar Ç.Məmmədov, X.Babayev), " M.F.Axundov" (1962, rejissor N.Bədəlov) və s. sovet kinosu sənətinin görkəmli nümayəndələrindən sayılan "Xəzər neftçiləri haqqında dastan" (1953) və "Dənizi fəth edənlər" (1959) filmlərini dünya şöhrətli rejissor R.L.Karmen "Bakı kinostudiyası"nda çəkmişdir. Həmin filmlərdə dəniz neftçilərinin fədakar əməyi və həyatı əks olunmuşdur. Bu filmlərə görə rejissor R.L.Karmen, operatorlar Ç.Məmmədov və S.Y.Medinski Lenin mükafatına layiq görülmüşlər (1960).

1960-1970-ci illər sənədli kinosunda Q.Mirqasımov, Y.Əfəndiyev, R.Şahmalıyev, T.Bəkirzadə, N.Bəkirzadə kimi gənclər fəaliyyətə başladılar. Q.Mirqasımovun " Dəniz" (1965), "Qobustan" (1966), "Bu həqiqətin səsidir", "Bəstəkar Qara Qarayev" (1967) filmlərində 60-cı illərin ikinci yarısında sənədli kinonun üslubundakı müəyyən dəyişikliklər (diktor mətninin olmaması, poetik əhval-ruhiyyə, dəqiq montaj) özünü göstərir.

Həmin filmlərə görə Q.Mirqasımov Azərbaycan Lenin Komsomolu mükafatına layiq görülmüşdür (1967). "Nə yaxşı ki, dünyada Səməd Vurğun varmış" (1967) filminin rejisssoru Y.Əfəndiyevə, ssenari müəllifi İ.Şıxlıya, operator Z.Məmmədova, C.Cabbarlının xatirəsinə həsr olunmuş "Solmaz bir bahar kimi" (1979) filminin rejissoru Ç.Zeynalova Azərbaycan Lenin Komsomolu mükafatı verilmişdir.70-80-cı illərdə maraqlı elmi-kütləvi kino nümunələri yaradılmışdır: "Naxışların yaddaşı" (1973, rejissor İ.Əfəndiyev), "Qızıl balıq" (1975, rejissor Ç.Fərəcov), "Hardasan, yaşıl sahilim" (1983, V.Mikayılov), "Eskulap piyaləsinin sirri" (1984, rejissorT.Bəkirzadə), " Dirçəlmə" (1984, rejissor Ç.Fərəcov), "Torpaq borcu" (1986, rejissor T.Mütəllimov) və s. Azərbaycan sənədli kinosunda aktual mövzuların seçilməsi və araşdırılması üçün yeni yollar axtarılır, çəkiliş metodunun, montajın, səsləndirilmənin əlavə imkanları təcrübədə sınanılır. Bu baxımdan rejissor T.Bəkirzadənin "Dissonans" (1977, "Abşeron qalaları" (1989), Z.Məhərrəmovun "Baharla birgə" (1978), "Köç" (1983), Ç.Zeynalovun "Səfillər" (1985), "İntizar" (1986), "Əbədiyyətə qovuşan ömür" (1987), R.Nağıyevin "Ölü zona" (1988), V.Mikayılovun "Qışdan sonra gələn bahar" (1989) filmləri diqqətəlayiqdir.

1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında "Mozalan" satirik kinojurnalının istehsalına başlanılmışdır. Kinojurnalda cəmiyyətin antipodları, gündəlik həyatda və təsərrüfatda rast gəlinən qüsur və nöqsanlar tənqid atəşinə tutulur. İkinci dünya müharibəsinədək Azərbaycanda cizgi filmləri çəkilməsinə yalnız təşəbbüs göstərilmişdir. 1966 ildə "Azərbaycanfilm"də rəssam və rejissor-multiplikator kursları açılmışdır. 1969 ildə "Azərbaycanfilm"də yaradılmış multiplikasiya sexində A.Axundovun Azərbaycan xalq nağılları əsasında yazdığı ssenari üzrə birhissəli rəngli "Cırtdan" (rejissor A.Axundov, İ.Əfndiyev) multiplikasiya (cizgi) filmi çəkilmişdir. 70-ci illərdə "Fitnə", "Cücələrim" (1970,1974, rejissor A.Axundov), "Tülkü Həccə gedir", "Cırtdanın yeni sərgüzəştləri" (1971,1973, rejissor N.Nərimanov), "Çaqqal çaqqalın oğludur" (1973, rejissor M.Rəfiyev) və s. cizgi filmlər yaradılmışdır. Rejissorlar M.Pənahi ("Bulud niyə ağlayır",1974, 7-ci Ümumittifaq kinofestivalının mükafatı, "Siçan və Pıs-pısa xanım", 1974, A.Axundovla birgə; "Günlərin bir günündə", 1975; "Dınqıl, sazım, dınqıl", 1976; "Xoruz", 1977; "Qız qalası haqqında əfsanə", 1978 və s.), A.Məmmədov ("Daş", 1978; "Toral və Zəri", 1979; "Taya", 1980; "Dəcəl dovşan", 1981; "Sehrli ləçək", 1982; "Uçan süfrə", 1983 və s), A.Məhərrəmov ("Yaratmaq vaxtı çatmışdır",1984), V.Talıbov ("Təqib", 1984), R.Şahmalıyev ("Sehrli naxışlar", 1984), H.Əkbərov ("Talada ev", 1986), F.Qurbanova ("Bir dəfə axşamçağı", 1985; "Ağacda oturmuş ana", 1986; "Seans", 1987 və s.) və b. maraqlı cizgi filmləri çəkmişlər.1981-ci ildən "Cırtdan-pəhləvan" cizgi filmləri seriyası çəkilir.

1972-ci ildən Azərbaycan televiziyasında da cizgi filmlərinin istehsalına başlanmışdır. Rejissor V.Behbudovun "İlham" (1972, ilk Azərbaycan kukla-cizgi filmi), "Göyçək Fatma" (1973) və "Möcüzələr adası" (1978) cizgi filmləri Ümumittifaq televiziya filmləri festivalında mükafata layiq görülmüşdür. Həmin dövrdə "Azərbaycanfilm" kinostudiyası səsli (ağ-qara, rəngli), genişekranlı, panoram və genişformatlı filmlərdə səsin stereofonik yazılışını təmin edən yeni kino avadanlığı ilə təchiz olunmuşdur.

"Azərbaycanfilm" kinostudiyasında ildə təqribən 7 bədii film, 20 sənədli və elmi-kütləvi film istehsal olunurdu. 7-ci və 21-ci Ümumittifaq kinofestivalları (1974,1988), kino həvəskarlarının 40-cı beynəlxalq festivalı (UNİKA-78) Bakıda keçirilmişdir.


Qaqaş25.06.2008 12:03
AZƏRBAYCANDA KİNO SƏNƏTİNİN YARANMA TARİXİ. SƏSSİZ DÖVR (1920-1935)
Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı.


Filmi çəkmək ücün Peterburqdan rejissor B.N.Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır.1916-cı ildə Bakıda Ü.Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", "Ladya", "Mədənçi" və s.kinoteatrlar da var idi.

1924-cü ildə AFKİ ikiseriyalı "Qız Qalası əfsanəsi" (rejissor V.V. Vallyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər.

Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925 ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Q.M.Lemdeq, V.R. Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.

AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən C.Cabbarlı adına "Azərdaycanfilm" kinostudiyası adlanır.

Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu idi. "Bismillah" (1925, rejissorlar A.M.Şərifzadə, A.Valovo), "Vulkan üzərində ev" (1929, rejissor A.İ.Bek-Nazarov, "Ermənikino" ilə birqə), "Hacı Qara" (1929, rejissor A.M.Şərifzadə) kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən "Sevil" (1929, rejissor A.İ.Bek-Nazarov) həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir.

XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920 ildə "Bakıda 9 qızıl Ordunun rəsmi keçidi" adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il "Şərq xalqlarının birinci qurultayı" xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: "Sovet Azərbaycanının 3-cü ildönümü" (1923), "Suraxanı neft mədənlərində yanğın" (1923) "Nəriman Nərimanovun dəfni" (1925), "M.Frunzenin Bakıya gəlməsi" (1925) və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı.

1925-ci ildə rejissor A.M.Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən "Azərbaycana səyahət" filminin çəkilişini başa çatdırdı. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən "Azərbaycan ekranı" kinojurnalı (ildə 4-5 nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda M.Mikayılov, A.A.Litvinov, A.A.Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, A.Valovoy, A.Tolçan, İ.S.Tartakovski, İ.S.Monakov kimi operatorlar çalışırdılar. 30 illərdə bu sahədə B.V.Pumyanski, S.Bədəlov, V.Yeremeyev, Ə.Həsənov, Ə.Ələkbərov və b. fəaliyyətə başladılar. Bu sənətkarların filmlərində ilk beşilliklərdə resublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, neft sənayesinin yeni texnika ilə təchiz və s. əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrun bədii nailiyyətlərindəndir.

30-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: "Lətif", "İsmət" (1930, 1934, rejissor M.Mikayılov), "Almaz" və "Yeni horizont" (1936, 1940, rejissorlar A.Quliyev, Q.M.Braqinski), "Bakılılar" (1938, rejissor V.V.Turin), "Kəndlilər" (1940, rejissor S.Mərdanov) və s.


Qaqaş25.06.2008 12:03
MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASINDA TEATR SƏNƏTİNİN İNKİŞAFI
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Müstəqillik əldə etdi. 1993-cü ildən əhalinin sosial rifah halı və vətəndaş fəaliyyəti artdı.

Yeni yaranan və "Dövlət teatrı" statusu alan Pantomim teatrı, Bələdiyyə teatrı, Yuq teatrı, Gənclər teatrı, Miniatür teatrı, Kamera teatrı yaxşı mənada özlərini təsdiq etdilər. Sənətin janr, forma müxtəlifliyi, üslub zənginliyi yolu ilə inkişaf yoluna düşdülər.


Azərbaycanın Akademik Milli Dram teatrında 1991-2003-cü illərdə Azərbaycan və qeyri milli dramturqların klassik və müasir mövzuda bir sıra maraqlı əsərlərin tamaşası hazırlandı. "Tənha iydə ağacı", "Dəlilər və ağıllılar", "Hökmdar və qızı" (1991, 1992, 1996: İ.Əfəndiyev), "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Dar ağacı" (1991,1998, 2000: B.Vahabzadə), "Məhəbbət və azadlıq adası" (1991, K.Fiqereydo), "Dişi canavar" (1991, Q.Lorka), "Ah qadınlar, qadınlar", "Qısqanc ürəklər" (1992, 1993, M.Haqverdiyev), "Qədir gecəsi" (1992, Eldar Baxış), "Məhəbbət yaşayır", "Qisas qiyamətə qalmaz" (1994, 1995, N.Hacızadə), "Qaraağac altında ehtiras" (1994, Y.Onil), "Min illərin işığı", "Hərdən mənə mələk də deyirlər", "Cəsus" (1995, 2000, 2001, K.Abdulla), "Dindirir əsr bizi" (1995, V.Aslan), "Ana intiqamı" (1995, V.Babanlı), "Ağqoyunlular və qaraqoyunlular" (1995, Ə.Əmirli), "Ah Paris… Paris", "Mənim sevimli dəlim", "Mənim ərim dəlidir", "Poçt şöbəsində xəyal", "Qatil" (1997, 1998, 1999, 2001, 2003, Elçin), "Pompeyin Qafqaza yürüşü" (1997, N.Həsənzadə), "Şah Edip" (1999, Sofokl), "Burla Xatun" (1999, N.Xəzri), "Bu dünyanın adamları" (2000, Hidayət), "Kral Lir" (1996, Şekspir), "Fərhad və Şirin" (1997, S.Vurğun), "Aydın", "Ədirnə fəthi" (2000, C.Cabbarlı), "Eşq və intiqam" (2000, S.S.Axundov) və s tamaşalar oynanıldı. Bu tamaşaların ərsəyə gəlməsində M.Fərzəlibəyov, A.Kazımov, A.Nemətov, B.Osmanov kimi rejissorların xidmətləri vardır. Respublikamızın ayrı-ayrı teatrlarında fəaliyyət göstərən B.Xanızadənin (Pantomim teatrı), H.Atakişiyevin (Gənclər teatrı), L.Kərimovun (Gənc tamaşaçılar teatrı) A.Pənahovanın (Bələdiyyə teatrı), C.Səlimovanın (Kamera teatrı) rejissorluq işləri təqdirə layiqdir.

1920-ci ildən bəri Azərbaycan Dövlət Akademik Dram teatrı ilk dəfə 1990-cı ilin mayında Türkiyəyə qastrola getdi. "Bizim qəribə taleyimiz" və "Sevgililərin cəhənnəmdə vüsalı" (İ.Əfəndiyev) tamaşalarını göstərdi.

1992-ci ilin mayında teatr Türkiyəyə qastrolu zamanı isə "Hara gedir bu dünya" (B.Vahabzadə) tamaşasını göstərdi. Həmin ilin oktyabrında Almaniyanın Berlin şəhərində "Sevgililərin cəhənnəmdə vüsalı" (İ.Əfəndiyev) tamaşası Alman teatrsevərlərinə göstərildi. 1996-cı ilin mayında teatr "Kral Lir" (Şekspir) tamaşası ilə Moskvada ikinci Beynəlxalq Çexov festivalında çıxış etdi. 1998 ilin noyabrında Akademik teatr üçüncü dəfə Türkiyəyə qastrola getdi. "Hökmdar və qazı" (İ.Əfəndiyev), "Özümüzü kəsən qılınc" (B.Vəhabzadə)) və "Mənim sevimli dəlim" (Elçin) tamaşalarını göstərdi.

Azərbaycan teatrı 1922-ci ildən 1929-cu ilə kimi Akademik Dram teatrı, 1929-cu ildən 1935-ci ilə kimi Bədaye teatrı, 1935-ci ildən 1950-ci ilə kimi Dram teatrı, 1950-ci ildən isə yenə Akademik Dram teatrı adı ilə fəaliyyət göstərib. 1991-ci il dekabrın 27-dən Azərbaycan Milli Akademik Dram teatrı statusu alıb.

1998-ci ildə Azərbaycan teatrının 125 illik yubileyi münasibətilə Azərbaycan xalqının ümummilli lideri H.Ə.Əliyev sərəncam imzaladı. İ.Kərimovun "Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri" adlı kitabı, İ.Rəhimlinin "Akademik Milli Dram teatrı" salnaməsi və neçə-neçə kitablar çap olundu. Sənət adamları fəxri adlara layiq görüldülər.


Qaqaş25.06.2008 12:03
   SOVET DÖVRÜNDƏ TEATR SƏNƏTİNİN İNKİŞAFI

1920-ci ildə Azərbaycan Demokratik Cumhuriyyəti xaincəsinə dağıdıldıqdan sonra Azərbaycan XKS-nın 1920 il 1 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət Teatrı yaradıldı. Burada Bakıda fəaliyyət göstərən bütün truppalar və həvəskar aktyorlar birləşdi. 1918 ildə yanmış keçmiş Tağıyev teatrının binası respublika hökumətinin qərarı ilə bərpa olundu. 1922 ildə dram truppası Birləşmiş Dövlət Teatrından ayrılaraq, müstəqil teatra çevrildi. Həmin il yanvarın 17-də M.F.Axundovun "Hacı Qara" komediyasının yeni quruluşdakı tamaşası ilə Azərbaycan Dövlət Dram Teatrının (1933 ildən M.Əzizbəyov ad.) təntənəli açılışı oldu. Azərbaycan dramaturgiyasının inkişafında son dərəcə mühüm rol oynayan, mədəni quruculuq sahəsində, eləcə də teatr sənətinin təşəkkülündə böyük xidmətlər göstərən N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, S.S.Axundov kimi realist-demokrat yazıcıların fəaliyyəti, N.Nərimanov, Ü.Hacıbəyov, M.Maqomayev və C.Cabbarlının, başqa görkəmli ədəbiyyat və incəsənət xadimlərinin, aktyor və rejissorların mətbuatda çıxışları teatrın inkişaf prinsiplərinin, milli və dünya dramaturqlarının klassik irsinə düzgün münasibətin müəyyənləşməsində mühüm rol oynamışdır.


XX əsrin 20-ci illərində teatrın repertuarı formalist və vulqar-sosioloji axınlara qarşı kəskin mübarizə şəraitində yaradıldı. Teatrın qarşısında duran əsas problemlərdən biri tamaşaların ideya-bədii səviyyəsini yüksəltmək idi. Tərcümə pyesləri, eləcə də Azərbaycan dramaturqlarının əsərləri, özəllikcə C.Cabbarlının pyesləri teatrın repertuarını zənginləşdirdi. Bu illərdə "Ölülər" (C.Məmmədquluzadə), "Laçın yuvası" (S.S.Axundov), "Şeyx Sənan", "Knyaz" (H.Cavid), "Aydın", "Oqtay Eloğlu", "Sevil", "Od gəlini" (C.Cabbarlı), "Müfəttiş" (N.V.Qoqol), "Həyatın dibində" (M.Qorki), "Qaçqınlar" (F.Şiller), "Otello" (V.Şekspir), "Zaqmuk" (A.M.Qlebov), "Lyubov Yarovaya" (K.A.Trenyov), "Gülən adam" (V.Hüqo) və s. əsərlər tamaşaya qoyulmuşdu.

Yeni forma axtarışları ilə bağlı, teatrın bəzi uğursuz tamaşaları da olmuşdur. Ancaq bunlar realist sənət yolu ilə irəliləyən teatrın ümumi inkişafına ciddi təsir göstərə bilməmişdi. 20 illərdən teatrda aktyorlardan A.M.Şərifzadə, Ü.Rəcəb, M.A.Əliyev, S.Ruhulla, M.Davudova, İ.Hidayətzadə, R.Təhmasib, K.Ziya, M.Mərdanov, M.Vəlixanlı, Ə.Qurbanov, S.Hacıyeva, Ə.Məmmədova, M.Sənani, Q.Topuriya, M.Yermakova (Məxfurə xanım) rej.A.Tuqanov, Bakı Teatr Texnikumunun ilk məzunlarından F.Qədiri, R.Əfqanlı, İ.Dağıstanlı və b. fəaliyyət göstərirdilər. 1935-1941-ci illər Azərbaycan Dövlət Dram teatrının yetkinləşmə dövrüdür. Bu dövrdə teatr müasir mövzuda "Həyat" (1937, M.İbrahimov), "Toy" (1939, S.Rəhman) pyeslərini, "Vaqif", "Xanlar" (1938, 1939, S.Vurğun), "Qaçaq Nəbi" (1940, S.Rüstəm) tarixi qəhrəmanlıq dramlarını göstərdi.

1949-cu ildə Azərbaycan teatrının 75 illik yubileyi təntənə ilə qeyd edildi. O vaxtkı SSRİ Ali Sovetinin Fərmanı ilə teatr Qırmızı əmək Bayrağı Ordeni ilə təltif edildi. S.Ruhulla, M.Əmirov, M.Davudova SSRİ xalq artisti adına layiq görüldülər.

1948-ci ildə rejissor A.İskəndərov, aktyorlar M.A.Əliyev, M.Davudova, S.Ruhulla, R.Əfqanlı, K.Ziya, İ.Dağıstanlı, rəssam N.Fətullayev "Şərqin səhəri" (Ə.Məmmədxanlı) tamaşasına görə SSRİ Dövlət mükafatına layiq görüldülər. Həmin il teatrın Moskvada qastrol çıxışları uğurla keçdi.

Teatr 1959-cu il may ayının 22-dən 31-nə kimi Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edib "Almas", "Otello", "Fərhad və Şirin", "İliç buxtası" tamaşalarını oynadı.

1955-60-cı illərdə teatrda klassik və müasir mövzuda bir sıra maraqlı tamaşa hazırlanmışdı: "Göz həkimi" (1955, İ. Səfərli), "Əliqulu evlənir", "Yalan" (1960, 1965, S. Rəhman), "Alov" (1961, M. Hüseyn), "Kəndçi qızı", "Közərən ocaqlar" (1962, 1967, M. İbrahimov), "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər" (1964, 1968, 1969, İ. Əfəndiyev), "Ölülər" (1966, C. Məmmədquluzadə", "Sənsiz" (1967, Ş. Qurbanov), "İkinci səs" (1969, B. Vahabzadə, və s. Bu illərdə teatrda Azərbaycan və xarici ölkə dramaturqlarının bir sıra əsərləri uğurla tamaşaya qoyulmuşdur: "Şeyx Sənan" (1956, H. Cavid), "Cavanşir" (1957, M. Hüseyn), "Pəri cadu" (1957, Ə. Haqverdiyev), "Qəribə adam" (1957, N. Hikmət), "Vanya dayı" (1959, A.P. Çexov), "Mariya Tüdor" (1962, V. Hüqo), "Antonii və Kleopatra" (1964, V. Şekspir), "Köç" (1964, C.F. Başkut), "Orlean qızı" (1965, F. Şiller), "Nakam qız" (1968, A. Şirvanzadə), "Canlı meyit" (1968, L.N. Tolstoy) və s. Teatr 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə "Otello" (V. Şekspir), "Almas" (C. Cabbarlı), "Fərhad və Şirin" (S. Vurğun) və s. tamaşalar göstərmişdir.

1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi teatr sahəsində də intibah yarandı. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara sözün əsl mənasında hamilik edən respublikamızın başçısı Heydər Əlirza oğlu Əliyevin səyi və köməyi nəticəsində milli teatr sənətimiz vüsətli inkişaf yoluna düşdü.

1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi görünməmiş təntənə ilə qeyd olundu. Azərbaycanın o vaxtkı MK-nın birinci katibi H.Ə.Əliyevin dərin məzmunlu məruzəsi dinlənildi. Yubiley münasibətilə "Gülüstan" sarayındakı ziyafətdə də H.Ə.Əliyev sənət, sənətkarlar və sənətkarlıq barədə məruzə ilə çıxış etdi. O vaxt neçə-neçə sənətçi təzə mənzillərlə təmin olundu, fəxri adlara layiq görüldü, mükafatlandırıldı. Həmin ildə təkcə Azərbaycan Dövlət Akademik Dram teatrının üç görkəmli sənətkarı - M.Məmmədov, İ.Dağıstanlı və İ.Osmanlı - keçmiş SSRİ-də ən yüksək ad olan SSRİ xalq artisti adına layiq görüldülər. 1974-cü il 27 iyundan 10 iyula kimi teatr Moskvada qastrolda oldu. Lenin ordeni ilə təltif edildi. S.Vurğuun "İnsan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Poqodinin "Zamanın hökmü", F.Şillerin "Məkr və məhəbbət", V.Şekspirin "Fırtına", C.Məmmədquluzadənin "Ölülər" əsərlərinin tamaşalarını göstərdilər.

80-ci illərin tamaşaları mövzu rəngarəngliyi, maraqlı aktyor oyunu və rejissor işi ilə diqqəti cəlb edir. Bu illərin sonlarında teatrda xalq artistləri S.Bəşirzadə, A.Pənahova Ə.Qədirov, N.Məlikova, Y.Nuriyev, M.Sadıqova, Səyavuş Aslan, H.Turabov, əməkdar artistlər M.Avşarov, Z.Ağakişiyeva, A.Vəlixanlı, H.Qurbanov, R.Dadaşov, R.Əzimov, N.Əliyev, Ə.Əliyeva, B.Əsgərov, İ.Əhmədov, S.İbrahimova, H.İsmayılov, H.Mehbalıyeva, R.Məlikov, L.Məmmədbəyov, M.Mirzəyev, M.Novruzova, M.Sadıqov, K.Xudaverdiyev, M.Hacıbəyov, E.Haşımzadə, B.Cəfərova, rejissorlardan əməkdar incəsənət xadimləri A.Kazımov, M.Fərzəlibəyov, rəssamlardan Elçin (baş rəssam), İ.İsmayılov və b. fəaliyyət göstərirdilər. Teatrın yanında gənclər studiyası vardı. 1982 ildən kiçik səhnədə də tamaşalar göstərilirdi.

1988-ci ildən Azərbaycanda baş verən iqtisadi, ictimai siyasi vəziyyət teatr sənətinə də mənfi təsir göstərdi. Ermənilər respublikamızda görünməmiş faciələr törətdilər; xarici havadarlarına söykənib torpaqlarımızı işğal etdilər. Günahsız dinc əhalini qırdılar; Xocalı soyqırımı törətdilər. 1990-cı ilin 20 yanvar faciəsinə səbəb oldular. Kütləvi talanlar edib, xalqımızın milli mədəniyyət abidələrini uçurub dağıtdılar. Ən yaxşı sənət əsərlərimizi xarici ölkələrə aparıb öz adlarına çıxdılar.

Ölkəmizin ayrı-ayrı müttəfiq respublikalarla iqtisadi əməkdaşlığı, ideoloji və mədəni əlaqələri zəiflədi. Azərbaycanın iqtisadi-siyasi həyatında söküklük, tənəzzül əhval-ruhiyyəsi yaradan hərbi-siyasi aparxiya talançılıq və terror, milli mədəniyyətimizə, incəsənətimizə, o cümlədən teatr sənətimizə ağır zərbə vurdu. Teatrlarımızda yaradıcılıq əhval-ruhiyyəsi zəiflədi.


Qaqaş25.06.2008 12:03
AZƏRBAYCANDA TEATR SƏNƏTİNİN YARANMASI VƏ İNKİŞAFI

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana" səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan "Yuğ" mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur.


Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Uzaq zamanlardan bəri xalq arasında geniş yayılmış "Kosa-kosa", "Qaravəlli" (meydan teatrı formalarından biri), "Kilimarası", "Şah Səlim" (kukla tamaşaları) və s. Azərbaycanda xalq teatrının müstəqil tarixə malik olduğunu göstərir. Bu tamaşa biçimlərindən bir qismi sabit süjet üzərində qurulduğundan oyun xarakteri daşıdığı halda, başqa qismi xırda məzhəkələrdən ibarət repertuara malik olub, Azərbaycan xalq teatrının daha yetkin mərhələsini təşkil edirdi.

Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. "Kosa-gəlin", "Tapdıq çoban", "Tənbəl qardaş" (üçpərdəli komediya) və s. tamaşalar el arasında məşhur olmuşdur. Bu tamaşalarda, əsasən, kəndin təsərrüfat və məişət həyatı əksini tapmışdır. Nikbinlik onların başlıca xüsusiyyətidir. Həmin tamaşalarda gülüş bəzən ciddiləşib, acı kinayə, satiraya çevrilərək, adamların əmək, məişət və psixologiyasındakı qüsurları qamçılayırdı.

Şiəliyi rəsmi dini təriqət kimi müdafiə edən Səfəvilər dövründə (XVI yüzil) xalqın şüuruna təsir göstərmək üçün müxtəlif vasitələrə əl atmışdır. Bu dövrdən "Şəbih" dini tamaşası geniş yayılmışdı. "Şəbih"lər Azərbaycanda professional teatrın yaranmasına səmərəli təsir göstərməklə yanaşı bir çox sənətçilərin səhnəyə gəlməsinə müəyyən imkan yaratmışdır.

Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.

Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.

Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda "aktyor" kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını ("Xırs-quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah") oynayırdılar.

M.F.Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M.F.Axundovun komediyaları Tiflisdə də oynanılmışdır (Azərbaycan dilində). Qabaqcıl ziyalılardan bir sıra komediya və vodevillərin müəllifi N.Vəzirov, B.Bədəlbəyov, Ə.Vəlibəyov, F.Köçərli, H.Sarıcalinski, Muxtar Muradov, İ.Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M.Sidqi, C.Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E.Sultanov (Naxçıvan), R.Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti özəlliklə qeyd olunmalıdır. 70-80-cı illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına saldılar və bu truppa 1888 ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başladı.

1890-cı illərdən başlayaraq, N.Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. O, teatra xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verir və teatrdan tribuna kimi istifadə edirdi. N.Nərimanov ziyalı gəncləri aktyor truppasına dəvət edir, eyni zamanda özü də bir çox tamaşalarda baş rolları oynayırdı.1896-cı ildə H.Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı. İnqilaba qədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların - M.F.Axundov, N.Vəzirov, H.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunur, həmçinin rus (N.V.Qoqol, İ.S.Turqenev, L.N.Tolstoy) və Qərbi Avropa (V.Şekspir, F.Şiller, H.Heyne, J.B.Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq idi. M.F.Axundovun komediyaları ilə yanaşı, N.Vəzirovun "Müsibəti Fəxrədin", "Yağışdan çıxdıq, yağmura düşdük", Ə.Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N.Nərimanovun "Nadanlıq", "Nadir şah" pyeslərində feodal adətlər, mülkədar-kapitalist quruluşunun zülm və despotizmi cəhalətpərəstlik ifşa olunurdu.

1906-cı ildə Bakıda "Müsəlman dram artistləri" şirkəti yaradıldı. "Şirkət"ə məşhur teatr xadimi C.Zeynalov rəhbərlik edirdi. Təqiblərə, maddi çətinliklərə baxmayaraq, "Şirkət" arası kəsilmədən tamaşalar verir, repertuarını genişləndirirdi. Bu illərdə Bakının fəhlə rayonlarında tamaşalar göstərən dram dərnəkləri və teatr trppaları ("Balaxanı dram dərnəyi", "Həmiyyət") təşkil edildi. "Təkamül" qəzeti yanında yaradılmış "Həmiyyət" truppasının heyətində onun bilavasitə təşkilatçısı M.A.Əliyevdən başqa Ə.Rzayev, C.Hacınski və b. var idi. Truppanın üzvləri həm tamaşa hazırlayır, həm də tamaşaçı yığırdılar. Yaxşı bina tutmağa vəsait olmadığından, tamaşalar ticarət passajının "Qranvio" adlı salonunda verilirdi. 1906-cı ildə burada N.Nərimanovun "Nadanlıq" pyesi oynanmışdı. 1905 il inqilabından sonra Bakıda bir sıra "cəmiyyətlər" yaradılmasına icazə verilir, qabaqlar gizli fəaliyyət göstərən cəmiyyətlər açığa çıxırdı. Bunlardan biri də "Nicat" mədəni-maarif cəmiyyəti idi. 1907 ildə bu cəmiyyətin yanında teatr truppasının təşkil edilməsi həmin dövr teatr həyatında mühüm rol oynadı. 1908-ci ildə "Nicat" cəmiyyəti yanında H.Ərəblinski, S.Ruhulla, Ə.Vəli kimi professional aktyorları birləşdirən vahid dram truppası yaradıldı; onun daimi qarderobu, rekviziti var idi. Truppa həftədə bir-iki dəfə Tağıyev teatrında, həm də fəhlə rayonlarında tamşalar verirdi. Ə.Haqverdiyevin "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N.Nərimanovun "Nadir şah", N.Vəzirovun "Pəhləvanani-zamanə", Ş.Saminin "Qaveyi ahəngar", F.Şillerin "Qaçaqlar", N.Neynenin "Əlmənsur", V.Şekspirin "Otello", J.B.Molyerin "Zorən təbib", N.V.Qoqolun "Müfəttiş", "Evlənmə", L.N.Tolstoyun "Əvvəlinci şərabçı" kimi pyesləri məhz bu dövrdə Azərbaycan teatrının repertuarında mühüm yer tutdu.

1910-cu ildə "Səfa" adlı yeni mədəni maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı. "Səfa" cəmiyyətinin dram truppası "Nicat"a nisbətən xeyli zəif idi. Ancaq "Nicat"ın aktyorları tədricən "Səfa"ya keçirdilər. Cəmiyyətin işində D.Bunyadzadə, şair Səməd Mənsur, aktyorlardan C.Zeynalov, A.M.Şərifzadə fəal iştirak edir, teatr tamaşalarına "Nicat"dan H.Ərəblinski, M.A.Əliyev, S.Ruhulla, H.Sarabski və b. vaxtaşırı dəvət olunurdular. "Səfa" cəmiyyətinin truppası tamaşa verməkdən başqa, teatın həyatı ilə bağlı mədəni-maarif işləri ilə də məşğul olurdu. 191-cu ildə truppa C.Zeynalovun səhnə fəaliyyətinin 25 illiyini, 1911-ci ildə M.F.Axundovun anadan olmasının 100 illiyini, 1913-cü ildə isə N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini təntənə ilə qeyd etmişdi. "Şəfa" truppasının işində nəzəri cəlb edən cəhətlərdən biri də onun istər Azərbaycanın şəhər və kəndlərində, istərsə də daha geniş dairədə (Güney Qafqaz, Orta Asiya, Quzey Qafqaz, İran şəhərlərində, Həştərxanda, Kazanda və s.) qastrol tamaşaları təşkil etməsi idi. Ümumiyyətlə istər "Nicat", istərsə də "Səfa" cəmiyyətləri Azərbaycan teatrının təşkilat və yaradıcılıq baxımından möhkəmləndirilməsində müəyyən rol oynadılar. 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera - Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə onun repertuarını Ü.Hacıbəyovun 1908-1913-cü illərdə yaratdığı "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları təşkil edirdi. Sonrakı illərdə Azərbaycan musiqili teatrının repertuarı Z.Hacıbəyov ("Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Evli ikən subay" musiqi komediyaları), M.Maqomayev ("Şah İsmayıl"), M.M.Kazımovski ("Vurhavur" musiqili komediyası), M.C.Əmirov ("Seyfəlmülk" operası) və başqalarının əsərləri ilə zənginləşdi. Ancaq özünün ayrıca repertuarı olmasına baxmayaraq, musiqili teatrda peşəkar ifaçılara böyük ehtiyac duyulurdu. Musiqili tamaşalarda H.Sarabski, M.Məmmədov (Bülbül), H.Hacıbababəyov, H.Terequlov, M.Bağırov, Ə.Ağdamski kimi opera müğənniləri ilə yanaşı, əsasən dram aktyorları H.Ərəblinski (rej. kimi) Ə.Hüseynzadə, H.Abbasov, A. və Y.Olenskayalar, R.Darablı, Ə.Anaplı və b. çıxış edirdilər. Musiqili teatr və dram teatrları arasında dəqiq bölgü aparılmamış, truppaların repertuarına həm dram, həm də musiqili əsərlər daxil edilmişdi (1910 illərdə musiqili tamaşalar üstünlük təşkil edirdi).


1916-cı ildə C.Məmmədquluzadənin "Ölülər" komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək böyük uğur qazandı.1917-ci ildə Bakıda "Müsəlmən artistləri ittifaqı" yaradıldı. A.M.Şərifzadə ittifaqa sədr seçildi. İttifaq bütün teatr dəstələrini öz ətrafına toplayaraq, yoldaşlıq münasibətləri əsasında tamaşalar verirdi. Ancaq bu ittifaq 1918-ci ilin mart ayınadək fəaliyyət göstərə bildi. Mayılov teatrının anterprenyorları binada Azərbaycan aktyorlarının çıxış etməsinə imkan vermirdilər. Aktyorların çoxu qastrol səfərlərində idi. Yalnız Ü. və Z.Hacıbəyov qardaşlarının truppası nisbətən müntəzəm fəaliyyət göstərirdi.

Truppa öz tərkibində dram, opera və operetta artistlərini birləşdirirdi. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan Azərbaycan teatrı xalqın mədəni inkişafında mühüm rol oynamışdı. Ancaq, eyni zamanda, bu illərdə teatr hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı.


Qaqaş25.06.2008 12:03
Azərbaycan musiqi alətləri
 

Zərb çalğı alətləri
Qoltuq nağaraCürə nağaraBöyük nağara (Kos)
Qoşa nağaraQavalDəf

 


 
LaqqutuDümbək 
Nəfəsli çalğı alətləri
NeyBalaban